AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   35   36   37   38   39   40   41   42   43

2. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan 
edilməsi. İctimai-iqtisadi və hərbi-siyasi vəziyyət 
(1991-1993-cü illər) 
 
Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan 
Azərbaycan xalqı XX yüzilliyin son onilliynə müstəqil bir 
dövlət kimi daxil oldu və  qısa zaman kəsiyində özünün 
müstəqil dövlətini dünyaya tanıda bildi. Bu, xalqımızın azadlıq 
və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində 
qazandığı parlaq nailiyyət və böyük tarixi qələbəsi idi. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
475
Müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı 8 milyonluq 
Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısında tarixi bir 
vəzifə qoydu. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla 
apardığı prinsipial mubarizənin mənqtiqi nəticəsi olaraq 
nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət 
Müstəqiliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə 
ölkəmiz öz müstəqilliyini yenidən qazandı və əsrin əvvəllərində 
itirilmiş müstəqilliyimiz bərpa olundu. Xalqımızın ümummilli 
lideri Heydər  Əliyevin dediyi kimi, «Müstəqil Azərbaycan 
Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və 
Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir».  
Konstitusiya Aktında qeyd edilirdi ki, Azərbaycan dövləti 
müstəqil, unitar və dünyəvi dövlətdir, siyasi hakimiyyət xalqa 
məxsusdur, bütün vətəndaşlar seçib-seçilmək hüququna 
malikdir, dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr 
qurur, demokratik yolla dövlət strukturları yaradır. Beləliklə, 
müstəqillyini yenicə 
bərpa edən gənc Azərbayan 
Respublikasının qarşısında yeni tarixi vəzifələr qoyuldu. Bu 
tarixi vəzifələr  əsasən aşağıdakılardan ibarət idi: Yenicə 
yaradılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, 
demokratik, hüquqi dünyəvi dövlət qurulması, ölkənin  ərazi 
büiövlüyünün bərpa edilməsi; Ermənistan-Azərbaycan mühari-
bəsinin və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli; daxildə 
sakitliyin və sabitliyin bərpası; əhalinin təhlükəsizliyinin, sosial 
və mədəni rifahının təmin edilməsi; bazar iqtisadiyyatına doğru 
dərin islahatların həyata keçirilməsi; milli və dövlət 
strukturlarının yaradılması;  əsaslandırılmış daxili və xarici 
siyasət kursunun hazırlanması və i.a. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 
edilməsi gənc dövlətin qarşısında çox mühüm və vacib olan bir 
sıra vəzifələr qoydu. Müstəqil Azərbaycan Respublikasının 
yaşaması  və möhkəmlənməsi, onun daimiliyi və  əbədiliyi 
şübhəsiz ki, aparılan uğurlu xarici siyasət və diplomatik 

XIII mühazirə 
 
 
476
münasibətləri ilə möhkəm surətdə  əlaqədardır. Müstəqil 
Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişaf 
etdirilməsi, uğurlu xarici siyasi, iqtisadi və  mədəni  əlaqələrin 
yaradılması, respublikanın beynəlxalq nüfuzunun genişlən-
dirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələlər 
bu vəzifələrdən idi. Müstəqil dövlətimizin mövcudluğuna 
təminat verən həmin vəzifələrin öhdəsindən gəlmək üçün 
respublika rəhbərliyindən yüksək peşəkarlıq və böyük təcrübə 
tələb olunurdu.  
«Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
haqqında Konstitusiya aktı»nın qəbul olunmasından keçən son-
rakı dövrü şərti olaraq üç mərhələyə ayırmaq olar: 1) 1991-ci 
ilin oktyabrından 1992-ci ilin iyununadək olan dövr – müs-
təqilliyin ilk illəri; 2) 1992-ci ilin iyunundan 1993-cü ilin 
iyununadək olan dövr – Azərbaycan Xalq Cəbhəsinin hakimiy-
yəti dövrü; 3) 1993-cü ilin iyunundan bu günədək olan dövr – 
böyük dövlət xadimi Heydər  Əliyevin ''böyük siyasət''ə qa-
yıdışı, Azərbaycana rəhbərliyi və prezident İlham  Əliyev 
tərəfindən bu kursun davam və inkişaf etdirilməsi mərhələsi.  
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 
edilməsi nə  qədər çətin  şəraitdə mümkün olmuşdursa, yeni 
dövlətin xarici siyasət doktrinasını hazırlamaq bir o qədər 
mürəkkəb, məsuliyyətli və  çətin məsələlərdən idi. Qeyd etmək 
lazımdır ki, nə 1991-1992-ci illərdə, nə  də 1992-1993-cü illər 
AXC hakimiyyəti dövründə milli xarici siyasət konsepsiyasının 
hazırlanması  məsələsi özünün müsbət həllini tapa bilmədi. 
Milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf 
etdirilməsində böyük tarixi əhəmiyyətə malik olan xarici 
siyasət proqramının elmi cəhətdən  əsaslandırılmış bütöv bir 
konsepsiyasının hazırlanması və onun ayrı-ayrı istiqamətlərinin 
müəyyənləşdirilməsi vəzifəsinin öhdəsindən yalnız və yalnız 
müdrik siyasətçi Heydər  Əliyev gələ bilərdi və  gəldi. Tarix 
bunu sübut etdi.  
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
477
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa et-
dikdən sonra uzun müddət xarici siyasət proqramını  və onun 
istiqamətlərini qura bilmədi. Bunun obyektiv və subyektiv 
səbəbləri vardır. Məlumdur ki, Azərbaycan uzun müddət çar 
Rusiyasının, sonra isə SSRİ-nin təsiri altında olduğundan 
özünün müstəqil xarici siyasət proqramı olmamış və bu mühüm 
dövlət xətti Mərkəz tərəfindən idarə edilmişdi. Azərbaycanın 
xarici siyasəti formal xarakter daşıyırdı  və Moskvanın 
maraqlarına uyğun formada «yuxarıdan» istiqamətləndirilirdi. 
Buna görə  də ikitərəfli və çoxtərəfli  əməkdaşlığa dair xarici 
siyasət məsələlərini hazırlamaq ilk vaxtlar çətin idi. Xüsusilə, 
milli kadrların və  təcrübəli mütəxəssislərin olmaması bu işi 
daha da çətinləşdirirdi. Bundan başqa, müstəqillik qazandıqdan 
sonra Azərbaycanın geniş miqyaslı xarici siyasət fəaliyyəti bir 
çox çətinliklərlə qarşılaşırdı. Bunlardan birincisi, idarə 
aparatının, müvafiq təcrübəyə malik kadrların olmaması; 
ikincisi, Azərbaycanın Ermənistan tərəfindən müharibəyə cəlb 
edilməsi ilə  əlaqədar səy və qüvvələrin məhz bu işə  cəlb 
edilməsi;  üçüncüsü, xarici siyasət idarəsinə  rəhbərlik edən 
adamların naşılığı, işi dərindən bilməməsi, dövlətçilik işində 
səriştəsizliyi;  dördüncüsü, iyirminci yüzilliyin sonlarında 
bəşəriyyətin siyasi həyatında baş verən qlobal dəyişikliklərdən 
düzgün məntiqi nəticələr çıxarılmaması; beşincisi, diplomatiya 
və dövlətçilik sahəsində böyük təcrübəyə malik olan Heydər 
Əliyevin respublika rəhbərliyindən uzaqlaşdırılması;  altıncısı, 
Sovet  İttifaqının çökməsi ilə  əlaqədər mərkəzdənqaçma 
meyllərinin pərakəndə formada güclənməsi;  yeddincisi, Qordi 
düyünü kimi, mürəkkəb bir problemə çevrilmiş Qarabağ 
probleminin kəskinləşməsi və diqqətin daha çox bu problemə 
yönəldilməsi; səkkizincisi, konkret xarici siyasət doktrinasının 
hazırlana bilməməsi və i.a. Bütün bu səbəblər və digər amillər 
nəticəsində 1991-ci ildən – müstəqilliyimiz qazanılan gündən 
1993-cü ilin iyununa qədər dövlətimizin xarici siysət 

XIII mühazirə 
 
 
478
konsepsiyasında istənilən nəticələr alınmadı  və ciddi 
nöqsanlara yol verildi. Ona görə ki, müstəqilliyimizin ilk 
illərində Azərbaycanın bəzi rəsmi rəhbərlərinin məsuliyyətsiz 
və düşüncəsiz bəyanatları ölkəmizin regional və dövlətlərarası 
münasibətəlrinə ciddi zərbə vurmuş, beynəlxalq nüfuzuna xeyli 
təsir etmişdi. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
möhkəmləndirilməsi və güclü xarici siyasət aparmasının mü-
vəffəqiyyəti onun dünya birliyi ölkələri tərəfindən 
tanınmasından, diplomatik münasibətlər qurulmasından daha 
çox asılı idi.  
Doğrudur, dövlət müstəqilliyinin elan edilməsindən keçən 
iki il ərzində xarici siyasət sahəsində müəyyən uğurlar 
qazanılmışdı, ancaq dövlətimizin möhkəmləndirilməsi üçün 
bunlar kifayət edə bilməzdi. Belə ki, 1991-ci ildə Azərbaycan 
Respublikası  İslam Konfransı  Təşkilatına üzv qəbul olunmuş 
və BMT Təhlükəsizlik  Şurasının 1992-ci il 14 fevral tarixli 
müvafiq tövsiyyəsilə və bu təşkilata üzv qəbul olunmaq barədə 
Azərbaycan Respublikasının ərizəsinə baxıldıqdan sonra BMT 
Baş  Məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 
82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş 
Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul 
etmişdi. 112 dövlətin adından irəli sürülmüş bu qətnaməyə 
BMT-nin bütün üzvləri yekdilliklə səs vermişdilər. Həmin ilin 
mart ayının 4-də Almaniya bundestaqının, başda Hans Yozef 
Fokel olmaqla sosial-demokrat deputatlarından ibarət 
nümayəndə heyətinin Azərbaycana səfəri müsbət addım idi. 
Səfər zamanı iki ölkə arasında diplomatik əlaqələrin 
yaradılması  və  səfirliklərin açılması  məsələləri müzakirə 
olunmuşdur.  
1991-1993-cü illərdə Azərbaycanın xarici siyasətində çox 
ciddi və bağışlanılmaz səhvlərə yol verilmişdi. Belə ki, 
xalqımızın milli mənafelərinə xidmət edən, müstəqil dövlətçi-
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
479
liyimizin və  ərazi bütövlüyümüzün qorunmasına, təhlükəsiz 
həyat  şəraitinə  təminat verən xarici siyasət doktrinası 
yaradılmamış, dövlətimizin xarici siyasəti diplomatiyadan uzaq 
diletantlara tapşırılmış, qonşu dövlətlərlə, xüsusilə, Rusiya ilə 
normal münasibətlər qurulmamış, yaxın və uzaq xarici 
ölkələrdə  səfirliklərin açılması yubadılmış  və respublikamızın 
kütləvi informasiya vasitələri informasiya blokadasını  dəf edə 
bilməmiş  və Azərbaycan həqiqətlərini dünya ölkələrinə 
çatdırılması istiqamətində operativ işləməmişdir. Məhz, qeyd 
etdiyimiz nöqsanlar və digər qüsurlar müstəqil Azərbaycan 
dövlətini 1993-cü ilin iyun ayında dərin sosial-iqtisadi, siyasi 
və hərbi böhrana gətirib çıxardı. Ölkəmiz bütün sahələrdə iflic 
vəziyyətinə düşdü, AXC hökuməti isə bu şəraitdən çıxış yolu 
tapa bilmədi. Buna görə  də xalqımız ümidlərini Naxçıvan Ali 
Məclisinin Sədri, təcrübəli dövlət xadimi, müdrik siyasətçi 
Heydər Əliyevə bağladı və onun ölkə rəhbərliyinə gətirilməsini 
təkidlə xahiş etdi. Beləliklə, xalq böyük xilaskar Heydər 
Əliyevin timsalında özünün nicat yolunu tapdı. 
Azərbaycanın Müstəqillik Aktı  qəbul edildikdən sonra 
qarşıda hələ çətin və mürəkkəb vəzifələr dururdu. Bir tərəfdən 
erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edlir, digər 
tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çə-
kişmələr güclənir və  nəticədə xalq ağır itkilər verirdi. Dağlıq 
Qarabağ problemi və Ermənistan-Azərbaycan müharibəsi 
respublika iqtisadiyyatına ağır zərbə vurdu, onu iflic 
vəziyyətinə saldı. Gündən-günə maddi nemətlər istehsalı azalır, 
iqtisadi tənəzzül dərinləşirdi. Bakıda, Gəncədə, Naxçıvanda, 
Lənkəranda, Şamaxıda, Şəkidə, Qubada, Şəmkirdə, Qazaxda və 
respublikanın bütün bölgələrində zavodlar və fabriklər 
dağıdılır, onların avadanlıqları amansızcasına talan edilir, əsas 
istehsal vasitələri və maşınqayırma avadanlıqları, neft 
maşınqayırma zavodları  işi dayandırır və onların  əksəriyyəti 
məhv edilirdi. Respublikanın aparıcı  sənaye müəssisələri ağır 

XIII mühazirə 
 
 
480
iflic vəziyyətə düşmüş, dərin iqtiasadi böhran genişlənirdi. 
Respublikanın kənd təsərüfatına da güclü zərbə vuruldu. 
Ölkənin bütün rayonlarında və  kəndlərdə kolxoz və sovzozlar 
məhv edilir, əvəzində isə yeni yaradılan fermer təsərrüfatları 
gözlənilən nətcələri vermirdi. Kolxoz və sovxozların maşın-
tarktor parkları, kənd təsərrüfat avadanlıqları, meliorasiya 
qurğuları  sıradan çıxmış, suvarma kanalları  bərbad hala 
düşmüşdür. Torpaqların çoxu becərilmədiyindən yararsız hala 
düşmüş və çox hissəsi şoranlaşmışdı. 
İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi, yalançı 
rəhbərlər və idarə müdirləri işə  məsuliyyətsiz yanaşır, 
nəzarətsizlik artır və nəticədə iqtisadiyyata böyük ziyan dəyirdi. 
Respublika talanır, xalqın sərvəti dağıdılırdı. Müəssisələrin 
avadanlığı sökülüb xaricə daşınırdı, hətta Bakı metrosunun 
ehtiyat kabelləri də oğurlanıb satılmışdı.  
Nadir ağaclar olan meşələrimiz talanır və  qırılıb məhv 
edilirdi. 1992-ci ildə pambıq sahələrindən 100 min tondan çox 
məhsul yığılmamış, çoxlu üzüm məhsulları bağlarda qalıb 
xarab olmuşdu.  
Respublika Prezidenti cənab İlham Əliyev həmin dövrün 
konkret təhlilini verərək demişdir ki, 90-cı illərin  əvvəllərində 
Azərbaycanda «…iqtisadi böhran, siyasi böhran, hərbi böhran, 
vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi 
təcavüz, torpaqlarımızın işğal olunması, vətəndaş qarşıdurması. 
Bütövlükdə Azərbaycan dövlətçiliyi sual altında idi». 
Müəssisələr bağlanır, işsizlik artır,  əhalinin güzəranı  və 
sosial vəziyyəti sürətlə pisləşirdi. Ölkənin maliyyə sistemi bər-
bad vəziyyətə düşmüş, inflyasiya dərinləşmişdi. Ölkənin qızıl 
fondu olan ixtisaslı mütəxəssis kadrları  işlərindən uzaq-
laşdırılmış, yerinə  səriştəsiz və naşı adamlar gətirilmişdi. Be-
ləliklə, ölkənin iqtisadiyyatı ciddi sarsıntılara məruz qalmış, 
dərin iqtisadi və sosial-siyasi böhran yaranmışdı. Azərbaycanın 
belə  ağır bir vaxtında ayrı-ayrı bölgələrdə yaranan silahlı 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
481
qruplaşmalar ölkəni parçalamaq və hakimiyyəti  ələ keçirmək 
niyyəti ilə  çıxışlar və qiyamlar etməyə başladılar. Beləliklə, 
gənc müstəqil dövlətin müqəddaratı Azərbaycan prezidenti 
cənab  İlham  Əliyevin dediyi kimi, «bütövlükdə Azərbaycan 
dövlətinin taleyi sual altında idi». 
Azərbaycan xalqının və Azərbaycan dövlətinin belə  ağır 
bir vaxtında erməni silahlı qüvvələri hücumlarını davam 
etdirərək Azərbaycanın ərazilərini və torpaqlarını dalbadal işğal 
edirdilər. Bu zaman Azərbaycanda yaradılan yeni-yeni müdafiə 
və könüllü dəstələri erməni silahlı qüvvələrinə ciddi və inadlı 
müqavimət göstərsələr də, ancaq istənilən nəticələr alınmırdı. 
1991-ci ilin noyabrında rayon və şəhər özünümüdafiə dəstələri 
yaradıldı. Tərkibi yerli əhalidən ibarət olan bu dəstələrə tabur 
komandirləri başçılıq edirdilər. Onlar yerli rayon və şəhər icra 
hakimiyyət başçılarının hərbi məsələlər üzrə müavinləri idilər. 
Bundan başqa Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, Ağdam və 
Mingəçevirdə xüsusi təyinatlı  dəstələr yaradıldı. Onlar ikili 
tabeçilik prinsipinə, yəni həm rayon icra hakimiyyətinə və həm 
də Müdafiə Nazirliyinə tabe idilər. Bu ikili tabelik təbii ki, işə 
mane olurdu.  
Beləliklə, respublikanın hərbi və müdafiə sistemində 
vahid komandanlığın olmaması ciddi uğursuzluğa gətirib çı-
xardı. 1991-ci ilin dekabrında erməni silahlı qüvvələri 
Kərçicahanı  işğal etdi. 1992-ci ilin yanvarında Qeybalı  kəndi 
işğal edildi. Həmin vaxt uğursuz Daşaltı əməliyyatı hərbi siyasi 
böhranı dərinləşdirdi. Azərbaycan müdafiə sistemində mövcud 
böhrandan istifadə edən erməni silahlı qüvvələri 1992-ci ilin 
fevralında Malıbəylini, Aşağı Quşçuları, Yuxarı Quşçuları işğal 
etdilər. 
Erməni silahlı yaraqlıları Rusiyanın Xankəndində olan 
366-cı motoatıcı alayının hərbi texnikasından və canlı silahlı 
qüvvələrindən istifadə edərək 1992-ci il fevralın 26-da Xocalı 
şəhərini işğal etdilər. 9 min nəfər  əhalisi olan Xocalı  şəhəri 

XIII mühazirə 
 
 
482
erməni vəhşiləri tərəfindən yerlə yeksan edildi.Erməni 
cəlladları öz alçaq və yaramaz hərəkətləri, qanlı cinayətləri ilə 
bəşər tarixində Xocalı soyqırımını törətdilər. Erməni vəhşiliyi 
nəticəsində 613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər əsir 
götürüldü, 487 nəfər  şikəst oldu. Şəhid olanların 106 nəfəri 
qadın, 83 nəfəri isə azyaşlı  uşaq idi. Erməni vəhşilərinin 
törətdiyi bu cinayətdə 56 nəfər xüsusi qədarlıqla və 
amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, 
başları  kəsilmiş, gözləri çıxarımılş, hamilə qadınların qarınları 
süngi ilə deşik-deşik edilmişdi. Erməni cinayətkarları meyitlər 
üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramiz həqarətlər 
törətmişdilər. 
Erməni silahlı qüvvələri 1992-ci ilin mayında  Şuşa və 
Laçını da işğal etdilər. Azərbaycan xalqının belə  ağır vəziy-
yətində ölkənin başı üzərini təhlükəli bir vəziyyət aldı. Həmin 
dövrün  ətraflı  təhlilini verən Heydər  Əliyev demişdir: 
«Vəziyyət elə  təhlükəli xarakter almışdır ki, 1991-ci ildə 
yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən 
yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-
üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müs-
təqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu 
illərdə Azərbaycan «ölüm, ya olum» dilemması qarşısında 
qalmışdı. 
Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal 
etdikləri bir zamanda Azərbaycanda hakimiyyəti  ələ keçirmək 
və hakimiyyət uğrunda mübarizə ehtirasları qızışırdı. 1992-ci il 
martın 5-6-da Azərbaycan Respublikası Ali Sovetinin 
fövqəladə sessiyasında A.Mütəllibov istefa verdi. Həmin 
sessiyada Ali Sovetin Sədri Elmira Qafarova da istefa verdi, 
onun yerinə deputat Yaqub Məmmədov seçildi. Az sonra mayın 
14-də Ali Sovetin sessiyası azlıqda qalan demblokun etirazına 
baxmayaraq Ayaz Mütəllibovu vəzifəsinə qaytardı. Lakin 
mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin fəallarının təzyiqi ilə 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
483
A.Mütəllibov vəzifədən uzaqlaşdırıldı  və o, gizlincə Rusiyaya 
qaçdı. Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında Ali 
Sovetin sədri Y.Məmmədovun istefası  qəbul edildi. Bu 
vəzifəyə bir qrup deputatın təkidli tələbi ilə  İsa Qəmbərovla 
yanaşı Heydər Əliyevin də namizədliyi irəli sürüldü, lakin guya 
Naxçıvanla telefon əlaqəsi yaratmaq mümkün olmadı  və buna 
görə  də  İ.Qəmbərov Azərbaycan Ali Sovetinin Sədri seçildi. 
1992-ci ildə iyunun 7-də keçirilmiş prezident seçkilərində AXC 
sədri  Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu. Beləliklə, 
AXC Azərbaycanda hakimiyyəti ələ keçirdi.  
Bir illik hakimiyyəti dövründə AXC ölkəni idarə etməkdə 
acizlik, zəiflik və  səriştəsizlik göstərdi. Naşı adamlar 
hakimiyyətə gətirildi. İxtisaslı kadrlar vəzifədən uzaqlaşdırıldı. 
Ölkənin ayrı-ayrı yerlərində siyasi qüvvələr hakimiyyəti  ələ 
keçirmək üçün fəallaşdılar, hətta silahlı  çıxışlar etməyə 
başladılar. Gəncədə, Qazaxda, Lənkəran, Masallı, Astara böl-
gələrində  və digər yerlərdə silahlı  dəstələr hakimiyyəti  ələ 
keçirməyə  cəhd göstərdilər. Ölkədə  kəskin ictimai-siyasi 
vəziyyət və  hərbi-siyasi böhran yarandı. Talış Muğan 
respublikasının yaranması haqqında həyəcanlı  xəbərlər bütün 
Azərbaycan xalqını narahat etməyə başladı. Vətən parçalanma 
təhlükəsi qarşısında idi. Vəziyyət son dərəcə təhlükəli xarakter 
almış, cəbhələrdə isə erməni silahlı qüvvələri kənd və 
şəhərlərimizi bir-birinin ardınca işğal edirdilər. Azərbaycan 
xalqının və Azərbaycan dövlətçiliyinin taleyi, müstəqil gənc 
dövlətimiz təhlükə qarşısında qalmışdı. Belə  ağır və 
məsuliyyətli bir zamanda Azərbaycan xalqının və Azərbaycan 
ziyalılarının diqqəti müdrik el ağçaqqalı, görkəmli dövlət 
xadimi, xalqımızın milli lideri və Naxçıvan Ali Sovetinin Sədri 
vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Ancaq o, 1992-ci 
ildə Azərbaycana rəhbər vəzifəyə gəlmək arzusunda olmadığını 
elan etdi. Əslində Heydər Əliyev Naxçıvanda Ali Sovetin Sədri 
vəzifəsində çalışarkən məhz Naxçıvandan Azərbaycanın 

XIII mühazirə 
 
 
484
qurtuluş  hərəkatına başçılıq etməyə başlamışdı. Naxçıvanda 
işlədiyi müddətdə Heydər  Əliyev müstəqilliyimizin ilk 
addımlarının atılmasının rəhbəri oldu və Azərbaycanın qurtuluş 
mücadiləsinə başçılıq etdi. Heydər Əliyevin təşəbbüsü ilə: 
1.
 
Muxtar respublikanın adından «Sovet Sosialist» sözü 
çıxarıldı. 
2.
 
Naxçıvan Muxtar Respublikasının «Ali Soveti» «Ali 
Məclis» adlandırıldı. 
3.
 
ADR-ın üç rəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar 
Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 
4.
 
Kommunist Partiyasın və onun yerli orqanlarının fəaliyyəti 
dayandırıldı. 
5.
 
SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi. 
6.
 
20 yanvar faciəsinə Muxtar Respublikanın Ali Məclisində 
ilk dəfə siyasi qiymət verildi. 
7.
 
31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik gününün 
qeyd olunması barədə qərar qəbul edildi. 
Beləliklə, belə  cəsarətli addımların atılması Naxçıvanı 
qurtuluş mücadiləsinin önünə çıxartdı. 
Azərbaycanın nicatını  və qurtuluşunu məhz Heydər 
Əliyevdə görən Azərbaycan ziyalılarının 91 nəfəri 1992-ci il 
oktyabrın 16-da «Səs» qəzeti vasitəsilə Heydər  Əliyevə 
«Azərbaycan Sizin sözünüzü gözləyir» - deyə müraciət etdi. 
Həmin müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması 
və ona Heydər  Əliyevin rəhbərlik etməsi təkidlə xahiş 
olunurdu. Azərbaycan ziyalılarının müraciətinə diqqətlə  və 
hörmətlə yanaşan Heydər Əliyev dərhal oktyabrın 24-də cavab 
göndərdi. Heydər  Əliyevin göndərdiyi cavab əslində tarixi bir 
sənəddir. 5 bənddən ibarət olan bu tarixi sənəddə göstərilirdi ki, 
əsas vəzifə dövlətin formalaşmasını, müstəqil Azərbaycanın 
suverenliyini, təhlükəsizliyini təmin etmək və  vətəndaşlara 
azad, xoşbəxt, firavan həyat  şəraiti yaratmaqdan ibarətdir. 
Heydər Əliyev bu tarixi sənəddə əslində Azərbaycanın ictimai, 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
485
siyasi, sosial, iqtisadi və  hərbi-strateji vəziyyətinin konkret 
təhlilini verdi və bildirdi ki, yaradılacaq YAP müstəqil 
dövlətimizin «ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, 
müstəqil Azərbayan dövlətinin möhkəmləndirilməsində  və 
inkişafında tarixi rol oynaya bilər». Beləliklə, dahi öndər YAP-
ın fəaliyyətində  fəal iştirak etməyə hazır olduğunu rəsmən 
bildirdi. 
YAP-ın təsis konfransının Bakıda keçirilməsinə imkan 
vermədilər. Buna görə  də konfrans 1992-ci il noyabrın 21-də 
Naxçıvan  şəhərində keçirildi. Təsis konfransıda Azərbaycanın 
müxtəlif regionlarından təəssübkeş qrupların 550-dən çox 
nümayəndəsi iştirak edirdi. YAP-ın təsis konfransını giriş sözü 
ilə  təşkilat komitəsinin sədri Heydər  Əliyev açdı. Konfrans 
YAP-ın yaradılması haqqında qərar qəbul etdi. YAP-ın şəxsən 
Heydər Əliyev tərəfindən hazırlanmış proqram və nizamnaməsi 
qəbul edildi. Heydər  Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 
YAP-ın rəhbər orqanları olan siyasi şura, təftiş komissiyası və 
12 nəfərdən ibarət idarə heyəti yaradıldı. Beləliklə, Heydər 
Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılması Azərbaycan 
xalqının ictimai-siyasi həyatında və tarixi müqəddəratında 
mühüm rol oynadı. YAP-ın vəzifələri, məqsədi və prinsipləri 
geniş  şərh edildi və göstərildi ki, YAP dövlət müstəqillyinin 
möhkəmləndirilməsi,  ərazi bütövlüyü, sivilizasiyalı, hüquqi, 
demokratik dövlətin yaradılması, möhkəm  əmin-əmanlıq və 
ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat 
yaratmaq, bütün vətəndaşların hüquq və azadlıqlarının 
hərtərəfli inkişafı  və etibarlı müdafiəsini təmin etmək 
məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi 
uğrunda çıxış edən parlament tipli siyasi partiyadır. 
1993-cü ilin yazında Azərbaycanda ictimai-siyasi vəziy-
yət gərginləşdi, hakimiyyət böhranı  dərinləşdi, vətəndaş qarşı-
durması  təhlükəli həddə çatdı  və  əslində  vətəndaş müharibəsi 
təhlükəsi yarandı. 1993-cü ilin may-iyun aylarında Azər-

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin