maraqlarının təmin edilməsi şərti ilə liderin öz biliyi, bacarığı, siyasi savadı
ilə kollektiv qarşısında duran vəzifələri həll etmə bacarığıdır. İdarəçilərin
özünü təkmilləşdirməsini, bilikləri və qabiliyyətlərinin inkişaf etdirməsini
tələb edir. Liderlik mədəniyyəti əsasən milli, beynəlxalq, iqtisadi, ailə
mədəniyyətində, elmi bilikləri, təcrübəsi, iradəsi, insaniyyətində üstünlüyə
təşkilatın əməkdaşlarının ümumi vəzifəsinin yerinə yetirilməsini, kollektiv işi,
işini yaxşı bilməli və dediyi sözlərin həqiqiliyinə inanmalıdır. Kollektiv
24
əməkdaşlarının enerji və istedadlarından düzgün istifadə etməyi
bacarmalıdır. İnsan psixologiyasını yaxşı dərk etməlidir. Kollektiv
qarşısında duran problemlərin həlli üçün o, elmi və praktiki yanaşmanı
özündə bacarıqla birləşdirməlidir. Lider başqalarından daha uzağı görmək
qabiliyyətinə malik olmalıdır, insanları yaxşı ayırd etməli və ədalətli qərar
verməlidir. Düzgün dərk etmə - düzgün fəaliyyətin açarıdır. Liderin düzgün,
məhsuldar təfəkkürü onun doğru əməllərini və qərarlarını formalaşdırır ki,
bunun ardınca konkret nəticələr gəlir. O, həm də qəlbini qoyan insanları
möhkəm bir komandada birləşdirməyi bacarmalıdır. Yaxşı lider iş
prosesind
ə yaranan gözlənilməz çətinliklərin aradan qaldırılması üçün
lazım olan dözüm və təmkinə də malik olmalıdır. O, qızıl orta həddi
saxlamalı, ifrata varmamalı, əməkdaşlara qarşı münasibətdə ədalətli,
dürüst, alicənab olmalıdır.
Liderlərin aşağıdakı təsnifatı vardır:
ruhlandıran lider;
universal lider;
situasiyaya görə lider;
işgüzar lider.
Liderlərin fərqi:
formal lider
– o, situasiyaya tutduğu vəzifəyə görə təsir edir;
qeyri-formal lider
– o, situasiyaya qabiliyyətinə, məlumatlılığına və
ya hansısa xüsusiyyətinə görə təsir edir.
Yada salaq:
Prioritet
– hər hansı fəaliyyət həyata keçirilməsində vaxt etibarı ilə
birincilik. Müəyyən bir sahədə üstünlük
Rifah
– firavan, xoş güzəran
Stereotip
– möhkəm, davamlı, daimi olan, dəyişməz qalan
İfrat – həddi aşmamaq