Son Paleolit (35 min – 12 min il bundan əvvəl) məskənləri Qazax rayonu ərazisində
Damcılı mağarası, Şıxlı kəndi yaxınlığındakı Yataq düşərgəsi, habelə Qobustan düşərgələri
(Firuz, Ana zağa, Ovçular zağası) ilə təmsil olunur.
5
Zaman keçdikcə məhsuldar qüvvələr inkişaf edir, əmək alətləri təkmilləşir, məşğuliyyət
növlərində, tədricən də olsa, dəyişiklik baş verirdi.
Bu dövrün insanları ovçuluq məşğuliyyəti ilə əlaqədar olan gəzərgiməişət tərzindən
oturaq həyata keçməyə başlamışlar. Bununla əlaqədar olaraq təbii mağaralarla yanaşı, qazmavə
daxma («daqura»)tipli evlərdən ibarət ilk süni məskənlər yaranmağa başlamışdır. Bu hal ov
heyvanları tükənmiş ovlaq sahələrini dəyişmək, yeni qida mənbələri axtarmaq zərurətindən irəli
gəlmişdir. Süni tikililərdən ibarət yerüstü düşərgə məskənlərinin meydana gəlməsində qədim
kökləri hələ Azıx mağarasının aşel dövrü təbəqəsində izlənilən daşqura hörgü texnikasının
mühüm rolu olmuşdur. Yerüstü daxmalar ya bəsit «daşqura» texnikası ilə, ya da «pərdi – basma»
üsulu ilə tikilirdi. Hər iki ev tipinin etnoqrafik paralelləri Azərbaycanda yaxın keçmişədək qal-
maqda idi. Onların sonrakı təkamülü daimi səciyyəli qəbilə məskənlərinin yaranması ilə
nəticələnmişdir.
Son Paleolit dövründə matriarxat (nəsli qəbilə quruluşu) özünün ən yüksək inkişaf
mərhələsinə çatmışdır. O zamankı nəsli məskənlərin əsasını ana ətrafında cəmləşmiş qəbilə icmalarıtəşkil edirdi.
Müvəqqəti sığınacaq kimi istifadə olunan və öz sakinlərini tez-tez dəyişən təbii mağara,
qayaaltı oyuq və açıq tipli düşərgələrdən fərqli olaraq, süni tikililərdən (qazma, kühül, daxma) ibarət qəbilə məskənlərində məişət həyatı qismən də olsa, daimi səciyyə daşıyırdı. Əvvəllər
olduğu kimi, bu məskənlərin sakinlərinin başlıca məşğuliyyəti yenə də yığıcılıq, ovçuluq və
balıqçılıq olaraq qalırdı. O zamankı insanların təsərrüfat və ev məişəti də məhz bu məşğuliyyət
növlərinə uyğun idi. Ovlaq sahəsinin qida ehtiyatı tükəndikdə onlar tərk etmək məcburiyyətində
qalırdılar.