Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə123/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   244
Akraziomisetlər sinfi – Acrasiomycetes 

 

Əsil miksomisetlərdən fərqi odan ibarətdir ki, psevdo-



plazmodisi var. Psevdoplazmodidə mikso- amöblər bir kütləyə 

birləşsələr də, heç vaxt öz fərdliliyini itirmir, yəni aqreqasiya 

baş verir. Onların inkişaf tsiklində zoospor tipli hərəkətli 

mərhələ yoxdur. Saprotrofdırlar. Əsasən peyində inkişaf edirlər. 

İnkişafın müəyyən bir mərhələsində akreziomisetlər zahirən 

plazmodilərə çox oxşayır və miksomisetlər kimi sporlama 

verirlər. Ancaq inkişaf tsikli ilə yaxından tanış olduqda məlum 

olur ki, bu oxşarlıq zahiridir. 

Birincisi, onların hərəkətli mərhələsi yoxdur. İnkişafın  

vegetativ fazasında akraziomisetlər amöblərə oxşayır, onların 

bir çoxları psevdopodilər vasitəsilə  hərəkət edir, bölünmə ilə 

çoxalır və onların sayı artır. Qida ehtiyatı tükəndikdə amöblər 

bir yerə toplaşıb öz fərdliliyini itirmədən birləşir, bu birləşmə 

tam olur. Belə amöb kütləsinə psevdoplazmodi deyilir. 

Akraziomisetlərin miksomisetlərlə yaxınlığı bir də ondadır ki, 

akraziomisetlərin psevdoplazmodiləri fəal hərəkət etməyə ba-

şlayır və sonra sporlar verir. Akraziomisetlərin  ən geniş yay-

ılmış nümayəndəsi olan, peyində rast gəlinən Dastio stelium 

növüdür.  Sporlanması  ağ  rəngdədir, ayaqcığı 3 – 8 mm uzunlu-

ğundadır, düzdür, yuxarısında diametri 0,2 – 0,3 mm olan şarvarı 

sporlar başcığı yerləşir. Spor əmələgətirmə dövründə amöblərin 

bir qədəri ayaqcıq hüceyrələrinə çevrilir, başcıqları isə 

ayaqcıqla yuxarı dırmaşaraq sporlar verirlər. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin