AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


partizan və antifaşist müqavimət hərəkatında iştirakı



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
partizan və antifaşist müqavimət hərəkatında iştirakı 
 
Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma 
keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında 
əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara 
qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və 
onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk 
günlərindən sovet xalqlarının yetişdirdiyi  əsgərlərin, ölümü 
gözünün altına alan və  vətən torpağı  uğrunda inadkar savaşa 
qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar. 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
346
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına 
məruz qalmış əfsanəvi Brest qalasının müdafiəsində 40 nəfərdən 
çox həmyerlimiz iştirak etmişdi. Onlardan M.Qədirovun, 
İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun, A.İmanovun, 
M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun,  Ə.Əliyevin və 
bir çox başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də 
iftixar hissi ilə xatırlanır.
9
 1941-ci il iyunun 30-da düşmən 
mühasirəsindən çıxmaq uğrunda  əlbəyaxa döyüşdə A.İmanov 
və  İ.Səfərov igidlik göstərmiş, faşistləri geri oturtmuşdular. 
Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7 
gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. 
Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal 
Qasımov 6 döyüşçü ilə birlikdə  3 gecə arasıkəsilməyən atəş 
altında  3 körpünü partladaraq düşmənin çaydan keçməsinin 
qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu. 
Leninqrad müdafiəçisi, snayperçi M.İsmayılov iyulun 22-
də Sovet sərhədini keçmək istəyən 11 düşməni sərrast atəşlə 
məhv etmiş  və igidliyinə görə Lenin ordeninə layiq 
görülmüşdü. Azərbaycanlı  şahin, dəniz aviasiyası leytenantı 
Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. 
Bu cəsur təyyarəçi Leninqrad səmasında gedən ilk döyüşlərdə 4 
faşist təyyarəsini vurub yerə salmışdı. 1941-ci il iyulun 17-də 
Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri 
qayıdarkən  3 düşmən təyyarəsi ilə üz-üzə  gəlir. Qeyri-bərabər 
döyüşdə  sərrast atəşlə düşmən təyyarələrinin üçünü də  məhv 
edən cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını 
yerə endirə bilmişdi. Hüseynbalanın hava döyüşünü və onun 
aldığı ölümcül yaralara baxmayaraq, yerə enmək bacarığını 
müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran 
qalmışdılar. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən 
sonra Lenin ordeni ilə  təltif edildi. Digər təyyarəçi Yusif 
Quliyev 1941-ci ilin yayında Leninqrad müdafiəsində yüksək 
cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə  təkbaşına 

X mühazirə 
 
 
347
döyüşə girərək onlardan ikisini məhv etmişdi. Müharibənin 
dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü 
aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin 
bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən 
təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin 
təyyarəsini düz düşmən təyyarəsinin üstünə  şığıyır, onlardan 
birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa 
məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu 
ustalıqla dənizə endirə bilmiş  və bir neçə gün su üzərində 
qalmışdı. Göstərdiyi igidliyinə görə  Qırmızı Bayraq ordeni ilə 
təltif edilmişdi. Baltik səmasının qorunmasında Rizvan 
Zeynalov da fərqlənmiş  və igidlik göstərmişdi. Məzahir 
Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq 
Berlinin bombardman edilməsində iştirak etmişlər.
 
1941-ci ilin yayında Poltava yaxınlığında gedən 
döyüşlərdə R.Rəfiyevin tankçılar bölməsi düşmənin 2 tankını, 
16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi.
 
Müharibənin ilk günlərində  Qərb cəbhəsində gedən 
döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər 
göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan 
döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan 
Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi 
qəhrəmanlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941-
cü ilin noyabrında Moskva ətrafında göstərdiyi  şücaətə görə 
Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq 
görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva 
ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı 
Ulduz ordeni ilə  təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev 
Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq 
faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif 
edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafil 
Məmmədovun  əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. 
İ.Məmmədovun dəstəsi Novqorod vilayətinin Pustınka kəndi 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
348
yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən sonra minə 
qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli 
əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat 
qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. 
Döyüşlərdə yüksək iradə 
və 
qəhrəmanlıq göstərən 
İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi 
igidliyə görə  İsrafil Məmmədova 1941-ci il dekabrın 11-də 
Sovet  İttifaqı  Qəhrəmanı adı verildi. İsrafil Məmmədov Sovet 
İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi. 
Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi 
şücaətə və igidliklərə görə gənc zabit N.Bağırov Qırmızı Ulduz, 
kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq 
görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə  fərqlənən 
pulemyotçu  Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı 
Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa 
Seyidməmmədova «Stalinqradın müdafiəsi uğrunda»medalı ilə 
təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının 
komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə 
istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası  ağır 
döyüşlər apararaq bir neçə yaşayış  məntəqəsini düşmənlərdən 
azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyot 
batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 
hitlerçi  əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali 
Sovetinin Rəyasət Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet 
İttifaqı Qəhrəmanı adı verildi. 
Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda 
gedən vuruşmada alman-faşist qoşunlarına sarsıdıcı  zərbə 
endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda 
olmaqla 24 general, 330 min nəfər  əsgər və zabit əsir alındı. 
Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı 
qüvvə, 3 mindən çox tank, top və minamyot, 4,4 min döyüş və 
nəqliyyat təyarəsi itirdilər. Stalinqrad döyüşlərində böyük və 
həlledici dönüş baş verdi və Sovet ordusunun əks - hücum 

X mühazirə 
 
 
349
əməliyyatları genişləndi. 
Kəşfiyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov 
qorxmaz kəşfiyyat işləri apararaq feldmarşal Paülsün əsir 
alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə 
layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın 
müdafiəsi uğrunda» medalı ilə təltif olunmuşdur. 
Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, 
xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında 
darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub 
istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və 
Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda 
döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı  işğal etmək 
üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə 
yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya 
xalqlarının faşist  əsarəti altına düşmək təhlükəsi ilə bağlı 
Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz 
etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya 
vasitəsilə saxlanırdı. Bu isə  işi xeyli çətinləşdirirdi. Belə bir 
zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda 
müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il 
avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist 
mitinqi keçirildi. Mitinqdə  Səməd Vurğun alovlu nitq söylədi 
və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim 
mübarizəsinə  səslədi. Beş ay davam edən Qafqaz uğrunda 
döyüşlərdə (25 iyul – 31 dekabr 1942) yüz mindən çox 
həmyerlimiz həlak oldu. 
Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir 
döyüşçü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 
canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov igidliyinə görə Lenin 
ordeni ilə  təltif olundu. 1942-ci ilin oktyabrında Qafur 
Məmmədov  şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. 
Qafur Məmmədov alman avtomatçısının rota komandiri 
Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı  və öz 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
350
həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ 
Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova 
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
«Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə 
döyüşçü yoldaşlarını  qələbəyə ruhlandıran və döyüş 
meydanında igidlik göstərən  İdris Süleymanov Mozdok 
rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr 
1942-ci il tarixli fərmanla  İ.Süleymanov Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüşdür.  
Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı 
alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 96 
tankını, 2 zirehli maşınını  və çoxlu faşist məhv etmişdi. 
Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və 
medallarla, mayor A.Abbasov isə  Qırmızı Bayraq ordeni ilə 
təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi.
 
 
Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya 
Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və 
texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z.Bünyadov 
Qırmızı Ulduz ordeni ilə  təltif olunmuşdu. 1945-ci ilin 
yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi 
şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı  Qəhrəmanı adı 
verildi. Tibb işçisi Qüdrət  İsmayılov igidliyinə görə  Qırmızı 
Ulduz ordeni ilə təltif edilmişdi. 
İgid  şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv 
etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 
Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər 
döyüşdə özü də  qəhrəmancasına həlak olan İ.İlyasova 
ölümündən sonra Sovet İttifaqı  Qəhrəmanı adı verilmişdi. 
Pulemyotçu Ağaşirin Cəfərov 500-dən artıq faşist öldürmüşdü. 
Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il 1 noyabr tarixli 
fərmanı ilə Sovet İttifaqı  Qəhrəmanı adına layiq görülmüşdü. 
1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi 
Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı 

X mühazirə 
 
 
351
Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr 
tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı 
adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad 
edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin 
keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27-
də  Məlik Məhərrəmova Sovet İttifaqı  Qəhrəmanı adı verildi. 
Dneprin keçilməsində igidliyinə görə  Məmməd Məhərrəmova 
və  Səlahəddin Kazımova Sovet İttifaqı  Qəhrəmanı adı 
verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə  Xıdır 
Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi 
igidliyə görə Əmir Piriyevə 1944-cü il mayın 7-də Sovet İttifaqı 
Qəhrəmanı adı verilmişdir. 
Belarusiyanın azad olunmasında qvardiya general – 
mayoru, Sovet İttifaqı  Qəhrəmanı  Həzi Aslanovun 
komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük 
müvəffəqiyətlər qazandılar. Həzi Aslanovun tank briqadası  və 
şəxsən özü əsl igidlik və  qəhrəmanlıq nümunələri göstərdilər. 
Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq gö-
rüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı  Qəhrəmanı adı 
ona çox gec – 1991-ci il iyunun 21-də verildi. 1945-ci il 
yanvarın 24-də  Həzi Aslanov müəmmalı  şəkildə yaralandı  və 
həlak oldu. 
Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə  Qəzənfər 
Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları 
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yara-
dılan dörd milli diviziya – 77-ci, 223-cü, 402-ci və 416-cı 
diviziyalar  şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və 
Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu 
diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da 
komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
352
70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində 
göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti 
Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə 
«Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfinə 
Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol 
diviziyası adı ilə daxil olan bu şanlı  hərbi birləşmə 1922-ci il 
iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 
207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının 
varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik 
etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi 
azərbaycanlı  hərbiçilər bu diviziyada böyük hərbi məktəb 
keçmişlər. Qafqazın müdafiəsində  və bütövlükdə  Şimali 
Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna 
torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın 
böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci 
diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, 
yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 
11.237 nəfər  əsgər və zabiti orden və medallarla təltif 
olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 
əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 
avtomobilini, 18 təyyarəsini məhv etmişlər. 
416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci 
il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə – 27 ay 
fasiləsiz vuruşmalarda 2500 km-dən artıq  şərəfli döyüş yolu 
keçmiş, 7900 kv.km–lik Sovet ərazisini düşməndən azad etmiş, 
40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı 
qüvvəsini məhv etmiş, 5474 nəfəri  əsir götürmüş, onlarla 
tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 
atəş nöqtəsini, 68 anbarını  məhv etmiş, 17 tank, 8 özüyeriyən 
qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 
parovoz  ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet 
ittifaqı  Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 
nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın 

X mühazirə 
 
 
353
14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. 
Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri 
ilə 416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. 
Qafqazdan Berlinədək  şərəfli döyüş yolu keçən 416-cı 
Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin 
Brandenburq darvazasına qələbə bayrağı sancmışdı. 
Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, 
Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, 
Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna 
ərazilərinin alman – faşist işğalçılarından azad olunmasında 
fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, 
Macarıstanın, Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində 
böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın 
paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə “Belqrad 
diviziyası” fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 
km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini 
işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini 
məhv etmiş, faşistləri ağır itkilər verməyə  məcbur etmişdir. 
Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfindən 
qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, 
marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını 
xüsusi qeyd etmişdir. 
 271-ci 
Azərbaycan diviziyası Polşanın və 
Çexoslavakiyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan 
döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında ”Donetsk” 
əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri 
“Qorlovka“ adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən 
olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 
  Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci 
atıcı diviziya Taman yarımadasının faşistlərdən azad 
edilməsində  fərqləndiyinə görə ona «Temyurq» fəxri adı 
verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
354
vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 
əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 
avtomobilini, 7000 at və çoxlu qənimət  ələ keçirmişlər. 
Göstərdiyi  şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 
2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç 
alay isə  fəxri «Sevastopol”» adına layiq görüldü. Diviziya 
Yassı-Kişinyov 
əməliyyatında, Macarıstan və 
Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. 
Azərbaycanın oğul və qızları partizan müharibələrində və 
antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar 
göstərmişlər.  Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi 
Hüseynzadənin  İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi 
bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon – 
milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 
11-də ona Sovet İttifaqı  Qəhrəmanı adı verilmişdir. Fransız 
generalı  Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı 
tarixinə  şanlı  səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan 
Əhmədiyyə  Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, 
dövlət bayrağından irəli getmək  şərəfinə layiq görülmüşdür. 
Azərbaycan övladları 
Vətəndən uzaqda olmalarına 
baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə 
səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölüm-
dirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra 
bölgələrdə belə mübariz və döyüşən dəstələrə  rəhbərlik 
etmişlər. 
 
 
4. Azərbaycan mühacirəti müharibə illərində.  
Milli legionların yaradılması 
 
Müharibənin başlanması, ilk vaxtlarda alman-faşist or-
dularının müvəffəqiyyətləri ilə  əlaqədar azərbaycanlı döyüş-
çülərin bir hissəsində yeni bir düşüncə  tərzi yaratdı  və onlar 

X mühazirə 
 
 
355
itirilmiş müstəqilliyi bərpa etmək uğrunda mübarizəyə 
başlayaraq sanki bolşevik Rusiyasından və Stalindən intiqam 
almaq istəyirdilər. Sovet rejimi ilə razılaşmaq istəməyən bir çox 
azərbaycanlı döyüşçülər qəsdən  əsir düşür və Azərbaycanın 
milli istiqlalını yenidən bərpa etmək ümidi ilə alman əsgərləri 
ilə birlikdə bolşevizmə qarşı birgə mübarizə aparırdılar. Eyni 
zamanda bolşevik istilasından sonra Almaniyada və digər 
Avropa ölkələrində mühacir olmuş azərbaycanlılar Vətən 
həsrəti ilə yaşayırdılar. Mühacirlər 
əsir düşmüş 
azərbaycanlıların içərisində ayrıca milli legionların yaradılması 
və  ən mühümü isə Almaniyanın Azərbaycanın müstəqilliyinin 
tanıması istiqamətində intensiv iş aparırdılar. Əsir düşənlər isə 
çox idi. Alman tədqiqatçısı P.Mühlen yazırdı ki, 1941-ci il 
noyabrın 1-nə  qədər 2 milyondan artıq sabiq Qırmızı Ordu 
döyüşçüsü əsir düşmüşdü. Şərq Nazirliyinin rəhbəri Rozenberq 
əsir düşənlərin 3,6 milyon olduğunu göstərirdi.  Ə.Fətəlibəyli-
Düdənginskinin məlumatlarına görə  əsir düşənlərin 150 min 
nəfəri Azərbayan türkü, 1 milyona qədəri isə bütün türklərin və 
qafqazlıların olduğu göstərilir. 
Qeyd etməliyik ki, əsir düşənlərlə alman komandanlığı 
«ali irq» ideologiyası ilə davranır, onların qaldığı düşərgələrdə 
kütləvi xəstəliklər yayılır və on minlərlə adam acından, 
soyuqdan məhv olurdu. Təkcə bir düşərgədə 30 min əsirdən 28 
min nəfəri tif xəstəliyindən ölmüşdü. Belə ölüm hallarının 
qarşısını almaq məqsədi ilə də Milli legionların yaradılmasının 
əhəmiyyəti böyük idi. Milli legionların yaradılmasında 
görkəmli vətənpərvər, xalqını  və  Vətənini sevən mayor Əbdül 
Rəhim bəy Fətəlibəyli-Düdənginskinin böyük xidmətləri 
olmuşdur.  Ə.Fətəlibəyli- Düdənginski (Naxçıvanın Düdəngə 
kəndində doğulmuşdu) 1940-cü ildə Moskva Hərbi 
Akademiyasını bitirmiş  və ailəsi ilə birlikdə Litvaya getmişdi. 
O, Baltikyanı döyüşlərin birində almanlara əsir düşmüş  və 
1941-ci ilin noyabrında Hitlerə  məktub yazaraq Azərbaycan 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
356
legionlarının yaradılması fikrini bildirmişdi.  İlk  əvəl Hitler bu 
məsəlyə diqqət vermədi. Çünki sürətlə irəliləyən alman ordusu 
1941-ci ilin sonuna qədər müharibəni başa çatdırmaq fikrində 
idi. Ancaq məlumdur ki, Moskva yaxınlığında alman orduları 
ağır məğlubiyyətə  uğradı  və müharibə uzandı. Bundan sonra 
müxtəlif legionların, o cümlədən Azərbaycan legionlarının 
yaradılmasına Hitler və onun komandanlığı razılıq verdi, sovet 
ordusuna qarşı döyüşlərdə müxtəlif xalqların gücündən istifadə 
etməyə başladı.  
Rozenberqin təklifi illə Hitler 1941-ci il dekabrın 22-də 
Milli legionların yaradılması haqqında  əmr verdi. 1942-ci ilin 
baharında Milli legionların yaradılması  işinə başlandı.  İlk 
legionlar işğal altında olan Polşada yarandı. Legionlara 
rəhbərlik edənlərin 20-25 faizi alman zabitləri idi. Həmin 
legionlarda 1941-ci ildə Almaniyaya dəvət olunan M.Ə.Rə-
sulzadənin «Üçrəngli bayraq» əsəri  əldən-ələ  gəzirdi. Sabiq 
legionçulardan Məhəmməd Gəngərli və  Kərrar  Ələsgərlinin 
məlumatlarına görə «Boz qurd», «Cavad xan», «Aslan» və b. 
taburlarda qruplaşdırılan Azərbacyan legionerlərinin sayı 70 
mindən çox idi. Hər bir Milli legionda almanlar tərəfindən 
maliyyələşdirilən «Azərbaycan», «Milli birlik», «Hücum» 
qəzetləri nəşr olunurdu. Qəzet səhifələrində «bolşeviklərə qarşı 
mübarizəyə» ruhlandırılan məqalələr,  Ə.Cavad, M.Müşfiq, 
A.İldırım və başqalarının şeirləri dərc edilirdi.
 
Bütün legionerlər alman forması geyinməyə  məcbur 
edilirdi. Lakin onların sol qollarında üç rəngli bayrağımız və 
ay-ulduz həkk olunmuş fərqlənmə nişanı var idi. 
Ə.Fətəlibəyli-Düdənginski yazırdı ki, Stalin Hitlerlə 
Polşanı bölən, Baltik ölkələrinin müstəqillyini  əlindən alan, 
Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib 
gözləyirdik… biz atalarımızın ənənələrini tapdalayıb xalqımızı 
kölə halına salmış Böyük Rusiya uğrunda vuruşa bilməzdik… 
Buna görə  də bolşevizmin kölə etdiyi xalqlarla yanaşı, 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin