Tanrı haqqında təlimlər. Müxtəlif dinlərdə Tanrının atributlarına dair ideyalar. Monoteist dinlərdə Tanrının təkliyi, əzəli, əbədi, qadir və mütləq varlıq olmasının əsaslandırılması. Xristianlıqda Tanrı konsepsiyası: Müqəddəs üçlük təlimi. Quran Tanrının sifətləri haqqında.
Din fəlsəfəsində Tanrı haqqında təlimlər. Tanri-aləm münasibətləri. Teizm.
Deizmin mahiyyəti. Deizmdə “ilk mühərrik”, “ilk təkanverici” anlayışı. Deist filosoflar. Fəlsəfə tarixində panteist ideyalar. İ.S.Eriugenanın panteizmi. C.Bruno və B.Spinoza fəlsəfəsində Tanrı-aləm münasibətləri. Müsəlman dini-fəlsəfi düşüncəsində panteizm. İbn Ərəbinin vəhdəti-vücud təlimi. Panenteizm.
Tanrının varlığına skeptik baxışlar. Ateizm, aqnostisizm və sekulyarizm. L.Feyerbaxın ateizmi. K.Marksın və F.Engelsin elmi ateizm təlimi.
Dini antropologiya.Mifoloji və dini təsəvvürlərdə insanın mənşəyi məsələsi. Dini antropologiyanın xüsusiyyətləri. Dini antropologiyada ruhla bədənin münasibəti məsələsi. Fərdi ruhun ölməzliyi ideyası. Səmavi dinlərdə insan anlayışı. İnsanın yer üzündə Tanrının nümayəndəsi və təmsilçisi kimi dəyərləndirilməsi.
Xristianlığın insan haqqında təlimi. İslam dinində insan, onun mahiyyəti. Səmavi dinlərdə insanın iradə azadlığı problemi. İslam fəlsəfəsində iradə azadlığı: cəbərilik, qədərilik, mütəzilik, əşərilik və maturidilik təlimləri.
Fəlsəfi antropologiyanın formalaşması və inkişafı. Fəlsəfə tarixində insan problemi. Antropologiyanın fəlsəfi fənn kimi formalaşması. Bu sahədə Yeni dövr Avropa filosoflarının (R.Dekart, T.Hobbs, İ.Kant, L.Feyerbax və b.) rolu. M.Şeler çağdaş fəlsəfi antropologiyanın yaradıcısı kimi.
Dini antropologiyada ölümdən sonrakı həyat və ruhun ölməzliyi problemi. İslam dinində ölüm və ölməzlik. Fəlsəfi baxımdan ölməzlik.
Dini müxtəliflik və dinlərarası dialoq problemi.Çağdaş dünyada baş verən kürəsəl proseslərdə din faktorunun yeri və rolu. Dini müxtəliflik və dinlərarası münasibətlər çağdaş din fəlsəfəsinin problemi kimi. Dinlər arasında oxşarlıq və fərqliliyin tarixi kökləri. Dini müxtəlifliyin mahiyyəti. Çağdaş din fəlsəfəsində dinlərin müxtəlifliyi probleminə dair nəzəriyyələr. Dini inhisarçılıq və ya ənənəvi eksklüzivizm. Dini əhatəedicilik və ya inklüzivizm. C.Hikin plüralizm modeli. Bu nəzəriyyə və ya paradiqmaların mübahisə predmeti və məzmunu. Dini çoxluq və dini plüralizmin bir-birindən fərqi.
Dinlərarası ziddiyyətlər, onların xüsusiyyəti, genezisi: dini mətnlərə yanaşmada fərqlilik; sosial-mədəni mühitin doğurduğu problemlər; dinlərin siyasiləşməsi və siyasi faktorlar və s. Müxtəlif (tarixi, siyasi, sosio-mədəni və s. ) xarakterli ziddiyyətlərin konfessional formada reallaşması. Dini ziddiyyətlərin beynəlmiləlləşməsi. Dindaxili ziddiyyətlər, onların səbəbləri.
Mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində və dialoqun qurulmasında müxtəlif din mənsublarının yaxınlaşmasının, dinlərarası razılıq və sazişin əhəmiyyəti. Dini sahədə dialoqun məzmunu və əsas formaları. Qərb din fəlsəfəsində dinlərarası dialoqun dəstəklənməsi (C.Hik, N.Smart, V.Smit və b.). Xristian aləmində dialoq çağırışları. İslamın dini dözümlülük ənənələri.
Azərbaycanda dini tolerantlıq cəmiyyətin sabit inkişafının faktoru kimi. Respublikamızda müxtəlif dini konfessiyalar arasında əməkdaşlıq və dialoqun inkişafı.
Ədəbiyyat Alici Mustafa. Müslüman- Hıristiyan Diyaloğu. İst., İz Yayınlar, 2010.
Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, Elm, 2004.
Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. B., 2006.
Xəlilov S. Baxış bucağı. B., 2009.
Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).
Xəlilov S. Sivilizasiyalararası dialoq (dəqiqləşdirilmiş ikinci nəşr). Bakı, 2009.
Xəlilov S. Qərb fəlsəfəsində islama və xristianlığa iki fərqli münasibət // Xəlilov S. Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı, 2006.
İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.
Kılıç R. Ahlakın dini temeli. 4. Baskı. Ankara, 2003.
Kurucan A. İslamda dialoq və tolerantlıq. Bakı, Xəzər nəşriy., 2008.
Qedirova R. Gazali ve İbn Rüşd`de Din-felsefe münasibeti // BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2006, №5 (mart).
Quliyev E. Dinlərarası dialoqa Quran mövqeyindən yanaşma / Dövlət və Din toplusu, 2009, №1 (9), fevral.
Mehdiyev N. Dini epistemologiya / BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).
Mehdiyev N. Fideizm ya da Tanrı inancının irrasionallığı / Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1, 2009.
Mehmet S.Aydın. Din felsefesi. 5. Baskı. Ankara, 1996.
Mehmet Aydın. Allahın mövcudluğuna inanmağın rasionallığı / Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1, 2009.
Mehmet Bayrakdar. Din Felsefesine Giriş. 2. Baskı. Ankara, 2005.
Memiş İ. Kur`an-I Kerim`de İnsan ve insane-tefekkürilişkisi / BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).
Mustafayev E. İslam fəlsəfi görüşündə iradə azadlığı problemi http://www.oner.by.ru/elshen.htm
Mürşüdlü Q. C.Əfqaniyə görə qəza və qədərin mahiyyəti. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2006, №1.
Mürşüdlü Q. C.Əfqaniyə görə dinin fəlsəfəsi. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).
Rüstəmov İ.Ə. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri. B., 2001.
Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi. Bakı, 2008.
Zeynalov M. Fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2000.
Аринин Е.И. Философия религии. Принципы сущностного анализа. Архангельск, 1998.
Армстронг К. История Бога. Тысячелетние искания в иудаизме, христианстве и исламе. К.-М.: "София", 2004.
Введение в общее религиоведение. Под ред. И.Н.Яблокова. М., 2008.
Иудаизм и христианство. М.,1995.
Журавский А.В. Христианство и ислам. Социальные проблемы диалога. М., 1990.
Кимелев Ю.А. Философия религии. Систематический очерк. М., 1998.
Красников А.Н. и др. Проблемы философии религии и религиоведения. Калининград, 2003.
Мамедов А.К. Философия религии Канта // Религии мира: история и современность. Ежегодник, 1986. М., 1987.
Митрохин Л.Н. Философия религии (опыт истолкования Марксова наследия). М., Республика, 1993.
Радхакришнан С. Индийская философия, т.1. М., 1993.
Свободомыслие и атеизм в древности, средние века и в эпоху Возрождение. М., 1986.
Томпсон М. Философия религии. М., 2001.
Зеленков М.Ю. Религиозные конфликты: проблемы и пути их решения в начале ХХI века (политико-правовый аспект). Воронеж, 2007.
Шахов М.О. Религиозное знание, объективное знание о религии и наука". Вопросы философии", 2004, №11.
Шохин В.К. Философия религии и её исторические формы. М., 2010.