AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Müstəqil Azərbaycan Respublikasının



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   35   36   37   38   39   40   41   42   43

Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
521
layihələrin həyata kecirilməsi ilə yanaşı, problemlərinin həllinə 
nail ola bilməyən vətəndaşların müraciətlərinə  də diqqətlə 
yanaşmışdır. Ölkə prezidenti İlham  Əliyevin respublikanın 
regionlarına ardıcıl səfərlərini müşaiət edən Mehriban xanım 
Əliyeva ayrı-ayrı ucqar əyalətlərdə  məktəblərə, xəstəxanalara, 
uşaq təhsil tərbiyə müəssisələrinə baş  cəkmiş, yerli sakinlərlə 
görüşüb onların problemlərini dinləmiş  və görüşlər zamanı 
diqqətə catdırılan sosial mədəni problemlər az sonra Heydər 
Əliyev Fondu tərəfindən öz həllini tapmışdır. 
Ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərinin həl-
lində Heydər  Əliyev fondunun və  şəxsən onun rəhbəri 
Mehriban xanım  Əliyevenın coxşahəli və  səmərəli fəaliyyəti 
ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizdə son 
illərdə ixtisaslı  gənc kadrların işlə  təmin edilməsi sahəsində 
önəmli addımlar atılmışdır. Belə ki, respublikamızın ayrı-ayrı 
dövlət müəssisələrinə  və hüquq mühafizə orqanlarına işçi 
qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test 
üsulu ilə  həyata keçirilmişdir ki, bu da bacarıqlı  gənclərin 
seçilib yerləşdirilməsində xüsusi rol oynamışdır. 
Respublika Prezidenti İlham  Əliyev öz fəaliyyəti döv-
ründə Heydər  Əliyev siyasi kursunu uğurla davam etdirməklə 
yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla 
istifadə etmişdir. Belə ki, ölkə başçısı xalqın problemlərinə 
həssaslıqla yanaşmış  və dövlət məmurlarından da bunu tələb 
edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir 
rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən 
vəzifəli  şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət 
verəcəyəm». Bu ideyanı öz fəaliyyətində  əsas götürən dövlət 
başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı üçün 
uğurlu nəticələr qazanılmışdır. 
Ötən müddət 
ərzində respublikamızın müdafiə 
qabiliyyətinin gücləndirilməsi sahəsində  də önəmli addımlar 
atılmış və artıq Azərbaycanda müasr tələblərə cavab verən ordu 

XIII mühazirə 
 
 
522
formalaşmışdır. 
Göründüyü kimi, ümummilli liderimiz Heydər  Əliyevin 
müəyyənləşdirdiyi strategiya 2003-cü ildən ölkəmizə inamla 
rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam 
etdirilmişdir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun 
əhəmiyyətli dərəcədə  zənginləşdirilməsi milli iqtisadiyyatın 
regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-
iqtisadi islahatlarla müəyyən edilmiş, məqsədlərə nail 
olunmasını, o cümlədən həmin siyasətin  əsasını  təşkil edən 
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. 
Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi və neft 
qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə ölkəmiz 
böyük inamla öz dinamik inkişafını davam etdirir. 
İqtisadiyyatımızın bütün sahələrində müsbət meyllər daha da 
güclənir. Məhz elmi əsaslara söykənən iqtisadi inkişaf 
strategiyasının uğurla reallaşdırılması 
nəticəsində 
respublikamız dünya iqtisadi böhranından yan keçməyə 
müvəffəq olmuşdur. Burada qeyri-neft sektorunun inkişafı 
xüsusi rol oynamışdır. 
Ulu öndərimiz Heydər  Əliyevin tarazlaşdırılmış xarici 
siyasət kursu ötən müddət  ərzində Prezident İlham  Əliyev 
tərəfindən uğurla davam etdirilmiş  və Azərbaycan dövlətinin 
xarici siyasət xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, 
respublikamızın inkişafı, nailiyyətləri barədə dünya birliyinin 
ətraflı 
məlumatlandırılması, xaricdəki diasporumuzun 
fəaliyyətinin gücləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun 
nizamlanması üçün müasir təbliğat metodlarından yaradıcılıqla 
istifadə edilərək çevik diplomatik addımlar atılması 
Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır. 
Ölkəmizin Qərb ailəsinə inteqrasiyasının reallaşdırılması, 
bölgədə  təhlükəsizliyin və regionun inkişafı naminə 
əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
523
yaratmaq sahəsində  də önəmli addımlar atılmış, beynəlxalq 
terrorizmə  və digər bu kimi elementlərə qarşı mübarizədə isə 
Azərbaycan həmişə ön sırada olmuşdur.  Ən mühüm 
vəzifələrdən biri kimi böyük dövlətlərlə  sıx  əlaqələr 
yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri bey-
nəlxalq hüquq normalarına uyğun tərzdə qurmaq üçün əməli 
işlər görülmüşdür. Azərbaycan dünyadakı müxtəlif beynəlxalq 
və regional təşkilatların işlərinə  fəal qoşulmaqla böyük dünya 
siyasətində özünün lazımınca iştirakına nail ola bilmişdir. Eyni 
zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən 
Azərbaycana qarşı  tətbiq edilən ikili standartları aradan 
qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır. 
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında 
Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, bütün 
sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri 
ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış  və onu 
dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir. 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qo-yur. 
Xəzər  şelfində yataqların birgə  işlənməsi haqqında Bakıda 
ARDNŞ ilə xarici neft şirkətlərinin konsorsiumu arasında 
müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəz., 1994, 
23 sentyabr. 
2.
 
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: 1997 
3.
 
Əliyev H.Ə. Müstəqillik yolu. Bakı: 1997 
4.
 
Tarixi ipək yolunun bərpası üzrə TRASEKA proqramı 
çərçivəsində Bakıda keçirilən beynəlxalq Konfransda 
Azərbaycan Prezidenti Heydər 
Əliyevin nitqi. 
«Azərbaycan» qəz., 1998, 8 sentyabr. 
5.
 
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mər-
kəzində Azərbaycan Prezidenti Heydər  Əliyevin nitqi // 

XIII mühazirə 
 
 
524
«Dirçəliş-XXI əsr» jurnalı. №15, 1999. 
6.
 
Dövlətimizin düşünülmüş  və uzaqgörən siyasətinin bəhrəsi. 
«Əsrin müqaviləsi»nin beşinci ildönümünə  həsr olunmuş 
təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər  Əliyevin 
nitqi. «Azərbaycan» qəz., Bakı: 1999, 21 sentyabr 
7.
 
Bakı-Ceyhan boru kəmərinin  əsas memarı Azərbaycandır, 
Prezident Heydər  Əliyevdir və onun neft strategiyasıdır. 
ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili  İlham 
Əliyev ilə müsahibə. «Azərbaycan» qəz., 1999, 5 dekabr 
8.
 
İlham 
Əliyev. Ümumi Vətənimiz Azərbaycanı 
möhkəmləndirək, zənginləşdirək və qüdrətli dövlətə 
çevirək. Dünya azərbaycanlılarının II qurultayında nitqi. 
«Respublika» qəz., Bakı: 2006, 17 mart 
9.
 
Bayramov Q.M. Heydər  Əliyev və Azərbaycan tarix elmi. 
Bakı: 2004 
10.
 
Əziz Boran. Xocalı soyqırımı: səbəbləri, həyata keçirmə 
üsulları, nəticələri // Tarix və onun problemləri, Bakı: 2002. 
11.
 
Həsənov R.Ç. «Əsrin müqaviləsi» - Azərbaycan 
Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir. Bakı 
Universitetinin xəbərləri, №1, 1998, s.110-119 
12.
 
Mehdiyev R.Ə. Azərbaycan 2003-2008: zaman haqqında 
düşünərkən. Bakı: 2009 
13.
 
Həsənova L.L. Azərbaycan  əhalisi XX yüzilliyin ikinci 
yarısında. Bakı: 2003 
14.
 
Hüseynova İ.M. Müstəqilliyimizin təminatçısı. Bakı: 2003. 
15.
 
Hüseynova  İ.M. Heydər  Əliyev və Qafqazda sülh prosesi. 
Bakı: 2008 
16.
 
Qasımlı M. SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı 
il çevrilişindən SSRİ-nin dağılmasınadək). I c., 1960-1979, 
Bakı: 2007; II c., 1979-1991. Bakı: 2008 
17.
 
Mahmudov Y.M. Azərbaycan dövlətçiliyinin xilaskarı, 
Bakı: 1998 
18.
 
Mahmudov Y.M. Şükürov K.K. Qarabağ: Real tarix. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
525
Faktlar. Sənədlər. Bakı: 2005 
19.
 
Məmmədov N.Z. Heydər  Əliyev və Azərbaycanın 
qurtuluşu. BDU-nun xəbərləri. Hum. elm. ser. 2003, №1 
20.
 
Мехтиев Р.А. Азербайджан: вызовы глобализации. Уро-
ки  прошлого,  реалии  настоящего  и  перспективы  бу-
дущего. Баку: 2004 
21.
 
Mehdiyev R.Ə. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu 
ilə. c.1,2. Bakı: 2007. 
22.
 
Mehdiyev R.Ə. Demokratiya yolunda: irs haqqında 
düşünərkən. Bakı: 2008 
23.
 
Mehdiyev R.Ə. Yeni siyasət: inkişafa doğru. c.1, 2. Bakı: 
2008 
24.
 
Nəsirov E. Azərbaycan neft və beynəlxalq müqavilələr 
(1991-1999). Bakı: 1999  
25.
 
Rövnəq Abdullayev. «Azərbaycan neft strategiyası ulu 
öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir» - 
«Xalq» qəz., 20 sentyabr 2007. 
26.
 
Prezident İlham Əliyev və mədəniyyət. c.1.2, Bakı: 2008 
27.
 
Axundova E.Q. Heydər  Əliyev.  Şəxsiyyət və zaman. I, II 
hissə, Bakı: 2007 

XIV mühazirə 
 
 
525
b/m S.A.İsmayılova 
 
XIV. CƏNUBİ AZƏRBAYCAN  
1917-ci il – XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
 
1.
 
1917-20-ci illərdə Cənubi Azərbaycanda mlli-azadlıq hərakatı. 
2.
 
Cənubi Azərbaycanda milli hərəkatın fəallaşması. «21 
Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları  və 
onun Azərbaycan milli hərəkatında rolu. 
3.
 
1950-ci illərin sonu – 60-cı illərin  əvvəllərində  İranda 
sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi. Cənubi 
Azərbaycan «Ağ inqilab» illərində. 
4.
 
1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan 
 
1. 1917-1920-ci illərdə Cənubi Azərbaycanda  
milli-azadlıq hərəkatı 
 
 
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi 
Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin 
devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının 
canlanmasına  şərait yaratdı. Müharibə dövründə baş verən 
ümumi iqtisadi böhran və  əhalinin vəziyyətinin ağırlaşması, 
xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas 
etməyə qadir ola bilməməsi  İranda, o cümlədən Cənubi 
Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən 
həyəcanlara səbəb olmuşdu. 
Cənubi Azərbaycanda  əhalinin çıxışlarına  əsas siyasi 
orqan – İran Demokrat Partiyasının (İDP)  əyalət komitəsi 
istiqamət verirdi
*
. Azərbaycan  əyalət komitəsi bu təşkilatın 
                                                 
*
 ИДП – Иран Демократ Партийасы 1909-ъу ил нойабрын 15-дя йарадылыб. 
Ъянуби  Азярбайъанын  эюркямли  ингилабчылары  Щейдяр  хан  Ямиоьлу, 
С.М.Ябузийа, Баьыр хан Гафгази вя б. партийанын йаранмасында мцщцм рол 
ойнамышлар. 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
526
mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr 
etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il apre-
lin-9-da çıxdı. 
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və 
nümayişlər keçirilməyə başladı. 
1917-ci il avqustun 24-də  Təbrizdə  İDP-nin  əyalət 
komitəsinin konfransı açıldı. 480 nümayəndə  iştirak edirdi. 
Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil 
elan etdi. Şeyx Məhəmməd Xiyabani
**
 başda olmaqla onun 
Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi 
genişləndi. Astara, Miyanə  və b. şəhərlərdə, kəndlərdə  və 
Bakıda partiyanın təşkilatları yarandı. 
1918-ci ilin noyabrında Türkiyə  Cənubi Azərbaycanda 
yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra 
ingilislər yenidən  İranın  şimal-qərbini  ələ keçirdilər. 
Vüsuqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İranı 
İngiltərədən tam asılı hala salan saziş bağlanması  Cənubi 
Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə 
qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə  və 
İran hökumətinə qarşı mübarizə şiddətləndi. 
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı 
iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa 
Təbrizdəki silahlı qüvvələrin hamısı üsyana qoşuldu. Üsyana 
rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə 
Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx 
Məhəmməd Xiyabani başçılıq edirdi. 
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət  İİH-nin  əlinə 
                                                 
**
 Шейх Мящяммяд Хийабани (1880-1920). Ингилабиликля елмилийи юзц-
ндя  бирляшдирян  сийаси  хадим  олуб 1905-1911-ъи  илляр  Мяшрутя  ингилабы 
дюврцндя сийаси щяйата гядям гоймуш, 1911-ъи илин декабрында Ираны тярк 
едиб Гафгаза кечмяйя мяъбур олуб. 1914-ъц илдян Тябризя гайыдыб сийасятля 
мяшьул  олмушду. «Тяъяддцд»  гязетинин  яксяр  сайлары  онун  баш  редактор-
луьу  иля  няшр  едилиб.  Онун  «Азярбайъан»  вя  «Азярбайъан  демократийасы» 
мягаля-ессесиндя вятянпярвярлик, милли гцрур, мцбаризлик дярси верилир. 

XIV mühazirə 
 
 
527
keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra 
hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna 
səbəb olmuşdu. Gilandakı  hərəkatın xoşagəlməz cəhətləri, 
Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun 
Xəzərsahili limanı  Ənzəliyə  hərbi hissələr çıxarması 
Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi 
«çarizmin o biri üzü» adlandırdı. 
Xiyabani başda olmaqla hərəkatın  əsas tələbi  İranı de-
mokratik respublikaya çevirməklə onun tərkibində  Cənubi 
Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın  əsas 
Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında 
müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə 
demokratların  əlinə keçməsinə istinadən üsyan rəhbərliyi 
iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli 
Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli 
Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası 
binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və  vəliəhdin 
iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü. 
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik 
respublika qaydalarına  əsaslanırdı. Milli Hökumətin tərkibinə 
ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət 
burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət 
burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi. 
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə,  ədliyyə, 
vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata 
keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı. 
Lakin torpaq məsələsi məhdud  şəkildə  həll edildi. 
Layihədə  təkcə dövlət torpaqlarının kəndlilər arasında 
bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan 
sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə 
mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində 
toplanmışdı. 
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı? 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
528
Tarixşünaslıqda bu barədə müxtəlif fikirlər var. Onlardan biri 
də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda 
Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafiə 
mövqeyi tutmaqdır. 1920-ci ildə  Təbrizə  gəldiyi günün sabahı 
sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə 
isə «Molla Nəsrəddin» jurnalı  səhifələrində üsyan dövründəki 
Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı. 
Tehranda Böyük Britaniya nümayəndəliyi isə  mərkəzi 
hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum 
planının təşkilatçısı idi. Sentyabrın 11-də  Təbriz üzərinə  qəfil 
hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala 
Qapını  ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti 
binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan 
çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son 
damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 
14-də Xiyabani vətənin azadlığı  və istiqlalı  uğrunda 
mübarizədə şəhid oldu. 
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının 
başçısı Müşirüddövlə isə  Cənubi Azərbaycanda və  İranın 
müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı 
«xidmətlərinə» görə  şah tərəfindən birinci dərəcəli «Taci 
Kəyan» nişanı ilə təltif edildi. 
Beləliklə, Xiyabaninin başçılığı ilə  həyata keçirilmiş bu 
üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və 
azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə 
tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin 
siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları Azərbaycan xalqının 
milli-azadlıq və demokratik hərəkatı tarixində  dərin iz 
buraxmışdır. 
  
2. Cənubi Azərbaycanda milli hərəkatın fəallaşması. 
«21 Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları 
və onun Azərbaycan milli hərəkatında rolu 

XIV mühazirə 
 
 
529
 
Bütün 
İranda mərkəzi dövlət hakimiyyətini 
möhkəmləndirmək adı altında  əslində  hərbi diktatura quruluşu 
yaratmış Rza xan 1925-ci ilin sonlarında (31 oktyabr) Qacar 
sülaləsini devirdi. Rza xan dekabrın 12-də özünün Rza şah 
Pəhləvi
*
 soyadı ilə İranın irsi şahı elan edilməsinə nail oldu. 
Rza  şahın dövlət səviyyəsinə qaldırdığı paniranizmə 
söykənən milli siyasəti Azərbaycan türklərinə qarşı maddi və 
mənəvi həyatın bütün sahələrində  həyata keçirilirdi. 
Azərbaycan türklərini bir millət kimi məhv etmək sahəsində 
istifadə edilən ən təsirli vasitə onları öz türk dilindən məhrum 
etmə siyasəti idi. Rza şah bütün idarələrə gizli sərəncam da 
göndərmişdi. «Soyu türk olan və türkcə danışan şəxsləri dövlət 
idarələrində  məsul vəzifələrə  təyin etməmək, mövcud olanları 
da bəhanə tapıb xaric etmək….».  
Rza  şahın Azərbaycana göndərdiyi istər fars, istərsə  də 
qeyri-fars məmurlar «vahid İran milləti» anlayışının  əhaliyə 
təlqin edilməsində xüsusi canfəşanlıq göstərirdilər.  Əski türk 
kitabları, daşbasma əsərləri, əlyazmaları yığışdırılıb yandırıldı.  
Rza  şahın göstərişi ilə 10-cu çağırış  İran Milli Məclisi 
1937-ci ildə «Parçala, hökmranlıq et!» prinsipi əsasında ölkənin 
yeni inzibati-ərazi bölgüsü haqda qanun qəbul etdi. Əyalətlər 
tarixi adları ilə yox, nömrələrlə  sıralandı, tarixi Azərbaycan 
torpaqları Azərbaycanın inzibati ərazi bölgüsündən kənarda 
saxlanıldı. Sonrakı illərdə də belə inzibati-ərazi siyasəti davam 
etdirildi. Hazırda Azərbaycan adı altında ancaq Şərqi 
Azərbaycan (Mərkəzi Təbriz) və  Qərbi Azərbaycan (Mərkəzi 
Urmiya)  ərazi vahidləri qalmışdır.  Ərdəbil, Zəncan, Qəzvin, 
                                                 
*
 Рза шащ Пящляви. 1920-ъы иллярин яввялляриндя Иран казак бригадасы 
забити Рза хан 1921-ъи илдя щярби назир, 1923-ъц илдя баш назир олмушдур. 
1922-23-ъц  иллярдя  онун  мяркязляшдирмя  сийасятиня  гаршы  чыхмыш  Шащ-
севян,  Талыш,  Халхал  ханларыны  табе  етди. 1924-ъц  илдя  Маку  ханлыьыны 
ляьв етди. 1925-ъц илдян Рза шащ Пящляви сой ады  иля Иранын шащы елан 
едилди. 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
530
Həmədan, Astara, Savə  və digər  şəhər, rayon, yaşayış 
məntəqəsi Azərbaycandan təcrid edilmişdir. 
Azərbaycanda Rza şahın siyasətindən narazlıq çox idi və 
20-ci illərdə bu siyasətə qarşı bir sıra üsyanlar baş vermişdi; 
1926-ci ildə  kəndli və  əsgər üsyanları, 1927-ci ildə  Təbrizdə 
təhsil sisteminin farslaşdırma siyasətinə qarşı etiraz çıxışları və 
s. 30-cu illərdə Rza şahın zorakılığına və milli zülmə qarşı 
çıxan vətənpərvərlər zindanlara salındı, ailələri kütləvi  şəkildə 
sürgünə göndərildi.  
Lakin təzyiqlər ölkənin digər xalqlarında olduğu kimi 
Azərbaycan türklərində  də milli özünüdərketmə prosesinin 
qarşısını ala bilmədi,  əksinə, onlarda milli müqavimət 
hisslərinin artmasına gətirib çıxardı. 
Milli burjuaziyanın orta və  aşağı  təbəqələrindən tutmuş 
geniş  kəndli kütləsinədək hamı, mütərəqqi ziyalılar, ruhanilər 
rejimin zorakılıq və özbaşınalığından cana gəlmişdilər. Belə bir 
şəraitdə  Şəhrivar hadisələri baş verdi. Yəni  şəhrivar ayında 
(1941-ci il avqustun 23-dən sentyabrın23-nə kimi) 1941-ci il 
avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı 
maddəsinə  əsaslanan sovet ordusu (daha sonra İngiltərə  və 
1942-ci ildə ABŞ-ın hərbi qüvvələri) İrana daxil oldu. Rza şahın 
öz oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməsi (16.09.1941), 
şahın İranı tərk etməyə (17.09.1941) məcbur olması nəticəsində 
irtica geriyə çəkilməli oldu. Rza şahın hərbi-polis rejimi iflasa 
uğradı.  
Bütün bunlar Cənubi Azərbaycanda demokratik və milli 
qüvvələri yeni mübarizəyə ruhlandırdı. Azərbaycanlı  və-
tənpərvərlər müxtəlif partiyalar və  cəmiyyətlərdə, o cümlədən 
1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış  İran Xalq 
Partiyasının (İXP) Azərbaycan təşkilatlarında,  İran Həmkarlar 
İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif milli-
mədəni cəmiyyətlərdə  fəaliyyətə başladılar.  İXP-nın  əsas 
tələbləri bunlar idi: demokratik azadlıqların həyata keçməsi, 

XIV mühazirə 
531
İranın 
milli 
azadlığının 
möhkəmləndirilməsi, 
bütün 
müttəfiqlərlə  dostluq  əlaqələrinin  möhkəmləndirilməsi,  əmək 
haqqında qanunun qəbulu və s. 
«Azərbaycan»  cəmiyyətinin  fəaliyyəti  demokratik  və
milli  qüvvələrin  səfərbər  edilməsində  xüsusilə  çox  faydalı
olmuşdur.  1941-ci  ilin  oktyabrında  azərbaycanlı  ziyalıların  de-
mokratik  nümayəndələrini  öz  siralarında  birləşdirmiş  cəmiyyət 
noyabrın  1-dən  Azərbaycan  və  fars  dillərində  «Azərbaycan» 
qazetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində
(1942-ci  ilin  əvvəllərində  cəmiyyət  və  onun  orqanı  mərkəzin 
irticaçı  qüvvələri  tərəfindən  qadağan  edilmişdi)  İrandakı
Azərbaycan türklərinin milli özünüdərkinin dərinləşməsində, milli 
mədəniyyətin inkişafında böyük rol oynadı. 
Ancaq  İranda  Sovet  faktorunun  Cənubi  Azərbaycandakı
hadisələrə  təsirini  də  nəzərə  almaq  lazımdır.  II  Dünya 
müharibəsi  başlanandan  və  Qərbi  Belarus,  Qərbi  Ukrayna, 
Bessarabiyanı zəbt etdikdən sonra Cənubi Azərbaycan Stalinin 
işğalçı  planlarında  xüsusi  yer  tuturdu.  Demokratik  ziyalılırın 
milli  dircəliş  uğrunda  mübarizəsi,  Şimali  Azərbaycandakı
həmvətənləri  ilə  yaxınlığa  can  atmaları  da  Stalinin  planları ilə
üst-üstə  düşürdü.  Sovet  ordusunun  İrana  yeridilməsi  ilə  eyni 
zamanda  Sovet  Azərbaycanı,  M.C.Bağırov  başda  olmaqla 
rəhbər  partiya  və  dövlət  işçiləri,  ziyalılar,  hərbi  qulluqçular 
üzərinə  fövqəladə  bir  missiya  –  Cənubi  Azərbaycanda  milli-
mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu. 1941-ci 
il  oktyabrın  11-dən  Təbrizdə  Azərbaycan  türkçəsində  «Vətən 
yolunda», Urmiyada «Qızıl əsgər» qəzetlərinin nəşri, oktyabrın 
ortalarından  Azərbaycan  Opera  və  Balet  teatrının  qastrolları, 
müxtəlif  musiqi  kollektivlərinin  səfərləri  və  b.  tədbirlər  bu 
qəbildən  idi.  Cənubi  Azərbaycana  göndərilmiş  qrupa  MK-nin 
3-cü katibi Əliyev Əziz Məmmədkərim oğlu rəhbərlik etdi.
*
  
                                                 
*
 Я
 
 
 
 (1897-1962). 
   
 

 
 
, 1938-  
 
 
 
 


Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
532
Cənubi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək 
üçün  bir  təşkilat  lazım  idi.  Bu  təşkilat  1945-ci  ilin  sentyabr 
ayının  3-də  S.C.Pişəvərinin
*
  başçılığı  altında  yaradılmış
Azərbaycan  Demokrat  Firqəsi  (partiyası)  idi.  ADP-nin 
müraciətnaməsi  nəşr  olundu.  Onu  görkəmli  azadxahlardan  77 
nəfər  imzalamışdı.  Müraciətnamə  vasitəsilə  yeni  bir  siyasi 
partiya yaradıldığı, onun məqsəd və vəzifələri xalqa çatdırılırdı. 
Burada Azərbaycan xalqının milli azadlığı və İranın siyasi üsul-
idarəsinin  demokratikləşdirilməsi  məsələləri  irəli  sürülür,  İran 
dövlətinin Azərbaycan xalqına etdiyi milli zülm ifşa olunurdu. 
Göstərilirdi  ki,  Azərbaycan  xalqı  öz  zəngin  torpaqlarında 
yabançı kimi yoxsul halda yaşamaqdadır. Xalqın milli azadlığı
yolunda  görüləcək  işlər  12  maddədən  ibarət  şüarlar  şəklində
verilmişdi. 
Müraciətnamədə  göstərilirdi  ki,  İranın  istiqlal  və  ərazi 
bütövlüyünü saxlamaqla Azərbaycana daxili azadlıq və mədəni 
muxtariyyət verilməlidir. Bundan ötrü də tezliklə əyalət və vi-
layət əncümənləri seçilməlidir. Burada ana dili, fəhlə, 
                                                                                                        
 
 
 
 
 

 
 
-
 
 (1941-1942), 
 
 
 
 
 
 (1942-1948), 
( )  
-
 
  (1949-50), 
 
 
 
 
 
 
 (1950-51)   
 
 
   
 
 
. 1941-  
 
 
 
 
 
 
 
 
 
 (1942-    
 
 
). 
*
 
 
 
 (
) (1893-1947) 
 
 
-
 
 
 
 
 
.  1917-  
 
 
 
 
 

 
 
 
 
 

1930-40-  
 
 
 
 
 
-
 

 
 
  1945-  
 
 
-
  ( )  
-
 
 
 
 
 
 
 
 
 
 
-
 
 
 
 
.   
 
 
 
 
  , 
   
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 
 

  -
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 


XIV mühazirə 
533
kəndli, torpaq məsələlərinə böyük əhəmiyyət verilirdi. 
ADP-ni  yaradanlar  xalqı  «təbəqə  və  sinfi  fərqini  nəzərə
almayaraq»  bu  partiyaya  üzv  olmağa  və  milli  azadlıq 
mübarizəsində iştirak etməyə çağırırdılar.  
Oktyabrın 2-də Təbrizdə Azərbaycan Demokrat Firqəsinin 
I  təsis  qurultayı  işə  başladı.  Üc  gün  ərzində  qurultay  Proqram 
və  Nizamnaməni  qəbul  etdi.  Seyid  Cəfər  Pişəvəri  Rəyasət 
Heyətinin sədri seçildi. 
Sentyabrın  5-də  Təbrizdə  partiyanın  müvəqqəti  Təbriz 
Komitəsi  yaradıldı.  Vilayətlərdə  də  partiya  quruculuğu  işi 
gedirdi. 
S.C.Pişəvəri  Azərbaycanda  böyük  inqilabi  imkanlardan 
istifadə olunmasını, hakimiyyət və milli məsələnin inqilabi yol 
ilə  həll  edilməsini  təklif  edirdi.  Lakin  ADP  silahlı  mübarizə
istiqamətində də hazırlıq işləri aparırdı. 1945-ci il noyabrın 8-
də  Təbrizdə  ADP  MK-nın  ikinci  geniş  plenumu  oldu.  Plenum 
silahlı üsyan üçün plan hazırlamışdı. Gizli şəkildə kiçik silahlı
dəstələr yaradılmışdı. 
Silahlı  mübarizə  barədə  iki  başlıca  təklif  olmuşdu. 
Birincisi,  silahlı  dəstəni  gizlicə  Təbriz  şəhərinə  toplayaraq 
dövlətin  bu  şəhərdəki  silahlı  qüvvələrinə  qəfildən  hücum 
edərək  onları  tərk-silah  etmək,  hökumət  idarələrini  tutub 
hücumu genişləndirmək. İkinci təklif isə eyni vaxtda partizan - 
fədai
*
  vuruşlarına  başlamaq  idi.  Noyabrın  17-dən  Azərbaycan 
fədailəri  kənd,  qəsəbə,  şəhərləri  İran  hökumət  qoşunlarından 
azad  etməyə  başladılar.  Noyabrın  10-dan  20-dək  fasiləsiz 
kecirilən mitinq və nümayişlərdə əncümənlərin təşkil olunması, 
İran  daxilində  Azərbaycana  geniş  muxtariyyət  verilməsi  kimi 
qərarlar  qəbul  edildi.  1945-ci  il  noyabrın  20-də  bölgələrdən 
gələn  xalq  nümayəndələrindən  ibarət  Azərbaycan  Xalq 
Konqresi  (AXK)  Təbrizdə  işə  başladı.  724  nümayəndənin 
                                                 
*
 Ялиня силащ эютцрцб халг щакимиййяти уьрунда мцтяшяккил мцбаризя
апаран шяхсляр фядаи адланырды. 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
534
iştirak  etdiyi  AXK  Azərbaycanın  sosial-iqtisadi  və  siyasi 
vəziyyətini, eləcə də Tehranın bu milli böl-gədəki ayrı-seçkilik 
münasibətini  təhlil  edib  nəzərdən  keçirdikdən  sonra  belə  bir 
tarixi qərar qəbul etdi: «Azərbaycan xalqı özünün daxili işlərini 
idarə  etmək  və  milli  muxtariyyətini  təmin  etmək  üçün  Əyalət 
Əncüməni  təşkilini  bir  qədər  genişləndirib,  ona  Milli  Məclis 
(MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünə
xələl  gətirmədən  özünün  Milli  Hökumətini  vücuda  gətirir. 
Azərbaycan  Xalq  Konqresi  özünü  Müəssislər  Məclisi  elan 
edir». 
Müəssislər Məclisi qəbul etdiyi Bəyannamə vasitəsilə Azər-
baycan  xalqının  istək  və  tələblərini  İran  şahına,  İran  məclisinə, 
İran  hakimiyyətinə,  eləcə  də  ABŞ,  İngiltərə,  SSRİ,  Fransa 
dövlətlərinə çatdırdı. Bəyannamədə azərbaycanlıların da başqa 
xalqlar  kimi  muxtar  və  azad  yaşamağa,  öz  müqəddəratını
özünün həll etməyə haqqlı olduğu və s. göstərilirdi. 
Müəssislər  Məclisində  39  nəfərdən  ibarət  Milli  Heyət 
yaradıldı  və  M.Ə.Şəbüstərini  ona  sədr  seçdi.  Milli  Heyət  qanun 
vermək  səlahiyyətinə  malik  idi.  Milli  Heyət  taxılın  Azər-
baycandan  kənara  daşınıb  aparılmasının  qarşısını  aldı,  asayişi 
pozanlara  qarşı  tədbirləri  gücləndirdi.  Noyabrın  21-də  MM-ə
seçkilərə  başlamaq  haqda  fərman  verdi.  Azərbacyanın  böyük 
bir  hissəsinin  İran  hökumətinin  nəzarəti  altında  qalmasına 
baxmayaraq  1945-ci  il  noyabrın  27-də  Azərbacyanın  hər 
yerində  Milli  Məclisə  seçkilər  başlandı  və  dekabrın  1-də  başa 
çatdı.  Marağa,  Sərab,  Bostanabad,  Mərənd,  Sofiyan  fədailər 
tərəfindən  azad  edilmişdi.  Dekabrın  11-də  Təbriz  şəhəri  azad 
olundu. Bütün Azərbaycan ADP-nin nəzarəti altında idi. 
Azərbaycan 
Milli 
Məclisinin 
39 
maddəlik 
nizamnaməsinin  layihəsi  M.C.Bağırov  tərəfindən  İosif  Stalin, 
Vyaçeslav  Molotov,  Larventi  Beriya,  Georgi  Malenkova 
göndərildi  və  bəyənildi.  Sovet  rəhbərliyi  ilə  razılaşdırıldıqdan 
sonra  12  dekabr  1945-ci  il  (21  Azər  1324-cü  il)  Azərbacyan 

XIV mühazirə 
 
 
535
Milli Məclisi açıldı. Məclisdə 76 deputat iştirak edirdi. Milli 
Məclisin axşam iclasında Azərbaycan Milli hökuməti 
formalaşdı. Azərbacyan Milli Məclisi S.C.Pişəvərini 
Azərbaycan Milli Hökumətinin baş naziri təyin etdi. 
Beləliklə, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının 
birinci mərhələsi – hakimiyyətin ələ alınması prosesi başa çatdı. 
Milli Hökumət cəmi bir il davam etsə  də 20 maddədən 
ibarət iş proqramı çox zəngin oldu. Hər  şeydən  əvvəl dövlət 
vəzifələrinə  ədalətli adamlar təyin edildi. Yanvarın 2-də yeni 
valilər təyin olundu. 1946-cı il yanvarın 6-da Azərbaycan 
türkcəsi rəsmi dövlət dili elan olundu. Təbrizdə Azərbacyan 
Dövlət Universitetinin təşkili, yetim və sahibsiz uşaqların 
tərbiyəsi haqqında tarixi qərarlar qəbul edildi. Artıq 1946-cı il 
iyunun 12-də Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. 3 
yaşından 14 yaşına qədər olan sahibsiz uşaqlar Milli 
Hökumətin təsis etdiyi tərbiyəxanalara top-lanmalı idi. 
Yanvarın 8-də Milli Məclis vilayət, mahal, bölük 
əncümənlərinin seçkiləri haqqında qərarlar qəbul etdi. Ölkənin 
20 yaşına çatmış bütün vətəndaşları seçkilərdə iştirak edə, 20-
75 yaşlı vətəndaşları isə əncümənlərə seçilə bilərdilər.  
1946-cı ilin aprelində  Məclis tərəfindən məhsulun mül-
kədar və  kəndlilər arasında bölüşdürülməsinin yeni qaydaları 
haqqında qanun qəbul edildi. Mülkədarlara kəndlidən məhsul 
vergisindən başqa bir şey almaq qadağan edilirdi. Qanun torpaq 
və su üzərində xüsusi mülkiyyəti saxlasa da, kəndlilərin 
mülkədar asılılığından azad olunması üçün şərait yaradırdı. 
Hökumətin qərarı ilə 8 saatlıq iş günü müəyyən edildi. Əmək 
və sosial sığorta haqqında qanunlar və s. qəbul olundu. Bir 
sözlə, demokratik dövlət aparatı yaradıldı. 
Lakin Azərbaycanın muxtariyyatına və  İranda sovet 
nüfuzunun azalmasına qarşı olan qüvvələrin – şah, İran irticası, 
Amerika və  İngiltərə imperializmi, sovet rəhbərliyindəki anti-
azərbaycan qüvvələrinin narahatlığı artırdı.  İran ABŞ  və 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
536
İngiltərənin təhriki ilə Sovet ordusunun İrandan çıxarılması, 
Sovetlərin  İranın daxili işlərinə qarışması haqda BMT 
Təhlükəsizlik Şurasına şikayət etdi.  
İranın  şimal neft yataqlarının birgə istismarı üzrə Sovet-
İran  şirkətinin yaradılması haqqında 1946-cı il aprelin 4-də 
Tehranda müqavilə bağlandı. Sovet rəhbərliyi 15-ci Məclisə 
seçkilərin «rahat və dinc» keçirilməsi, burada neft 
müqavilələrinin sovetlərin xeyrinə  həll edilməsi üçün 
qoşunların çıxarılmasına icazə verdi. Bununla da «21 Azər» 
hərəkatına xəyanət etmiş oldu. Aprelin 24-dən qoşunların 
çıxarılmasına başlandı. Mayın 8-də Azərbaycan və 
Kürdüstandan son hərbi hissələr çıxarıldı.  
Sovet Azərbaycanının siyasi işçiləri və ziyalılırı isə böyük 
təəssüf hissi ilə Cənubi Azərbaycanı tərk etdilər. 
S.C.Pişəvəri isə Milli Hökumətin mövqeyindən dönmədi 
– Milli Məclisin, Milli Ordunun mərkəz tərəfindən tanınmasını 
israr edirdi. Təbrizdə 1946-cı il iyunun 13-də Tehran 
nümayəndələri ilə müqavilə imzalandı. 
Bu müqaviləyə görə  Mərkəzi hökumət «21 Azər» 
hərəkatını Azərbacyan xalqının demokratik hərəkatı kimi 
tanıdı,  İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi. 
Əvəzində isə Azərbaycan ostandarlığı və Milli Məclisin Əyalət 
Əncüməni ilə  əvəz edilməsinə, fədai dəstələrinin, xalq 
qoşununun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil 
olmasına və s. razılıq verdi. 
ABŞ  və Böyük Britaniyanın təhriki ilə Azərbaycan Mə-
sələsi bir neçə dəfə BMT-də müzakirəyə çıxarıldı. S.C.Pişəvə-
rinin BMT Baş Assambleyasına müraciəti isə cavabsız qaldı.  
İran qoşunları dekabrın 4-də səhər saat 7-də Azərbaycana 
hücuma başladı. Moskva mətbuatı Azərbaycan böhranını İranın 
sırf daxili işi kimi şərh etdi. Dekabrın 11-də Pişəvəri Təbrizi 
tərk etdi. Dekabrın 14-də günorta İran qoşunları Təbrizə daxil 
oldu. Dekabrın 20-də  İran ordusu Azərbaycanı tam nəzarətə 

XIV mühazirə 
 
 
537
götürdü. 
Milli hökumət süqut etdi. Bir ildə əldə edilmiş nailiyyətlər 
məhv edildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə 
edam edildi. M.C.Bağırovun təkidi ilə Moskva dekabrın 12-də 
sərhədi açdı. Dekabrın 19-dək dekmokratik hərəkatın bir neçə 
min iştirakçısı Sovet Azərbaycanına keçdi. S.C.Pişəvəri də 
məcburən vətəndən uzaqlaşmalı oldu.  
«21 Azər» XX əsrdə  Cənubi Azərbaycanda baş vermiş 
mili azadlıq hərəkatının zirvəsi oldu. Azadlıq ocağı söndürülsə 
də, kül közərməyə başladı: 
Mən sənin dilinə dəymirəm cəllad, 
Gəl sən də bu ana dilimə dəymə. 
Yan- deyib, od vurdun bədənimə sən, 
Altımda atəş var, külümə dəymə. (Süleyman Rüstəm) 
 
 
3. 1950-ci illərin sonu – 60-cı illərin əvvəllərində  
İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi.  
Cənubi Azərbaycan «Ağ inqilab» illərində 
 
Cənubi Azərbaycandankı müasir sosial-iqtisadi və siyasi 
vəziyyətin ilkin şərtləri 60-70-cı illərdə feodalizmdən 
kapitalizmə keçid mərhələsində yarandı. İranın ən böyük aqrar 
rayonlarından biri olan Cənubi Azərbaycanda sosial-siyasi və 
iqtisadi böhran kəskinləşdi.  Şah rejimi yaranmış  təhlükənin 
qarşısını almaq üçün «yuxarıdan islahatlar keçirmək yolunu 
seçdi. Qan axıdılmadan həyata keçirilən bu islahatlar «ağ 
inqilab» adlandırıldı. Cənubi Azərbaycanda  İranın digər 
rayonlarına nisbətən iri yarımfeodal torpaq mülkiyyəti geniş 
yayılmışdı. Burada sosial ziddiyyətlər daha da kəskinləşmişdi. 
Bütün bunlar islahatın Cənubi Azərbaycandan başlanmasını 
şərtləndirirdi. 
İran dövlət və hökumət rəhbərləri 1947-49-cu illərdə 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
538
Azərbaycanda istədikləri  şəxsəri güllələdilər, sürgun etdilər, 
onlara divan tutdular. Həmin illər  İran qəzetləri yazırdı ki, 
Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi 
böhran hökm sürür. 
Azərbaycanın bir sıra  şəhərlərində aclığa qarşı kütləvi 
nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri 
baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular. 
1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində 
kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, 
nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına 
nail oldular. 
24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran məclisinə 
seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft 
Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi. 
Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və 
b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi. 
İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti 
devrilmiş, Milli Cəbhənin fəaliyyəti qadağan edilmişdi. 
Təşəbbüs yenə  də ölkənin kapitalistcəsinə yüksəlməsi 
istiqamətini davam etdirən şahın əlinə keçmişdi. 
 1953-59-cu  illərdə hakim dairələr hər vəchlə 
demokratiyanı boğmağa çalışır, aqrar çıxcışları, fəhlə tətillərini 
yatırır, yüzlərlə ziyalını  işdən götütür, bir sıra mətbuat 
orqanlarını bağlayırdılar.  
1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin 
ləğv edilməsi ilə yanaşı, SAVAK- təhlükəsizlik və  məlumat 
təşkilatı yaradıldı. Monarxiyanın mövqelərinin 
möhkəmləndirilməsi tədbirləri görülürdü. 
1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə 
qanun qəbul edildi. Yarımfeodal torpaq sahibliyi kökündən 
pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ 
şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi 
mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O, 

XIV mühazirə 
 
 
539
istiqraz və kreditlərlə köməyi davam etdirər. 
1960-cı ilin oktyabrında  şah bir müsahibəsində demişdi 
ki, mən ölkədə  dəyişiklik etmək istəyirəm. Lakin inqilabsız, 
yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab». 
1961-ci ilin payızında milli burjuaziyanı  təmsil edən 
«Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə  kəs-
kinləşdi. 
İnkişaf üçün böyük imkanlara malik olmasına baxma-
yaraq, 60-cı illərin  əvvəllərində Azərbaycan iqtisadi cəhətdən 
İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf 
planını həyata keçirməyə çalışmır, bu çətinliyi «ölkənin şimali-
qərbində» etnik və dil fərqlərinin mövcudluğu»nda görürdü. 
1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğ-
runda tələbə  hərəkatı başlandı. Milli siyasətə qayıdış, 20-ci 
məclisə azad seçkilər tələb edilirdi. 1962-ci ilin yanvarında 
Təbriz və  Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr 
yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı. 
Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş 
odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi 
stabillik yaratmaq mümkün olmayacaq. Monarxiya ya siyasi 
aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi.  
Aqrar islahat layihəsi.  İslahatlar proqramında  ən vacibi 
aqrar islahat idi. Bu 1962-ci ilin 9 yanvarında qəbul edildi. 
İslahatlar üçün qanun layihələri 1963-cü ilin 26 yanvarında 
keçirilmiş referendumda təsdiq edildi.  
Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963) 
həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi 
Azərbaycan) başlandı. 
Birinci mərhələ iri mülkədarların torpaq 
mülkiyyətçiliyinin bir kəndlə  məhdudlaşdırılmasını, qalan 
torpaqların dövlət tərəfindən alınmasını  və onların kəndli-
icarəçilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978-
ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanın 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
540
torpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü. 
İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət 
idi: 1) torpağı uzunmüddətli dəyişməz  şərtlərlə  kəndlilərə 
icarəyə vermək; 2) kəndli icarəçilərə razılaşma  əsasında 
satmaq; 3) əvvəllər mövcud olmuş  məhsul bölgüsündə 
mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara 
satmaq. Lakin bu mərhələnin əsas xüsusiyəti ondan ibarət oldu 
ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi.  
Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta 
mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd, 
yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi  şərti ilə 
satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü 
mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni 
təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər 
şişirdilmişdi. Məsələn, göstəricilərdən belə  çıxırdı ki, Şərqi 
Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata 
qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız 
«zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə 
kənd əhalisinin yarısından çox deyildi. 
Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində 
olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu. 
İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük 
olmadı. Azərbaycan kənd təsərrüfatının  əsas sahələri  əkinçilik 
və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı  şəkildə 
dəyişmədi.  
Sərmayənin kənd təsərrüfatından sənayeyə axını, 
yarımfeodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar 
islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrindən fərqli 
olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı. 
 
4. 1978-79-cu illər  
İran inqilabı və Cənubi Azərbaycan 
 

XIV mühazirə 
541
70-ci  illərin  sonunda  İranda  Azərbaycan  məsələsinin 
həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən 
sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar 
idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı
ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). 
Vəziyyət  sosial  partlayışa  doğru  aparırdı.  1977-ci  ilin 
payızından  Cənubi  Azərbaycanda  tələbə  və  şagirdlərin 
nümayişləri  başlandı.  Ən  böyük  çıxış  1977-ci  il  Milli 
Hökumətin ildönümü günü oldu. 
1978-ci  ilin  yanvarında  Qumdakı  çıxışlarda  artıq  şah 
rejiminin  ləğv  edilməsi  tələb  edilirdi.  Fevralın  18-də  (29 
bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların 
müraciəti  əhalini  üsyana  qaldırdı.  Bu  üsyanda  100  min  nəfər 
iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də
davam etdi. 
Təbriz  üsyanında  İranda  gizli  fəaliyyət  göstərən  «İran 
xalq  fədailəri»  təşkilatının  üzvləri  də  iştirak  edirdilər. 
Təbrizdəki  cəza  tədbirlərinə  cavab  olaraq  Yəzd,  Çöhrəm, 
Tehran,  Qum,  Zəncan  və  b.  şəhərlərdə  çıxışlar  oldu.  Həmin 
gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, 
bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni
*
Təbriz  əhalisinə  müraciət  göndərdi.  Artıq  Təbriz  üsyanı  bütün 
İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. Mayın 9-
19-da  baş  vermiş  çıxışlar  İranın  20-dən  çox  şəhərini  əhatə
edirdi.  
Sentyabrdan  inqilabın  2-ci  mərhələsi  başlandı.  Bütün 
                                                 
*
 
 

 
 
 
 
 
 
-
 
 
   
 
 

 
 
 
 
, 1978-
 
 
 
 
   
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 1-  
 
 
 
 
 
 – 
 
 
-
 
 
 
 
.  
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
542
sosial  təbəqələr  hərəkata  qoşuldu.  Tətilçilər  SAVAK-ın  ləğv 
edilməsini, demokratikləşməni tələb edirdilər.  
1978-ci  il  dekabrın  30-da  təbrizlilər  yenidən  nümayişə
başladılar.  Şah  1979-cu  il  yanvarın  16-da  İrandan  qaçdı. 
Yanvarın  19-dan  isə  nümayişlər  «Allahu  əkbər,  Xomeyni 
rəhbər» şüarı ilə keçirilirdi. 
1979-cu  il  fevralın  1-də  A.Xomeyninin  Parisdən  Tehrana 
gəlməsi  münasibətilə  Təbrizdə  nümayişlər  geniş  vüsət  aldı. 
Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də
polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu. 
Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə
çalınmasına  baxmayaraq  əksinqilabi  qüvvələr  xüsusən, 
Təbrizdə  müqavimət  göstərirdilər.  Lakin  fevralın  16-da 
Azərbaycanın  başqa  şəhərlərində  də  şahpərəst  qüvvələr 
zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin 
İran  inqilabı  dövründə  azərbaycanlılar  25  min  nəfərə  yaxın 
qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin 
1-də İran İslam Respublikası elan edildi. 
Əsas  siyasi  və  sosial  qüvvələr  şahlığın  devrilməsindən 
sonra  2-ci  mərhələni  –  milli-demokratik  istiqamətdə  inkişafı
gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi. 
1979-cu  il  dekabrın  2-3-də  İran  İslam  Respublikası
Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin 
hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı
hansı  etnik  qrup  və  qəbilədən  olmasından  asılı  olmayaraq 
bərabər  hüquqa  malikdir,  rəng,  irq,  dil  və  bu  kimi  amillər 
kimsəyə  üstünlük  vermir»,  15-ci  maddədə  isə  deyilirdi:  «İran 
xalqının  rəsmi  müştərək  dili  və  xətti  farsdır.  Sənədlər, 
məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə
olmalıdır.  Lakin  yerli  və  etnik  dillərin  fars  dili  ilə  yanaşı
işlənməsi,  mətbuat,  kütləvi  informasiya  vasitələrində  və  milli 
ədəbiyyatın məktəblərdə tədrisində azaddır». 
Ancaq  bu  nailiyyətlər  türk  dilinin  1945-46-cı  illər  milli-

XIV mühazirə 
 
 
543
demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az 
bir müddətdə türk dilində  təxminən 30 adda qəzet və jurnal nəşr 
olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına 
başlandı. Amma, hazırda «Varlıq» jurnalından başqa türk dilində 
heç bir mətbuat orqanı  nəşr edilmir. Dövlət orqanları  tərəfindən 
yasaq edilməsindən (əsasən ideya-siyasi yönümünə görə) başqa, 
onların bağlanmasının  əsas səbəblərindən biri də  qəzet və 
jurnalların maddi korluq çəkməsi oldu. 
İnqilabın qələbəsindən sonra siyasi partiya və  təşkilatlar 
milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın 
həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər. 
Dekabrın 20-də müvəqqəti hökumətin 14 bənddən ibarət 
«Nahiyyə özünüidarəsinin hüquq və  vəzifələri» adlı qanun 
layihəsi xalqın müzakirəsinə verildi. Özünüidarə nahiyyələri 
orqanları ölkənin istiqlaliyyəti, bütövlüyü, İran əhalisinin milli 
vəhdətini təmin etməli idilər.  İranın ilk prezidenti Bənisədr 
göstərirdi ki, «biz muxtariyyətin  əleyhinə deyilik, lakin 
müxtariyyəti bizdən olmayanlara verməyəcə-yik». («Keyhan» 
20.04.1980). 
1980-ci ilin dekabrından  İraqın  İrana müdaxiləsi hakim 
rejimə demokatik qüvvələri əzmək üçün əlverişli şərait yaratdı.  
Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli 
məsələnin həlli ölkənin demokratikləşməsi ilə  sıx bağlıdır. 
İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin 
təkamül yolu ilə həllini sürətləndirir. 
İnqilabın qələbəsindən sonrakı illərdə iqtisadi dur-ğunluq 
keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqda və  İran-İraq 
müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası 
başlandıqda Cənubi Azərbaycan da sənaye və kənd təsərrüfatının 
inkişafında müəyyən sürət götürdü. Burada neftayırma zavodu, 
traktor, maşınqayrıma, dəzgahqayırma zavodları, kənd təsərrüfat 
maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa 
zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri, 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
544
toxuculuq fabrikləri və s. kimi yüzlərlə yüngül sənaye 
müəssisələri fəaliyyət göstərir. Taxılçılıq, bostançılıq, 
heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac 
olunur. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının 
inkişafı üçün böyük imkanlara malikdir. 
1999-cu ilin avqust ayında Cənubi Azərbaycan Milli 
Azadlıq Hərəkatı Analitik İnformasiya mərkəzinin mətbuatda 
çap olunmuş  məlumatına  əsasən  İranda yaşayan  əhalinin milli 
tərkibi belə olmuşdur: 
 
№ Milli 
vahidlər Sayı (mln. nəfər) Ölkə əhalisinin sayına  
görə nisbəti (faizlə) 
1.
 
Azərbaycanlılar 29.0 
41.42 
2.
 
Farslar 22.0 
31.42 
3.
 
Kürdlər 7.5 
10.71 
4.
 
Ərəblər 3.5 
5.0 
5.
 
Türkmənlər 3.0 
4.28 
6.
 
Bəluclar 2.4 
3.42 
7.
 
Qaşqaylar 2.0 
2.85 
8.
 
Yəhudi, aysori, erməni 0.6 
0.85 
9.
 
Başqaları  
0.035 
0.05 
Cəmi  
70.0 
100.0 
 
Ədəbiyyat 
1.
 
Иванов М.С. Новейщая история Ирана. М.: 1965 
2.
 
Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı: 1988 
3.
 
Tağıyeva Ş. 1920-ci il Təbriz üsyanı. Bakı: 1990 
4.
 
Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütöv Azərbaycan. Bakı: 1997 
5.
 
Nəsibzadə N. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci 
illəri). Bakı: 1997 
6.
 
Иванов М.С. Иран в 60-70-х годах ХХ века. М.: 1977 
7.
 
Abdullayev Z.Z. Ağasi N.N. Müasir İran. Bakı: 1976 
8.
 
Almaz  Əliqızı. Cənubi Azərbaycan «Ağ inqilab» dönəmində // 
«Araz» jurnalı, 1997, №1(2) 
9.
 
Агаев С.Р. Иран в прошлом и настоящем. М.: 1981 
10.
 
Pişəvəri S.C. Seçilmiş əsərləri. Bakı: 1984 
11.
 
Çeşmazər M.M. Azərbaycan Demokratik Partiyasının yaranması 
və fəaliyyəti. Bakı: 1986 
12.
 
Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında 
(1939-1945). Bakı: 1998 

XIV mühazirə 
 
 
545
13.
 
Həsənli S. Soyuq müharibənin başlandığı yer – Güney 
Azərbaycan. 1945-1946. Bakı: 1999 
14.
 
Tağıyev Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan (mə-
lumat kitabı). Bakı: 2000 
15.
 
Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat. Bakı: 2003 
16.
 
Агаев С. Иран-рождение республики. М.: 1984 
17.
 
Демин А.И. Современная Иранская деревня. М.: 1977 
 
 
Çapa imzalanmışdır 04.100.2010. Kağız formatı 60x84 1/16. Sayı 200. 
«Bakı Universiteti» nəşriyyatı, Bakı – 370148, Z.Xəlilov, 23.
 

Document Outline

  • obloshka
  • I movzu
  • II movzu
  • III movzu
  • IV movzu
  • V movzu+++++
  • VI movzu
  • VII Movzu
  • VIII movzu
  • IX movzu
  • X  movzu
  • XI movzu
  • XII movzu
  • XIII movzu
  • XIV movzu

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin