AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Bəkir Çobanzadənin Türkoloji qurultayda fəaliyyəti-dil tədrisi metodikası ilə bağlı fikirləri



Yüklə 117,11 Kb.
səhifə3/3
tarix01.01.2020
ölçüsü117,11 Kb.
#30033
1   2   3
fidan


2.2. Bəkir Çobanzadənin Türkoloji qurultayda fəaliyyəti-dil tədrisi metodikası ilə bağlı fikirləri
Moskva Türkoloji qurultaya əvvəlcədən başlamış, onun yeri haqqında düşünmüşdür. Bu məqsədlə yer olaraq Bakı şəhəri seçildi. Azərbaycana göstəriş verilir ki, türkoloji qurultaya hazırlaşsın. Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat, mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. İclasa Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar(35). Qurultayda iştirak edənlərdən biri də Bəkir Çobanzadə olmuşdur. Qurultayın təşkilində fəaliyyət yerinə görə Bəkir Çobanzadəni heç kəslə müqayisə etmək olmaz. Dilçi alim Bəkir Çobanzadənin Birinci Türkoloji Qurultayla bağlı fəaliyyəti üç istiqamətdə araşdırılmalıdır(26,110).

1) Qurultaya qədərki mərhələ

2) Qurultay dövrü

3) Qurultaydan sonrakı dövr. Bəkir Çobanzadə qurultayın işini həyata keçirmək üçün maarifləndirmə işi aparmışdır. Qurultayın birinci iclasında 131 nümayəndə içərisindən rəyasət heyətinə seçilən 22 nəfərdən biri Bəkir Çobanzadə olmuşdur.

Bu qurultayda professor Bəkir Çobanzadə müxtəlif mövzularla bağlı çıxışlar etmişdir.

Bunlara daxildir. Məs:

1.On üçüncü iclasda əlifba ilə bağlı 2.On dördüncü iclasda ədəbi dillə bağlı

3.On yeddinci iclasda akademik Oldenburqun və Bartoldun qətnamələrlə bağlı təklifləri ətrafında qalxan mübahisələrlə bağlı

4.On yeddinci iclasda ana dilinin tədrisi metodikasının qətnaməsi ilə bağlı.

Ana dilinin tədrisi metodikasının qətnaməsinin müzakirəsində tədrisdə ana dili fənninə müstəqillik verilməsi paraqrafında “fənnə müstəqillik verilməsi” ifadəsinə e’tiraz olunur. Bu mübahisəni kəsmək üçün yerdən təklif olunur ki, müstəqillik sözü qətnamənin mətnindən atılsın. Dilçi alim Bəkir Çobanzadə izahat verir: Yoldaş belə başa düşür ki, başqa fənlərin tədrisi ana dilinin ətrafında cəmləşdirilir. Dilin müstəqil rolu o deməkdir ki, müasir tədris metodikasında dilin öyrənilməsi, indiyə qədər olduğu kimi, daha orfoqrafiyanın öyrənilməsi üçün köməkçi predmet kimi nəzərdə tutulmur. Dilçi alim qeyd edir ki, ana dilinin tədris sistemində müstəqilliyi odur ki, dili bir fənn kimi öyrənərək, biz ümumtəhsil fənlərini tamamlayırıq, dil öyrədilməsinə psixologiya və təbiət elmlərinin sırasında müstəqil fənn kimi baxırıq(27,5). Professor Bəkir Çobanzadənin bu cavabı hamını qane etdi, həmin termini qətnamənin mətnində saxladı və bu gün elmi dəyəri olan pedoqoji fikirdir.

Bəkir ÇobanzadəTürkoloji qurultayın müəllimlər üçün əhəmiyyəti adlı məqaləsində qurultaydan sonrakı mərhələdə görüləcək işlər, qarşıda duran vəzifələr və perspektivlər barədə düşüncələrini oxucu ilə bölüşür və bu qurultayın Azərbaycan müəllimləri üçün əhəmiyyətini irəli çəkirdi(27,139). B.Çobanzadə göstərir ki, qurultayın gündəliyində duran məsələləri əməli və elmi olmaq üzrə iki qrupa bölmək olar. Müəllifin fikrincə, əməli məsələlər dedikdə, məktəb, pedaqoji proses başa düşülməlidir.

Bu məqalə türkoloji qurultayın gündəliyində olan beş məsələni 1) imla 2) üsuli-tədris 3) əlifba 4) istilah 5) ölkəşünaslıq qabardırdı(27,142). Dilçi alim qeyd edirdi ki, Üsuli-tədris məsələsi də türkoloji qurultayda olduqca müfəssəl və ətraflı şəkildə müzakirə olunmuş, onun həlli yolları göstərilmişdir. Alim aşağıdakıları qeyd edir:

1.İkinci dərəcə məktəblərdə ayrı bir fənn olaraq sərfin oxudulması arzu olunur.

2.Birinci dərəcə məktəblərdə ana dili üçün başlıca tədris materialı kimi türk xalqlarının xalq ədəbiyyatı əsas götürülməlidir.

3.İkinci dərəcə məktəblərdə ədəbiyyat ictimaiyyətə bağlı olaraq epizodik bir tərzdə tədqiq olunmaq lazım gəldiyi kimi, tarixi cəhətdən də öyrənilməlidir.

Bütün bu qərarlar türk uşağının ana dilindən yavaş-yavaş yüksələrək ədəbi dilə və nəhayət, öz ölkəsindən başqa ölkələrdə yaşayan türk xalqlarının ədəbiyyatlarına yetişməsini təmin etdi. Ümumiyyətlə qurultayda o əlifba məsələsindən də geniş şəkildə danışmışdır. Bəkir Çobanzadə Azərbaycanda deyil, türkdilli xalqların bir çoxununun latın qrafikasına keçməsində mühüm rol oynamışdır. Qurultayın müzakirə etdiyi əsas problemlərdən biri də ölkəşünaslıq məsələsi idi. Ölkəşünaslıq-türkologiyanın əsas xüsusiyyətlərindən biri kimi qeyd edilirdi.

Türkoloji qurultayda alimin terminologiya haqqında söylədiyi fikirlər bugün də aktuallığını və elmiliyini qoruyub saxlamaqdadır. Qurultayda müzakirə olunan əsas problemlərdən biri türkdilli xalqların dil və gen qohumluğu məsələsi idi. B.Çobanzadə bu sahədə də özünün alim sözünü demişdir. Dilçi alim yazır: Elmi terminologiya əlifba prinsiplərinə əsaslanır, oradakı hər səs ayrıca işarəsinin olmasını tələb etdiyi kimi, terminologiyada da hər hansı bir anlayışın qarşılığı olaraq ayrıca bir termin olmasını tələb edir.

B.Çobanzadə sovet idarə sisteminə qarşı çıxırdı.Terminoloji sistemin yaradılmasında türk, ərəb-fars və Avropa terminlərindən istifadəni vacib hesab edən alim qurultay iştirakçılarının diqqətinə çatdırır ki, terminlər ikili əhəmiyyət kəsb edir: Birincisi elmi, ikincisi isə pedaqoji əhəmiyyət. Deyilənlərdən belə bir nəticə hasil olur ki, B.Çobanzadə böyük canyanğısı ilə axıradək mücadilə aparmışdır.



NƏTİCƏ

Azərbaycan dilçilik elminin inkişafı tarixində Bəkir Vahab oğlu Çobanzadənin xüsusi yeri vardır. Bəkir Çobanzadə XX əsrin əvvələrində dünyada və Azərbaycanda tanınmış elm xadimlərindən biridir. Bəkir Çobanzadə böyük türkoloq alim kimi təkcə Azərbaycanda və Krımda deyil, bütün Sovetlər ölkəsində məşhur yenilikçi alim kimi tanınır. O, təkcə türkoloq deyil, görkəmli metodist, istedadlı ədəbiyyatşünas və şair olmuşdur. Bəkir Çobanzadə ictimai inkişaf tariximizdə özünə müəyyən yer tuta bilən görkəmli alim kimi diqqəti cəlb edir. Alimin zəngin elmi yaradıcılığına xas olan xüsusiyyətlər bunlardır:

1) O son dərəcə zəkalı və istedadlı insan idi. 2) Onun maraq dairəsinə bütün türk dünyası daxil idi. 3) O, Avropa standartı ruhunda yetişmiş ilk dilçimiz idi. 4) Şərqin və Qərbin əsas dillərini mükəmməl bilir, onlardan bacarıqla istifadə edirdi. 5) Alimin yaşadığı mürəkkəb dövr onun istedadının üzə çıxmasına müsbət şərait yaratmışdır. Alimin vəfatı haqqında fikir müxtəlifliyi var. Bunlara daxildir:

Bəkir Çobanzadə sürgündə ölmüşdür.

O, Azərbaycanın Xaçmaz rayonunda öldürülmüşdür. Bu alimin qatili öz ömrünü ona xidmət etdiyi SSRİ olmuşdur.

Zəngin və çoxcəhətli filoloji irsə malik olan B.Çobanzadə bədii, publisistik ədəbiyyatın elmi-nəzəri məsələləri, habelə ədəbiyyatşünaslığın və folklorşünaslığın problemləri ilə paralel məşğul olsa da, o, bir alim kimi hər şeydən əvvəl professional dilçi idi. Alimin dilçiliklə bağlı araşdırmaları dərin məntiqi, əhatəliliyi, faktologiyası, dil materiallarından bol-bol istifadəsi ilə diqqəti cəlb edir. Onun qaldırdığı problemlər dövrünün tanınmış söz sahibi olan görkəmli türkoloq alimlərin də diqqətindən kənarda qalmırdı. Dilçi alim 300-dən çox elmi kitab və məqalə yazmışdır. Bunların arasında Türk-tatar lisaniyyatına mədxəl, Türk dili sərflərinin ümumi qüsurları, Qumık dili və ədəbiyyatı tədqiqləri, Türk dili və ədəbiyyatının tədris üsulu 1-ci hissə, Türk dili və ədəbiyyatının tədris üsulu 2-ci hissə, Türk-tatar dialektolojisi, Türk qrameri kitabları, məqalələri bu görkəmli alimin universal zəka sahibi olmasından xəbər verir. B.Çobanzadə yalnız Azərbaycanın deyil, bütövlükdə türk-tatar xalqlarının dilçilik elminin – onun nəzəri əsaslarının, üslubiyyatının, fonetikasının, qramatika və sintaksisinin, bu dillərin vahid bir mənbədən və mənşədən, kökdən və şəcərədən qaynaqlandığını elmi dəlillərlə sübuta yetirən, bir sözlə, dilimizin yaranmasında, inkişafında və formalaşmasında mühüm rol oynayan, sayılıb-seçilən, tutarlı söz sahibi olan alimlərdən olmuşdur. Bəkir Çobanzadə Fərhad Ağazadə ilə birlikdə müəllifi olduğu Türk qrameri kitabında dilçiliklə bağlı bir sıra məsələlərə yer verir. Bu kitabda söz qrupları, durğu işarələri, sözlərin mənası, sövtiyyat, şəkliyyat kimi bölmələrdən bəhs olunmuşdur. Bəkir Çobanzadənin dil haqqında, onun şöbələri və bu şöbələri əhatə edən mövzularla bağlı maraqlı fikirləri olmuşdur. Dilin tədrisi metodikası məsələləri Bəkir Çobanzadənin yaradıcılığının əsas ana xətlərindən birini təşkil edir.

Bəkir Çobanzadə Azərbaycan dilinin tədrisi metodikasının banisidir. Bəkir Çobanzadənin metodiki irsinin geniş şəkildə araşdırılmasına hələ də ciddi ehtiyac hissi duyulmaqdadır. Professor Bəkir Çobanzadənin Azərbaycanda dil quruculuğu, elm, tədris sahəsində əvəzsiz xidmətləri olmuşdur. B.Çobanzadəyə qədər dilçiliyə, ədəbiyyatşünaslığa dair əsərlər yazılmışdı, lakin dilin və ədəbiyyatın tədrisi metodikası haqqında dərsliklər demək olar, yox dərəcəsində idi. Bəkir Çobanzadə Azərbaycan dilçiliyində böyük bir məktəb yaratmışdır. Onun dilin tədrisi metodikasına həsr olunmuş əsərlərində dilin məktəblərdəki yeri, əlifbanın öyrədilməsi üsulları, türk dili dərslərinin təşkili haqqında geniş məlumatlar öz əksini tapmışdır.Bəkir Çobanzadə Bakıda keçirilmiş I Türkoloji qurultayda da iştirak etmiş, qurultayın iclaslarında əlifba, dilin tədrisi metodikası da daxil olmaqla müxtəlif mövzularda çıxışlar etmişdir. Dilçi alim özünün çoxşaxəli fəaliyyəti ilə dilçilik, ədəbiyyatşünaslıq və metodika elmində silinməz izlər buraxmışdır.


ƏDƏBİYYAT

1.A Kenan. Kırımlı Bekir Sıdkı Çobanzade (Dilçiliği ve edebiyyat araşdırmacılığı) Ankara: Türk Dil Kurumu yayınları, 2001

2.Babayev A.M. Bəkir Çobanzadə (Monoqrafiya). Bakı, Şərq-Qərb, 1998, 312s

3.Babayev A.M. Birinci Türkoloji Qurultay və Azərbaycanda türkologiya. Bakı: Elm, 2016, 336 s

4.Balıyev H.B, Balıyev A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2014, 380s

5.Çobanzadə B.V, Ağazadə F.R. Türk qrameri, Bakı Azərnəşr, 1929.

6.Çobanzadə B. Azəri ləhcəsinin xüsusiyyətləri. Seçilmiş əsərləri 5 cilddə.V cild. Bakı: Şərq-Qərb 264s

7.Çobanzadə B.V. “Elmi və ədəbi dil məsələsi” Çobanzadə B. Seçilmiş əsərləri. Beş cilddə, II cild, Bakı: Şərq-Qərb, 2007, səh 213-221.

8.Çobanzadə B.V. Elmi qramer məsələləri. “Müəllimə kömək” jurnalı, 1932

9.Çobanzadə B.V. Seçilmiş əsərləri. Beş cilddə, I cild, Bakı: Şərq-Qərb, 2007, 336 s

10.Çobanzadə B.V. Seçilmiş əsərləri. 5 cilddə, II cild, Bakı: Şərq-Qərb, 2007, 365 s

11.Çobanzadə B.V. Seçilmiş əsərləri. 5 cilddə, III cild, Bakı: Şərq-Qərb, 2007, 342s

12.Çobanzadə B.V. Seçilmiş əsərləri 5 cilddə, IV cild, Bakı: Şərq-Qərb, 2007, 198s

13.Çobanzadə B.V. Seçilmiş əsərləri: Beş cilddə. V cild. Bakı: Şərq-Qərb, 2007, 264s

14. Çobanzadə B.V.Seçilmiş əsərləri. 5 cilddə. Bakı: Şərq-Qərb, 2007. I c 336 s, II c 365 s, III c 342 s, IV c 198 s, V c 264 s.

15.Çobanzadə B.V.Türk dili və ədəbiyyatının tədrisi, Bakı, Azərnəşr,1926.

16.Çobanzadə B.V. Türk dili və ədəbiyyatının tədrisi, II qisim, Bakı, Azərnəşr 1927

17.Çobanzadə B.V. Türk dilinin qeyri-türk məktəblərində tədrisi metodikası məsələləri Kommunist tərbiyəsi uğrunda, 1932, s21-28.

18.Çobanzadə B.V.Türk dilinin metodikası, Bakı, Azərnəşr 1932

19.Çobanzadə B.V. Türk- Tatar lisaniyyətinə mədxəl. Seçilmiş əsərləri 5 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007, 333 s

20.Çobanzadə B.V.Türk dili sərflərinin ümumi qüsurları, Bakı:1893-1937.

21.Çobanzadə B.V. Türkcənin səs uyuşması qanunu

22.Çobanzadə B.V. Yeni əlifba və türk dili.“Maarif və mədəniyyət”, Bakı, 1927, s37

23.Eyvazov P.E. Bəkir Çobanzadənin Azərbaycan türkcəsinin fonetik quruluşu ilə bağlı araşdırmaları “Türkologiya” beynəlxalq elmi jurnalı, № 4, Bakı, 2015

24.Eyvazov P.E. Bəkir Çobanzadənin dil tədqiqatlarında qrammatik kateqoriyaların şərhi mövzusunda Respublika elmi konfransının materialları, s 52-59

25.Əzizov E.İ. Bəkir Çobanzadənin elmi yaradıcılığında ahəng qanunu məsələsi və saitlər ahəngi mövzusunda elmi konfrasın materialları s19-21.

26.Əliyeva E. Bəkir Çobanzadə və dilçilik terminləri mövzusunda elmi konfransın materialları s46-48

27. Hacıyev T. I Türkoloji qurultayda Bəkir Çobanzadənin fəaliyyəti mövzu­sunda elmi konfransın materialları s3-8

28.Qasımov C.Ə. Bəkir Çobanzadə(Monoqrafiya), Bakı-2018,329 s

29.Qocayeva T. Çobanzadənin yaradıcılığında Azərbaycan dilinin tədrisi problemləri mövzusunda respublika elmi konfransın materialları s75-77

30.Quliyeva R.İ. Bəkir Çobanzadə və Azərbaycan dilinin tədrisi metodikası mövzusunda elmi konfransın materialları s42-45

31.Qurbanova M. Bəkir Çobanzadənin metodiki görüşləri mövzusunda elmi konfransın materialları s40-44

32.Məmmədova Ə. Bəkir Çobanzadə səslərin dəyişmələri haqqında elmi konfransın materialları s34-36

33.Mikayılova Ə. Azərbaycan dilçiliyində Bəkir Çobanzadənin rolu mövzusunda elmi konfransın materialları s28-30

34.Rzayeva A. Bəkir Çobanzadənin dil tədqiqatlarında fonetika məsələləri mövzusunda elmi konfransın materialları, s77-80

35.Sadıqova S.A. Bəkir Çobanzadənin yaradıcılığında terminologiya prob­lemləri mövzusunda elmi konfransın materialları s 22-24

36.Salamoğlu T. Konfrans materialları. Bakı: Bakı Universiteti, 2013

37.https://525.az/site/?name=xeber&news_id=52967#gsc.tab=0



38.http: www.anl.az



Yüklə 117,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin