Mədəniyyətdə mentalitet yanaşma – Fəlsəfi, sosioloji, kulturoloji və
s. ədəbiyatda mentalitet haqqında söhbət tez-tez açılır. Mentalitet latınca
ağıl, təfəkkür, düşüncə deməkdir. Əgər şəxsiyyətin mentalitetini nəzərdə
tutsaq, o
, insanın sosial mühiti, mədəniyyəti, ənənələri əsasında formalaşır
və öz növbəsində onlara təsir edir. Bir qrup insanın eyni dövrdə eyni cürə
hərəkət etməkdə özünü məcbur hiss edir. İngilis dilində tam qarşılığı “sürü
davranış və ya düşüncəsi” olaraq istifadə olunur. Xüsusilə də şərq
cəmiyyətlərində bu formalaşmış sistemə tez-tez rast gəlinir. Mentalitet
insanların inkişafının qarşısını alan, hətta geriləməyə aparan, onları öz
dövrlərinə görə yox, özlərindən qabaq yaşamışların adətləri və şərtləri ilə
yaşamağa vadar edən bir məvhumdur. Elmdə bir növ psixoloji xəstəlik kimi
də qəbul edilən mentalitetin əslində “sürüdən dala qalma” qorxusu
əsasında formalaşdığı müəyyən edilib. Mentalitet ilk canlının
yaranmağından bu yana mövcud olmuşdur. Lakin ilk dəfə XIX əsr fransız
psixoloqları tərəfindən elmə gətirilmişdir. Fransız filosof və psixoloqu öz
əsərində iki tip mentaliteti - məntiqəqədərki və məntiqi mentalitetləri ayırır.
Məntiqədərki dövr mistikdir. İbtidai insan üçün sehrli, sirli qüvvələr və ruhlar
daha vacib idi.
Dünyanın qavrayışı təhtəlşüurun dərinliklərində formalaşır. Mentallıq
daha çox kortəbii, yarı dərk olunmuş davranış sxemlərinə əsaslanır.
Ümumiyyətlə, mentallığı müxtəlif növə və formalara bölürlər. Afrika, Avropa,
Asiya, o cümlədən tarixi: antic, orta əsrlər və yeni dövr mentallığı.
|