α-ketoqlütar turşusu qlütamin turşusu
Qeyd etmək lazımdır ki, həm qlikolitik parçalanmada, həm
də Krebs tsiklinin gedişində əmələ gələn ketoturşular xüsusi yer
tutur. Həmin turşular aminləşərək müvafiq aminturşularına
çevrilir və amidlərin, ümumiyyətlə, zülalların metabolizmində
son dərəcə böyük rol oynayır. Aşağıdakı 7-ci cədvəldə amin-
turşularının Krebs tsiklindəki ayrı-ayrı mərhələlərlə əlaqəsi
göstərilmişdir.
Zülalların parçalanma məhsulları – aminturşuları da Krebs
tsiklinə müəyyən mərhələlərdə daxil olur. Məsələn, asetil –
K
0
A,
α
-ketoqlütar, oksalat-sirkə və ya fumar turşuları
səviyyələrini göstərmək olar.
Göbələklərdə aminturşularının sintezini, penisillinin əmələ
gəlməsində aşkar etmək olar. Penicillum göbələyinin
mitsellərinin inkişafının ilk dövrlərində aminturşularının bir
qismi zülalların tərkibinə daxil olmur və əksinə, xarici mühitə
ifraz olunur. Bu zaman mühitdə, məhz qlütamin turşusu aşkar
edilir. İkinci dolayı sübut, qlütamin turşusunun Penicillum
chrysoqenium göbələyində oksidləşərək
α
-ketoqlütar turşusuna
çevrilməsidir. Göbələklər tərəfindən aminturşularından istifadə
olunması, görünür, dezaminləşmə yolu ilə baş verir ki, bu da
aşağıdakı kimi ifadə oluna bilər.
Dostları ilə paylaş: |