Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
463
kanımız var.
Sovet İttifaqının dağılması və məhvinin səbəblərinin
izahı, sanki tamamilə aydındır: sosialist nəhəngi, əslində, gil
ayaqlar üzərində dayanmışdı. bununla belə, zahirən qüdrətli
görünən bir dövlətin XX əsrin 80-ci illərinin axırlarında belə bir
duruma düşməsinin səbəblərini anlamaq o qədər də asan dey-
ildir.
Dərhal bir haşiyə çıxaq: SSRİ-nin sürətli aqoniyası möv-
cudluğunun son onilliyində Sovet dövlətinin həyatının bütün
sahələrini – iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosial-
mədəni və mənəvi həyatını bürümüş kompleks və çoxsahəli
böhran baxımından geniş izah olunandır.
XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiya-
dövlət rəhbərliynin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının,
siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi
prosesi başlandı.
Başlanğıcını Sov.İKP MK-nın aprel (1985) Plenumunun
qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə
1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorba-
çovun fikrincə, xalqın və partiyanın maraqları sosializmdə
stalinizm və durğunluq dövrlərində meydana çıxan əyintilərin
aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi, sosialist
dəyərlərə hörmətin bərpasını tələb edirdi. Onun fikrincə,
yenidənqurma siyasəti «sosializmi yaxşılaşdırmalı» idi.
Bir çox tarixçilərin fikrincə, yenidənqurma aşağıdakılara
nail olmalı idi:
−
iqtisadi özünütənzimləmə sistemini mərkəzləşdirilmiş plan-
laşdırmanın işin öhdəsindən gələ bilmədiyi yerlərə, dövlət
və onun rəhbərliyi üçün ikinci dərəcəli əhəmiyyətə malik
sahələrə daxil etməklə, əsas strateji vəzifələrin həlli üçün
lazım olan quvvə və vaxt əldə etmək;
−
bunun üçün ideologiyanı iqtisadiyyat və sağlam düşüncə ilə
əhəmiyyətli dərəcədə sıxışdıraraq, şəxsi mülkiyyət, bazar və
XIII mühazirə
464
«sex sahiblərinin» - iqtisadiyyatın dövlət üçün təhlükəsiz
olan və ilkin mərhələdə formalaşan bazarın təməlini təşkil
edə bilən hissəsinin leqallaşdırılması;
−
cəmiyyət, iqtisadiyyat və dövlət arasında bütün əks əlaqələr
sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirmək, həmçinin
sonuncu ilə bağlı siyasi demokratiyaya imkan yaradaraq,
senzuranın zəiflədilməsi, perspektivdə çoxpartiyalı sistemə
imkan verilməsinə və Sov.İKP-nin «partiya» kimi belə bir
sistemə, yaxud onun mərkəzi hissəsinə çevrilməsi;
−
bütün bunlardan ötrü Sov.İKP-nin cəmiyyətdəki rolu və
yerini önəmli şəkildə zəiflətmək, onun gələcək
iqtisadiyyatın bazar hissəsinə müdaxiləsi risqini minimuma
endirmək; mahiyyət etibarilə, pariya aparatının mütləq
hakimiyyətini məhdudlaşdırmaq;
−
bütün sadalananlar partiyanın fundamentalist qanadının
neytrallaşdırılması üzrə islahatların başlanması, bunun üçün
isə siyasi-təbliğati və ideoloji durumun aradan qaldırılması
lazım idi ki, bu da «daha çox sosializm» şüarı, ümumavropa
evi və ümumbəşəri dəyərlər ideyaları ilə qismən
(bütövlükdə alınmadı) əldə edildi.
SSR İttifaqının partiya-siyasi rəhbərliyi dəyişikliklərin
əsas vasitəsi kimi, ölkənin sosial-iqtisadi inkişafının
sürətləndirilməsini müəyyənləşdirmişdi. Sürətləndirmənin
uğuru elm və texnikanın nailiyyətlərindən daha fəal istifadə,
xalq təsərrüfatının idarə edilməsində mərkəzləşdirmənin aradan
qaldırılması, müəssisələrin səlahiyyətlərinin genişləndirilməsi,
təsərrüfat hesabının tətbiqi, istehsalatda qayda-qanun və
intizamın möhkəmləndirilməsilə əlaqələndirilirdi. Əsas diqqət
maşınqayırma sahələrinə yönəldilirdi. Onların dirçəldilməsilə
bütün xalq təsərrüfatı kompleksinin texniki cəhətdən yenidən
qurulmasına nail olmaq, islahatlar aparılmış iqtisadiyyat
əsasında mühüm sosial məsələləri, ilk növbədə, mənzil və ərzaq
məsələlərini həll etmək nəzərdə tutulurdu.
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
465
İctimai-siyasi sahədə dəyişikliklər aşkarlıq siyasətinin
həyata keçirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin
nəşrinə icazə verildi. Bu, əhalinin ixtiyari fəallığının böyük bir
dalğasını doğurdu. Yenidənqurmanı müdafiə edən çoxsaylı
ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin
müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla
qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparatı
işçiləri arasında da rast gəlinirdi. Yenidənqurmanın vəzifələrinin
reallaşdırılması üçün partiya və sovet rəhbərlərinin bir hissəsinin
əvəzlənməsi həyata keçirildi.
Sov.İKP-nin XXVII qurultayı (1986-cı ilin fevralı) ölkə
rəhbərliyi tərəfindən başlanmış iqtisadiyyatda sürətləndirmə,
siyasi qurumların işinin forma və metodlarının yeniləşməsi
kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəllər olduğu kimi, bu
kurs yenə də sosialst cəmiyyətinin təkmilləşdirilməsi
vəzifəsinin həllilə əlaqələndirilirdi.
80-cı illərin sonlarında dəyişikliklər dövlət hakimiyyəti
qurumlarına da şamil edildi. Bunun başlanğıcını XIX Ümum-
ittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda
yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin
inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi
başlandı. Nümayəndələrin çoxu M.S.Qorbaçovun iqtisadi
islahatlara başlanması və cəmiyyətin siyasi sisteminin
dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi.
Konfrans ölkədə hüquqi dövlətin yaradılması kursunu təsdiq
etdi. Onun formalaşdırılmasında əsas rol siyasi islahatlara
verilirdi. Siyasi islahatların mahiyyəti partiya orqanları və
sovetlərin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən,
hakimiyyətin kommunist partiyasından alınıb, sovetlərə
verilməsindən ibarət idi. Bu qərarın həyata keçirilməsi
cəmiyyətin yeni siyasi qurumlarının təsdiq olunmasından
sonraya saxlanıldı. Yeni hakimiyyət orqanı – SSRİ xalq
deputatlarının qurultayı təsis edildi. Onun iştirakçılarından
XIII mühazirə
466
daimi fəaliyyət göstərən parlament olacaq Ali Sovet seçilirdi.
Müttəfiq respublikalarda da müvafiq qurumlar yaradılırdı.
Yenidənqurmanın ilk illərinin mövcud iqtisadi sistemə təsiri az
oldu.
İqtisadiyyatın ağır durumunun və orada hökm sürən
sahibsizliyin göstəricilərindən biri 1986-cı ildə Çernobıl AES-dəki
qəza oldu. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə
heç də dərhal çatdırılmadı. Bu isə fəlakətin nəticələrinin qlobal
xarakter almasının səbəblərindən biri oldu.
Çernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul
edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti in-
zibati-amirlikdən bazar iqtisadiyyatına keçiddən ibarət idi.
Fərdi əmək fəaliyyətinə və bir sıra malların istehsalı üzrə
kooperativlərin yaradılmasına icazə verildi. Müəssisələr plan-
dan əlavə istehsal etdikləri məhsulu müstəqil satışa çıxarmaq
imkanı əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin
olmaması bu müddəanın həyata keçirilməsi yolunda çətinliklər
yaradırdı.
İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyəti
yaxşılaşdırmadı. 1989-1990-cı illərdə sənaye məhsullarının artım
tepmləri kəskin şəkildə aşağı düşdü (bax: cədvəl 1).
Cədvəl 1
Sənaye artımının sürəti
(keçən illə müqayisədə %-lə)
1985
1986 1987 1988 1989 1990
+3,4 +4,1 +3,8 +3,9 +1,7 +1,2
Cədvəldə göstərilən rəqəmlər əyani surətdə göstərir ki,
80-cı illərin axırlarının sovet iqtisadiyyatı üçün təkcə 1990-
1991-ci illərdə artım sürətinin azalması və istehsal
obyektlərinin zəifləməsi yox, həm də milli sərvətlərin «yeməyə
sərf edilməsi», dövlət büdcəsinin kəsirinin böyüməsi, işsizlik
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
467
səviyyəsinin artması (rəsmi məlumatlara əsasən, 1990-cı ilin
əvvəlində ölkə üzrə işsizlərin sayı 6 mln. nəfərə çatmışdı) sə-
ciyyəvi idi.
Qoznak (pul kəsilməsinə cavabdeh olan idarə- red.) üç
növbədə işləyirdi, rublun bir neçə qəpik real dəyəri qalmışdı,
qızıl ehtiyatı yeyilib qurtarmışdı, idarəetmə çökmüşdü. 1991-ci
ilin sonunda qızıl ehtiyatı son dərəcə aşağı səviyyəyə – 287,9
tona (çar hökuməti iki il yarımlıq ağır müharibədən sonra 1917-
ci il islahatlarına qədər 1,3 min ton qızıl ehtiyatını qoruyub
saxlamış və Müvəqqəti hökumətə təhvil vermişdi) qədər azaldı.
Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki
qadağa və məhdudiyyətlərin ləğvi Sovet dövləti və Sov.İKP-nin
bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı.
Onlar isə nə cavab verməyə, nə də məsuliyyətə hazır deyildləri.
Bu, rejimin legitimliyi barədə şübhələrin sürətlə yayılmasına
gətirib çıxardı. 1980-cı illərdə Sov.İKP rəhbərliyində olan
şəxslərin böyük bir qismi onsuz da sosializm ideyalarının
fanatlarından deyildi, bir çoxları isə Sov.İKP-nin və onun
ideologiyasının dağılmasını özləri üçün şans hesab edirdi.
Təkcə ehkamçılıq yox, həm də Sov.İKP kadrlarının önəmli
hissəsinin çökməsi partiyanın müqavimət gücünü məhv etdi.
80-cı illərin sonlarında Sovetlər ölkəsində marksizm-leninizmin
ideoloji düstüturuna az adam inanırdı. Bu isə bütün zahiri
qüdrətinə baxmayaraq, Sov.İKP-ni olduqca çətin vəziyyətə
salırdı. Sadalanan amillərin məntiqi nəticəsi kimi, 1990-cı ilin
martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə
aparıcı rolu barədə 6-cı maddə ləğv edildi. Bu vaxt artıq ölkədə
çoxlu siyasi partiya və liberal sosial-demokrat yönümlü
təşkilatlar fəaliyyət göstərirdi.
1980-cı illərin axırlarındakı demokratikləşmə və aşkarlıq
Sovet İttifaqında milli problemlərin müzakirəsinə imkan yaratdı
(halbuki əvvəllər rəsmi ideologiya SSRİ-də milli problemlərin
tam və birdəfəlik həll olunduğunu iddia edirdi; Sov.İKP MK
XIII mühazirə
468
strukturunda milli məsələlərlə məşğul olan şöbə və bölmələr
ləğv edilmişdi, Elmlər Akademiyası sistemində isə yalnız
Etnoqrafiya İnstitutu qalmışdı).
Tezliklə Baltikyanı ölkələrdə, Gürcüstanda və Ukraynanın
qərb bölgələrində həm ziyalıların, həm etnonomenklaturanın bir
qisminin, həm də adi vətəndaşların əksəriyyətinin müstəqilliyə
meylli olduqları meydana çıxdı.
1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı
ölkələrdə nümayişlər başlandı. Nümayişçilər respublikalarının
SSRİ-nin tərkibindən çıxmasını tələb edirdilər. 1990-cı ilin
fevralında Litva SSR parlamenti mütləq səs çoxluğu ilə müs-
təqil Litva Respublikasının bərpasını və Litva SSR, həmçinin
SSRİ Konstitusiyasının Litva ərazisində fəaliyyətinin da-
yandırıldığını bəyan etdi. Bununla əlaqədar, SSRİ xalq de-
putatlarının III qurultayı 15 mart 1990-cı ildə Litva SSR Ali
Sovetinin qərarının hüquqi qüvvəyə malik olmadığını elan etdi
və İttifaq rəhbərliyinə Litva SSR ərazisində SSRİ-nin hüquq və
maraqlarının təmin edilməsini tapşırdı. Bədnam İctimai
Qurtuluş Komitəsinin xahişilə Vilnüsə Sovet Ordusunun
Baltikyanı ölkələrdə yerləşən qoşun hissələrinin
yeridilməsindən sonra durum daha da təhlükəli oldu. 13 nəfər
öldürüldü, 160 nəfərdən çox adam yaralandı.
SSRİ-nin digər bölgələrinə
gəldikdə, onların
əksəriyyətinin SSRİ-dən ayrılmaq uğrunda radikal üsullarla
mübarizə etmək üçün nə istəyi, nə də imkanı vardı. Qərbi
Ukraynada güclü antirus millətçiliyi baş qaldırmışdı, gürcü
millətçiliyi osetinlər və abxazlara qarşı yönəlmişdi, Ermənistan
Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı tamamilə əsassız
iddia irəli sürdü, Moldaviya və Tacikistanı daxili ziddiyyətlər
sarsıdırdı. Bütün respublikaların təmsilçiləri xalq deputatlarının
ilk qurultaylarında və Ali Sovetin iclaslarında iştirak edir,
onların ən radikallarının da tələbləri vahid dövlət çərçivəsində
təsərrüfat müstəqilliyindən uzağa getmirdi. Bu zaman xırda
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
469
tələblər və kiçik şəxsi güzəştlər taktikası seçilmişdi.
1990-cı ildə Ali Sovet respublikaların SSRİ tərkibindən
çıxması ehtimalı ilə əlaqədar qayda və proseldurlar barədə
xüsusi qanun qəbul etdi. Qanun bu məsələ ilə bağlı mütləq
referendum keçirilməsini, respublika vətəndaşlarının 2/3 səs
çoxluğunu və sivil «ayrılma» üçün 5 illik müddət nəzərdə tu-
turdu. Həmin müddətin sonunda daha bir referendum
keçirilməli idi. Qanunun hazırlanması və müzakirəsi zamanı
sovetlər ölkəsinin rəhbərliyi inanırdı ki, ayrılma hüququndan
birinci Baltikyanı respublikalar istifadə edəcək. Lakin ideoloji
böhran və yenidənqurmanın 90-cı illərin ortalarında artıq aydın
müşahidə edilən süqutu digər respublikalarda da əhalinin böyük
hissəsinin əhval-ruhiyyəsini dəyişdi. Millətçiliyə həm də
Rusiyanın bir çox bölgələrini bürümüş separatçılıq da əlavə
olundu. Tatarıstan, Çeçenistan, Kalmık Respublikasında
müstəqillik uğrunda hərəkatlar başladı, «Ural», «Sibir» və
«Primorsk» respublikaları layihələri meydana çıxdı. Bir çox,
bəlkə də bütün hallarda, separatçılıq və millətçilik irrasional və
emosional xarakterə malik idi, çünki Mərkəzdən tam
müstəqillik tələb edən bölgələrin əksəriyyəti müstəqil dövlət
kimi mövcud ola bilməzdi.
Baltikyanı respublikaların, Gürcüstan, Moldaviya, Orta
Asiya respublikalarının rəhbərliyi Moskvadan narazılığnı
bildirir, yerli əhaliyə Mərkəz hər şeyi əllərindən almasa
(«əslində, bu elə belə idi»), daha yaxşı yaşayacaqlarını açıqla-
yırdılar. Bunun ardınca, millətlərarası münaqişələr baş qaldırdı,
İttifaqın idarə olunması pozuldu. Səbəb yenidənqurma ideya və
layihələrinin uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı,
siyasi iradənin tənəzzülü, müttəfiq respublikalarda və Sov.İKP
MK-da hakimiyyətin iflici idi. On beş respublikanın hər birinin
İttifaqdan çıxmaq imkanı olduğu bir ölkədə ali təbəqə
arasındakı təlatüm və ziddiyyətlərin dağıdıcı nəticələrə gətirib
çıxarması qaçılmaz idi. Bu təhlükələr, üstəlik, SSRİ-nin idarə
XIII mühazirə
470
olunması imkanlarının itirilməsi ölkə rəhbərliyini dövlət
idarəçiliyinin, ittifaqdaxili münasibətlərdə islahatlar
aparılmasının yeni formalarının axtarmasına gətirib çıxardı.
Müttəfiq respublikaların elitasının zəiflədilməsinə təşəbbüs
göstərildi. 1990-cı ilin noyabrında dövlətin əsasını təşkil edən
müqavilələrin təzələnməsi qərara alındı. Bütün muxtar
respublikalar yeni İttifaq müqaviləsinin yeni iştirakçıları olmalı
idi. Onları Federasiya Sovetinə daxil etdilər. Beləliklə,
İttifaqdan çıxmaq hüququna malik 15 respublika əvəzinə, bu
hüquqa malik olmayan 35 subyektdən ibarət İttifaq yaranacaqdı
Bu subyektlərdən 20-si Rusiya Federasiyası, ikisi Gürcüstan,
biri Özbəkistan, biri Azərbaycanda idi.
İttifaq müqaviləsinin ilk layihəsinin Novooqaryovoda
müzakirəsi zamanı müttəfiq respublika rəhbərlərindən bir qismi
yeni İttifaq Müqaviləsinin əleyhinə çıxmışdı.
B.Yeltsin, L.Kravçuk, N.Nazarbayev, İ.Kərimovun si-
masında Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan rəhbərliyi
bildirdi ki, layihə beynəlxalq hüquq normalarını kobud şəkildə
pozur: 1922-ci ildən sonra ittifaq müqaviləsinin iştirakçısı
hüququna yalnız həmin müqavilənin subyektləri malikdi və
müqaviləyə yalnız onlar düzəliş edə bilərlər.
Bu sənədin qəbulu digər respublikalar üçün fəlakət
doğurmadığı halda, Rusiya üçün «muxtariyyətlərlə, yaxud
onlarsız?» sualı olduqca önəmli idi, çünki o zaman Rusiya
Federasiyasının tərkibində 16 muxtar respublika vardı, onlar
Rusiya ərazisinin 51%-dən çoxunu tuturdu, burada 18 milyon
insan yaşayırdı və təbii sərvətlərin demək olar ki, üçdə ikisi
həmin ərazilərdə yerləşirdi.
SSRİ-nin «muxtariyyətləşdirilməsi» planı əməli surətdə
Rusiya Federasiyasının ləğvi anlamını verirdi. 1990-cı ilin
iyununda RSFSR xalq deputatlarının I qurultayı Rusiyanın
dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdi.
Bəyannamədə respublika qanunlarının ittifaq qanunları
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
471
üzərində üstünlüyü qanunvericilik səviyyəsində təsbit edilirdi..
Tezliklə «müstəqilliklər paradı» başladı – bütün keçmiş
ittifaq respublikaları «dövlət müstəqilliyi haqqında
bəyannamə»lər qəbul etdi (Azərbaycan Respublikası
müstəqillik haqqında bəyannaməni 30 avqust 1990-cı ildə qəbul
etdi). Hüquqi baxımdan, müttəfiq respublikaların dövlət
müstəqilliyi haqqında bəyannamə qəbul etmələri vahid sovet
dövlətinin dezinteqrasiya prosesinin 1990-cı ilin axırlarında
böhran nöqtəsini keçməsi demək idi: ittifaq həm faktiki, həm də
hüquqi baxımdan mərkəzdən və bir-birindən də asılı olmayan
15 suveren hissəyə parçalandı.
Dövlətçilik böhranının öhdəsindən federal qanunlar və
konstitusiyaya dəyişikliklər vasitəsilə gəlmək imkanları tü-
kəndikdə, əvvəlcədən uğursuzluğa məhkum bir təşəbbüsə –
yeni, müstəqil respublikaları yeniləşmiş federasiyasının
təməlini təşkil edəcək İttifaq müqaviləsini imzalamağa
inandırmağa cəhd göstərildi.
1991-ci ilin yayında Sovetlər ölkəsi o vaxta qədər görün-
məmiş bir hadisə – dövlət çevrilişi siyasətilə üzləşdi. Avqustun
19-na keçən gecə SSRİ prezidenti hakimiyyətdən uzaq-
laşdırıldı. Bir qrup dövlət xadimi səhhətilə əlaqədar, M.S.
Qorbaçovun prezident səlahiyyətlərini icra etməsinin mümkün
olmadığını, ölkədə 6 ay müddətinə fövqəladə vəziyyət elan
edildiyini, FVDK – SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət
Komitəsi yaradıldığını bəyan etdi. Komitənin tərkibinə vitse-
prezident Q.İ.Yanayev, baş nazir V.S.Pavlov, DTK sədri
V.A.Kryuçkov, müdafiə naziri D.Q.Yazov və hakimiyyət
strukturlarının, digər nümayəndələri daxil oldu. FVDK iqtisadi
və siyasi böhranın, millətlərarası və vətəndaş qarşıdurmalarının
və anarxiyanın aradan qaldırılmasını öz vəzifələri elan etdi. Bu
sözlərin arxasında 1985-ci ilədək SSRİ-də mövcud olmuş
münasibətlərin bərpası vəzifəsi dururdu.
Avqust hadisələrinin mərkəzi Moskva idi. Şəhərə qoşun
XIII mühazirə
472
yeridildi, komendant saatı tətbiq edldi. Əhalinin geniş kütlələri
FVDK-nı dəstəkləmədi və 22 avqust 1991-ci ildə onun üzvləri
həbs edildi.
Avqust çevrilişi məğlubiyyətə uğrasa və M.S.Qorbaçov
Kremlə qayıtsa da, Sovet İttifaqının əvvəlki vəziyyətə qayıt-
ması və status-kvonun bərpası baş vermədi! M.S.Qorbaçovun
özünün fikrincə, avqust çevrilişi suveren dövlətlər arasında yeni
ittifaq münasibətlərinin formalaşması prosesini pozdu və yalnız
dövlətin deyil, cəmiyyətin də dezinteqrasiyasını sürətləndirərək,
ona dönməz xarakter verdi.
Avqust hadisələrindən sonra ittifaq respublikalarının
liderləri real siyasətdə «suverenlik» anlayışını yalnız dövlət
mystəqilliyi anlamında işlətməyə başladılar: 12 respublika
1991-ci ilin 20 avqustundan 17 dekabrına qədər bu barədə
konstitusiya aktları qəbul etdi. Azərbaycanda belə sənəd 18
oktyabr 1991-ci ildə qəbul edildi. Xüsusilə, söhbət yeni
rəhbərliyin iqtisadiyyat və hakimiyyət sahəsində maraq və üs-
tünlüklərinin mümkün məhdudlaşdırılmasından söhbət
getdikdə, artıq heç kəs aza razı olmurdu. Odur ki, Baltikyanı
ölkələrin hesabına bir qədər kiçilmiş SSRİ ərazisində «qi-
yamdan» sonra vahid dövləti qoruyub saxlamaq tərəfdarlarının
federasiya-konfederasiya yaratmaq üzrə səyləri (Xalq
Deputatları Qurultayının 2 sentyabr 1991-ci ildə səs verdiyi
Suveren Dövlətlər İttifaqı ideyası) puça çıxdı. Müstəqil
Dövlətlərin Birliyinin yaradılması barədə Rusiya, Ukrayna və
Belorusiya liderlərinin 8 dekabr 1991-ci ildə imzaladığı və 21
dekabrda daha 8 respublikanın dəstəklədiyi Belovejsk
razılaşması mərkəz və müttəfiq respublikalar arasında
«suverenliklə» bağlı mübahisələrə son qoydu. Tale belə gətirdi
ki, sovet dövlətçiliyinin təməlində duran etno-ərazi suverenliyi
ideyası 74 ildən sonra SSRİ-nin dağılmasında həlledici rol
oynadı.
SSRİ-nin dağılmasının heç də sonuncu olmayan
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
473
səbəblərindən biri də xarici amillə – Sovet İttifaqının «soyuq
müharibə»də məğbiyyətilə bağlıdır.
Amerikalı politoloq P.Şveyner yazırdı: «Sovet İttifaqı öz-
özünə, zaman bizim tərəfimizdə olduğundan iflasa uğramadı.
Kreml SMT-nin (strateji müdafiə təşəbbüsü – müəl.)
kumumetiv təsiri, müdafiə xərclərinin artması, Polşa və
Əfqanıstanda geosiyasi maneələrlə, enerji daşıyıcıları
ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi,
texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə
üzləşməsəydi, onun bu təlatümlərə duruş gətirəcəyini məntiqi
şəkildə təxmin etmək mümkün idi. Sovet kommunizmi
istənilən beynəlxalq mühitdə özünü məhvetmə bacarığına malik
olan orqanizm deyildi. Amerika siyasəti sovet tarixinin kursunu
dəyişdirə bilərdi və dəyişdirdi də».
Amerikanın məşhur dövlət və ictimai xadimlərinin:
«Amerikanın «soyuq müharibədə» qələbəsi ABŞ-ın Sovet
İttifaqının dağıdılmasına yönəldilmiş məqsədyönlü, planlı və
çoxsahəli strategiyasının nəticəsi idi» kimi açıq etirafları
məlumdur. Məsələn, C.Vulsi MKİ-yə direktor vəzifəsinə təyin
olunması ilə bağlı Senat dinləmələrində keçmiş Sovet İttifaqı
barədə demişdi: «Bəli, nəhəng əjdahanı biz öldürmüşük». ABŞ-
ın o zamankı prezidenti C.Buş İttifaq dağıldıqdan sonra qeyd
etmişdi ki, «bu, bizim qələbəmişdir, MKİ-nin qələbəsidir».
B.Skaukrozm (Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi)
«Nezavisimaya qazeta»nın müxbirinə müsahibəsində bildirirdi
ki, «Kreml üzərində sovet bayrağının birdəfəlik endirilməsinə
ilk reaksiyam, bunun əldə edilməsində öz rolumuz üçün
duyduğum qürur hissi oldu. Biz Sovet İttifaqını bu istiqamətə
yönəltmək üçün səylə işləyirdik».
Bunun arxasında, hələ II Dünya müharibəsinin sonunda
SSRİ ilə mübarizə strategiyasına dair A.L.Dallesin
təkliflərindən başlayaraq, əvvəlki rəhbərliklərin məşhur
göstərişləri bir yana, prezidentlər R.Reyqan, C.Buşun xüsusi
XIII mühazirə
474
proqramları dayanırdı.
SSRİ-yə qarşı «soyuq müharibə» aparılmasına dair bütün
bu planların təməlində Sovet İttifaqını daxildən, dünyanın özü
kimi köhnə olan, bir xalqı digərinin əleyhinə qaldırmaq üsulları
vasitəsilə dağıdılması göstərişi dururdu. Təkcə ABŞ-ın deyil,
Qərbin digər dövlətlərinin də məqsədi, sadəcə, planetə
yayılmaqda olan kommunizmi məhv etmək yox, həm də Sovet
İttifaqını zəiflətmək, parçalamaq, dünya iqtisadiyyatının
qloballaşlması şəraitində onun nəhəng təbii ehtiyatlarına
yiyələnmək idi. Deməli, bu, nəhənglərin dünya hegemonluğu
uğrunda geosiyasi, ümumdünya-tarixi səciyyə daşıyan
mübarizəsi idi.
Beləliklə, SSRİ-nin dağılmasının səbəbləri (tarixi
meyllilik, daxili aşınma, xarici «dünya» təcavüzü)
uzunmüddətli köklərə malik idi və 1991-ci ildə onun avtomatik
süqutu kimi açıqlana bilməz. Dəqiq proqrama malik olmayan
və ölkədə xaosa gətirib çıxaran Qorbaçov yenidənqurması da
bu məsələdə taleyüklü rol oynadı. Beləliklə, SSRİ-nin sürətli
süqutu Sovet dövlətinin mövcudluğunun sonuncu onilliyində
həyatının bütün tərəflərini: iqtisadiyyatı, siyasəti, o cümlədən
milli, sosial-mədəni və mənəvi mühiti bürümüş kompleks və
çoxqatlı böhran kontekstində tamamilə izah olunandır.
Dostları ilə paylaş: |