karbon turşuları əmələ gəlir. Karbon turşularından proton və
elektronnəqliyyat dövrəsini qidalandırır.
Tənəffüs əmsalının qiyməti aşağıdakı hallarda vahidə
bərabər olur: tənəffüs substratı,
reduksiya səviyyəsinə görə
şəkərlərdəki kimi olsun; hüceyrə oksigenlə tam təchiz olunsun:
proses, şəkərlərin son məhsullarına (CO
2
, H
2
O) qədər davam
etsin. Belə halların hər hansının pozulması, tənəffüs əmsalının
vahiddən az, yaxud çox olmasına gətirib çıxarır. Əgər, tənəffüs
prosesi, qıcqırma ilə birlikdə həyata keçirilirsə, bu halda tənəffüs
əmsalının qiyməti vahiddən çoxdur (RQ>1).
Tənəffüs substratı kimi sərf olunan maddənin tərkibi hid-
rogenlə zəngin, oksigenlə isə kasıb olduqda RQ>1 olacaqdır.
Dostları ilə paylaş: