XIII mühazirə
498
şirkəti respublikanın alim və mütəxəssislərinin iştirakı ilə geniş
elmi-tədqiqat proqramı hazırlanmışdır.
Ekoloji sistemdə fasilələrlə əlaqədar dəyişikliklərin baş
verməsini nəzərə alaraq 1995-ci il sentyabr və dekabr aylarında
iki ekspedisiya təşkil olunmuş və müqavilənin əhatə etdiyi
sahədən külli miqdarda su, hava və süxur nümunələri
götürülmüşdür.
Müqavilənin əhatə etdiyi sahənin neft-qaz ehtiyatlarının
işlənməsi prosesində baş verəcək qəzaların vaxtında ləğv
olunması, yəni neft tullantılarının lokalizə edilib suyun
səthindən yığılması məqsədi ilə xüsusi texniki avadanlığa malik
xidmət sahəsi yaradılması işi Şotlandiyanın «Briçç Marni»
şirkətinə həvalə olunmuşdur.
Göstərilənlərlə yanaşı, 1995-ci ildə əsas vəzifələrdən biri
ilkin neft hasilatı layihəsini gerçəkləşdirməyin mümkünlüyünü
öyrənmək olmuşdur. Bu məqsədlə 1995-ci ilin birinci yarısında
ABƏŞ-in və ARDNŞ-nin mütəxəssisləri «Braun ənd rut»
şirkətindən olan mühəndislərlə birlikdə «Çıraq-1»
platformasının və dayaq blokunun hərtərəfli yoxlanması,
texniki və kompyuter modernləşdirilməsi üçün tədqiqat işləri
aparmışlar. Nəticədə «Çıraq-1» dayaq blokunun
təkmilləşdirilməsi platformanın üst modullarının təmiri və
təchizi işlərinin planı hazırlanmışdır.
Ancaq ilkin neftin hasilatı layihəsini həyata keçirmək
üçün xam neftin ixracı sahəsində 1995-cı ildə görüləcək işlərin
mərkəzsində «Çıraq-1» platformasından çıxarılacaq neftin
ixracı üçün alternativ variantları müəyyənləşdirmək kimi
məsələlər dururdu.
İlkin neftin ixrac marşrutuna dair ortalığa çıxan
variantlardan ikisi haqqında 1995-ci ilin sentyabrınadək
aparılan danışıqlar müvəffəqiyyətlə nəticələnmiş və oktyabr
ayında rəhbər komitə ilkin neftin ixrac marşrutları kimi Şimal
və Qərb variantlarından istifadə etmək haqqında qərar qəbul
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
499
etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin ilkin neftin ixracı üçün Rusiya ərazisindən keçən
Şimal marşrutunun seçildiyini təsdiqləyən məktubu Rusiyanın
baş naziri Viktor Çernomırdinə çatdırılmış və nəhayət, Rusiya
ilə Azərbaycan arasında dövlətlərarası müqavilə 1996-cı il
yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti
H.Əliyev və Rusiyanın baş naziri V.Çernomırdin tərəfindən
imzalanmışdır.
1996-cı il fevralın 18-də «Transneft», ARDNŞ və ABƏŞ
arasında nəqletmə sazişi və nəqletmə haqqında himayədarlıq
sazişi də imzalanmışdır. Eyni qayda üzrə 1996-cı ilin martında
Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti
Eduard Şevernadze ilkin neft ixracının Gürcüstan ərazisindən
keçən Qərb martşrutu haqqında Azərbaycan və Gürcüstan
arasında dövlətlərarası müqavilə imzaladılar.
Göründüyü kimi, neftin ixrac sisteminin iki boru
kəmərindən – Şimal və Qərb kəmərlərindən ibarət olması
qərara alındı.
Şimal sistemi Sənqəçal terminalından Novorossiyskə
qədər, Rusiya Federasiyasının boru kəmərləri sistemi daxil
olmaqla 1411 kilometr məsafədən ibarətdir. Rusiya –Azər-
baycan sərhədinədək olan 224 km-lik məsafənin 198 kilometlik
hissəsinin mövcud boru kəmərindən istifadə olunması, 26 km
məsafə üzrə isə yeni boru kəmərinin çəkilməsi qərara
alınmışdır. Boru kəməri gündə 105 min barrel (ildə 5 milyon
ton) neftin nəqli üçün nəzərdə tutulmuş, neftin həcmini ölçən,
uçotunu aparan nəzarət stansiyaları, Mərkəzi Dispetçer İdarəsi
bütün xətt boyu sızmaların aşkar olunması üçün monitorinq
sistemi və kompyuter rabitəsi ilə təchiz edilmişdir.
Marşrutun Qərb sisteminin də buraxılış gücü gündə 105
min barreldir. Sənqəçaldan Qara dənizədək (Supsa limanına
qədər) boru kəmərinin uzunluğu 926 kilometrdir. Layihəyə
görə 788 kilometrlik boru hissəsinin mövcud kəmərdən istifadə
XIII mühazirə
500
edilməsi, ümumi uzunluğu 138 km olan yeni neft kəmərinin
çəkilməsi qərara alındı. Bundan əlavə boru kəməri xəttində 6
nasos stansiyasının və təhvil verilən neftin uçota alınması
sisteminin qurulması, Supsa limanında yeni neft terminalının
tikilməsi, bütün sistemdə mərkəzləşdirilmiş idarəetmə və rabitə
sisteminin yaradılması nəzərə alınmışdır.
Yuxarıda qeyd etdiklərimizlə yanaşı sonradan görülən
işlərin nəticəsində «Əsrin müqaviləsi» artıq reallaşmağa
başlamışdır. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakının
Gülüstan sarayında imzalanmış və dünyada «Əsrin müqaviləsi»
kimi tanınmış müqaviləyə əsasən «Çıraq-1» yatağında ilkin
quyudan 1997-ci il noyabrın 7-də neft fontan vurmuş və
noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır. Bu,
müstəqil respublikamızın həyatında baş verən çox mühüm bir
tarixi hadisədir.
Bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev başda olmaqla Azərbaycanın uzaqgörən dövlət
siyasətinin, Xəzərin neft sənayesi tarixində ilk beynəlxalq
konsorsiumda öz səylərini birləşdirmiş bir çox ölkələrin neft
şirkətləri ilə müstəqil Azərbaycan Respublikasının birgə
fəaliyyətinin əməli nəticəsidir.
Diqqətəlayiq haldır ki, bu tarixi hadisə Azərbaycan
xalqının Azərbaycan Konstitusiyası gününü bayram etdiyi bir
gündə baş vermişdi. İki bayramın bir günə təsadüf etməsi bu
hadisələrin bir-biri ilə üzvi surətdə bağlı olmasından xəbər
verir, çünki ölkənin ilk demokratik Konstitusiyasının qəbul
edilməsi də, öz mahiyyəti etibarilə tarixi hadisə olan və
respublikanın neft sənayesinin inkişafında yeni dövr açan
«Əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın öz
müstəqilliyini qazandıqdan sonra mümkün olmuşdur. Bu
müqavilə Azərbaycanın son dərəcə zəngin energetika ehti-
yatlarına malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də
Xəzər bölgəsindəki bütün dövlətlərin iqtisadi dirçəlişinə yol
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
501
açmışdır.
1997-ci il noyabrın 12-də Respublika Sarayında Xəzər
dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə
işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə
təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın
dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici neft
şirkətlərinin prezidentləri və digər rəsmi şəxslər də iştirak
etmişdir.
Təntənəli mərasimi açan Respublika Prezidenti Heydər
Əliyev geniş nitq söyləyərək 1994-cü il sentyabrın 20-də Azər-
baycanda tarixi bir hadisənin baş verdiyini, dünyanın 7 ölkəsinə
mənsub olan 11 böyük şirkətin bir araya gələrək konsorsium
yaratdığını və keçən üç il müddətində proqram əsasında
nəzərdə tutulmuş işlərin hamısının yerinə yetirildi-yini, bütün
icbari işlərin görülməsi nəticəsində «Çıraq» neft yatağında
yaradılmış nəhəng platforma vasitəsilə ilkin neftin hasil
olduğunu böyük fərəh və iftixar hissi ilə qeyd etmişdir.
Göründüyü kimi müqavilənin imzalanmasından keçən üç
il müddətində ABƏŞ-in təşkilindən başlamış «Çıraq-1» neft
yatağından ilkin neftin çıxarılmasına qədərki dövrdə böyük
işlər görülmüşdü. Bu müddətdə sahilin 120 km-liyində yerləşən
və suyun dərinliyi 120 metr olan yerdə nəhəng və ən yüksək
standartlara uyğun olan «Çıraq-1» platforması quraşdırılmış, 3
min metr dərinlikdə bir quyu qazılmış və həmin quyudan
noyabrın 12-də ilkin neftin hasilatına başlanmışdır.
Platforma ilə yanaşı çıxarılan neftin dərhal ixrac olunması
üçün bütün maddi-texniki baza yaradımışdır. Belə ki, yataqdan
Neft Daşlarınadək 48 km uzunluğunda 16 düyümlük qaz
kəmərinin və yenə də yataqdan Sənqəçaldakı qəbul terminalına
qədər çəkilmiş 176 km uzunluğunda 24 düyümlük neft
kəmərinin tikintisi başa çatmışdır.
Bunlardan əlavə, tikintisi başa çatdırılmış və ümumi gücü
64000 barrel (101740 ton) olan Sənqəçal terminalında iri neft
XIII mühazirə
502
çənləri, avtomatlaşdırılmış idarəetmə qurğuları, təhlükəsizlik
texnikası vasitələri quraşdırılmışdır.
İlkin neftin ixrac edilməsi üçün tikilməsi planlaşdırılmış
iki neft kəmərindən Şimal istiqamətində – Rusiya ərazisindən
Qara dənizin Novorossiysk limanınadək çəkilməsi nəzərdə
tutulan birinci neft kəməri böyük çətinliklərdən son-ra işə
başlamış və 1997-ci il oktyabrın 25-də konsorsiuma aid olan
yataqlardan neft hasil olunanadək Azərbaycan nefti şərti
diametri 720 mm olan Bakı-Qroznı neft kəməri vasitəsilə
Novorossiysk istiqamətində nəql edilməyə başlanmışdır.
«Çıraq» yatağından çıxarılan neft isə həmin boru ilə (Bakı-
Qroznı-Novorossiysk) 1998-ci ilin fevral ayında Novorossiysk
limanına çatdırıldı.
Görülən bu işlər dünyanın bir çox şirkətlərini Azərbay-
cana gətirib çıxarıb və onlar burada fəaliyyət göstərirlər. Belə
ki, «Əsrin müqaviləsi» üzrə proqramın həyata keçirilməsi üçün
dünyanın ayrı-ayrı ölkələrindən cəlb olunmuş 400-dən artıq
şirkət iştirak edir. Sevindirici haldır ki, müştərək iş görən bu
şirkətlərin içərisində 72 müəssisə Azərbaycan Respublikasının
sənaye və yaxud tikinti müəssisələridir. ABƏŞ və onun
podratçıları 3000 nəfər Azərbaycan vətəndaşını da işlə təmin
etmişdir.
Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, bu işlərin
həyata keçirilməsində xaricdən cəlb olunan yüksək dərəcəli
mütəxəssislərin sayı get-getə azalır, Azərbaycan
Respublikasının özündən olan mütəxəssislərin sayı isə çoxalır.
Əlbəttə, bu da çox təbii bir haldır, çünki Azərbaycan neft
sənayesi sahəsində böyük elmi-texniki potensiala malikdir.
«Əsrin müqaviləsi» üzrə «Çıraq-1» platformasından ilkin
neftin istehsalı ilə əlaqədar 1997-ci ilin noyabrın 12-də
keçirilmiş təntənəli iclasda Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyev müstəqilliymizin əhəmiyyəti və
əbədiliyindən danışaraq, bir daha dünyaya bəyan etmişdir:
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
503
«1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini
imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan
müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin
sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul
edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki,
Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət
müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu
müstəqilliyimizin gözəl bəhrələrini görürük.
Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər
üçün görülən işlərdir. Biz bu gün ilkin neftin alınmasını bayram
edirik. Gələn il «Çıraq» neft yatağından 2 milyon ton neft
çıxarılacaqdır. Ancaq bir neçə ildən sonra 5-6 milyon ton, 5-6
ildən sonra 40-50 milyon ton neft hasil olunacaqdır. Ondan
sonra daha çox neft çıxarılacaqdır. Demək, XXI əsrdə
Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə
yüksələcək və dirçələcəkdir».
Beləliklə, bütün bu görülən işlər, əldə edilən nailiyyətlər
yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyinin
qazanılmasından sonra mümkün olmuşdur və Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev uzaqgörənliyinin
nəticəsidir.
1994-cü ildən indiyədək 33 xarici şirkətlə 28 neft-qaz
müqaviləsi imzalanmışdır. Bu müqavilələr ölkə iqtisadiyyatının
bütün sahələrinin, habelə sosial infrastruktur obyektlərinin
inkişafına əsaslı təkan vermişdir.
2006-cı ildə Azərbaycanda 32 milyon ton neft
çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord
nəticə hesab olunur.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin istifadəyə verilməsi və onun artıq dünya
iqtisadiyyatının vacib bir hissəsinə, Avropanın enerji
təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildiyi, onun
coğrafi-siyasi əhəmiyyəti indi bütün dünyada etiraf olunur.
XIII mühazirə
504
BTC-nin istifadəyə verilməsi barəsində bəziləri üçün əfsanə
kimi görünən iş artıq reallığa çevrilmişdir.
2007-ci il sentyabrın 1-nə olan məlumata görə ilin
əvvəllərindən BTC kəmərinə 18 milyon 864 min ton neft
vurulmuş, Ceyhan limanından dünya bazarlarına 18 milyon 922
min ton neft göndərilmişdir. Ümumiyyətlə, istismara verildyi
gündən bəri isə BTC vasitəsilə 28 milyon 133 min ton neft nəql
olunmuşdur ki, bunun da 26,6 milyon tonu dünya bazarlarına
yola salınmışdır.
BTC kəməri Mərkəzi Asiya neftinin də dünya bazarlarına
çıxarılmasına imkan verir. Belə ki, 2007-ci ilin avqustunda
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri
çərçivəsində ARDNŞ və Qazaxıstanın dövlət şirkəti olan
«KazMinayQaz» arasında iki sənəd – neft-qaz sahəsində strateji
əməkdaşlığa dair saziş
və Transxəzər layihəsinin
gerçəkləşdirilməsi haqda birgə memorandum imzalanmışdır.
Bununla da Azərbaycan təkcə neft ixracatçısı kimi deyil, həm
də tranzit ölkə kimi dünyadakı mövqelərini
möhkəmləndirəcəkdir.
2006-cı ildə iqtisadi əhəmiyyətinə görə BTC-dən heç də
geri qalmayan Cənubi Qafqaz qaz kəmərinin tikintisi də başa
çatdırılmış, ən azı 1,2 trilyon kubmetrdən artıq qaz, 300 milyon
tondan çox kondensat ehtiyatlarına malik «Şahdəniz»
yatağından qaz hasilatına başlanılmışdır. Hazırda (2007-ci ilin
sentyabrı üçün) yataqda istismar olunan 3 quyudan sutkada 15
milyon kubmetr qaz, 4 min tondan artıq kondensat hasil edilir,
4-cü quyuda isə tamamlama işləri aparılır. Bu quyu da tezliklə
istismara veriləcəkdir.
(2007-ci ilin yanvar-sentyabr ayları ərzində yataqdan 1
milyard 500 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda
«Şahdəniz»dən ölkənin enerji dəhlizinə sutkada 5,5 milyon
kubmetr qaz ötürülür. 2007-ci ilin sentyabrına qədər yataqdan
Azərbaycana 870 milyon kubmetrdən artıq qaz verilmişdir.
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
505
2007-ci ilin iyulun 3-də «Şahdəniz» qazı Bakı-Tbilisi-
Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə Tür-
kiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Sentyabr
ayının 1-nə olan məlumata əsasən, kəmərlə Gürcüstana 136,9
milyon kubmetr, Türkiyəyə isə 258 milyon kubmetr təbii qaz
ixrac edilmişdir.
Onu da qeyd edək ki, bu kəmər həm Azərbaycanın, həm
də Türkiyə və Gürcüstanın təbii qaza olan tələbatını tam
ödəmək iqtidarındadır. Kəmərin strateji əhəmiyyəti ondan
ibarətdir ki, Cənubi Qafqaz boru kəmərinin istismara
verilməsindən sonra Azərbaycan neft ixracatçısı olmaqla
yanaşı, həm də qaz ixrac edən bir ölkəyə çevrilir.
«Şahdəniz» yatağındakı ehtiyatların əhəmiyyətli hissəsi
hasil olunaraq Türkiyəyə, oradan isə Avropa bazarlarına –
Yunanustan, İtaliya, Pribaltika ölkələrinə çatdırılacaq-dır. Onu
da qeyd etmək xoşdur ki, artıq bu işin də bir hissəsi yerinə
yetirilirdi. Belə ki, 2007-ci ilin noyabrın 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Türkiyənin Baş
Naziri Rəcəb Tayyıb Ərdoğan və Yunanıstanın Baş naziri
Konstantin Karamanlisin iştirakı ilə iki ölkə arasındakı
sərhəddə Türkiyə-Yunanıstan qaz kəmərinin açılışı oldu və
bununla da Azərbaycan qazının Yunanıstana ötürülməsinə
başlanıldı.
«Əsrin müqaviləsi»nin imzalanmasından keçən 14 il ər-
zində xarici şirkətlərlə aparılan birgə işlər yeni texnologiyaları
mənimsəmək, qabaqcıl istehsalat təcrübəsinə malik olmaq
baxımından neftçilərimiz üçün də faydalı olmuşdur. Ötən
müddət ərzində aparılan geofiziki və geoloji işlər, neft və qaz
ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə tətbiq olunan yeni
üsullar, maili qazma işlərinin aparılması, quyuların neftvermə
əmsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlərin
nəticəsidir ki, 2007-ci ildə Azərbaycanda neft hasilatı 43
milyon tona çatdırılacaq. Həmin neftin isə 8 milyon 800 min
XIII mühazirə
506
tonu ARDNŞ-in payına düşəcək.
2007-ci ilin 8 ayı ərzində Dövlət Neft Şirkəti üzrə (birgə
müəssisələr və əməliyyat Şirkətləri istisna olmaqla) 142 min
468 metr qazma işləri həyata keçirilmişdir ki, bunun da 138
min 246 metri istismara, 4 min 222 metri isə kəşfiyyata aid
olmuşdur.
2007-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Neft
Şirkəti üzrə neft hasilatına dair proqnoz tapşırığa 100,4% əməl
edilərək 5 milyon 884,9 min ton neft hasil edilmşidir. Bunun da
5 milyon 95,15 min tonu «Azneft» İstehsalat Birliyinin, 789, 75
min tonu isə müştərək müəssisələr və əməliyyat şirkətilərinin
payına düşmüşdür.
2007-ci ilin əvvəlindən sentyabr ayına qədərki dövrdə
dövlətə 5 milyon 833,68 min ton neft təhvil verilmişdir. Ötən 8 ay
ərzində ölkədə 6 milyard 543,7 milyon kubmetr qaz hasil edil-
mişdir ki, bunun da 3 milyard 756 milyon kubmetri ARDNŞ-in
payına düşmüşdür. Bundan əlavə, ABƏŞ-dən qəbul olunan səmt
qazının həcmi 1 milyard 922,6 milyon kubmetr təşkil edilmişdir.
Yanvar-avqust ayları ərzində ARDNŞ dövlətə 3,2 milyard
kubmetr təbii qaz təhvil vermişdir.
2007-ci ilin əvvəllərindən başlayaraq Rusiyadan qaz
idxalının dayandırılması ilə əlaqədər Dövlət Neft Şirkətinin
üzərinə düşən məsuliyyət daha da artmışdır. Bununla əlaqədar
olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
qaz hasilatının artırılması ilə bağlı göstəriş və tövsiyyələrini
əldə rəhbər tutaraq ARDNŞ 2007-ci ildə əlavə 500 milyondan 1
milyard kubmetrədək qaz əldə etməyi qarşıya vəzifə
qoymuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci il iyunun
5-də ARDNŞ-in mədənlərindən dövlətə qaz təhvili sutkada 15
milyon kübmetrlik həddi keçmişdir. Belə ki, 2007-ci ilin
sentyabrına olan məlumata görə şirkət sutkada 15,5 milyon
kubmetr qaz hasil edir.
Zəngin qaz-kondensat potensialına malik «Günəşli»,
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
507
«Bahar», «8 mart» və «Bulla-dəniz» yataqlarında yeni
qazılacaq quyular çox dərin olduğu üçün proqramda bu
yataqlarda müasir texnika və texnologiyalardan, qabaqcıl dünya
təcrübəsindən istifadə edilməsi, xarici şirkətlərlə səmərəli
əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulmuşdur.
Görüləcək işlər nəticəsində cari ilin (2007-ci il) sonuna kimi
ARDNŞ tərəfindən dövlətə 5,1 milyard kubmetr həcmində
qazın təhvil verilməsi planlaşdırılmışdır.
Onu da qeyd edək ki, ildən-ilə artan qaz ehtiyatlarının
istehlakçılara çatdırılması üçün yeni-yeni kəmərlərin inşasına
zərurət yaranır. Odur ki, təbii qazın Azərbaycan istehlakçılarına
təhvili üçün diametri 750 millimetr, uzunluğu 4500 metr olan
qaz kəməri istismara verilmişdir.
Bundan əlavə, «Şahdəniz» qazının Azərbaycan daxilində
nəqli məqsədilə ARDNŞ Sənqəçal terminalından «Azərqaz»ın
qəbul sisteminin yerləşdiyi Sənqəçal baş qurğularınadək 4,5
kilometr uzunluğunda olan 30 düyməlik qaz kəmərinin
çəkilişini də başa çatdırmışdır.
Bundan başqa, «Günəşli» yatağında 500 millimetrlik iki
sualtı qaz kəmərinin çəkilişi başa çatdırılıb. 26 kilometr
uzunluğunda olan birinci kəmər yüksək təzyiqli qazın «Cü-
nəşli» yatağındakı 14 nömrəli platformadan «Neft
Daşları»ndakı qazpaylayıcı məntəqəyə nəql edilməsi üçün
nəzərdə tutulub. 20 kilometr uzunluğunda ikinci kəmər isə
«Günəşli»dəki 4 nömrəli platformadan aşağı təzyiqli qazın
«Neft Daşları»ndakı 2 nömrəli sıxıcı kompressor stansiyasına
ötürülməsi üçün layihələşdirilib.
Daha sonra, neftçilərin peşə bayramı ərəfəsində
«Şahdəniz» qazının ölkənin ucqar bölgələrinə nəqli üçün
nəzərdə tutulmuş 47 kilometlik Sənqəçal-Qazıməmməd qaz
kəmərinin tikintisi başa çatdırılıb. 48 düyməlik həmin kəmərin
ötürmə qabiliyyəti sutkada 5-6 milyon kubmetrdir. Kəmərin 41
atmosfer təzyiq altında istismarı nəzərdə tutulub.
XIII mühazirə
508
ARDNŞ həmçinin, 2007-ci ilin sonunadək «Neft
daşları»ndakı qaz-yiğım məntəqəsindən «Bahar» yatağınadək
uzunluğu 66,5 kilometr, diametri 508 millimetr, ötürmə
qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı
qaz kəmərinin inşasını planlaşdırmışdır. Bu ilin sonuna kimi
istismara verilməsi nəzərdə tutulmuş həmin kəmərlə «Günəşli»
yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır.
Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni
platformaların inşasına da xüsusi önəm verilir. MDB
məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus
əhəmiyyəti vardır. Yeni neft strategiyasının uğurla həyata
keçirilməsində mühüm rol oynamış bu zavod «Əsrin
müqaviləsi» çərçivəsində bir sıra müasir qurğu və obyektlərin
tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma
işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq
bloklarının inşası kimi mühüm işlər görür.
Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə
bu zavod 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130
ton metal işlətmiş, 2007-ci ildə isə bu pəqəmin 14 min tona
çatdırılması nəzərdə tutulmuşdur ki, bunun da 9 min 400 tonu
artıq yanvar-avqustr ayları ərzində işlənmişdir.
Zavodun məhsullarının beynəlxalq standartlar səviyyəsinə
qaldırılması istiqamətində də müəyyən işlər görülmüş və
görülməkdədir.
Dövlət Neft Şirkəti «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»
çərçivəsində gerçəkləşdirilən layihələrdə də fəal iştirak edir.
Sosial yönümlü dövlət proqramlarına uyğun olaraq şirkət
regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə
şirkətin maliyyə
vəsaiti hesabına yeni məktəblərin,
kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin,
idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
509
xiyabanların salınması işini uğurla davam etdirir.
Qeyd etmək lazımdır ki, 2007-ci il üçün tərtib edilmiş
kapital qoyuluşu proqramına əsasən bu il qeyri-sənaye sahələri
üzrə tikinti işlərinə 85 milyon 479, 1 min manat məbləğində
vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
Respublikanın 10-dan artıq bölgəsində ən müasir
standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin
tikintisi dinamik şəkildə həyata keçirilir. Lənkəranda və
Naxçıvan Muxtar Respublikasındakı mərkəzlər artıq istifadəyə
verilmiş və region əhalisinə uğurla xidmət göstərir.
Hazırda şirkətin maliyyə vəsaiti hesabına Şirvan, Gəncə,
Bərdə, Zaqatala, Qəbələ və Quba müalicə-diaqnostika
mərkəzlərində tikinti işləri davam etdirilir. 2007-ci ildə
həmçinin Cəlilabad və
Şamaxı müalicə-diaqnostika
mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir. Şirkət
həmçinin Balakən rayonunda 235 çarpayılıq mərkəzi
xəstəxananın 2008-ci ildə istifadəyə verilməsini
planlaşdırmışdır.
ARDNŞ ölkə rəhbərinin 27 fevral 2006-cı il tarixli
sərəncamı ilə təsdiqlənmiş «Bakı şəhərinin qəsəbələrinin sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər
Proqramı»nın həyata keçirilməsində də fəal iştirak edir.
Belə ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230
saylı, Qaradağ rayonunda 288 saylı orta məktəblərin, Lökbatan
qəsəbəsindəki mədəniyyət sarayının əsaslı təmiri başa
çatdırılıb. 2007-ci il iyun ayının 14-də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun
yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının təntənəli
açılış mərasimi keçirilmişdir.
Hal-hazırda Lökbatandakı Əli Əmirov adına Mədəniyyət
Sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona
|