Protosteliomisetlər sinfi – Protosteliomycetes
Sinfin nümayəndələrinə torpaqda (humusla zəngin tor-
paqda), ağac gövdəsi və qabığı üzərində rast gəlinir. Hal-
hazırda bu sinfin onlarla nümayəndələri sadə quruluşludur.
Boyları mikroskopikdir və amöb formalıdır. Bəzi
nümayəndələrin vegetativ bədənləri çoxnüvəli torvarı plaz-
modidir. Amöb formalı selikli göbələk substrat üzərində sporo-
kari tipli meyvə bədəni əmələ gətirir. Çoxnüvəli torvarı
plazmodilər isə inkişaf edib buynuz çıxıntılarına bənzər meyvə
cismi verir. Onlar içərisində bir, iki, bəzən daha çox sporu olan
başcıqları uzun ayaqcıq üzərində oturur. Yetişmiş başcıq
ayaqcıqdan ayrılır və sporlar azad olur. Sporlar inkişaf edib
dörd-səkkiz ədəd təknüvəli, hərəkətli hüceyrə – zoospor əmələ
gətirir ki, bu da amöbə çevrilir, bununla da yeni inkişaf tsikli
başlayır. Sinfin ən geniş yayılmış cinsi Serasiomiksdir.
Dostları ilə paylaş: |