Şəkil 31. Maya göbələkləri: A – tumurcuqlanan hüceyrələr; B–
Saccharomyces cerevisiae kisəsi; V – psevdomitseli;
Q – S. octosporada cinsi proses.
Maya biokütləsi insan orqanizmi tərəfindən də yaxşı
həzm olunur. Buna görə də mayalardan həm də məxsusi olaraq
müalicə məqsədi ilə istifadə olunur. Onları maye halında və həb
şəklində qəbul edirlər. 500 q quru maya 1 kq təzə ətdə, 33
toyuq yumurtasında və ya 4,2 litr inək südündə olan zülalı əvəz
edir. Vitamin preparatları kimi, bir sutka ərzində 25 q quru
mayadakı və ya 100 q preslənmiş mayadakı doza kifayət edir.
İstifadə etməzdən qabaq onları qızdırmaqla tələf etmək (suda
çalmaq və üzərinə qaynar su əlavə etmək) və müxtəlif xörəklərə
onları əlavə etmək lazımdır.
Çörək mayalarından (S.cerevisiae) çörəkbişirmə və
qənnadı sənayesində istifadə edilir. Bu məqsədlə X1X əsrin
sonlarından çörəkbişirmədə tətbiq olunan xüsusi preslənmiş
mayalar hazırlanır. Mayalar yüksək aerasiya şəraitində
çoxaldıllır. Mayaların təsiri altında xalis spirtqıcqırtma buğda
xəmirində baş verir. Bu zaman qıcqırtma prosesində yaranan
karbon qazı xəmirin köpməsinə səbəb olur. Çovdar xəmirində
qarışıq qıcqırma gedir: əvvəlcə qıcqırma nəticəsində südturşusu
əmələ gəlir, sonra isə spirt qıcqırması baş verir. Birinci
mərhələdə süd turşusunun əmələ gəlməsi səbəbindən çovdar
çörəyi turş dadır.
Saxaromisetlərin əsasən tərkibində şəkər olan substratlarda
yayılmış təbii nüvləri də vardır: onlar meyvələrin və
giləmeyvələrin üzərində, çiçəklərin nektarında, ağacların şirəsi
yerlərində yaşayır. Bəzi növləri həşaratlarla assosiasiya yaradır
və onların yaşadıqları yerlərdə təsadüf edir. Osmofil adlanan
mayalar arı pətəklərində yaşayır, qlükozadan daha çox
fruktozadan (bal şəkərindən) istifadə edir. Bu cür haplobiont
saxaromisetləri ayrıca bir ziqosaxaromisetlər cinsinə aid edirlər.
Osmofil mayalar tez-tez balın, mürəbbələrin, cemlərin xarab ol-
masına, eləcə də şərabın turşumasına səbəb olur.
“Süd” mayaları adlanan fəal spirtqıcqırdıcılar
saxaromisetlər cinsinə yaxındır. Ayrı-ayrı tədqiqatçılar onları
ya klüyveromisetlər (Kluyveromyces), ya da ziqofabosporlar
(Zyqofabospora) cinsinə aid edirlər. Bu mayalar süd şəkərini –
laktozanı qıcqırdır və mühüm yeyinti və təbii əhəmiyyət daşı-
yır, çünki onlar süd turşusu məhsullarının alınmasında iştirak
edir və ya süd zərdabından yem zülalının alınmasında işlədilir.
Onların ən geniş yayılmış növü Klüyveromyces marxianus say-
ılır. Bu növ kisələrdə birbaşa kopulyasiya edən hüceyrələrdən
və ya diploid vegetativ hüceyrələrdən inkişaf edən paxlaşəkilli
sporlar əmələ gətirir.
Bir-birinə yaxın olan pixiya (Pichia) və hansenula (Han-
senula) maya cinsləri əsasən nitratlara münasibətinə görə, yəni
assimilyasiya prosesində nitratları bərpa etmək qabiliyyətinə
görə bir-birindən fərqlənir. Birinci cins mənfi nitratlı, ikinci isə
müsbət nitratlı mayalara aid edilir. Bu və ya digər qruplar aras-
ında dəqiq hədd qoymaq heç də həmişə asan olmur. Həmin
cinslər arasında həm haploid, həm də diploid növlər,
homotalliklər və heterotalliklər vardır. Onların hər ikisinin
sporları çox vaxt qütbə doğru yerdəyişməsi nəticəsində
papaqşəkilli görkəm alır. Əksər növlərdə sporlar yetişəndən
sonra kisələrdən asanlıqla ayrılır. Psevdomitseli əmələ gətirən
haploid ştamlar asparogen pixiya və hansenula analoqlarının
daxil olduğu kandida (Candida) cinsinin nümayəndələri kimi də
qəbul oluna bilər. Təsvir edilən cinslərin fizioloji növləri zəif
qıcqırtma mayaları qrupuna daxildir, bəziləri isə (xüsusən
pixiya cinsindən olanlar), ümumiyyətlə, qıcqırtma törətmir.
Maye qida məhsullarının və ya şərabın səthində bu mayalar na-
zik pərdə əmələ gətirir və buna görə də şərabçılıqda onları
obliqat pərdə mayaları qrupuna daxil edirlər, məsələn, Pichia
membranaefaciens.
Xüsusən yaxşı aerasiya şəraitində olan az spirtli şərablar
pərdə mayalarına yoluxur. Mayalar spirtin və şərabın qalıq
şəkərini turşudur, nəticədə üzvi turşular, aldehidlər və efirlər
toplanır. Beləliklə, pixiya və hansenula cinslərindən olan pərdə
mayaları zərərli qıcqırtma mikroflorasının nümayəndələridir.
Onlardan qorunma və onlarla mübarizə tədbirləri istehsala cəlb
edilən xammalın qıcqırdılmasına xüsusi hazırlıq rejiminin
tətbiq olunmasını nəzərdə tutur. Burada güclü (fəal qıcqırdıcı)
becərmə mayalarının xalis irqlərinin qıcqırtma prosesi üçün
seçilməsi həlledici əhəmiyyət daşıyır.
Bəzi pixiyalar və hansenulalar müstəqil yaşayan, digərləri
həşaratlarla, xüsusən iynəyarpaqlı ağacların qabığını yeyən
böcəklərlə ağcaqanadlarla drozofil ilə assosasiya yaradan ma-
yalardır. Pixiya mayalarına həşaratların yaşayıb artdığı yerlərdə
– Avstraliyanın, Amerikanın, Afrikanın səhra rayonlarındakı
opunsiya və sereus cinsindən olan kaktusların zədələnmiş nek-
rotik toxuma ocaqlarında iynəyarpaqlı və yarpaqlı ağacların
ekssudatlarında və buna bənzər yerlərdə geniş rast gəlinir. Ma-
yalar həşaratlara tam həyat tsiklini yaşamaq üçün zəruridir.
Tannofil paxisolen (Pachysolen tannophilus) bir sıra
əlamətlərinə görə pixiya-hansenula mayalarına bənzəyir. O,
oturacağında darhəlqəli yarımsferiksporlar yaradır və bu sporlar
yetişəndən sonra asklardan sürətlə ayrılır. Həmin cinsin ən
səciyyəvi əlaməti vegetativ hüceyrələrdən onların bir tərəfinin
dartılıb uzanması və hüceyrə divarının nəzərəçarpacaq dərəcədə
qalınlaşması yolu ilə meydana gələn qeyri-adi askların olma-
sıdır. Bu növ aşılayıcı mayedə tapılmışdır. O, ksilozdan etil
spirti alınması kimi nadir bir qabiliyyətə malikdir və stebelk
pixiya (Pichia stipitis) növü ilə birlikdə liqnosellüloz material-
lardan spirt alınması üçün işlədilir.
Saturnşəkilli sporlar yaradan mayalar mikoloq Villin
şərəfinə adlandırılmış villiopsis (Williopsis) cinsinə aid edilir.
Saturnşəkilli (W.saturnus), qoxulu (W. Suaveolens) və çəmən
(W. pratensis) villiopsis növləri çox vaxt torpaqda, xüsusən
çəmənlikdə və bataqlıqda rast gəlir.
Görkəmli botanik A.de Barinin adı ilə adlandırılan
debariomisetlər (Debarymices) cinsi səciyyəvi cinsiyyət
prosesinə malik mayaları əhatə edir: onlarda kisənin yaranması
ərəfəsində ana hüceyrənin tumurcuq hüceyrəsi ilə kopu-
lyasisyası baş verir. Beləliklə, bu mayalar təbiətdə haploiddir.
Adətən hər kisədə bir spor olur və bu sporlar ziyilşəkilli və ya
düzgün şişli səthə malik olur. Debariomiset mayaların
hüceyrələri çox vaxt girdə, bəzən isə yumurtaşəkilli və oval
olur. Sferik hüceyrəli növlər çoxsaylı tumurcuqlama yolu ilə
vegetativ çoxalırlar. Debariomisetlər arasında şəkəri zəif qıc-
qırdan mayalar vardır və yalnız iki-üç növdən olan mayalar
müxtəlif karbohidratları fəal qıcqırır.
Debariomisetlər başqa mayalardan bununla fərqlənir ki,
onların çoxu zülallı mühitdə və yüksək duz konsentrasiyası
şəraitində yaxşı inkişaf edir. Hansen debariomiseti (D.hansenii)
daha çox dəniz suyunda tapılır. Debariomisetlərə daim hisə ver-
ilmiş kolbasa, pendir, sosiska məhsullarının səthində rast
gəlmək olur. Bu turşuya qoyulmuş kələm və xiyar şorabasının
səthində əmələ gələn ağ quru ərp və ya ağ nazik pərdədir.
Debariomisetlər tez-tez insanın və heyvanın dərisinin mikoz
xəstəliyi zamanı tapılır, ancaq onların patogenliyi sübut
edilməmişdir.
Kantarelli debariomiseti (D.cantarellii) və qarışqa de-
bariomiseti (D.formicarius) adlı iki növ formikaruf (Formica-
rufa L.) qrupundan kürən rəngli meşə qarışqaları ilə
əlaqədardır. Onlar həmin qarışqaların yuvalarında hər 1 q sub-
stratda, hətta 10 mln. hüceyrədən də artıq inkişaf edir.
İnkişaf tsiklinə görə şvanniomisetlər (T.Şvannın adına
əsasən Schwanniomyces) debariomisetlərə oxşayır. Onların
sporları, debariomisetlərdə olduğu kimi, ziyilşəkilli səthə malik
olur, ancaq ekvatorundan, hətta optik mikroskopda belə yaxşı
müşahidə edilən şişmiş həlqə keçir, buna görə də onların spor-
ları qoza oxşayır. Bu cinsdən olan mayalar adətən torpaqda,
əsas etibarilə çəmənlikdə və qaratorpaqda tapılır. Qərb şvan-
niomisetinin (Scwanniomyces occidentalis) ştamları arasında
amilolitik fermentlərin sənaye istehsalına tövsiyə edilmiş fəal
produsentləri tapılmışdır.
Tumurcuqlanan ask sporlu mayalar arasında yağ mayaları
– lipomisetlər (Lipomyces) xüsusi yer tutur. Şvanniomisetlər
kimi lipomisetlər də yalnız torpaqda yayılmışdır. Bu mayaları
mayalı torpaq florasının tipik nümayəndələri hesab etmək olar.
Həmin mayaları hüceyrələri iri (9 – 10 mkm diametrə qədər),
çox vaxt sferik, bəzən bir qədər oval olur. Lipomisetlər
çoxtərəfli tumurcuqlama yolu ilə artır, həm də bəzən tumurcu-
qlar geniş oturacaq hissədə yerləşir. Onların hüceyrələrində
çoxlu yağ olur (cinsin adı da buradan götürülmüşdür) və selikli
polisaxarid kapsulla əhatə olunur. Sporların yaranması tipinə
görə bütün lipomisetlər iki qrupa bölünür: dördsporlu və çox-
sporlu. Bunlardan hər ikisinin sporarı öz səthinin strukturuna
görə bir-birindən fərqlənir: dördsporlularda tilli səth, çoxsporlu-
larda isə qatlı və ya hamar səth olur.
Lipomisetlərin kisələri “fəal tumurcuq” adlanan tumur-
cuqların iştirakı ilə xüsusi bir üsulla yaranır. İki tumurcuq bir
ana tumurcuqla kopulyasiya etdikdə ziqotdan törəyən kisə sanki
ikiayaqlı oturacağa malik olur və Dipodascus göbələklərinin
kisəsinə oxşayır. Kisədəki sporların sayı çoxsporlu lipomiset
növlərində sabit deyildir və bəzən 30-dan artıq ola bilər. Bir ana
hüceyrədə 1-dən 7-dək kisə yaranır.
Lipomisetlərin heç bir növü qıcqırtmada iştirak etmir və
onların hamısı oliqonitrofillərə, yəni cüzi azot kəmiyyəti
şəraitində normal inkişaf edən mikroorqanizmlər (daha çox tor-
paq) qrupuna aid edilir. Karbon mənbəyi olmaq etibarilə onlar
bir çox şəkərli, o cümlədən pentozları, eləcə də çoxatomlu
spirtləri turşutmaq qabiliyyətinə malikdir.
Lipomisetlərin xarici mühitə buraxdığı polisaxaridlər tor-
pağın strukturuna təsir göstərir, həmçinin bu karbon materialı
ilə qidalanıb onu azota çevirən bakteriyaları özünə cəlb edir.
Lipomisetlər lipid və amilolitik fermentlərin prodüsentləri kimi
prespektivlidir.
Vaxtilə keçmiş Sovet İttifaqı ərazisində lipomisetlər tay-
qanın şimalındakı kültorpaq zonalardan başlayaraq quru çöl
zonalarının şabalıdı torpaqlarına qədər olan yerlərdə tapılmışdı.
Onlara həm də Krımın, Qafqazın və Tyan-Şanın bəzi yerlərində
rast gəlmək olur.
Bəzi lipomiset növlərinin coğrafi yayılma arealı
məhduddur. Məsələn: Kononenko lipomiseti (Lipomyces ko-
nonenkoae) yalnız rütubətli subtropik və tropik rayonlarda, yağ
lipomiseti (L.lipofer) mülayim iqlimli ölkələrdə (daha çox
çəmənlik və bataqlıqlarda) dördsporlu lipomiset (L.tetrasporus)
isə əsasən qara torpaqda və şabalıdı torpaqlı çöllərdə, isti
iqlimli dağətəyi vilayətlərdə rast gəlir.
Tumurcuqlama yolu ilə çoxalan ask sporlu mayalar 4
cinsə ayrılır: nadsoniya (Nadsonia), saxaromikodlar (Saccha-
romycodes), hanseniaspor (Hanseniaspora) və vikerhamiya
(Wickerhamia). Bu mayalar limonşəkilli hüceyrələrə malikdir:
hanseniasporda kiçik ölçülü, bütün qalanlarında isə çox böyük
(məsələn, saxaromikodlarda 34 mkm uzunluğa qədər) ölçülü
olur. Həmin cinsi təmsil edən mayalar sporların formasına,
kisələrin diploid yaranmasına, təbii yaşayış yerlərinə görə bir-
birindən fərqlənir. Lüdviq saxaromikodlarının (Saccharomy-
codes ludwigii) sporları darpipikli və nadir ziyilli girdə
şəklindədir. Adətən kisədə 4 spor olur, onlar bir-birinə sıx, cüt-
cüt şəklində yerləşir. Cücərmə zamanı həmin sporlar hələ
kisədə olarkən cütlər şəklində konyugrasiya gedir və diploid
hüceyrələr yaradır. Bu mayalar daha çox palıdın selikli
hissələrində, həmçinin meyvələrin üzərində və qıcqırmış
giləmeyvə şirələrində rast gəlinir. Şərabçılıqda bu növü qıc-
qırtmanın alaq otu hesab edirlər.
Lüdviq saxaromikodları “çay kvası”nda tapılır ki, onlar
burada sirkə turşulu bakteriyalarla simbiotik yaşayırlar.
Bu turşməzə içki İndoneziyada geniş yayılmışdır. Onun
hazırlanması üçün 10% şəkər əlavə edilmiş çay cövhərindən
istifadə edirlər. Mayenin səthində “çay göbələyi” möhkəm se-
likli pərdə əmələ gətirir. Mayalar şəkəri qıcqırdaraq müəyyən
qədər spirtin və karbon qazının yaranmasına səbəb olur.
Şərabçılıq sənayesində xüsusi ədəbiyyatda apikulyatuslar
adı ilə tanınan hanseniaspor mayaları ciddi ziyanverici hesab
edilir. Onlar üzümün dənələrində, meyvələrin lətində geniş yay-
ılmışdır. Hanseniaspor mayaları fəal qıcqırtma törədir, bu isə
şərab mayalarının inkişafını gecikdirir. Apikulyatualarla
mübarizənin əsas metodu meyvə-giləmeyvə şirələrinin
sulfidləşdirilməsidir. Hanseniasporların klöker (Kloeckera) cin-
sinin növləri kimi təsvir edilən asparogen analoqları məlumdur.
Onlar daha çox şimal ölkələrdə şərabçılıqda istifadə edilir.
Nadson mayaları (Nadsonia) ilk dəfə Q.A.Nadson
tərəfindən 1911-ci ildə (A.Q.Konokotina ilə birlikdə) aşkar
edilmiş və təsvir olunmuşdur. Növlərdən biri saralan nadsonia
(N.fulvescens) adlandırılmışdır, çünki yantar rəngli və optik
mikroskop altında tikanlı səthi yaxşı müşahidə edilən çoxsaylı
sporların meydana gəlməsi səbəbindən onun becərilmə
məhsulu, zaman keçdikcə tünd-qəhvəyi rəngə çatanadək saralır.
Bu haploid mayadır. Diploidə qədər çox səciyyəvi vəziyyət
yaranır. Triadanın hüceyrələrindən biri kisəyə çevrilir. Bu ma-
yalar zəif qıcqırdıcıdır. Təbiətdə onlara həmişə mülayim iqlim
zonalarda yetişən ağacların yaz ekssudatlarında təsadüf olunur.
Bu həmin mayaların aşağı temperatur optimumu ilə izah edilir:
onlar 25º C-dən yuxarı temperaturda yaşaya bilmirlər.
Dəyişdirilmiş nadsonia (N.commutata) təbiətdə gec – bir-
inci növün kəşfindən, demək olar ki, 60 il sonra tapılmışdır. Bu
növə bir dəfə cənub yarımkürəsində, ikinci dəfə isə şimal
yarımkürəsində çəmənli dağ torpağında rast gəlinmişdir. Bu
növ qıcqırma vermir və sporəmələgəlmə zamanı triada struk-
turu yaratmır. Sporlarının səthi dəlik-dəlik qat quruluşuna
malikdir.
Bu qrupdan olan sonuncu cins vikerhamiya (Wickerha-
mia) flüoressent vikerhamiya adlanan yalnız bir növə malikdir
ki, bu növün də adı ondan alınan flüoressent piqmentə –
riboflavinə əsasında verilmişdir. Göstərilən mayalar çox vaxt
hər kisədə bir ədəd olmaqla, səciyyəvi günlüklü kepkaşəkilli
sporlar yaradır. Onlar hələlik yalnız Yaponiyada yabanı zülal
peyinində tapılmışdır.
Tumurcuqlayan hüceyrələrdən əlavə əsil septlənmiş mit-
seli də yaradan ask sporlu mayaların böyük bir qrupu da vardır.
Bu mayaların septlərində məsamələr müxtəlif quruluşa malik
olur. Ambrozi mayalarda (Ambrosiozyma), hətta işıq mik-
roskopu altında qara nöqtə şəklində yaxşı müşahidə edilir. Bu
askomiset mayalar içərisində bazidiomisetlərin sept
məsamələrinə bənzər doliməsamələri olan yeganə cinsdir.
Hiflərində blastosporlar və 1-4 papaqşəkilli ask sporları olan
asklar yetişir. Bütün məlum ambrozi mayaları meşə ağaclarının
gövdəsinin ziyanvericisi olan böcək yuvalarında yaşayır. Böcək
yuvalarının divarlarını bürüyən bu mayalar çox güclü xoş qoxu
buraxır və bu göbələk mitselisi ilə qidalanan həşarat sürfələrini
cəlb edir.
Ağacları zədələyən həşaratlarla sıx əlaqə digər mitselial
mayalarda da müşahidə edilir. Saxaromikopsis (Saccharo-
mycopsis) cinsindən olan bəzi növlər, məsələn, kapsullu saxar-
omikopsis (S.capsularis) və sinand ağacının saxaromikopsisi
(S.synnaededra) qabıqyeyən böcəklərlə assosiasiyada olur.
Onlar müxtəlif formalı (girdə, ellipsoid papaqşəkilli və ya
saturnşəkilli), yetişdikcə asanlıqla ayrıla bilən sporlara malik
kisələr yaradır. Bu cinsdən olan toqqalı saxaromikopsis
(S.fibuligera) növündən biotexnologiya sənayesində nişastanı
parçalayan fəal fermetlər produsenti kimi istifadə olunur. Sax-
aromikopsisin mitseli septləri də plazmodesmalara malik olur.
Palıdın selik novlarında zəif qıcqırdıcı aysporlu giller-
mondel adlı mayalara rast gəlinir. Bu növün askları həm
müstəqil hüceyrələrdən, həm də mitselidən yaranır. Onlardan
hər birində 4 oraqşəkilli spor olur. Septləri, yuxarıda gös-
tərilmiş saxaromikopsis cinsinin növlərində olduğu kimi plaz-
modesmalara malikdir.
Palıdın şirə novunda, həmçinin Artroaskus şön (Artroas-
cus schoenii) yaşayır. Onun mitselisi apikulyat hüceyrələrə
bölünür və bu hüceyrələr, başqa apikulyat mayalarda olduğu
kimi geniş tumurcuqlar yaradır. Mitseli hüceyrələri kisələrə
çevrilir, onlarda 8-ə qədər hamar səthli və ya cavan artroasku-
sunda (A.javanensis) 1-2, bəzən 4-ə qədər dəbilqəşəkilli sporlar
yaranır. Elektron mikriskopda sonuncu növün sporlarında ziy-
illi səth müşahidə olunur.
Mitselili mayalar qrupunun növlərindən biri – lipolitik
yaroviya (Yarrovia lipolytica) yağları və zülalları parçalayan
fermentlərin produsenti kimi geniş tanınmışdır. Bu anamorfu
(bitməmiş stadiyası) Candida cinsində təsvir edilən heterotallik
mayalardır. Askların yaranmasından qabaq müxtəlif cinsli
hüceyrələrin qovuşması baş verir. Mitselinin kənar hiflərin qur-
taracağında sferik və ya ovalşəkilli kisələr formalaşır. Onlarda
1-dən 4-ə qədər müxtəlif formalı – hamar və ya kələ-kötür
səthə malik sferik, dar papaqşəkilli (protuberans) uzun və qısa
şişə malik sporlar vardır. Bu mayalar zeytundan və yüksək yağ
faizi olan qida məhsullarından alınır. Bundan başqa, onlar açıq
zəncirli karbohidrogenlərdə – neftdən alınan normal asl-
kanlarda yaxşı yetişir, buna görə də onlardan neftayırma
zamanı xammaldan müxtəlif məhsullar əldə etmək üçün istifadə
olunur.
Dostları ilə paylaş: |