Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə29/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   244
                      

(nitratreduktaza)     (nitritreduktaza) 

və  ya 


3

2

2



3

NH

OH

NH

HNO

HNO



 

 



Bu cür təsəvvürlərin doğru olması onunla izah edilir ki, bəzi 

növ maya göbələklərində müəyyən şəraitdə hüceyrələrdə xeyli 

miqdarda hidroksilaminin törəmələrinə rast gəlinir. Bu 

törəmələr, oksidlər və hidroksil turşuları formasında aşkar 

olunur. Bu halda, əsas etibarilə, piroüzüm və 

α

 – ketoqlütar 

 

  turşusu və  həmçinin də asetilhidroksil turşusu  əmələ  gəlir. 



Göbələklərin bu və ya digər azot mənbəyini istifadə etmək 

qabiliyyəti, onların karbohidratlarla qidalanma şəraitindən çox 

asılıdır. Mühitdə  zəif mənimsənilən karbon mənbəyi və 

ammonium ionu formasında azot mənbəyi olduqda, göbələk  

hüceyrələrində ammonyakın xeyli miqdarda toplanması 

müşahidə olunur ki, bu da göbələk hüceyrəsinin 

zəhərlənməsinə  səbəb olur. Göbələklərdə böyümə prosesinin 

nitratların iştirakı ilə  zəifləməsi və ya dayanması da bu cür 

zəhərlənmə ilə  əlaqələndirilir.  Əgər göbələklər karbon 

mənbələrindən qidalanmada istifadə edirsə, onda üzvi turşuların 

əmələ  gəlməsilə  əlaqədar olaraq zəhərlənmə baş vermir, ona 

görə ki, toplanmış ammonyak həmin üzvi turşularla birləşir və 

təsirini itirir. Göbələklər, qida mənbəyi kimi nitratlardan 

istifadə etdikdə isə ammonyakla zəhərlənmə yenə  də baş 

vermir, çünki ammonyakın toplanmasına səbəb olan nitratların 

reduksiyası çox ləng gedir.  

Maraqlıdır ki, göbələklər tərəfindən nitrat və ammonium 

azotundan (NH

4

NO

3



) birlikdə istifadə olunması mühitin pH-

dan asılıdır. Ammoniumdan və azotun bəzi üzvi mənbələrindən 

göbələklərin istifadə etməsi mühitdə üzvi turşuların olmasından 

asılı prosesdir. Azotun göbələk hüceyrələri tərəfindən 

mənimsənilməsi, az miqdarda (0,1-0,2%) dördkarbonlu 

turşuların (məsələn, kəhrəba və fumar turşusu) iştirakı ilə xeyli 

sürətlənir. Analoji effekti digər üzvi turşular: sirkə, süd, çaxır 

və asparagin turşuları da yarada bilir. Güman edilir ki, bu cür 

üzvi turşuların iştirakı ilə ketoturşuların  əmələ  gəlməsi 

asanlaşır. Ketoturşular isə, ammonyakı özünə birləşdirməklə 

yanaşı, onun maddələr mübadiləsinə qoşulmasını da 

sürətləndirir. 

Göbələklər tərəfindən üzvi azot, əsasən amin azotu şəklində 

istifadə olunur. Bu cür azot isə, NH

2

 – qrupları halında 



aminturşularının tərkibində olur. Bütün göbələklər, üzvi azot 

mənbələrinin qarışığı olduqda daha yaxşı inkişaf edirlər. 




 

  Göbələklər, zülallardan, albumozalardan, peptonlardan və 

aminturşularından istifadə edə bilirlər, lakin ayrı-ayrılıqdakı 

aminturşularına nisbətən onların qarışığı göbələklər tərəfindən 

daha yaxşı  mənimsənilir. Göbələklərin istifadə etdiyi 

peptidlərin bəziləri, məsələn, qlütation, strepoinin və başqaları 

çox böyük fizioloji aktivliyə malikdir. Azotun üzvi mənbələrinə 

daha çox ehtiyacı olan göbələk növlərindən, məsələn, 

Leptomitus lacteus və digərlərini göstərmək olar. Maya 

göbələkləri, nitrat və nitritlərə nisbətən aminturşularını daha 

yaxşı  mənimsəyə bilirlər. Digər tərəfdən, qısa zəncirli karbon 

atomları olan aminturşuları, uzun zəncirli karbon atomları olan 

aminturşularından daha tez istifadə olunurlar. Tərkibində 

kükürd olan aminturşuları göbələklər üçün pis azot mənbəyi 

hesab edilirlər. Bu cür aminturşuları, hətta üzvi kükürdə 

(məsələn, metioninə) tələbatı olan göbələk növləri tərəfindən 

belə  zəif istifadə olunur. Aspergillus niger üçün, 22 

aminturşusundan  ən yaxşı istifadə olunanları: alanin, arginin, 

asparagin turşusu, qlütamin turşusu, qlisin, prolin və 

oksiprolindir. Göbələklərin çoxu üçün ən yaxşı azot mənbəyi 

asparagindir.  

Aminturşularının yığımı, azot mənbəyi kimi təkcə 

göbələklərin böyüməsi üçün yox, həm də göbələk mitselinin 

sahibkar bitkidə parazitlik xassəsinin yaranması və bitkinin bu 

xassəyə qarşı davamlılığının artması üçün də lazımdır. Bu halda 

aminturşularının müəyyən sterioizomerləri istifadə edilir. Belə 

vəziyyət karbohidratlara da aiddir. Nuklein turşularındakı 

azotlu  əsaslar, həmçinin də nuklein turşularının digər 

törəmələri, göbələklərdən ötrü aminturşularına nisbətən daha 

pis azot mənbəyi hesab olunurlar. 

Göbələklər, üzvi birləşmələrdə NO

2

, CN, CNS – qrupları 



formasında olan azotu da mənimsəyə bilirlər. Məsələn, 

alkaloidli bitkilərdən parazit göbələklər – CN qruplu azotu 

istifadə edə bilir. Göbələklərin yalnız üzvi azot mənbələrindən 

istifadə etməsi, bir çox hallarda onların olduqları ekoloji 

 

  şəraitlə  əlaqədardır. Belə ki, bəzi göbələklər üçün 



aminturşuları yeganə qida mənbəyidir. Bu zaman onlar həm 

azot, həm də karbon mənbəyinə çevrilir. Məlumdur ki, 

göbələklərdən ötrü azot, karbona nisbətən az tələb olunur və 

aminturşularından istifadə edildikdə mühitdə ammonyakın 

toplanması ilə  əlaqədar olaraq qələviləşmə baş verir. Odur ki, 

bu cür qidalanma xüsusiyyəti yalnız o göbələklərə xasdır ki, 

onlarda ammonyakı neytrallaşdıra bilən üzvi turşular 

metabolizmdə çoxlu miqdarda əmələ gəlir. Zülallardan istifadə 

olunması, onların hidrolizindən sonra mümkündür. Ona görə ki, 

zülal molekulları  həddindən çox böyükdür və göbələk 

hüceyrəsinə keçə bilmirlər. Zülalların bu cür hidrolizi bilavasitə 

proteolitik fermentlərlə  həyata keçirilir. Proteoliz zamanı 

zülallardan peptonlar, sonra isə aminturşuları alınır. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin