piroüzüm turşusu (asetoaldehid)
CH
3
CH
3
|
alkoqoldehidrogenaza
|
+ NAD·H+H
+
CH
2
OH + NAD
+
sirkə aldehidi etil spirti (etanol)
Spirt qıcqırmasının ümumi reaksiyasını aşağıdakı kimi
yazmaq olar:
C
6
H
12
O
6
+2H
3
PO
4
+2ADP
→ 2C
2
H
5
OH+2CO
2
+2ATP
∆G
0
=-56kkal/mol.
Maya göbələkləri (Saccharomyces cerevisiae – pivə mayası,
Saccharomyces ellipsoideus – şərab mayası) həmçinin də bak-
teriyalar (Pseudomas lindneri), spirt sənayesində və şərabçılıqda
mühüm rol oynayır. Mono və disaxaridlərdən fərqli olaraq
nişasta (polisaxarid) qıcqırmır. Buna görə də, pivə və
şərabçılıqda, adətən, arpa cücərtilərindən hazırlanmış səmənidən
istifadə edilir. Səmənidəki amilazanın təsiri ilə nişasta
maltozayadək hidroliz edilir. Sonradan isə maltoza qlükozaya
çevrilib, maya hüceyrələri tərəfindən qıcqırma prosesinə sərf ol-
unur. Spirt qıcqırmasının əlavə məhsulları kimi: qliserin, sirkə,
limon və kəhrəba turşuları, aseton və s. alınır.
Spirt qıcqırmasının dəyişilmiş forması (normal spirt qıc-
qırmasından fərqli olaraq). Neyberq qıcqırmasının ikinci for-
ması adlanır.
CH
2
OPO
3
H
2
CH
2
OH
|
+HOH
|
CH
2
OPO
3
H
2
CHOH
-H
3
PO
4
CHOH
| | |
C
6
H
12
O
6
→
2
CHOH CH
2
OH CH
2
OH
| qliserin
COH CH
2
OPO
3
H
2
CH
3
| |
CHOH + CO
2
|
-H
3
PO
4
COOH sirkə aldehidi
Spirt qıcqırmasının digər yolu qıcqırdılan qarışığın
qələviləşdirilməsi zamanı meydana çıxır. Bu halda, aldehid
spirtə qədər normal reduksiya olunmadığından dismutasiyaya
məruz qalır. Odur ki, aldehidin bir hissəsi sirkə turşusunadək
oksidləşir, digər hissəsi isə, etil spirtinə qədər reduksiya olunur.
Spirt qıcqırmasının belə dəyişilməsi Neyberq qıcqırmasının
üçüncü forması adlandırılır. Həmin prosesdə sirkə turşusu
əmələ gəldiyindən mühit tədricən turşulaşır.
Dostları ilə paylaş: |