Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə160/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   244
Spermoftorlular fəsiləsi  Spermophthoraceae 

 

Spermoftorlular fəsiləsi əsil mitseli əmələ gətirən cinsləri 



(Nemato- spora, Eremothecium, Spermophthora) və tu-

murcuqlanan hüceyrə cinslərini (Metschnikowia) özündə bir-

ləşdirir. Bu fəsilə üçün kisələrdə yaranan 1-dən 32-yə  qədər 

uzunsov, milşəkilli, çox vaxt iti uclu ask sporlarının olması 

səciyyəvidir. Bu qrupdan olan göbələklər  əsas etibarilə bitki 

parazitləri, stiqmatomikoz törədiciləridir.  İnfeksiya həşaratlar 

tərəfindən yayılır və göbələklər onların bitkidə açdığı dəlikdən 

daxil olur. 

Bu qrupdan olan növlərin  əksəriyyəti isti iqlimli 

rayonlarda, daha çox subtropik ərazilərdə yaşayır. Onlardan 

bəziləri mədəni bitkilərdə  xəstəliklərin törədicisi kimi praktik 

əhəmiyyət daşıyır (məsələn, meşələrdəki fındıq ağacının çü-

rüməsinə səbəb olur). V2 vitaminin (riboflavinin) fövqəlsintetik 

Eşbi eremotesium həmin vitaminin sənayedə alınması üçün 

istifadə edilir. 

Bu göbələk pambıq qozalarında parazitlik edir. Sper-

mophthora gossipi haploid və diploid nəsillər verir. Bu 

göbələklərdə inkişaf tsiklində az məlum olan nəsil növbələşməsi 

gedir. Bu nəsil növbələşməsinə bütün ali göbələklərdə 

(askomisetlərdə  və bazidiomisetlərdə) rast gəlinmir və bu yalnız 

xitridilər sırasından xitridiomisetlərdə (Physoderma) və 

blastikladilər sırasında (Blastocladiella və Allomyces) məlumdur. 

Göbələyin haploid mitselisində arakəsmələr yoxdur və ya 

azsaylı arakəsmələr onu iri çoxnüvəli hüceyrələrə ayırır. Bu 

mitseli tumurcuqlanan hüceyrələr yarada bilir. Onun üzərində 

interkalyar tərzdə çoxsaylı (40-a qədər) milşəkilli sporlardan 

ibarət uzunsov sporangilər yaranır. Həmin sporlar yeni haploid 

mitselilərə çevrilə bilir, yəni cinsiyyətsiz artan sporlar kimi 

fəaliyyət göstərməyə başlayır, ancaq çox vaxt cüt-cüt birləşən 

ziqota  əmələ  gətirən qametlər kimi təzahür edir. Ziqotadan 

birnüvəli hüceyrələrdən ibarət şaxələnmiş diploid mitseli mey-



 

  dana gəlir. Onun hiflərinin uclarının hər birində 8 haploid ask 

sporu yerləşən kürəşəkilli kisələr yaranır. Ask sporları inkişaf 

edərək yenidən hüceyrəsiz haploid mitselinin başlanğıcıni 

əmələ gətirir. 

Eşbi eremotesium (Eromothecium ashbyi) da, həmçinin 

pambıq qozalarının paraziti kimi çoxnüvəli hüceyrələrdən ibarət 

dixotomik  şəkildə  şaxələnən açıq-sarı  rəngli mitseli əmələ 

gətirir. Bu mitselinin rəngi göbələkdə riboflavinin olması ilə 

şərtlənir; riboflavin o qədər çox olur ki, vakuollarda kristal 

şəklində ayrılıb tökülür. Mitselidə milşəkilli sporları olan uzun-

sov çoxsporlu sporangilər yaranır. Sporanginin qişası yetişəndən 

sonra partlayır, sporlar dağılır və  əvvəlki növdən fərqli olaraq, 

bir-birilə birləşirlər. Meydana gələn cücərtilərdə 4-dən 32-ə 

qədər ask sporu olan kisələr yetişir. 

Göbələk qida mühitində yaxşı inkişaf edir və mikrobioloji 

sənayedə riboflavinin alınması üçün istifadə edilir. Vitamin 

istehsalında eremotesiumu üzvi azot mənbələri, vitaminlər və kar-

bohidratlar mühitində yaxşı aerasiya şəraitində 28-30º C tem-

peraturda dərin becərmə yolu ilə yetişdirirlər. Belə  şəraitdə 

göbələyin mitselisi mühitə yayılan böyük kəmiyyətdə riboflavini 

sintez edir. Onun şıxışı 1 litr mühitdə 1 – 2 q, bəzi hesablamalara 

görə isə, 6 q qədər təmiz maddə əmələ gəlir. 

Heyvandarlıqda riboflavin konservantlarından və ya 

onların yemə əlavə edilməsindən istifadə olunur. Bunları almaq 

üçün produsenti taxılda və ya müxtəlif qida sənayesi tullantı-

larında yetişdirirlər. Üzərində göbələk yetişdirilən substrat öz 

keyfiyyətlərini saxlayır və tərkibi 1 kq xammalda 2 – 3 qrama 

çatan vitaminlə zənginləşdirilir. 

Nematospor (Nematospora) cinsi üçün səkkiz sporlu 

kisələr və bir ucunda uzun törəməsi olan milşəkilli ikihüceyrəli 

ask sporları  səciyyəvidir. Bu cinsdən olan növlərin mitselisi 

tumurcuqlana bilir. 

Nematospor cinsinin növləri müxtəlif bitkilərə yoluxaraq, 

onların toxumunu və meyvələrinin lətli hissələrini çürüdür. 

 

  Fındıq nematosporu (M.coryli) meşə fındıqlarının çürüməsinə 



səbəb olur, son illər isə bir sıra  Şimali Afrika və Asiya 

ölkələrində onun püstələrə böyük ziyan vurduğu aşkar edilmiş-

dir. 1967 – 1970-ci illərdə Orta Asiya respublikalarında bu 

göbələyin püstə  məhsulunun 30%-ni sıradan çıxardığı 

müəyyənləşdirilmişdir (N.V.Kutlunina). Göbələk toxuma 

yoluxur, bu zaman toxum tündləşir, sonra isə ask sporları  və 

tumurcuqlanan göbələk hüceyrələri ilə örtülərək çürüyür. 

Meyvəyanlığı bu xəstəliyə yoluxmur və buna görə  də  fındıq 

zahirən sağlam görünür. Fındığı yalnız sındıranda xəstələn-

diyini müəyyənləşdirmək mümkün olur.  

Becərmə zamanı bu növ yaxşı inkişaf etmiş mitseli və 

tumurcuqlayan hüceyrələr əmələ gətirir. Diploidizasiya mitseli 

hüceyrələrinin və ya ask sporlarının bir-birinə qovuşması 

nəticəsində baş verir, ziqot isə  dərhal kisəyə çevrilir, yaxud 

əvvəlcə onda hiflər yetişir və onların üzərində kisələr yaranır. 

Nəsl növbələşməsi müşahidə olunmur. 

Başqa bitkilərə yoluxan nematosporlar da məlumdur. Af-

rika, Asiya, Şimali və  Mərkəzi Amerikanın bəzi rayonlarında 

pambıq bitkisində pambıq nematosporu, lobyada və başqa 

bitkilərdə lobya nematosporu (N. phaseoli), pomidorda isə to-

mat nematosporu (N. lycopersici) rast gəlinir. 

Spermoftorlular fəsiləsinin  ən çox öyrənilmiş cinsi 

Meçnikov mayaları  və ya meçnikovi (Metschnikowia) sayılır. 

O, məskunlaşmasına  əsasən iki qrupa – su və quru qruplarına 

görə bir neçə növə bölünür. Bu cinsdən olan mayaları ilk dəfə 

Paris nəbatət bağının hövzəsində olan dafnidə  İ.İ.Meçnikov 

(1884) aşkara çıxarmışdır. 

Dafnilər su ilə birlikdə sporlu maya kisələrini udur. Mədə 

şirəsinin təsiri altında kisələrin qişası əriyir, iynəşəkilli sporlar 

isə bağırsaq divarlarını deşir və gövdə boşluğuna çıxır, burada 

cücərir və tumurcuqlama yolu ilə artır. Bu zaman ara-sıra hey-

van ölür, mayalar spor vəziyyətinə keçir və yenidən  ətraf 

mühitə düşür, orada isə yenidən yoluxur. 80 ildən artıq bir 



 

  müddətdə bu mayalar haqqında  əlavə heç bir bilgi əldə 

edilməmişdir. Yalnız keçən  əsrin 60-cı illərində okeanın mik-

robioloji öyrənilməsi genişləndirildiyi bir vaxtda ayrı-ayrı on-

urğasız dəniz faunasının orqanizmində analoji mayalar tapılmış 

və bunlar rus mikrobioloqu A.Y. Krissin şərəfinə yeni Kriss 

meçnikovisi (M.krissi) və amerikalı su mikrobioloqu 

K.Zobellin şərəfinə Zobell meçnikovisi (M.zobellii) növü kimi 

təsvir edilmişdir. 

Sonralar soyuq antarktika sularında Avstraliya meçnik-

ovisi (M.australis) xırda dəniz xərçəngi üçün patogen olan Ar-

temiya salina tapılmışdır. Bu mayaların iynəşəkilli sporları 

yetişmə prosesində sancaq şəkilli kisələrin zirvə hissəsindəki 

deşikdən sürətlə atılır. Bu cür yayılma üsulu sayəsində sporlar 

heyvanların bədən boşluğuna asanlıqla daxil olur. 

Bu cinsin quru nümayəndələri arasında 3 meçnikovi növü 

məlumdur: ən gözəl (M. pulcherrima), Reykauf (M. reukaufii) 

və Oraqşəkilli (M. lunata). Onlara çiçəklərin nektarında (daha 

çox Reykauf meçnikovisinə) və ya yarpaqların və meyvələrin 

səthində  (ən gözəl meçnikoviyə) rast gəlinir. Ola bilsin ki, 

onları bir yerdən başqa bir yerə tozlandırıcı  həşaratlar daşıyır. 

Bu mayaların təbiətdə həyat tsikli hələ tam şəkildə öyrənilməsə 

də suda məskunlaşan mayalarla analogiya əsasında guman 

etmək olar ki, bu tsiklin (ehtimal ki, sporların yaranması ilə 

bağlı) bir hissəsi daşıyıcı  həşaratların orqanizmində baş verir. 

Ən gözəl meçnikovi başqa mayalardan buna görə asanlıqla 

fərqləndirilir ki, o, ətraf mühiti (dəmir olan mühiti) qırmızı-

kərpici rəngə boyayan hüceyrədən kənar pulxerrimin piqmenti 

əmələ gətirir. 

Spermoftorlular askomisetlərin ibtidai bir qrupunu təşkil 

edir. Bu qrup onların  əcdadlarının primitiv əlamətlərini (hücey-

rədənkənar haploid mitselini, sporangilərin yaranmasını, inkişaf 

tsiklində  nəsl dəyişmələrini) inkişaf etmiş askomiset əlamətləri 

(hüceyrə mitselisi, təsbit edilmiş sayda ask sporları olan kisələrin 

yaranması) ilə birləşdirir.  İnkişaf tsiklində diploid fazanın 

 

  sürətliliyinin artmasına görə spermoftorlular saxoromisetlər 



fəsiləsinin bəzi nümayəndələrinə oxşayır.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin