1.3. Hüceyrənin yüksəkmolekullu komponentləri
Hazırda hüceyrə fiziologiyasının tədqiqində ən mühüm
məsələlərdən biri də, hüceyrə quruluşunun molekulyar
səviyyədə öyrənilməsidir. Protoplazmanın tərkibində təxminən
75 – 85% su, 10 – 20% zülal, 2 – 3% lipid, 1% karbohidrat, 1%
duz və başqa maddələr olur. Beləliklə də, hüceyrə kütləsinin
çoxunun su olmasına baxmayaraq, protoplazmanın əsas
xassələrini nuklein turşuları, zülallar, lipidlər və karbohidratlar
(polisaxaridlər) kimi ən mühüm yüksəkmolekullu birləşmələr
müəyyən edir.
Nuklein turşuları – yüksəkmolekullu mürəkkəb birləşmələr
olub, tərkibcə fosfor turşusunun qalığından, karbohidratlardan
və həmçinin də purin və pirimidin əsaslarından ibarətdir. Funk-
sional baxımdan nuklein turşuları iki cürdür: dezoksinuklein
turşusu (DNT) və ribonuklein turşusu (RNT). Bu turşular, bir-
birindən karbohidrat tiplərinə, pirimidin və purin əsasları
zəncirindəki yan qrupların tiplərinə, habelə növbələşməsi
xarakterinə görə fərqlənirlər. Bunlardan DNT xromosomlarda
və mitoxondrilərdə rast gəlindiyi halda, RNT isə göbələk
hüceyrəsinin mühüm quruluş komponentlərində (nüvə,
mitoxondrilər, sitoplazma və s.) olur. Nuklein turşularının hər
ikisi makromolekulyar birləşmələrə aiddir və kimyəvi tərkibinə
görə polinukleotidlərdir. Bütövlükdə polinukleotidlər, təkrar
olunan mononukleotidlərdən təşkil olunmuşdur, onlar isə
nukleozidlərin fosforlu efirləridir. Nukleozidlər pirimidin və
ya purin əsaslarının N – qlükozidləri olub iki qrupa bölünür:
ribonukleozidlər və dezoksinukleozidlər. Hər iki tip
nukleozidlər spesifik nukleozidazaların təsiri ilə hidroliz ol-
unur. Nukleozidlərin pirimidin və purin əsasları aşağıda
göstərilmişdir.
Dostları ilə paylaş: |