Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə161/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   244
 


 

 

Tafrinalar sırası – Taphrinales 

Bu göbələklər yalnız bircə Tafrina (Taphrina) cinsi ilə 

təmsil olunan yeganə  fəsilədir və  ən ixtisaslaşdırılmış  kisəli 

göbələk  şöbəsinin bir cinsidir. Bu cins təxminən 100 növü 

əhatə edir ki, onlardan da 40-ı keşmiş SSRİ  ərazisində qeydə 

alınmışdır. Onların hamısı ali bitkilərin parazitidir. Tafrinalar 

ən çox ayıdöşəyinə Rosaceae, Betulaceae, Fagaceae, Ulmaceae, 

Aceraceae fəsiləsindən olan bitkilərə daha çox yoluxur (şəkil 

32). 


 

Şəkil 32.  Taphrina göbələkləri: 1 – Taphrina deformans – 

şaftalı yarpaqlarının qıvrılması; 2 – T.cerasi – albalı 

bitkisində; 3 – T.pruni – yoluxmuş gavalı meyvələri: a – 

yoluxmuş meyvə kəsiyi; b – kisə, ask; v,q,d – askosporlar

 

   



Göbələk yoluxduğu bitkilərdə  qıvrılma, burulma və 

müxtəlif  şişlər  əmələ  gətirir. Bu göbələklərdə meyvə cismi 

yoxdur. Mitselisi gövdədə, küləşlərdə, tumurcuqlarda, yaxud 

qabığın çatlarında qışlayır. Yazda qışdan çıxmış sporlarla 

infeksiyanı yayır. Tafrina göbələklərin inkişaf tsiklini şaftalı 

bitkisinin yarpaqlarında burulma xəstəliyini törədən (Taphrina 

deformans) timsalında izləmək olar. Yoluxma haploid ask 

sporları vasitəsilə  həyata keçirilir. Epidermis və kutikula 

hüceyrələri arasında cücərən hiflər ikinüvəli hüceyrələrə 

bölünür, onların nüvələri arasında karioqamiya baş verir və 

nəticədə diploid nüvə yaranır. Hüceyrələrin yuxarı hissəsində 

hif cücərtisi  əmələ  gəlir, həmin diploid nüvə  də buraya daxil 

olur. Göstərilən cücərti tədricən kutikulaya nüfuz edir və 

yoluxduğu orqanın (yarpağın) səthində yerləşən kisəyə çevrilir. 

Kisələr 30 – 45 mkm hündürlüyündə  və 8 – 12 mkm enində 

silindrik və ya sancaqşəkilli formada olur. Kisələrin 

oturacağında adətən askogen hüceyrələrin bölünməsi 

nəticəsində yaranan və kisənin hiflərlə  əlaqəsini saxlayan, 

protoplastlardan xali olan bazal hüceyrələr yerləşir. Təşəkkül 

tapan kisələr bir-birinə  sıxılmaqla  ən yüksək (ali) kisəli 

göbələklərin himenisinə  bənzər düzgün bir qat əmələ  gətirir. 

Lakin sonuncudan fərqli olaraq, tafrina göbələklərin himenisi 

xüsusi bir meyvə cismi əmələ gətirmirlər. Kisələrin həmin qatı 

adətən yoluxduğu orqanizmə qeyri-adi rəng verən sarı, qırmızı 

və ya çəhrayı çalarlarda olur. Diploid nüvə kisənin 

yaranmasından sonra 3 dəfə bölünür. Belə bölünmə nəticəsində 

8 haploid nüvə yaranır və bunlar kisədə 8 ask sporunun 

yaranmasının  əsasını qoyur. Ask sporları  əsas etibarilə 

kürəşəkilli, xırda 4-8 mkm diametrlidir. Bir sıra növlərdə bu 

ask sporları bilavasitə kisənin içərisində tumurcuqlana bilir, bu 

isə o deməkdir ki, burada ask sporlarının sayı kifayət qədər çox 

(64  və daha artıq) ola bilər (şəkil 33).  




 

 

 



 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin