92
Kübar qadınların və yüksək mənsəbli kişilərin əyin və baş geyimləri eyni üsulla ləl-
cavahiratla tikilib bəzədilirdi.
Pilək tikmə üsulundan, əsasən, buxarı, güzgü, taxça
və bəzi məişət örtüklərinin, habelə
xırda əşyaların (pul kisəsi, yelpik, araqçın və s.) bəzədilməsində istifadə olunurdu.
Pilək nazik, yastı və dairəvi formalı xırda əlvan metal lövhəciklərdən
ibarət olub zərgər və
ya gümüşbənd tərəfindən kəsilib hazırlanırdı. Pilək düzümləri vasitəsilə parça və ya məmulat
üzərində, adətən, romb, üçbucaq, dairə şəklində müxtəlif həndəsi naxışlar əmələ gətirilirdi. Pilək
məmulatı iki cür: ya başdan-başa naxış ünsürlərini
parça üzərinə doldurmaqla, ya da onları
yalnız bəzəyin mühit xətləri üzə düzüb bəndləməklə hazırlanırdı.
227
Tikmənin bu növü Gəncə, Şamaxı, Şəki və Naxçıvanda daha çox dəbdə olmuşdur.
228
Dostları ilə paylaş: