AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

XI mühazirə 
 
 
404
yeddinci sessiyasının qərarlarına uyğun olaraq 1957-ci ilin 
iyulunda Azərbaycan Xalq Təsərrüfatı  Şurası  təşkil edilmişdi. 
Ləğv edilən ittifaq - respublika və respublika nazirliklərinin 
bütün müəssisələri respublika Xalq Təsərrüfatı  Şurasına 
verilmişdi. Xalq Təsərrüfatı Şurasının ixtiyarında 381 müəssisə 
vardı ki, bundan 269-u sənaye müəssisələri idi. 
Respublikada bir sıra yeni istifadə qurğuları, Sumqayıt 
boru-prokat zavodunda prokat sexi, Sumqayıt sintetik kauçuk 
zavodunda kauçuk bölməsi və s. işə salınmışdı. Kirovabad 
(Gəncə) alüminium oksidi zavodunun, zəylik alunit mədəninin, 
Bakı  Şin zavodunun tikilməsinə başlanmışdı. Respublikada 
elektrotexnika malları istehsal edən dörd ixtisaslaşdırılmış 
zavod və elektrotexnika sənaye elmi-tədqiqat institutu təşkil 
edilmişdi. 
Ağır sənayenin inkişaf etdirilməsi ilə yanaşı, yüngül 
sənayenin və yeyinti sənayesinin inkişaf etdirilməsinə çox fikir 
verilirdi. Mingəçevir  şəhərində böyük toxuculuq kombinatı, 
Bakıda kamvol fabriki, Əli-Bayramlı rayonunda yağ kombinatı 
və bir sıra başqa müəssisələr tikilmişdi.  İstehsal 
texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin tətbiq 
edilməsi, istehsal prosesinin mexanikləşdirilməsi nəticəsində 
iki il ərzində ümumən bütün respublika sənayesində  əmək 
məhsuldarlığı planı artıqlaması ilə yerinə yetirilmişdi. 1957-ci 
ildə əmək məhsuldarlığı 1955-ci ilə nisbətən 12 faiz artmışdı. 
50-ci illərin ortalarından başlayaraq SSRİ-nin  əsas 
neftçıxarma mərkəzi sayılan Azərbaycan bütün ölkənin neft 
məhsullarına olan ehtiyatını ödəyə bilmirdi. Buna görə  də, 
Xəzər neft yataqlarının aşkar edilməsinə başlanıldı. Bu isə 
Azərbaycan neft sənayesinin inkişafında çox böyük hadisə 
oldu. 
Dəniz neft yataqlarının istismarı üçün «Azneft» Birliyi 
nəzdində «Dəniz qazma» tresti yaradıldı. 
Girovdağ, Qaradağ, Zəyli, Mişovdağ kimi neft və qaz 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
405
yataqlarının kəşf edilməsi, sənaye miqyasında işlədilməyə 
başlanması, habelə «Neft Daşları», «Palçıqtəpə» sahələrində 
neft yataqlarının tapılması neft çıxarılmasını artırmaq işində 
çox böyük rol oynamışdı. Bütün bunlar respublikada neft və 
qazın sənaye ehtiyatlarını xeyli artırmışdı. 
Qeyd olunan nəticələrin  əldə olunmasında 1949-cu il 
mayın 7-də «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini 
və  işlənməsini üzən vasitələrlə  təmin etmək haqqında», dəniz 
mədənlərinin yaradılması  və inkişafında «Azərbaycan SSR-də 
dəniz neft yataqlarının kəşfi və  işlənməsi üzrə  işlərin təşkilini 
yaxşılaşdırmaq tədbirləri haqqında» 1949-cu il oktyabrın 31-də 
SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların, həmçinin 
1950-ci ildə SSRİ hökumətinin qərarı ilə yeni neft Birliyinin - 
«Azərdənizneft»in yaradılmasının mühüm əhəmiyyəti oldu. 
Azərbaycan neft sənayesinin inkişafında 1953-cü ildə 
neftçıxarma sənayesinə  rəhbərlik edən üç birliyin – 
«Azdənizneft», «Azneftkəşfiyyat» və «Azneft» Birliyində 
birləşdirilməsinin, 1954-cü ildə isə Azərbaycan SSR Neft 
Sənayesi Nazirliyinin yaradılmasının çox böyük əhəmiyyəti 
oldu. 
1954-cü il iyunun 9-da SSRİ Nazirlər Sovetinin «SSRİ 
neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər 
haqqında» qəbul etdiyi qərara uyğun olaraq, əsas diqqət SSRİ-
nin yeni neft rayonlarının yaradılmasına yönəldildiyi halda, 
Azərbaycan neft sənayesinə diqqət azaldı  və Azərbaycan neft 
hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları sırasına daxil 
edildi.  
Görülmüş  tədbirlər nəticəsində 50-ci illərdə  Xəzər 
dənizində neft sahələrinin aşkar edilməsi və  işlənməsi xeyli 
sürətləndi. Darvin bankası, Cilov adası, Neft daşlarının  şimal-
şərq hissəsi, Qum adası  və digər neftli yataqların istismarına 
başlanıldı ki, bu da dənizdə neft hasilatının sürətlə artmasına 
səbəb oldu. 1960-cı ildə neft hasilatı 17,8 mln. ton təşkil 

XI mühazirə 
 
 
406
etmişdir.  
60-cı illərdə respublika sənayesində aparıcı sahələrdən 
biri neft-maşınqayırma sənayesi idi. Bu sahədə xeyli 
irəliləyişlər baş vermişdi. Azərbaycan maşınqayırma sənayesi 
öz məhsullarını təkcə respublikaya deyil, həmçinin bütün SSRİ-
yə ixrac edirdi. 
Respublikada maşınqayırmanın yeni sahələri meydana 
gəlmişdi. 1954-cü ildə «Mingəçevir kəndmaş» kənd təsərrüfatı 
maşınqayırma zavodu işə salındı. 50-ci illərdə Bakıda güclü 
ekskavator təmir zavodu, elektrotexnika sənayesinin 
«Azərkabel» zavodu, «Azərneftkəşfiyyat» təmir-mexaniki 
zavodu bazasında «Bakıqazaparat» zavodu, Bakı elektrik təmiri 
zavodu, Mingəçevir SES-in birinci növbəsi işə salındı. 
50-60-cı illərdə Azərbaycanda enerji istehsalı,  əhalinin 
enerjiyə olan təminatı xeyli gücləndi. 1954-cü ildə  Şüvəlanda 
«Şimal» DRES fəaliyyətə başladı. 1959-cu ildə Əli-Bayramlıda 
yeni istilik-elektrik stansiyası istismara verildi. 
Respublikada ilk dəfə 20 kilovatlıq Mingəçevir-Xırdalan 
elektrik xətti çəkildi. 60-cı illərdə respublikada kimya sənayesi 
daha sürətlə inkişaf edirdi. 1952-ci ildə katalizator fabriki, 
1953-cü ildə Yeni Bakı neftayırma zavodu, Sumqayıt sintetik 
kauçuk zavodunun işə salınması ilə neft-kimya sənayesinin 
əsası qoyuldu və inkişaf etdirildi. 1958-ci ildə kimya və neft-
kimya sənayesinin ümumi məhsulunun həcmi 1950-ci ilə 
nisbətən 8,9 dəfə artmışdı. 
XX yüzilliyin 60-cı illəri filiz-mədən sənayesinin inkişafı 
ilə  əlamətdar olmuşdur. 1954-cü ildə Daşkəsən dəmir 
mədəninin tikintisi başa çatdırıldığı vaxtdan respublikanın 
iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol oynamağa 
başladı. 
Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir 
yolunun çəkilməsi, zəylik-alunit yatağının alüminium filizindən 
istifadə etməyə imkan yaratdı. Yeni metallurgiya müəssisələri 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
407
istifadəyə verildi. Sumqayıt boru-prokat zavodu ilk məhsul 
istehsal etdi, iki marten sobası istifadəyə verildi. 
1958-1959-cu illərdə qazlı-neftli Zirə yatağının kəşfi və 
sənaye miqyasında işlənməsi ilə respublikada qaz sənayesi 
əhəmiyyətli dərəcədə inkişaf etdi. 60-cı illərin  əvvəllərində 
Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa 
çatdırıldı. 
Respublikada energetika bazası iki il ərzində xeyli 
genişlənmişdi. Mingəçevir su elektrik stansiyasının altı 
aqreqatının hamısı  işə salınmış,  Şimal dövlət rayon elektrik 
stansiyasının birinci növbəsi istifadəyə verilmişdi. Elektrik 
stansiyalarının gücü 1920-ci ildəkinə nisbətən 1958-ci ildə 40 
dəfə, elektrik enerjisi istehsalı 50 dəfə artmışdı. Elektrik 
enerjisi istehsalının artması  nəticəsində 1958-ci ildə 
respublikada  əhalinin hər nəfərinə 1600 kilovat-saat elektrik 
enerjisi düşmüşdü. 
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il iyulun 
13-də «1955-1960-cı illərdə Azərbaycan SSR-in kənd 
təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında», 
1957-ci ilin iyulunda «Azərbaycan SSR-in dağlıq, dağətəyi və 
sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında» 
qəbul etdiyi qərarları Azərbaycanın kənd təsərrüfatında mövcud 
olan bir sıra problemlərin aradan qaldırılmasında mühüm rol 
oynamış, ilk növbədə, kənd təsərrüfatına vəsait qoyuluşu xeyli 
artırılmışdı.  
Həyata keçirilən tədbilər nəticəsində kolxozların maddi-
texniki bazası xeyli möhkəmləndi, onların birləşdirilməsi 
hesabına daha iri, genişləndirilmiş  təsərrüfatlar yaradıldı. Belə 
ki, 1950-ci ildə Azərbaycanda 1615 kolxoz var idisə, onların 
birləşdirilməsi hesabına bu rəqəm 992-yə endi. 
50-60-cı illərdə Azərbaycanda kolxoz quruculuğu ilə 
yanaşı, sovxoz quruculuğu da inkişaf etdirilirdi. Sovxozların 
sayı 1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya çatdırılmışdı. 

XI mühazirə 
 
 
408
Kənd təsərrüfatının bir sıra sahələrində müvəffəqiyyətlər 
əldə edilsə də, pambıqçılıq sahəsində görülən tədbirlər istənilən 
nəticəni verməmişdi. Pambıq istehsalı azalmış, dənli bitkilər 
sahəsində müvəffəqiyyətlər 1955-1956-cı illərdə xeyli aşağı 
düşmüşdü, məhsul yığımı 1954-cü ildəkindən az olmuş, hər 
hektardan götürülən məhsul 2,5 sentner azaldılmışdı. 
Respublikanın Qazax, Şəmkir, Ağstafa, Tovuz kimi çox 
məhsul götürən rayonlarında da pambığın məhsuldarlığı xeyli 
aşağı düşmüşdü. 
Respublikada dənli bitkilər  əkinində qarğıdalı  əsas yer 
tuturdu. 1953-cü ildə 105 min hektar qarğıdalı  əkildiyi halda, 
1958-ci ildə 109 min hektar qarğıdalı  əkilmişdi. Bu sahədə 
Zaqatala, Balakən, Qax, Lənkəran, Nuxa rayonları müsbət 
nailiyyətlər əldə etmişdilər. 
1957-ci ildə respublikada 11231 min hektar əkin 
sahəsinin 781 min hektarı, yəni 64 faizi dənli bitkilərdən ibarət 
idi. Taxıl təsərrüfatı  əkin sahəsinə görə respublikanın kənd 
təsərrüfatı istehsalında əsas yer tuturdu. Bütün əkin sahələrinin 
66 faizində taxıl əkilirdi. 
Kənd təsərrüfatının başqa sahələri olan tütün, çay, tərəvəz 
məhsulları istehsalı da artmışdı. Respublikada tərəvəz-bostan 
bitkilərinin yetişdirilməsinə  də xüsusi fikir verilirdi. 1958-ci 
ildə tərəvəz-bostan bitkilərinin əkin sahəsi 1953-cü ilə nisbətən 
42 faiz artmışdı. 1955-ci ildə ümumi tərəvəz məhsulu 1950-ci 
ildəki 67 min tona qarşı 123,1 min ton olmuş, təqribən 2 dəfə 
artmışdı. 
Respublikada heyvandarlığı inkişaf etdirmək və mal-
qaranın məhsuldarılığını yüksəltmək üçün bir sıra tədbirlər 
görülmüşdü. Heyvandarlıqda süd və ət məhsuldarlığı artmışdı. 
1957-ci ildə kolxozlarda 778 min ton, yəni hər inəkdən 787 
kiloqram süd sağılmışdı. 
Respublikanın kolxoz və sovxozları qoyunçuluğu hər 
vasitə ilə inkişaf etdirmək və yun istehsalını artırmaq haqqında 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
409
Nazirlər Sovetinin qərarını yerinə yetirərək qoyunçuluğu 
inkişaf etdirmək və onun məhsuldarlığını artırmaq sahəsində bir 
sıra tədbirlər görmüşdü. Respublikada təqribən 4 mln. baş, o 
cümlədən kolxozlarda 30345 min baş qoyun var idi. 
Mal-qaraya baxılması, onun yemlənməsi və saxlanması 
işinə, heyvandarlıq üçün yem bazası yaradılmasına, çox 
qiymətli yem bitkisi olan qarğıdalının yayılmasına çox diqqətlə 
yanaşılmış, onun inkişafı üçün bir sıra tədbirlər görülmüşdü. 
Respublikanın sənaye və tikinti təşkilatları da müsbət 
nəticələr  əldə etmişdi. Respublika sənayesi elə bir səviyyəyə 
çatmışdı ki, bir çox məhsullar xaricə ixrac edilirdi. 
1962-ci ildən başlayaraq sənaye sahələrində, o cümlədən 
neft sənayesində gerilik özünü göstərməyə başlamışdı. Düzgün 
olmayan iqtisadi siyasət ona gətirib çıxarmışdı ki, respublikanın 
sosial-iqtisadi inkişafında nöqsanlar və  çətinliklər yaranmış, 
həllini gözləyən problemlərin yığımı əmələ gəlmişdi. 
1964-cü ildən başlayaraq, neftçıxarmada, ilk növbədə 
geoloji kəşfiyyat və qazma sahələrində  işlərin yarıtmaz təşkili 
üzə  çıxmışdı. Bu problemlərin həlli ilə bağlı görülən tədbirlər 
də heç bir nəticə verməmişdi. 
1965-ci ilin sentyabrında respublika sənayesinin idarə 
olunmasının yaxşılaşdırılmasına, planlaşmanın 
təkmilləşdirilməsinə 
və iqtisadi amillərin rolunun 
gücləndirilməsinə yönəldilmiş  tədbirlər; sahə nazirliklərinin 
təşkili; planlaşdırmanın elmi əsaslarının yüksəldilməsi və digər 
iqtisadi amillər də uğursuzluqla nəticələndi. 
XX  əsrin 60-cı illərində iqtisadiyyatın  ən aparıcı 
sahələrindən biri kimi, kənd təsərrüfatı sahəsində  əsas vəzifə 
kolxozları 
təşkilat-təsərrüfatca möhkəmləndirməkdən, 
elektrikləşdirməkdən, kolxoz və sovxozlarda aqrotexniki və 
suvarma sistemini və onun xidmətini yaxşılaşdırmaqdan ibarət 
idi. 50-ci illərin sonunda respublikada hakimiyyətə  gələn yeni 
qüvvələrin qeyri-mütəsəkkil, düşünülməmiş, reallıqdan uzaq 

XI mühazirə 
 
 
410
iqtisadi siyasəti respublikanın sosial-iqtisadi həyatında böhranlı 
vəziyyət yaratdı. Vəziyyətdən çıxmaq üçün cəhdlər göstərilsə 
də, bunlar bir nəticə vermədi. 
XX yüzilliyin 60-cı illərinin sonunda, demək olar ki, 
bütün mikroiqtisadi və digər istehsal göstəricilərinə görə, 
Azərbaycan keçmiş ittifaqın bütün müttəfiq respublikaları 
içərisində sonuncu pillədə dururdu. 
1969-cü ilin iyul plenumunda V.Axundovun fəaliyyəti 
tənqid olundu və o, Azərbaycan KP MK-nın birinci katibi 
vəzifəsindən azad edildi, plenum H.Ə.Əliyevi Azərbaycan KP 
MK-nın birinci katibi seçdi. H.Ə.Əliyevin Azərbaycana 
rəhbərliyi dövründə – 1969-1982-ci illərdə respublikanın 
ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər 
baş verdi. 
 
4. 1946-60-cı illərdə  
respublikanın sosial-mədəni həyatı 
 
50-60-cı illərdə respublikamızda sosial və  mədəni 
quruculuğun bütün sahələrində xeyli nailiyyətlər  əldə edilmiş, 
yeni sosial və  mədəniyyət sahələri yaradılmışdı. Elmdə, 
təhsildə, incəsənətdə  və sosial siyasətdə bir sıra yeniliklər 
edilmişdi.  İqtisadiyyatda baş verən müsbət dəyişikliklər 
əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi 
səviyyəsinə  təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin 
sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində 
isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin 
istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, 
iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması  və inkişaf 
etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca 
tələbləridir.  İnsanların sağlamlığının qorunması, onların 
həyatının və  əməyinin mühafizəsi sosial siyasətin başlıca 
şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
411
maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin 
inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli 
inkişafı  gənc nəslin təlim və  tərbiyəsi sahəsində başlıca 
əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət 
orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına 
xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli 
artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı. 
Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən 
artıq tələbə oxuyurdu. 
Ali məktəblər hər il 5000-ə  qədər mütəxəssis buraxırdı. 
Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi, 
o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı. 
Şərqşünaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini, 
mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan 
Elmlər Akademiyasının yanında  Şərqşünaslıq  İnstitutu 
yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fizika, 
riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr 
əldə edilmişdi. 
50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu 
yeddiillik və onillik musiqi məktəbləri, Dövlət 
Konservatoriyası  və  Bəstəkarlar  İttifaqı yaradılmışdı. Həmin 
dövrdə Azərbaycanda (1956-cı ildə) komediya teatrı  bərpa 
edilmiş  və 1958-ci ilə  qədər 11 tamaşa göstərilmişdi. 
Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli 
əsərlə - bəstəkar Qara Qarayevin «İldırımlı yollarla» baleti ilə 
zənginləşmişdi. Fikrət  Əmirovun «Sevil» operasını da xüsusi 
qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun 
inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə 
18 jurnal, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon 
qəzeti və çoxtirajlı  qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar 
ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmağa başladı. 
Həmin qəzetdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı. 
Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı 

XI mühazirə 
 
 
412
artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və 
başqa orta ixtisas məktəblərində  tədrisin keyfiyyətinin 
yüksəldilməsinə  və bütün tədris-tərbiyə  işinin kökündən 
yaxşılaşdırılmasına nail olunmalı, həm də  tələbələrin tədris-
istehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət 
verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi. 
Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi 
vardı. Respublikanın elmi-tədqiqat idarələrində  və ali 
məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər 
elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər 
Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü 
var idi. Akademiyanın elmi idarələrinin maddi-texniki bazasını 
möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü 
ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər 
Akademiyasının institutları bir sıra elmi problemlər işləyib 
hazırlamış, çoxlu elmi əsərlər və monoqrafiyalar, o cümlədən 
Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsər-
lərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə 
750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə  və  kəndli 
gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil 
məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957-
ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta 
məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas 
məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali 
məktəblərin gündüz şöbələrinə  qəbul edilmiş  tələbələrin 23 
faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan 
şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif 
ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud 
2 faiz, kütləvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz 
artmışdı. Respublikada səhiyyənin,  əhaliyə tibbi xidmətin 
yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü. 
Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə 
olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
413
məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki 
bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları 
daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə 
büdcəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666 
ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi, 
74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi 
xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın 
rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi 
göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox 
orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 50-
60-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni 
konstruksiyalar tətbiq edilir, tikinti prosesləri 
mexanikləşdirilirdi. 
Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturu da 
inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklərin 
daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə 
Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat 
infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer 
tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə 
respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda 
avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə 
avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çə-
kilməsində  əhəmiyyətli işlər görülürdü. Sərnişindaşıma key-
fiyyyətcə yaxşılaşmış, yüklərin daşınması xeyli artmışdı. Dəmir 
yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava 
Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. 
1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşıma 1955-ci ilə 
nisbətən 22 faiz artmışdı. 1958-ci ildə  dəmir yolu ilə  hər cür 
yüklər göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft 
və neft məhsulları, habelə  hər cür filiz göndərilməsi tapşırığı 
102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117 
faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz 
yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı 

XI mühazirə 
 
 
414
Nazirliyinin ümumi istifadədə olan avtomobil nəqliyyatının yük 
dövriyyəsi planı 111 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən 
yük dövriyyəsi 24 faiz, daşınması isə 31 faiz artmışdı, sərnişin 
daşınması planı 103 faiz və  sərnişin dövriyyəsi planı 102 faiz 
yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən sərnişin daşınması 19 
faiz, sərnişin dövriyyəsi 25 faiz artmışdı. Rabitə vasitələri, 
radiolaşdırma və televiziyanı inkişaf etdirməkdən ötrü 1956 və 
1959-cu illər üçün müəyyən edilmiş planlar yerinə yetirilmişdi. 
1956-cı il fevradın 14-də Azərbaycan televiziyası 
fəaliyyətə başlamış, Bakıda və Naxçıvanda televiziya 
studiyaları istifadəyə verilmişdi. Onlarca radio, telefon xətti 
çəkilmiş, ötürücü stansiyalar qurulmuşdu.  Şəhər və  kəndlərdə 
185 mindən çox telefon nömrəsindən istifadə olunurdu. 
Mənzillərin (xüsusən də kənd yerlərində) telefonlaşdırma işi çox 
ləng gedirdi. Kommunikasiya vasitələrinin texniki səviyyəsi aşağı 
idi. 1957-ci ildə dövlətin əsaslı xərclərinin həcmi 1955-ci ilə nis-
bətən 26 faiz, tikinti-qurşadırma işlərinin həcmi isə 20 faiz 
artmışdı. 1956-1959-cu illərdə çoxlu sənaye, energetika, su tə-
sərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Təxmini mə-
lumata görə, 1957-ci ildə bütün dövlət idarələri və  təşkilatları 
tərəfindən 240 min m
2
-dən artıq mənzil sahəsi tikilib istifadəyə 
verilmişdi. 
1955-1957-ci illərdə  şəhərlərdə  və  şəhərtipli qəsəbələrdə 
329 min m
2
  fərdi mənzil sahəsi, o cümlədən Bakı  şəhərində 
10.35 m
2
  mənzil sahəsi, Azərbaycan neft zavodları birliyinin 
müəssisələri tərəfindən 6.217 m
2
, Xəzər dənizçiliyi idarəsi 
tərəfindən 1000 m
2
-dən artıq mənzil sahəsi tikilib istifadəyə 
verilmişdi. 50-ci illərin ikinci yarısında (1958-ci ildə) mənzil 
tikintisi xeyli artmışdı. 
Ümumiyyətlə, dövlət vəsaiti hesabına 6756 şagird oxuya 
biləcək 18 məktəb, 169 çarpayısı olan 21 uşaq bağçası  və 
körpələr evi, 2406 tamaşaçı tutan 7 kinoteatr və bir çox başqa 
mədəni-məişət obyekti tikilib istifadəyə verilmişdi. Kolxozların 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
415
vəsaiti hesabına və onların qüvvəsilə 14479 şa-gird oxuya 
biləcək 90 məktəb, 30361 tamaşaçı tutan 174 klub və 
mədəniyyət evi və bir çox başqa obyektlər tikilmişdi. 
1958-ci ildə dövlətin  əsaslı  xərcləri hesabına respublika 
büdcəsi üzrə  mənzil tikintisinə 342,6 mln. manat pul 
buraxılmışdı. Bu, 357 min m
2
  mənzil sahəsinin istifadəyə 
verilməsini təmin etməli idi. 1957-ci ilə nisbətən kapital 
qoyuluşu neft və qaz sənayesində 18 faiz, kimya sənayesində 
14 faiz, əlvan metallurgiyada 2,3 dəfə, tikinti materialları 
sənayesində 16 faiz, tikinti sənayesində 64 faiz, kənd 
təsərrüfatında 20 faiz, mənzil tikintisində 24 faiz artmışdı. 
1958-ci ildə tikinti sənayesi daha da inkişaf etdirilmişdi. 
Respublikanın podratçı  təşkilatları 1958-ci ildə tikinti-
quraşdırma işləri planını 102 faiz yerinə yetirmişdi. 1957-ci ilə 
nisbətən planın yerinə yetirilməsi faizi xeyli artmışdı. 
Respublikanın tikinti təşkilatları 1957-ci ildə tikintiyə  sənaye 
üsulları  və tikinti işlərinin kompleks mexanikləşdirilməsini 
geniş  tətbiq etmişdilər. 1958-ci ildə bu cür konstruksiyalar 
buraxılışı 1957-ci ilə nisbətən 1,2 dəfə çoxalmışdı. Sənayenin 
və tikintinin idarə olunması yenidən təşkil edilərkən podratçı iri 
tikinti təşkilatları, Zaqafqaziya sənaye müəssisələri tikinti tresti, 
Kirovabad (Gəncə) alüminium müəssisələri tikintisi tresti və 
Mingəçevir su tikintisi idarəsi 1957-ci il noyabr ayında 
Azərbaycan SSR Xalq Təsərrüfatı  Şurasına verilmiş  və onun 
tərkibində sahə tikinti idarəsi yaradılmışdı. Dövlət tikinti 
təşkilatları tərəfindən, habelə şəhərlərdə, şəhərtipli qəsəbələrdə, 
sovxozlarda  əhalinin öz vəsaiti hesabına dövlət kredit köməyi 
ilə  fərdi mənzil tikintisi yolunda 500 min m
2
-dən çox ümumi 
sahəsi olan yeni evlər tikilib istifadəyə verilmişdi. 
Dövlət və kooperativ ticarətinin pərakəndə mal dövriy-
yəsinin ümumi həcmi 1958-ci ildə 8,5 mlrd. manat olmuş  və 
1957-ci ilə nisbətən 6 faiz artmışdı. Kənddə ticarət 2,4 mlrd. 
manat olmuşdu və 1952-ci ilə nisbətən 10 faiz artmışdı. 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin