III FƏSİL
GÖBƏLƏKLƏRDƏ
QİDA MADDƏLƏRİNİN METABOLİZMİ
3.1. Tənəffüs və qıcqırma. Ümumi anlayışlar
Üzvi maddələrin parçalanması – dissimilyasiya
(katabolizm) zamanı alınan enerji, hüceyrənin enderqonik
reaksiyalarının gedişinə sərf olunur. Demək olar ki, bütün
orqanizmlərdə dissimilyasiya prinsipcə yaxın yollarla həyatа
keçir.
Dissimilyasiyanın iki əsas forması vardır: 1) tənəffüs; 2) qıc-
qırma. Qıcqırma prosesi nəticəsində üzvi maddələr axıra qədər
parçalanmadıqlarından, toplanan son məhsullar enerji
baxımından zəngin olur. Lakin tənəffüs zamanı üzvi maddələr
sonadək (tamamilə) parçalanır, buna görə də, tənəffüsün son
məhsullarında enerji ehtiyatı çox azalır. Özünün miqyasına və
əhəmiyyətinə görə tənəffüs, qıcqırma prosesindən xeyli
genişdir. Bununla belə, qıcqırma prosesi, tənəffüsə nisbətən
üzvi maddənin parçalanmasının həm sadə, həm də daha qədim
formasıdır. Tənəffüs və qıcqırma bioloji oksidləşmənin iki
tərəfidir. Qıcqırma və
tənəffüsün
əsas substratları
karbohidratlardır.
Hüceyrə kimi mürəkkəb sistemdə çoxlu sayda gedən
müxtəlif proseslər, yalnız çox dəqiq surətdə tənzimlənmə və
hüceyrə elementlərinin bir-birilə sinxron şəkildə qarşılıqlı təsiri
şəraitində mümkündür. Belə qarşılıqlı təsir tənəffüs adlandırılan
funksiyanın əsasını təşkil edir.
Üzvi maddələrin çevrilməsini həyata keçirən oksidləşmə –
reduksiya proseslərinin məcmusu tənəffüs adlanır. Tənəffüs
prosesini empirik şəkildə aşağıdakı kimi yazmaq olar.
C
6
H
12
O
6
+ 6O
2
→ 6CO
2
+ 6H
2
O ∆G
0
= - 686 kkal/mol
Uzun müddət, tənəffüs prosesinin bioloji əhəmiyyətini
ancaq üzvi maddələrin çevrilməsi nəticəsində enerjinin
ayrılması və onun sonradan müxtəlif prosesllərdə istifadə
olunması kimi başa düşürdülər. Lakin sonralar bu prosesin
biokimyəvi təbiətini və onun enzimatik sistemlərini ətraflı
öyrəndikdə, məlum oldu ki, bu halda əmələ gələn aralıq
məhsullar fəal metabolitlər olub, hüceyrənin mübadilə
reaksiyalarında mühüm rol oynayır.
Əgər göbələk hüceyrəsi, bir qram molekul şəkərə görə
tənəffüs prosesində təxminən 686 kkal enerji ayırırsa, qıcqırma
zamanı isə ayrılan enerji
≈ 28 kkal-dir. Odur ki, qıcqırma
prosesində tənəffüsdəki qədər (686 kkal) enerji almaq üçün
istifadə edilən qidanın miqdarı təxminən 25 dəfə çox olmalıdır.
Beləliklə də, qəbul olunan qidanın çox hissəsi enerji
sərfiyyatına getdiyindən, odur ki, mitsellərin əmələ gəlməsinə
sərf olunan şəkərlərin, göbələk tərəfindən mənimsənilən şəkərin
ümumi miqdarına olan nisbəti – qənaət əmsalı çox nadir
hallarda 50%-dən çox olur. Mühitdə şəkərin qatılığı çox
olduqca (10-20%) göbələklərdə bu əmsal bəzən 10-12%-ə
düşür.
Göbələklərdəki metabolizmdə, termodinamik nisbətlər
Rubner əmsalı formasında ifadə edilir. Bu əmsal, böyüyən
mitselin sərf etdiyi (kkal/q) enerjinin, göbələk tərəfindən mə-
nimsənilən karbon mənbəyinin ümumi enerjisinə olan (kkal/q)
nisbətdir. Mitsellərdə olan maddələrin enerji tutumu (miqdarı),
qlükozadakı miqdardan çox olduğundan odur ki, Rubner
əmsalı, qənaət əmsalından adətən böyük olur.
İki fizioloji funksiya: tənəffüs və qıcqırma nəinki əlaqələri
olmayan proseslərdir, əksinə onlar bir-birilə genetik əlaqədədir.
Belə ki, tənəffüs substratının (şəkərlərin) çevrilməsinin ilk
mərhələsi həm tənəffüs, həm də qıcqırma üçün ümumidir.
Yəni:
C
6
H
12
O
6
Dostları ilə paylaş: |