Şəkil 10. Miksomisetlərin həyat tsiklinin sxemi:
1 – sporofor, 2 – sporlar, 3 – miksoamyob, 4 – mikrosista,
5 – zoospor, 6 – dikarion, 7 – ziqota, 8 – çoxnüvəli plaz-
modi, 9 – sklerotsi.
Nadir hallarda zoosporlar birləşib ziqotanı əmələ gətirir.
Belə ziqota inkişaf edib çoxnüvəli plazmodi əmələ gətirir.
Plazmodi də öz növbəsində inkiçaf edib sklerotsi və yaxud
makrosistis əmələ gətirir. Normal şəraitdə sklerotsi plazmodi
stadiasına keçə bilir. Plazmodi də inkişaf edib sporu olan sporo-
foru əmələ gətirir.
Bu şöbənin göbələklər aləmindəki yeri bu günə qədər
mübahisəli qalır. Bir qrup alimlər selikli göbələklərə göbələklər
aləmi kimi baxırlar. Bu sinif bir neçə sıralara bölünür.
Sıra: Echinosteliales
Sıranın nümayəndələrində sporangi ayaqcıq üzərindədir.
Plazmodi protoplazma tiplidir. Əksər sporangilərdə turbalar
vardır. Kapillislər sapvarıdirlər. Sıranın ən geniş yayılmış cinsi
Clastodermadır. Sporangi kürrəvidir. Spor əmələ gələrkən
peridi yox olur. Sıranın 4 növü vardır.
Sıra: Liceales
Sporoforlar sporangi tiplidir, psevdoetalilər isə etali ti-
plidir. Sap və turbalar yoxdur. Ən geniş yayılmış cinsi litseadır.
Sporoforu etali formasındadır. Əsasən göbələklər və bitkilərin
gövdəsi üzərində saprofit yaşayırlar.
Sıra: Trichiales
Sporofor sporangi tiplidir. Turbalardan məhrumdurlar.
Kapillislər sap formalıdır. Geniş yayılmış cinsi Arcyriadır. Spo-
rangisi tünd rənglidir və sporoforu qədəh formalıdır. Əsasən
bitki və heyvan qalıqları üzərində yaşayırlar. Nadir hallarda
bitkilərin gövdəsi üzərində təsadüf edilir.
Sıra: Stemonitales
Sporlar sporangi formalıdırlar, bəziləri etaliyə bənzəyir.
Kapillisləri turbalardan xaric olunur. Sporangiləri silindrik for-
malı olub, ayaqcıqlıdırlar. Sporangi əmələ gələn kimi peridi
yox olur. Sporlar qara rəngli və çoxsaylıdırlar. Ən geniş yay-
ılmış cinslərdən biri Diacheadır. Bu cinsin nümayəndələri yar-
paq, saplaq üzərində parazitlik edərək qara rəngli sporokarp
yığını əmələ gətirir.
Sıra: Physarales
Bu sırada selikli göbələklərin bütün formaları vardır ki,
bunlarda sporoforların məlum olan bütün tipləri vardır. Bütün
nümayəndələrdə sporangilər vardır. Ən geniş yayılmış
cinslərdən Didymium və Physarium göstərmək olar. Bunlara
bitki qalıqları üzərində rast gəlmək olar.
Sinif: Protosteliomycetes
Vegetativ bədənləri təknüvəli, amöbvarı və çoxnüvəli
plazmodi formalıdır. Qamçılı mərhələ əsasən yoxdur. Sporofor
təksporlu, nadir hallarda çoxsporlu olur.
Sinif: Acrasiomycetes
Vegetativ bədən təknüvəli amöb formalıdır. Amöblər
psevdoplazmodilər əmələ gətirirlər. Psevdoplazmodidən spo-
rokarplar əmələ gəlir. Onlar da uzun ayaqcıqlar üzərində əmələ
gəlir. Qamçılı mərhələ yoxdur.
Dostları ilə paylaş: |