Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə27/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   244
2.2.2. Azot mənbələri 

Göbələklərin azotla qidalanması özünün əhəmiyyətinə görə 

onların karbonla qidalanmasından geri qalmır. Amma karbonla 

qidalanmaya nisbətən azotla qidalanma həcminə görə bir qədər 

azdır. Belə ki, göbələk mitsellərində hüceyrələrin tərkibində 

karbona nisbətən azotun miqdarı 5 – 6 dəfə  aşağıdır. Bundan 

başqa, karbonlu birləşmələr göbələklər tərəfindən xeyli çox 

istifadə olunur. Bu onunla əlaqədardır ki, karbonlu birləşmələr

göbələk hüceyrələrində enerji mənbəyi kimi də istifadə edilir. 

Odur ki, göbələklər üçün qidalı mühitlərdə tərkibində karbonlu 

komponentlərin miqdarı, azotlu mənbələrin miqdarından on 

dəfələrlə çox olmalıdır. Bəzi müstəsna hallara baxmayaraq, 

göbələklər tərəfindən mənimsənilən azot onun mitsellərində 

qalır. Lakin mənimsənilən karbon isə, göbələk mitsellərində 

çox az miqdarda qala bilir.  

Göbələklərdə azot, hifin qılafının tərkibinə xitin formasında 

– asetilqlükozamın polimeri halında daxil olur. Xitin isə, 

mərhələli hidroliz zamanı qlükozamin (C

6

H

11



O

5

NH



2

) və sirkə 

turşusu verir. Daha sonra azot göbələklərdə zülalların, 

peptidlərin aminturşularının, vitaminlərin  əksəriyyətinin, fer-

mentlərin, purin və pirimidin əsaslarının tərkibinə daxil olur. 

Müxtəlif azot mənbələrini mənimsəmək qabiliyyətinə görə 

göbələklər aşağıdakı qruplara bölünür.  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin