bilir. Bu qəbildən olan göbələklərdən daha yaxşı öyrəniləni
mikorizəmələ gətirənlərdir. Məsələn, Foma (Phoma) növləri,
endotrof mikorizalar əmələ gətirir. Göbələk vasitəsilə
atmosfer azotunun mənimsənilməsi ilk dəfə 1901-ci ildə aşkar
edilmişdir. Bu hadisə, çuğundur parazitlərini öyrənərkən
müəyyən olunmuşdur. Daha dəqiq nəticələr bir qədər sonra
1907-ci ildə Ternets tərəfindən alınmışdır. O, müəyyənləşdirdi
ki, Phoma radicisin 5 növmüxtəlifliyinə aid göbələklər,
atmosfer azotunu mənimsəyən bitkilərdən heç də geri qalmır.
Məlumdur ki, atmosfer azotundan azotobakterlər və digərləri
istifadə edə bilirlər.
Nitrat azotunu (NO
-
3
) mənimsəyə bilən göbələklər, adətən,
həm də nitrit azotunu da (NO
-
2
) mənimsəyir. Göbələklərin
təxminən 90%-i NO
-
3
və NO
-
2
ionlarını mənimsəməyə qabildir.
Bu cür göbələklərə, bir çox kisəli və torpaqdakı natamam
göbələkləri, həmçinin də ağacçürüdən (Armillaria, Lentinus
cinsləri və s.) göbələkləri aid etmək olar.
Atmosfer azotunu ya zəif və ya heç mənimsəyə bilmə-
yənlərə fikomitsel göbələklərinin əksəriyyəti aid idilər.
Hüceyrəyə daxil olan NO
-
3
və NO
-
2
ionları ammonyaka qədər
reduksiya olunur. Əgər bu prosesdə NO
-
3
iştirak edirsə, onda
əvvəlcə o, NO
-
2
-yə, sonradan isə ammonyaka çevrilir. Bəzən
ikinci mərhələdə aralıq məhsul kimi hidroksilaminin (NH
2
OH)
əmələ gəlməsi də ehtimal olunur.
Beləliklə də, göbələklərdə
nitratların reduksiyaolunma prosesini aşağıdakı kimi ifadə
etmək olar:
3
6
2
2
3
NH
HNO
HNO
e
e
⎯
⎯ →
⎯
⎯
⎯ →
⎯
−
−
+
+
Dostları ilə paylaş: