Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə10/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   244
 

 

1.2. Protoplazmanın fiziki xassələri 

 

Protoplazmanın fiziki xassələri, onun quruluşu və kolloidal-



kimyəvi xüsusiyyətləri ilə  sıx  əlaqədardır. Protoplazmanı 

mayelərə yaxınlaşdıran onun axıcılığı və çox da yüksək olma-

yan özlülüyüdür. Özlülük, mayelərə (qazlara) xas olub, bir qrup 

hissəciklərin digərlərinə nisbətən yerdə-yişməsinə mane olan 

müqavimət qüvvəsinə deyilir. Beləliklə  də, özlülük molekul-

lararası  gərilmə qüvvəsi kimi, axıcılığın tamamilə  əksinədir. 

Özlülük vahidi puazadır. 

1 puaza = 1q. sm

-1

san

-1 

1 santipuaza = 10

-2

puaza 

Özlülük, protoplazmanın funksional və patoloji halının  ən 

mühüm fiziki-kimyəvi göstəricilərindən biridir. 

Protoplazma yüksək dərəcədə elastikliyə  də malikdir. Adi 

mayelərdən fərqli olaraq protoplazmada quruluş özlülüyü 

müşahidə olunur. Quruluş özlülüyü, protoplazmadakı 

komponentlərin qarşılıqlı  səmtlənməsini və  həmçinin proto-

plazma daxilində müəyyən quruluşun (kompartmentləşmənin) 

olmasını göstərir. 

Quruluş özlülüyü, protoplazmanın sabit xassəsi deyil, hü-

ceyrənin qocalması zamanı o, artır. Protoplazmanın quruluş 

özlülüyünə fiziki-kimyəvi amillər (temperatur, pH və s.) güclü 

təsir edir. Protoplazmanın mühüm xassələrindən olan özlülük 



 

  bilavasitə hidratlaşmadan asılıdır. Hidratlaşma hadisəsi – su-

yun müxtəlif ionlara, molekullara kolloid mitsellərinə 

birləşməsi isə onun polyarlığı ilə  əlaqədardır. Polyarlıq su 

molekulunda hidrogen və oksigenin elektronlarının simmetrik 

yerləşməməsi, bununla da müsbət və  mənfi yüklərin qeyri-

bərabər paylanması hesabına meydana çıxır. Bunu aşağıdakı 

kimi göstərmək olar.  

 

 

 



 

 

 



 

 

 



      su molekulu                     su dipolu    


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin