3.1.3. Qlikoliz prosesi (karbohidratların çevrilməsinin Em-
den – Meyerhof – Parnas yolu). Anaerob oksidləşmə
Qlikoliz prosesinin öyrənilməsində, xüsusilə mühüm rol
oynayan tədqiqatçılardan Emden, Meyerhofun və Parnasın
xidmətlərini nəzərə alaraq, çox hallarda qlikolizi Emden –
Meyerhof – Parnas yolu da adlandırırlar. Müəyyən edilmişdir
ki, qıcqırma zamanı anaerob parçalanmaya, heksozanın sərbəst
molekulu deyil, onun əvvəlcədən əmələ gəlmiş fosfor efiri
məruz qalır.
Tənəffüsün anaerob mərhələsinin əhəmiyyəti ondadır ki, bu-
rada heksoza molekulunun kimyəvi cəhətdən ətalətliyi aradan
qaldırılır və o, fəal hala düşür. Fəallaşma prosesi tədricən həyata
keçirilir və bir sıra ardıcıl mərhələlərdən ibarət olur. Bu mərhələlər
müvafiq fermentlər tərəfindən kataliz edilir.
Göbələklərin əksəriyyətində karbonun metabolizmi ümumi
sxem üzrə gedir və bu baxımdan digər orqanizmlərdəkinə, hətta
heyvanlardakına da oxşayır. Bu cür mübadilənin ilk dövrləri
maya göbələklərində daha ətraflı öyrənilmişdir və bunu aşağı-
dakı ardıcıllıqla ifadə etmək olar.
1. Bu mərhələdə qlükoza molekulunun reaksiyaya girmək
qabiliyyətinin artması, onun fosfor efirinin əmələ gəlməsi ilə
əlaqədardır. Bu proses, heksokinaza fermenti vasitəsilə kataliz
olunur.
qlükoza qlükoza-6-fosfat
Bu reaksiyada fosfor turşusu mənbəyini ATP təşkil edir.
Özünün fosfat qruplarından birini qlükozaya verərək ATP,
ADP-yə çevrilir, qlükozadakı fosfor qrupu isə hidroksil qrupu
ilə 6-cı karbon atomunda efir rabitəsini əmələ gətirir (Robinson
efiri).
2. Qlükoza-6-fosfat və ya Robinson efiri, sonradan frukto-
furonaza-6-fosfata çevrilir.
|