2.2. Göbələklərin qidalanmasında
karbon və azot mənbələri
2.2.1. Karbon mənbələri
Özünün qidalılıq dəyərinə görə birinci yerdə heksozalar
(altı atomlu karbonu olan şəkərlər) dayanır. Bu cür
qiymətləndirmə, qazlar mübadiləsi baxımından yağlarla
müqayisə olunduqda müəyyən edilir. Göbələklərin əksəriyyəti
qlükozanı yaxşı mənimsəyir. Fruktoza da saxaroza kimi az uni-
versaldır, laktoza isə göbələklər üçün daha az əlverişlidir, ona
görə ki, laktozanın tərkibinə daxil olan qalaktoza göbələklər
tərəfindən pis mənimsənilir. Sonrakı yerlərdə di-, tri- və
polisaxaridlər durur. Bunların qidalılıq dəyəri, qlükoza əmələ
gəlməklə daha asanlıqla parçalanmaları ilə müəyyən edilir.
Göbələklər tərəfindən, quruluşuna görə, şəkərlərə oxşayan altıa-
tomlu spirtlər də asanlıqla mənimsənilir. Göbələk orqanizmində
toplanan mannit, həmçinin də şəkərli turşular: qlükon və qlüku-
ron turşuları çox tezliklə istifadə oluna bilirlər.
Altıatomlu spirtlərdən olan mannit bəzi göbələklər,
məsələn, dermatofitlər tərəfindən mənimsənilə bilmir. Bununla
belə, altıatomlu karbon birləşmələrini göbələklər asanlıqla
istifadə edirlər:
OH H OH OH
| | | |
qlükoza – HOC - C – C – C – C – CH
2
OH;
| | | |
H OH H H
H H OH OH
| | | |
Dostları ilə paylaş: |