AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

XI mühazirə 
 
 
368
prof. İ.X.Zeynalov 
dos. X.R.Səfərova 
 
XI. ŞİMALİ AZƏRBAYCAN İKİNCİ DÜNYA  
MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ  
(1946-1960-cı illərdə) 
 
1.
 
İctimai-siyasi həyat (1946-1960-cı illərdə). 
Respublikada totalitar rejimin daha da güclənməsi. 
2.
 
1948-1953-cü illərdə azərbaycanlıların Qərbi 
Azərbaycan torpaqlarından növbəti deportasiyası. 
3.
 
Müharibənin ağır nəticələri və onların aradan 
qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə. 
4.
 
Respublikanın sosial-mədəni həyatı 1946-60-cı illərdə. 
 
1. İctimai-siyasi həyat (1946-1960-cı illər). 
Respublikada totalitar siyasi rejimin daha da güclənməsi 
 
 
Bəşəriyyəti daha çox ağır iqtisadi dağıntıya, tənəzzülə 
məruz qoyan, 65-67 milyon insanın məhvinə  səbəb olan, 
dünyanın geosiyasi mənzərəsində, ictimai-siyasi və sosial 
həyatında kəskin dəyişikliklərə  səbəb olan II Dünya 
müharibəsi sona çatdıqdan sonrakı illərdə sosializm bir 
ölkə  çərçivəsindən çıxaraq dünya sisteminə çevrildi. Bu 
illərdə Sovet imperiyasının nüfuzu daha da artdı. O, çox 
güclü hərbi-siyasi qüvvəyə, atom və nüvə silahlarına malik 
olan dövlətə çevrildi. 
II Dünya müharibəsi, onun tərkib hissəsi olan Böyük 
Vətən müharibəsindən sonra da ölkədə bütün siyasi 
hakimiyyət Stalinin əlində cəmləşmişdi. 
1946-cı ilin fevralında SSRİ Ali Sovetinə yeni seçkilər 
keçirildi. Həmin ilin martında SSRİ Ali Soveti Xalq 
Komissarları Sovetini Nazirlər Sovetinə çevirmək haqqında 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
369
qanun qəbul etdi. İ.V.Stalin SSRİ Nazirlər Sovetinin sədri 
təsdiq edildi. Real hakimiyyət isə yenə də ÜİK(b) P MK Siyasi 
Bürosunun əlində idi. Stalin ölkəni hər vasitə ilə təkbaşına idarə 
etməyə çalışırdı. Respublikalarda isə hakimiyyət öz idarəçilik 
fəaliyyətlərini Stalinin istəklərinə uyğunlaşdıran Kommunist 
Partiyası  Mərkəzi Komitələri Birinci katiblərinin  əlində 
cəmləşmişdi. 
Yerlərdə  rəhbər işlərə kadrlar şəxsi sədaqətə görə 
gətirilirdi. Kadrların işgüzarlığı, şəxsi keyfiyyətləri, tələbkarlığı 
və digər fərqləndirici vəziyyətləri nəzərə alınmırdı. 
Stalinin  şəxsiyyətinə daha da güclənən pərəstiş, onun 
əlaltılarının partiyaya, dövlətə zidd hərəkətləri və özünü Stalinə 
ən yaxın adam, rəhbər kimi göstərən avantürist Beriyanın 
cinayətkar fəaliyyəti, həmçinin müharibədən sonrakı dövrdə 
həyata keçirilmiş bir sıra tədbirlər – 1949-cu ilin aprelində 
şəhər və milis orqanlarında siyasi idarələrin yaradılması, həmin 
ilin avqustunda paytaxtlarda, o cümlədən Bakıda, milisə xüsusi 
hüquqların verilməsi, oktyabrın 13-də milisin SSRİ Dövlət 
Təhlükəsizlik Nazirliyinin tabeliyinə keçirilməsi və digər 
tədirlər SSRİ-də totalitar rejimin gücləndirilməsinin  əsas 
təzahürlərindən idi. 
Totalitar rejimin güclənməsinin  ən ağır nəticələri özünü 
elm,  ədəbiyyat, incəsənət və  mədəniyyətin digər sahələrində 
daha qabarıq şəkildə göstərirdi. Ölkənin ictimai-siyasi və sosial 
həyatında hər  şey kommunist ideologiyasının inhisarına 
alınmışdı. 
«Hakim millət» və «hakim ideologiya» başlıca  şüara 
çevrilmişdi. Elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə, 
biologiya, fiziologiya, siyasi, iqtisadi, diçilik sahələrində 
açılmış elmi diskussiyalar formal xarakter daşıyırdı. Elmin 
bütün sahələrində marksist ideologiya hökm sürürdü. 
Şəxsiyyətə  pərəstişin ağır nəticələri humanitar, biologiya, 
xüsusilə  də tarix elmində özünü daha bariz göstərirdi. Elm, 

XI mühazirə 
 
 
370
ədəbiyyat və incəsənət üzərində «hakim» ideologiya getdikcə 
güclənirdi. 1946-1950-ci illərdə  fəlsəfə, tarix, siyasi iqtisad, 
biologiya, fiziologiya, dilçilik və digər elm sahələri üzrə 
diskussiyalar açılsa da, bunlar formal xarakter daşıyırdı.  
Totalitar rejimin inkişafına və möhkəmləndirilməsinə 
xidmət edən, «hakim ideologiya»ya tabe olan ictimai, 
humanitar, xüsusilə  də tarix elmində  şəxsiyyətə  pərəstişin 
nəticələri özünü daha çox göstərirdi. 
II Dünya müharibəsindən sonrakı dövr Azərbaycanın 
ictimai-siyasi həyatında çox ziddiyyətli və mürəkkəb dövr 
olaraq qalırdı. 1946-1950-ci illərin  əvvəllərində respublikada 
gedən siyasi proseslər, bütün hallarda Mircəfər Bağırovun 
nəzarəti altında olmuş və «qurama» işlər üstündə 30-cü illərin 
repressiyaları bu dövrdə də davam etdirilmiş, yüzlərlə günahsız 
insan, ilk növbədə, görkəmli ictimai-siyasi və elm, təhsil 
xadimləri həbs edilib cəzalandırılmışdı. 
Azərbaycanda Mircəfər Bağırovun qüsurlu rəhbərlik 
metodu davam etməkdə idi. M.Bağırovun əlaltıları –xalqımızın 
düşmənləri – Yemelyanov, Borşov, Markaryan, Qriqoryan, 
Sumbatov-Topuridze, Atakişiyev xalqımızın  ən görkəmli 
ziyalılarına, şəxsiyyətlərinə çox qəddar münasibət bəsləyirdilər. 
Həmin dövrdə xalqımızın ən qabaqcıl nümayəndələrindən olan 
neftçi alimlərimiz  Ə.Əlizadə, B.Sultanov, Ə.M.Cəmil, 
filosoflarımız Heydər Hüseynov, Əli  Əlizadə, yazıçı 
Ə.Ələkbərzadə,  şair S.Vurğun, bəstəkar Ü.Hacıbəyov və 
digərləri təqiblərə məruz qaldılar. 
Həmçinin ədəbi jurnallar, teatr repertuarları və kino sənəti 
haqqında ÜİK(b) P MK-nın 1946-1948-ci illərdə  qəbul etdiyi 
qərarlarda bədii formanın sosialist ideyalarına tabe edilməsinə 
şərait yaradılmışdı.  
Xalqın nadir incilərindən olan Azərbaycan dastanları 
feodal münasibətləri təbliğ etməkdə ittiham olunurdu. «Kitabi-
Dədə Qorqud» dastanı «irticaçı feodal-xan eposu» 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
371
adlandırılmış  və onun tədqiqatçıları  təqiblərə  məruz qalmışdı. 
A.A.Bakıxanov idealizmdə, xan və  bəyləri müdafiə etməkdə 
günahlandırılmış, M.M.Kazım bəy «çarizmin sadiq qulu», 
akademik M.A.Dadaşzadə «Türkiyə casusu» adlandırılmışdı. 
Mərkəzi hökumət azərbaycanlılara etibar etməməkdə 
davam edirdi. Dövlət, hökumət, xüsusilə güc orqanlarında 
mühüm vəzifələrə azərbaycanlılar buraxılmırdı. 
Müharibədən sonrakı dövrdə inzibati-amirlik üsuli-ida-
rəsinin güclənməsi, sözdə verilmiş «demokratik» hüquqların 
təmin olunmaması ictimai-siyasi və sosial həyatda yeni 
problemlər yaradır, insanları  fəal həyat mövqeyindən uzaq-
laşdırırdı. 
Bütün bunlara baxmayaraq, mərkəzin totalitar idarə 
üsuluna qarşı gizli narazılıqlar, çıxışlar baş verirdi. Siyasi 
dünyagörüşü yüksək olan gənclər arasında mövcud quruluşun 
ziddiyyətlərini, problemlərini dərk etməyə çalışanların sayı 
artırdı. Gizli təşkilatlar yaranırdı. Belə  təşkilatlardan birinin – 
«İldırım» təşkilatının üzvlərindən 
İsmixan Rəhimov, 
Gülhüseyn Abdullayev (Hüseynov), Hacı Zeynalov, Kamal 
Əliyev, Aydın Vahidov və digərləri Azərbaycanın müstəqilliyi 
üçün xalqa onun qüvvələrini birləşdirə biləcək güclü, tanınmış 
bir rəhbərin başçılıq etməsini vacib bilərək S.Vurğuna gizli 
məktubla müraciət etmişdilər. Lakin təşkilata qarşı  təzyiq və 
təqiblər gücləndiyindən, 1947-ci ildə o, fəaliyyətini 
dayandırmışdı. 1948-1949-cu illərdə «İldırım» təşkilatının fəal 
8 üzvü həbs edildi və sonra sürgün olundu. 
Müharibədən sonrakı dövrdə xarici ölkələrdə  fəaliyyət 
göstərən siyasi mühacirlərin də Azərbaycandakı Sovet rejiminə 
qarşı mübarizəsi xeyli güclənmişdi. Xarici ölkələrdə  fəaliyyət 
göstərən Azərbaycan mühacirləri «əski» və «yeni» mühacirlər 
adlanan qruplara bölünmüşdülər, çox təəssüf ki, onlar arasında 
birlik yox idi. 
M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada «Azərbaycan 

XI mühazirə 
 
 
372
kültür dərnəyi»ni yaratmışdı.  Əsas məqsədi maarifçiliyi təbliğ 
etmək idi. Onun rəhbərliyi ilə 1952-ci ildən Ankarada 
«Azərbaycan» jurnalı da nəşr olunurdu. 
Bolşevizmə qarşı mübarizədə 1945-1954-ci illərdə 
Almaniyanın Münhen şəhərində  fəaliyyət göstərən «Azadlıq» 
radiostansiyanın da rolu böyük olmuşdu. «Azadlıq» radiosunda 
Azərbaycan şöbəsinin redaktoru Ə.Fətəlibəyli-Düdənginski idi. 
O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü. 
Sovet rejiminə qarşı mübarizə aparanlardan biri də Mirzə 
Bala Məmmədzadə idi. Onun fəaliyyətində maarifçilik başlıca 
yer tuturdu. Ankarada M.B.Məmmədzadə Azərbaycan tarixinə 
dair bir neçə kitabı nəşr olunmuşdu. 
Beləliklə, II dünya savaşından sonrakı illərdə dünyanın 
geosiyasi mənzərəsində çox ciddi dəyişikliklər baş verdi. Milli 
müstəmləkə sistemi dağıldı, müstəqil dövlətlər yarandı, milli-
azadlıq hərəkatı, dünyanın inkişafı özünün yeni mərhələsinə 
daxil oldu. Dünya sosializm sistemi yarandı. 1946-cı ildən 
başlayaraq iki sistem – Dünya kapitalizm və Dünya sosializm 
sistemi arasında «soyuq» müharibə başladı. 
Digər tərəfdən, dünya sosializm düşərgəsinə  rəhbərlik 
edən SSRİ-də, o cümlədən, onun tərkibinə daxil olan 
Azərbaycanda totalitar, inzibati idarə üsulu, həyatın bütün 
sahələrində kommunist ideologiyasının inhisarı daha da 
gücləndi. 
50-ci illərin ikinci yarısı – 60-cı illərdə respublikanın 
həyatında siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı edilən 
cəhdlər mühüm yer tutur. Xüsusilə,  İ.V.Stalinin ölümündən 
(1953-cü il 5 mart) sonra N.S.Xruşşov Sov.İKP MK katibi kimi 
nəzarət etdiyi partiya aparatının və ali hərbi rəhbərlərin köməyi 
ilə siyasi rəqiblərinə – L.P.Beriyaya, Q.M.Malenkova və 
digərlərinə qalib gələrək Sovet dövlətinə rəhbərliyi ələ keçirdi, 
1953-cü ilin sentyabrında Sov. İKP MK-nın birinci katibi 
seçildi. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
373
N.S.Xruşşov hakimiyyətdə olduğu (1953-1964) dövr-də 
nüfuzlu dövlət başçısı səviyyəsinə yüksələ bilmədi. Xaraktercə 
olduqca zəif olan Xruşşov partiya aparatında oyuncağa çevrildi. 
O, başladığı  işləri sona çatdıra bilmədi. N.S.Xruşşov Stalinin 
şəxsiyyətinə pərəstişi tənqid etməklə, bu yolda bir sıra yarımçıq 
tədbirlər həyata keçirməklə özünü göstərməyə, tanınmağa, 
nüfuz qazanmağa çalışırdı. O, Sovet cəmiyyətində, siyasi 
sistemdə mövcud olan qüsurları Stalinin şəxsiyyətinə pərəstişlə 
bağlayır, partiya həyatında «Lenin normalarının» pozulmasının 
təzahürü kimi qələmə verməyə çalışırdı. 
1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının 
(Sov.İKP) XX qurultayında o, «Sosialist demokratiyasını 
dərinləşdirməklə» partiyanın xalqla əlaqəsini genişləndirməklə 
partiyanı daha da möhkəmləndirmək kimi qeyri-real bir xətt 
götürdü. Qurultay «Şəxsiyyətə  pərəstiş  və onun nəticələrini 
aradan qaldırmaq haqqında» qərar qəbul etdi. Stalinin 
şəxsiyyətinə pərəstiş tənqid olundu, onun təzahürləri göstərildi. 
Nöqsanların, qüsurların böyük bir hissəsi Stalinin 
şəxsiyyətinə pərəstişdən irəli gəlmiş və bir qismi də Beriyanın 
himayəçiliyi ilə Azərbaycanda rəhbər partiya, dövlət 
vəzifələrinə soxulmuş  məmurların, 1934-1953-cü illərdə 
Azərbaycana rəhbərlikdə birinci şəxs olmuş M.C.Bağırovun 
fəaliyyəti ilə bağlı olmuşdur. M.C.Bağırovun cinayətkar əməli 
ilə görkəmli partiya və dövlət xadimləri (29 min nəfəri ziyalı 
olmuş), elm və  mədəniyyət işçiləri, böyük mütəxəssislər həbs 
olunaraq məhv edilmişdir. 
M.C.Bağırov cinayətkar  əməllərinə görə 1953-cü ildə 
tutduğu vəzifəsindən uzaqlaşdırıldı. O, bir müddət Kuybışev 
Neft Birliyinin rəis müavini vəzifəsində işlədi və sonra Bakıda 
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mühakimə 
edilib, 1956-cı il aprel ayında xalq düşməni kimi ölüm cəzasına 
– güllələnməyə məhkum olundu. 
Məhkəmə prosesində M.C.Bağırov öz günahlarını etiraf 

XI mühazirə 
 
 
374
edərək demişdi: «O illərdə Azərbaycan XDİK orqanları 
tərəfindən həbs olunmuş partiya-sovet fəallarının bu qədər çox 
olması  mənə indi aydın olur. O vaxtlar mən bunu o qədər də 
hiss etmir, buna nəzarət etmir, MDİK-nin işini yoxlamırdım. 
Bu da kökündən səhv və yolverilməzdir. An-caq bu, məhz belə 
olub. Mənim bu səhlənkarlığım ciddi tənbehə  və  cəzaya 
layiqdir». 
M.C.Bağırov həm də qeyd edirdi ki, «Mənim əsas səhvim 
odur ki, Beriya və onunla bağlı olan və onun düşmən 
mövqeyini müdafiə edən orqanlarda birgə iş üzrə onunla uzun 
illər boyu əlaqədar olan Sumbatova, Borşevə, Qriqoriyana, 
Markaryana və digərlərinə göz yummuşam, onların iç üzünü 
tanımamışam. 
Mən onlara inararaq XDİK orqanlarını onlara etibar 
etmişəm. Bu işdə xalqın qarşısında günahlarım o qədər 
böyükdür ki, məni güllələmək azdır, asmaq lazımdır, məni 
şaqqalamaq, parça-parça eləmək lazımdır». 
Geniş repressiyalar dövründə respublikada bütün bu ci-
nayətlərin törədilməsində günahlandırılan Bağırovla birlikdə 
onun  ən yaxın  əlaltıları – Azərbaycan SSR Fövqəladə 
Komissiyası, Baş Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, 
Dövlət Təhlükəsizlik Nazirliyi orqanlarında məsul vəzifələrdə 
çalışmış Sumbatov-Topuridze, Atakişiyev, Markaryan, 
Qriqoryan, Borşev, Yemelyanov həbs edilib mühakimə 
olundular. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Borşev 
Timofey Mixayloviçi, Markaryan Ruben Ambarsumoviçi, 
Qriqoryan Xoren İvanoviçi güllələnməyə məhkum etdi. 
Məhkəmə prosesində Xoren Qriqoryanın 1937-ci ildə 
Bakıdan atasına yazdığı  məktub oxundu. O, məktubda 100 
nəfərin güllələndiyini, 500 nəfərin isə növbə gözlədiyini 
bildirmişdi. 
1953-cü il martın 27-də SSRİ Ali Sovetinin amnistiya 
haqqında fərmanı oldu. Siyasi məhbuslar saxlanılan düşərgələrə 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
375
rəhbərlik edən  İslah  Əmək Düşərgələri Baş  İdarəsi – 
«QULAQ» ləğv edildi. Repressiyaya məruz qalanların işinə 
yenidən baxılması üçün komissiyalar yaradıldı. 
1956-cı il iyunun 22-də SSRİ Ali Məhkəməsinin cinayət 
işləri üzrə  məhkəmə kollegiyası  İsmixan Rəhimovun, 
Gülhüseyn Abdullayevin, Hacı Zeynalovun, Aydın Vahidovun, 
Azər Ələsgərovun, Musa Abdullayevin, Kamal Əliyevin, Kamil 
Rzayevin işlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan 
SSR Ali Məhkəməsinin 1949-cu il 21-22 mart tarixli hökmünü 
ləğv etdi. 
1949-cu ildə H.N.Hüseynovun «XIX əsr Azərbaycanda 
ictimai və  fəlsəfi fikir tarixindən» adlı kitabı  nəşr olunmuş  və 
əsərdə  Şeyx  Şamil hərəkatı çar Rusiyasına qarşı milli-azadlıq 
hərəkatı kimi verilmişdi. Bu ideya M.C.Bağırovu möhkəmcə 
qəzəbləndirmişdi. O, H.Hüseynovun kitabına cavab olaraq 
«Müridizm və Şamilin hərəkatının xarakteri haqqında məsələyə 
dair» adlı  məqalə çap etdirmişdi və H.Hüseynovun bu əsərini 
tənqid etməklə, ona iftiralar yağdırmış,  Şeyx  Şamili ingilis 
casusu adlandırmışdı. Hətta H.Hüseynov bütün vəzifələrdən 
azad edilmiş, ona verilən Stalin mükafatı geri alınmış, 
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyündən 
çıxarılmış, özü isə nəzarət altına götürülmüşdü. Bütün bunlara 
dözə bilməyən filosof intihar etmişdi. 
Azərbaycan Xalq Cümhuriyyəti – bütün Şərqdə ilk 
Demokratik Respublika xalqa burjua respublikası kimi təq-dim 
edilmişdi. «Kitabi-Dədə Qorqud» dastanına xalqdan uzaq 
feodal-xan eposu damğası vurulmuş, dastanın tədqiqatçıları isə 
təqiblərə  məruz qalmışdı. Azərbaycanın böyük tarixçi-
şərqşünası M.M.Kazım bəy «çarizmin sadiq qulu» hesab 
edilmişdi. Həmçinin, Azərbaycanın onlarla şairi, yazıçısı, 
mədəniyyət və dövlət xadimləri, o cümlədən yazıçı 
M.İbrahimov, professor A.O.Makolevski elmi-siyasi sayıqlığı 
itirməkdə günahlandırılmış, Azərbaycan SSR Elmlər 

XI mühazirə 
 
 
376
Akademiyasının akademiki M.A.Dadaşzadə «Türkiyə casusu» 
adlandırılmışdı. Xalq şairi S.Vurğuna da hücumlar edilmişdi. 
M.C.Bağırov Azərbaycan K(b) P-nin XIX qurultayında (1952-
ci il) Səməd Vurğunun sözünü kəsərək demişdi: «Sən 
ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa 
məhv olacaqsan». Həmin qurultayda M.İbrahimov, Səid 
Rüstəmov,  Şəmsi Bədəlbəyli və digərləri M.C.Bağırovun 
ölümlə hədələyən tənqidlərinə məruz qalmışdılar. 
1953-cü il iyulun 12-13-də Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birləşmiş 
plenumu Sov. İKP MK iyul (1953-cü il) plenumunun 
yekunlarını müzakirə edərək Azərbaycan partiya təşkilatlarının 
işində mövcud olan nöqsanları, qüsurları  aşkar etdi. Partiya 
təşkilatlarında kollektiv rəhbərlik prinsipinə  əməl edilməsi, 
respublika Daxili İşlər Nazirliyinin, onun yerlərdəki 
orqanlarının fəaliyyətində  nəzarətsizliyə son qoyulması 
tələbləri qarşıya qoyuldu. 1954-cü ilin fevralında Azərbaycan 
KP-nin XX qurultayında Azərbaycan KP MK-nın işi yartımaz 
hesab edildi. 
Azərbaycan KP MK-nın plenumu İmam Daşdəmir oğlu 
Mustafayevi Azərbaycan KP MK-nın birinci katibi seçdi. 
(İmam Daşdəmir oğlu Mustafayev (1910-1997) Zaqatala 
qəzasının Qax kəndində anadan olub. O, Azərbaycan SSRİ EA-
nın akademiki (1950) olmuş, 1934-1940-cı illərdə AKTİ-də 
işləmiş, 1940-1953-cü illərdə Az.SSR Dövlət Nəzarəti 
Komissarının 1-ci müavini, Xalq Torpaq Komissarının 1-ci 
müavini, Az.SSR kənd təsərrüfatı naziri, AKP Gəncə Vilayət 
Komitəsinin 1-ci katibi, 1954-1959-cu illərdə isə AKP 1-ci 
katibi işləmişdir). Sadıx Rəhimov Az.SSR Nazirlər Sovetinin 
sədri, yazıçı Mirzə  İbrahimov isə Ali Sovetin Rəyasət 
Heyətinin sədri təyin olundular. Onu da qeyd edək ki, 
təkpartiyalı siyasi sistemdə yüksək hakimiyyət pilləsində olan 
rəhbərin  şəxsi keyfiyyətlərindən çox şey asılı olur. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
377
Respublikanın ictimai-siyasi həyatında yeni bir mərhələ – milli 
oyanış, dirçəliş başladı. 
İ.Mustafayevin həyata keçirdiyi ən böyük tədbirlər-indən 
biri Bakı  şəhərində  əhalinin etnik tərkibində azərbaycanlıların 
sayının artırılması ilə bağlı gördüyü işlər idi. Belə ki, XX əsrin 
50-ci illərinin  əvvəllərində Bakı  şəhərində azərbaycanlıların 
sayı o qədər də çox deyildi. Respublika rəhbərinin düzgün 
sosial və iqtisadi siyasəti nəticəsində Bakı  şəhərində  sənaye 
sürətlə inkişaf etdirilməklə çoxlu sayda yeni iş yeri açıldı. Kəndli 
gənclər bu iş yerlərinə  cəlb olundu. Bütün bunların nəticəsində 
Bakıda azərbaycanlıların sayı xeyli artdı, demoqrafik vəziyyət 
dəyişdi. Bu, Moskvanın, N.S.Xruşşovun və onun erməni 
dostlarının beynəlmiləl  şəhər olan Bakını Azərbaycanın 
tərkibindən çıxarıb müstəqil inzibati bölgü kimi birbaşa 
Mərkəzə tabe etmək planını pozdu. 
50-ci illərin ikinci yarısında görülən tədbirlər içərisində 
bir çox ziyalılarımızın, geniş xalq kütləsinin milli əhval-ruhiy-
yəsinin yaranmasına gətirib çıxaran hadisələrdən biri 1956-cı 
ilin avqustunda dil haqqında qanunun qəbul edilməsi oldu. 
Həmçinin, 1956-cı il avqustun 21-də Azərbaycan SSR 
Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə 
əlavə edildi və  həmin maddə  aşağıdakı kimi yazıldı: Maddə 
151. «Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir». 
Azərbaycan SSR ərazisində yaşayan millətlərin həm mədəniyyət 
idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf 
etdirmək və işlətmək hüququ təmin edildi. 
Azərbaycan SSR-in şəhər və  kənd yerlərində yeddiillik 
ümumi təhsilin həyata keçirilməsi ilə  əlaqədar, habelə orta 
məktəblərin yuxarı siniflərində, orta ixtisas məktəblərində və ali 
məktəblərdə  təhsil pulunun ləğv edilməsilə  əlaqədar olaraq, 
Azərbaycan SSR Konstitusiyasının 128-ci maddəsinə müvafiq 
dəyişikliklər edildi və 12-ci maddədə göstərildi ki, Azərbaycan 
SSR vətəndaşları təhsil hüququna malikdirlər. 

XI mühazirə 
 
 
378
Milli dilin, mədəniyyətin, milli dəyərlərin itib-batmaq 
səviyyəsinə çatdığı bir dövrdə bunları xilas etmək üçün 
Azərbaycan dili haqqında qanunun qəbul edilməsi çox böyük 
cəsarət idi. 
Rəsul Rza öz çıxışında yana-yana bildirirdi: «Doğma 
Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və 
işimizdə özünə layiq olan yeri tutmasını təmin etmək lazımdır. 
Milli siyasətimizin ruhuna uyğun olaraq dilimizin tərəqqi və 
inkişafı uğrunda mübarizə aparmaq lazımdır». 
Azərbaycan dili haqqında qanunun qəbul edilməsindən 
sonra Bəxtiyar Vahabzadənin «Gülüstan», Rəsul Rzanın «Qızıl 
gül olmayaydı» poemaları,  İsa Hüseynovun ilk povestləri 
yazıldı. 
Respublikada rəsmi sənədlərin, kargüzarlıq işlərinin 
Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. 
1957-1959-cu illərdə  «İncəsənət» almanaxı, 1958-ci ildə 
«Bakı» axşam qəzeti, uşaqlar üçün «Göyərçin» jurnalı  nəşr 
olunmağa başladı. 1956-cı ildə Bakı televiziyası işə düşdü. 
Ali Sovetin Rəyasət Heyəti bir sıra fərmanlar qəbul 
etmişdi. Həmin fərmanlardan birinə əsasən 2 aprel 1956-cı ildə 
Dəstəfur rayonunun adı  dəyişmiş  və rayon mərkəzinin adına 
uyğun olaraq Daşkəsən rayonu adlandırılmışdı. 
Respublikada həm  şəhərdə, həm də  kənddə ümumi 
yeddillik təhsil həyata keçirilmiş, iri şəhərlərdə isə,  əsasən 
onillik təhsil tətbiq olunmuşdu. Hökumətin qərarı ilə orta 
ixtisas məktəblərində  və ali məktəblərdə  təhsil pulu ləğv 
edilmişdi. 
Lakin bütün bu nailiyyətləri mərkəz qısqanclıqla 
qarşılayır, bu proseslərə rus şovinizminin gözü ilə baxırdı. 
Həmçinin Azərbaycanda milli dirçəliş meylləri mərkəzdə rus 
şovinizminin güclənməsinə  səbəb olur və ciddi müqavimətə 
rast gəlirdi. 
Azərbaycan dili haqqında qanun partiyanın milli si-
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
379
yasətinə zidd hal kimi qiymətləndirildi və  əhalidə millətçi 
əhval-ruhiyyə yaradılması kimi səciyyələndirildi. 
İ.Mustafayevə millətçi damğası vurulsa da, məhz o, 
Azərbaycana rəhbərlik etdiyi dövrdə (1954-1959-cu illər) öz 
əməli və dövlətçilik fəaliyyəti ilə  dərin milli hisslərə malik 
dövlət rəhbəri olduğunu sübut etdi. O, kənd təsərrüfatına, 
sənayeyə, ideoloji işə  rəhbərlik sahəsində, kadrların seçilməsi, 
yerləşdirilməsi və tərbiyəsi işində çox işlər görmüşdü. 
1954-1958-ci illərdə  kənd təsərrüfatı  məhsulları 
istehsalında artım  əvvəlki beşillik dövrünə nisbətən aşağıdakı 
kimi olmuşdur: pambıq istehsalı - 28,5 faiz, taxıl – 19,2 faiz, 
tütün – 31,5 faiz, yaşıl çay yarpağı – 2,4 dəfə, üzüm – 1,5 dəfə, 
tərəvəz – 2 dəfə, barama – 11,2 faiz, süd istehsalı 1953-cü 
ildəkinə nisbətən 1958-ci ildə 230 min tondan 402 min tona, ət 
istehsalı 50 min tondan 64,5 min tona, yun istehsalı 5,9 min 
tondan 8 min tona çatdırılmışdı. 
Mərkəz isə hər şeyi qeyri-obyektiv izah etməyə çalışıaraq 
texniki bitkilərin, xüsusilə  də taxıl bitkilərinin daha sürətlə 
inkişaf etdirilməsində  İmam Mustafayevin səhvə yol verdiyini 
iddia edirdi  
Son anda mərkəz  İ.D.Mustafayevi vəzifədən götürmək 
qərarına gəldi. Bu cəza isə «əsaslandırılmalı» idi. Bu baxımdan 
da N.S.Xruşşovun göstərişi ilə Azərbaycan partiya təşkilatının 
işini yoxlamaq üçün Sov.İKP MK təşkilat  şöbəsi müdirinin 
müavini  Şikinin başçılığı ilə 26 nəfərdən ibarət komissiya 
göndərildi. Komissiya iftiralarla dolu, mərkəzi təmin edən bir 
hesabat yazdı. Yoxlamanın nəticələri Azərbaycan KP-də 
müzakirə olunmadan, Azərbaycan rəhbəriliyinə göstərilmədən 
Moskvaya təqdim edildi. Yoxlama materialları İ.D.Mustafayevi 
vəzifədən götürmək üçün əsas oldu. Yoxlamada önə  çəkilən 
iradlardan bəzilərini xatırlatmaq yerinə düşərdi. Guya 
Azərbaycanda  Əzizbəyovun ev-muzeyi əzəmətli bir binada 
yerləşdiyi halda, S.M.Kirovun adına olan muzey çox görkəmsiz 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin