az miqdarda lazımdır. Bu elementlərin göbələklərdəki miqdarı
göbələklərin böyüməsi və inkişafına sürətləndirici, yəni
oliqodinamik effekt göstərir. Lakin hazırda qəti müəyyən
edilmişdir ki, mikroelementlərin təsiri, onların fermentlərin qu-
ruluşunda iştirak etmələri ilə əlaqədardır.
Dəmir (Fe) – göbələk orqanizminin tələb etdiyi
mikroelementlərdən miqdarına görə daha çox olandır. Dəmir,
katalaza, peroksidaza, sitoxromların tərkibinə daxil olur. Bun-
dan başqa, dəmir bir sıra digər fermentlərin də aktivliyini ar-
tırır.
Onun oksidləşmə – reduksiya reaksiyalarında iştirakı hər
şeydən əvvəl, Fe
3+
⎯⎯
←
⎯→
⎯
−
−
+
−
е
е
Fe
2+
formalarında oksidləşmə
dərəcəsinin dəyişilməsilə bağlıdır. Burada elektronun alınıb-
verilməsilə bağlı oksidləşmə və ya reduksiya prosesi baş verir.
Dəmir olmayan mühitdə becərilən göbələk mitsellərinin
böyümə və inkişafı kəskin azalır. Göbələklərdə dəmir çatış-
madıqda onlarda oksalat turşusunun əmələgəlmə intensivliyi
azalır və əksinə, oksidləşmə proseslərinin ləngiməsi nəticəsində
limon turşusunun biosintezi artır. Bəzi göbələklər, dəmirin işti-
rakı ilə ammonium (NH
+
4
) ionundan başqa, həm də, nitrat (NO
-
3
) ionlarını da mənimsəyirlər. Göbələklərdə böyümənin
sürətlənməsi dəmirlə birlikdə sink olduqda daha güclü həyata
keçirilir.
Sink (Zn) – göbələklərdə şəkər mübadiləsində spesifik rol
oynayır. Bu elementin iştirak etdiyi bütün hallarda qənaətcillik
(ekonomik) əmsalı kəskin artır, yəni mitsellərin quru çəkisinin
mənimsənilən karbohidratlara olan nisbəti yüksəlir. Bu zaman
həm də xaric olunan karbon qazının miqdarı çoxalır və
tənəffüsün energetik effektivliyi artır. Belə fərz edilir ki, sink,
karbohidratların çevrilmə məhsullarının hüceyrənin tərkib
hissələrinə keçməsinə imkan yaradır. Göbələk hüceyrələrində
sink çatışmadıqda bu maddələr, kənar (əlavə) məhsulların
əmələ gəlməsinə sərf olunur. Belə kənar məhsullardan,
məsələn, üzvi turşuları göstərmək olar, əksinə hüceyrələrdə
sinkin miqdarı daha çox olduqda üzvi turşuların əmələ gəlməsi
baş vermir. Əgər hüceyrələr üçün karbon mənbəyi rolunu üzvi
turşular (kəhrəba, qlükon və s.) oynayırsa, o zaman sinkin
çatışmazlığı ilə əlaqədar əlamətlər meydana çıxmır. Ehtimal
olunur ki, sink Krebs tsiklində (dikarbon turşuları tsikli)
müvafiq aminturşularının əmələ gəlməsində iştirak edir.
Mis (Cu) – Bu element bir sıra göbələklərdə maddələr mü-
badiləsi üçün çox vacib olan birləşmələrin tərkibinə daxil olur.
Belə maddələrdən tirozinazaları, lakkazaları və askorbin tur-
şusunun oksidazasını və s. göstərmək olar. Göbələklərdə bu
elementə tələbatın böyük olması, onun tirozinazanın
fəaliyyətində iştirakı ilə izah olunur. Mis, göbələklərdə spor-
ların və piqmentlərin əmələ gəlməsinə güclü təsir edir. Bundan
başqa, mis, həm də göbələklərdə limon turşusunun əmələ
gəlməsi və istifadə olunmasına da kəskin təsir edə bilir.
Manqan (Mn) – göbələklərdə karbon qazının
mənimsənilməsi üçün əsas reaksiyalarda spesifik element kimi
iştirak edir. Bu element, maya göbələklərində arginazanın ak-
tivliyini xeyli artırır. Göbələklərin manqana olan tələbatı 1· 10
-
9
q (milyardda bir) bərabərdir.
Molibden (Mo) – göbələklərdə və yaşıl bitkilərdə nitrat
azotunun mənimsənilməsində, həmçinin də, bakteriya və göy-
yaşıl yosunlarda atmosfer azotunun təsbit (fiksə) olunmasında
iştirak edir. Göbələkləri azotun nitrat duzları olan mühitdə
becərdikdə, ammonium duzları olan mühitə nisbətən, onlara
daha çox miqdarda molibden lazım gəlir.
Qallium (Ga) – göbələklərin olduğu mühitə 0,02 mq/l əlavə
olunduqda, onlarda böyümə prosesini xeyli artırır və digər
elementlər onu əvəz edə bilmir.
Skandium (Sc) – göbələklər üçün karbon mənbəyi kimi
qliserin olarsa, onda onların inkişafı üçün skandium elementi
lazımdır. Əgər göbələklər üçün hazırlanmış mühit şəkər
tərkiblidirsə, o zaman, skandiuma ehtiyac qalmır.
Kobalt (Co) – bu element vitamin B
12
-nin tərkibinə daxil olur.