8. Dəftərxanada fəaliyyət göstərən bölmələr
9. İdarəetmədə kargüzarlığın quruluş bölmələri
İdarəetmə funksiyasının icrası ardıcıl mərhələlərlə aparılır. Bu ardıcıllığa: -
rəhbərlik (inzibati-təşkilati işlər) fəaliyyəti; - idarəetmə qərarlarının qəbul edilməsi
üçün lazım olan məlumatlann yığılması və verilməsi, onların icraçıya çatdırılması; -
qəbul edilmiş qərarların icrasına nəzarətin edilməsi daxildir. İdarətmə fəaliyyətinin
bu mərhələləri sənədlər vasitəsi ilə müşayiət olunur və çoxlu sənəd tərtib edilir. İdarə,
təşkilat və müəssisələrdə kargüzarlığın sənədli hissəsi ilə xüsusi bölmələr məşğul
olur^ Ədliyyə və məhkəmə aparatında sənədləşmə işlərini yerinə yetirən böyük
kargüzarlıq aparatı vardır. Vahid Dövlət Sisteminə əsasən kargüzarlığın sənədli
hissəsinin avtomatlaşmasma, səndlərlə işin təşkili və sənəd dövriyyəsinin həcminə,
habelə xidmət quruluşuna görə idarələr dörd dərəcəyə bölünürlər:
1. Sənəd dövriyyəsinin həcmi ildə 100 mindən çox olan idarələr birinci dərəcəyə
aiddir;
2. Sənəd dövriyyəsinin həcmi ildə 100 minə qədər olan idarələr ikinci dərəcəyə
aiddir;
3. Sənəd dövriyyəsinin həcmi ildə 25 minə qədər olan idarələr üçüncü dərəcəyə
aiddir;
4. Sənəd dövriyyəsinin həcmi ildə 10 minə qədər olan idarələr dördüncü dərəcəyə
aiddir. Sənədlərlə işin aparılması müəssisənin xüsusi quruluş bölməsinin
dəftərxanasında cəmləşdirilir. Dəftərxananın əsasnaməsi qanunlara və VDKS-yə
uyğun işlənib hazırlanır. İdarənin dərəcəsinə görə dəftərxananın quruluşu müəyyən
edilir. Dəftərxananın quruluş bölmələri özünəməxsus bütün vəzifələrin yerinə
yetirilməsində məsuliyyət daşıyır. Əsasnaməyə əsaslanmaqla sənədlərlə işləmək
kargüzarlığın təşkili və xidməti işinə rəhbərlik etməkdir. Elə müəssisələr vardır ki,
orada dəftərxana təşkil etmək məqsədəuyğun deyildir. Belə olduqda işlər rəhbərin
katibinə həvalə edilir və kargüzarlıq işi mərkəzləşdirilir. Bu məqsədlə birinci və
ikinci dərəcəli müəssisələrdə kargüzarlığın sənədli mərkəzləri, üçüncü və dördüncü
dərəcəli müəssisələrdə isə kargüzarlığın sənədli büroları yaradılır ki, bunlar da
bilavasitə dəftərxananın vəzifəsini daşıyır və quruluş bölmələrində kargüzarlıq
xidmətini təmin edirlər. Mərkəzləşdirilmiş kargüzarlıq sistemi idarəetmə sənədləri ilə
işləmədə eynilik yaradır və sənədlərlə işin səmərəliliyini yüksəldir. Straktur
bölmələrinin sayı az, sənəd dövriyyəsi isə ildə 25000 sənədə qədər olan təşkilatlarda
kargüzarlıq mərkəzləşdirilmiş qaydada aparılır. Stmkturu mürəkkəb, sənəd dövriyyəsi
isə ildə 25000 sənəddən çox olan, habelə struktur bölmələri ayrı-ayrı ərazilərdə
yerləşən
təşkilatlarda
kargüzarlıq mərkəzləşdirilməmiş
qaydada
aparılır.
Mərkəzləşdirilmiş
kargüzarlıq sistemində korrespondensiyanm qəbulu və
göndərilməsi, sənədlərin struktur bölmələrinə paylanması, korrespondensiyanm
gətirilməsi,
habelə
sənədlərin
qeydə
alınması, rəsmiləşdirilməsi, işlərin
formalaşdırılması
kargüzarlıq
xidməti
tərəfindən
həyata
keçirilir.
Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə korrespondensiyanm qəbulu və
göndərilməsi, sənədlərin struktur bölmələrinə paylanması, korrespondensiyanm
gətirilməsi
kargüzarlıq xidməti tərəfindən, sənədlərin qeydə alınması,
rəsmiləşdirilməsi, işlərin formalaşdırılması isə stmktur bölmələri tərəfindən həyata
keçirilir. Təşkilatların və struktur bölmələrinin rəhbərləri dəyişdirildikdə, işlər və ya
icrada olan sənədlər akt üzrə qəbul edilir və təhvil verilir.'Aktın bir nüsxəsi
kargüzarlıq xidmətində saxlanılır. İşdən çıxanidıqda və ya başqa işə keçirildikdə,
icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin və ya həmin vəzifəni
müvəqqəti icra edən şəxsə akt üzrə təhvil verməlidir. Aktda bütün işlər və ayrı-ayrı
sənədlər icra vəziyyəti göstərilməklə sadalanır. Dəftərxana idarədə müstəqil qumluş
bölməsi olmaqla aşağıdakı vəzifələri yerinə yetirir: - sənədlərin qəbulu, qeydə
alınması və uçotunu; - sənədləri bölüşdünnək və icraçılara çatdırmağı; - göndərilən
sənədləri rəsmiləşdirmək və yola salmağı; - kompyuterdə və texniki vasitələrlə
sənədlərin sayını çoxalfmaq; - sənədlərin icrasına nəzarət etmək; - sənədlərin
vaxtında icraçılardan qaytarılmasını tələb etmək; - sənədləri cildlərə tikmək və
formalaşdırmaq; - işləri hazırlamaq və arxivə təhvil vermək; - arxiv sənədlərindən
istifadə etməyi təşkil etmək; - bütün bölmələrdə kargüzarlığm təşkilinə müntəzəm
metodiki rəhbərlik etmək və təkmilləşdirmək; - kargüzarhqla məşğul olan
əməkdaşların ixtisasartınna kurslannı təşkil etmək; - tabelikdə olan bölmələrdə
kargüzarlığm vəziyyətinə nəzarət və əməli kömək etmək. Katiblik bütün daxil olan
məktub və yazılan yoxlayır, onları rəhbərliyə çatdınr, əmrlərin və məktublann
layihələrini hazırlayır; kollegiya planlanmn layihələrini hazırlayır və quruluş
bölmələrinə göndərir, kollegiyanın vaxtını bildirir; müşavirələrin protokolunu tərtib
edir və göndərir, kollegiyanın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.
Dəftərxanada aşağıdakı bölmələr fəaliyyət göstərir: - kargüzarhğı səmərəliləşdirən
bölmə - kargüzarlıq xidmətinin təkmilləşdirilməsi üçün tədbirlər hazırlayır və onları
həyata keçirir; kargüzarların ixtisaslarını artınnaq üçün tədbirlər görür və xüsusi
ixtisasartırma kursları təşkil edir; kargüzarlıq haqqında təlimat işləyib hazırlayır;
müəssisədə işlərin nomenklaturasmı hazırlayır və təsdiqə göndərir; - icraya nəzarət
edən bölmə - icraya çevik nəzarət edir və bu haqda rəhbərliyə xəbər verir;
sərəncamverici sənədləri rəsmiləşdirir və göndərir; xidmət işçiləri üçün olan
sənədlərin uçotunu aparır. Rəhbərliyə imza etmək üçün veriləcək sənədlərin düzgün
tərtib olunmasını və keyfiyyətini yoxlayır. Vətəndaşlann ərizə, şikayət və təkliflərinə
vaxtında baxılmasına nəzarət edir və bu haqda rəhbərliyə bildirir. Vətəndaşların
qəbulunu təşkil edir; - məktub və yazdarın qəbulu və göndərilməsi üzrə bölmə -
məktub və yazıları qəbul edir, göndərir və aidiyyəti üzrə çatdırır; sənədlərin gündəlik
uçotuna uyğun sənəd dövriyyəsinin həcmi haqqında rəhbərlik üçün məlumat
hazırlayır. arxivarus - kargüzarhğı qurtarmış işlərin qəbulunu, uçotunu və
saxlanmasını təmin edir; işlərin nomenklaturasmı tərtib etməkdə bölmələrə kömək
edir; sənədlərin cildlərə tikilib, işlərin düzgün fonnalaşdırılmasmm təşkil edilməsini
izləyir; dövlət arxivinə verilmək üçün işləri hazırlayır və tabelikdə olan arxivlərə
metodiki kömək göstərir; kompyuter, makina bürosu və korrektor qrupu - sənədin
əslindən və ya əlyazmasından üzünü texniki vasitələrlə köçürməklə məşğul olur;
kollegiya müşavirəsinin məruzəsini stenoqraflaşdırır, üzü köçürülmüş yazılarda
pozmaq və düzəliş etmək hallarına cavabdehlik edir (əlavə korrektura işarələri).
Ədliyyə və məhkəmə orqanlarında sənədləşmə işlərini aparmaq üçün xüsusi
koordinasiya şöbələri yaradılmışdır. İdarəetmə aparatının müasirləşdirilməsi ilə
əlaqədar olaraq quruluş bölmələri müntəzəm dəyişilir.
1. Yazışmaların qeydiyyatı və uçotu üzrə şöbə;
2. Vətəndaşların ərizə və müraciətləri üzrə şöbə;
3. Kargüzarlığm icrasına nəzarət şöbəsi.
Notariuslarda işin lazımi təşkili, vətəndaşlara və təşkilatlara dürüst, tez xidmətlər
göstərilməsi, sənədlərin tərtib olunması mədəniyyəti burada kargüzarlığm düzgün
təşkilindən çox asılıdır. Notariuslarda sənədləşmə işlərinin aparılması “Notariat
haqqında” qanunla və “Notariat orqanında kargüzarlığm aparılmasına dair” təlimatla
tənzimlənilir. Sənədlərin uçotu və onların icrasına nəzarət üçün notariat idarəsində
aşağıdakı kitablar və dəftərlər olmalıdır: - daxil dəftəri; - xaric dəftəri; - yerli
yazışmalar üçün qeyd dəftəri; - şikayət və təkliflərin uçotu kitabı; - nəzarət qovluğu.
Notariat şəhadətnamələrinin və təsdiq qeydlərinin tərtib olunması, notariat
əməliyyatlarının qeydə alınması üçün reyestrlər aparılmalıdır.
Dostları ilə paylaş: |