C
6
-heksozofosfat,
C
5
-pentozofosfat
Heksozaların oksidləşməsinə görə, qlikolizlə heksozomon-
ofosfat tsikli, alternativ yollar olmalarına baxmayaraq, onların
ümumi xüsusiyyətləri də vardır. Məsələn, qeyri-üzvi fosfat və
ADP çatışmadıqda hər iki prosesin sürəti xeyli azalır, başqa
sözlə hər iki sistem Krebtri effektinə malik olur (qlükozanın
sistemə daxil edilməsi zamanı, ADP və qeyri-üzvi fosfat çatış-
madıqda tənəffüsün pozulması).
Heterotraf orqanizmlərdə, o cümlədən, göbələklərdə hek-
sozomonofosfat oksidləşmə yolu, hüceyrədə pentozların (ri-
bozo-5-fosfat) əmələ gəlməsinin yeganə mənbəyidir.
Məlumdur ki, bu pentozlar nuklein turşularının və müxtəlif
nukleotidlərin sintezi üçün lazımdır (məsələn, piridin və flavin
nukleotidləri, adenil sistemi və s.). Beləliklə də, heksozomono-
fosfat tsikli hüceyrədə həm plastik, həm də energetik
mübadilədə çox böyük əhəmiyyətə malikdir.
Hüceyrədə bioloji oksidləşmənin alternativ yollarından biri
də qlükozanın, 6-fosfoqlükonat vasitəsilə Etner-Dudorov tsikli
ilə oksidləşməsidir. Bu oksidləşmə yolu, bir çox
mikroorqanizmlərdə qlikolitik və heksozomonofosfat yolları
iştirak etmədikdə, xüsusilə mühüm rol oynayır. Məsələn, Til-
letia caries göbələyində qlükozanın oksidləşməsinin yeganə
yolu Etner-Dudorov tsiklidir. Bu prosesi qısa şəkildə aşağıdakı
kimi yazmaq olar.
O O O O
|| || || ||
COH COH COH CH
|
NADP
| | |
HCOH
CO
CO + HCOH
| | | |
HOCH CH
2
CH
3
CH
2
OPO
3
H
2
| | piroüzüm turşusu fosfoqliserin
Dostları ilə paylaş: |