P/O aktivliyinin yüksək olduğunu müəyyən etmişlər.
Ağac cinslərində parazitlik edən və oduncağı çürüdən
göbələklər arasında, fenollu maddələri
oksidləşdirən fermentlər
– polifenoloksidaza və lakkaza geniş yayılmışdır. Buradan da
belə nəticəyə gəlmək olar ki, göbələk sporlarında terminal
oksidləşmənin polifenol-polifenoloksidaza sistemi vasitəsilə
alternativ yolu da mövcud ola bilər. Bununla yanaşı, Fusarium
lini, Verticillum alboatrum və s. göbələklər fenolları və askor-
bin turşusunu oksidləşdirə bilmirlər. Bəzi göbələklərdə isə, fla-
vin oksidazaları – qlükozoksidaza və
l
– aminturşuları,
həmçinin də, d – aminturşularının oksidazaları aşkar edilmişdir.
Buğdanın gövdəsində pas xəstəliyi əmələ gətirən göbələklərin
sporlarında tənəffüsün aktivliyini təmin edən sistemlər sianidə
qarşı (ingibitora) həssas deyildir. Belə ki, Botrytis cinerea,
sianidin iştirakı ilə müxtəlif aminturşularını oksidləşdirə bilir.
Bir sıra ibtidai göbələklərin oksidləşmə sistemində per-
oksidaza da iştirak edir. Belə ki, ağacçürüdən basidiomukot-
ların 100-dən çox öyrənilmiş növlərinin 12%-də peroksidaz ak-
tivliyinin olması müəyyən edilmişdir.
Göbələklərin patogenliyi ilə onların peroksidaz aktivliyi aras-
ında müsbət korrelyasiyanın olması da aşkar olunmuşdur.
Beləliklə də, göbələklərin yüksək dərəcədə plastikliyi və
uyğunlaşma qabiliyyəti, onların ferment sistemləri (oksidləşmə-
reduksiya) və metabolizmin xarakteri ilə əlaqədardır.
Dostları ilə paylaş: