Pirimidin əsasları
timin sitozin urasil
(2,6-dioksi, 5 metilpirimidin) (6-aminopirimidin) (2,6 – dioksipirimidin)
Purin əsasları
adenin quanin hipoksantin
(6-aminopurin) (2-amino, 6-oksipurin) (6-oksipurin)
Polinukleotid zəncirinin ən mühüm xüsusiyyətlərindən biri
əsaslar arasında hidrogen rabitəsi əmələ gətirməklə, sərbəst
nukleotidləri özünə birləşdirməkdir (əsasların qoşalaşması). Bu
halda ancaq komplementar əsaslar qoşalaşır. Yəni:
Adenin – timin; Quanin – sitozin və ya
Timin – adenin; Sitozin – quanin
DNT-nin ikinci quruluşu ikiqat spiraldan ibarətdir. Spi-
ralın hər bir tam sarğısına 10 cüt nukleotid düşür. Nuklein
turşularında nukleotidlərin azotlu əsasları və onların
hibridləşməsi sayəsində müxtəlif mənşəyə malik DNT-ləri
müqa-yisə etmək mümkündür. Göbələk hüceyrəsi (həcmi
təxminən 50 mkm
3
-dir) orta hesabla, bakteriya hüceyrəsindən
(həcmi 1 – 2 mkm
3
) 2,5 – 10 dəfə çox, bitki və heyvan
hüceyrələrindən (həcmi 5000 – 50000 mkm
3
) isə 200-300 dəfə
az DNT-yə malikdir. Bu qrup orqanizmlər arasında fərq, təkcə
kəmiyyətə görə yox, həm də keyfiyyətə görədir. Belə ki, DNT-
nin təkrarolunmayan hissələri, Oomisetlərdə – 82%,
Deuteromisetlərdə – 97%, Ascomisetlərdə isə 90% olduğu
halda, iribuynuzlu heyvanlarda yalnız – 55%, buğdada isə 25%-
dir. Göbələk xromosomlarındakı hər bir nukleosomda təxminən
140 cüt nukleotid vardır. Hər bir gendə olan nukleotid
cütlərinin miqdarı 120-yə çatır. İndiyədək toplanmış nəticələrin
əksəriyyəti, göbələk DNT-sində quanin – sitozin (QS) cütünün
payına aiddir (cədvəl 2).
RNT molekulu DNT molekulundan xeyli kiçikdir. Kiçik-
molekullu RNT-yə xromosom (76-85 nukleotiddən ibarətdir)
və nəqliyyat RNT-si (təxminən 120 nukleotid) aiddir. Böyük
molekullu RNT-yə isə (2000 və 4000 nukleotid) ribosom və
məlumat (informasion) RNT-si daxildir.
Bir qayda olaraq RNT molekulu ikiqat spiral əmələ
gətirmir. Əksinə, çox hallarda bir polinukleotid hüdudunda
azotlu əsasların komplementar ardıcıllığında qoşalaşma nəzərə
çarpır ki, bu da molekulun qatlanmasına səbəb olur.
Dostları ilə paylaş: |