Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


Semiotikanın mədəniyyətlə qarşılıqlı əlaqəsi -



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
kulturologiya--muhazire-toplusu

Semiotikanın mədəniyyətlə qarşılıqlı əlaqəsi - Hələ ilk sivilizasiyalar 

dövründə  insanlar  bilik  və  maariflənməyin  əhəmiyyətini  başa  düşmüş  və 

anlamışlar  ki,  müəllimlərin  müdrikliyi  və  şagirdlərin  ağlı  insanların  rifahı, 

inkişafı,  onların  intellektual  və  etik  təkmilləşməsi  yolunda  zəruri  şərtdir. 

Qloballaşma  dövründə  bu  həqiqət  daha  da  aktual  olmuşdur.  İnsan 

düşüncəsinə  azadlıq  verib,  insan  ağlını  və  iradəsini  çərçivəyə  salan 

doqmalardan imtina etm

ək zəruridir. Bu, cahillik, şər, qaranlıq və köləlikdən 

işığa,  həqiqətə,  biliyə,  müdrikliyə  və  xeyirxahlığa  gedən  yoldur.  Elm, 

müdriklik,  xeyirxahlıq  və  düzgün  idarəetmə  -  həqiqətin,  rifahın  və  sabit 

in

kişafın,  sülhün  və  bəşəriyyətin  birliyinin  açarıdır.  Qədim  insanların 



dünyagörüşünün  formalaşmasında  əsatir,  rəmz  və  işarələrin  tarixi  rolu 


35 

 

hamıya məlumdur. Simvol – düşüncəyə güclü təsir göstərdiyinə görə, hələ 



yazıdanqabaqkı bədii informasiya dövründə, insanların davranış normaları 

v

ə təfəkkür obrazlarını özündə göstərirdi. Bütün həndəsi simvollar özündə 



dünyanın  mifoloji  modelini  və  mütəşəkkil  fəza  olan  kosmosu  təcəssüm 

etdirirdi.  Reallığı  simvolik  dərketmə  incəsənəti  müdriklik  əlaməti  hesab 

edilirdi.  Orta 

əsrlərdə  bir  çox  Avropa  və  Asiya  mədəniyyətinə  daxil  olan 

mifoloji  r

əmzlərdən  ən  geniş  yayılmışı  mifoloji  mənbə  Tarodur.  Taronun 

m

ənşəyini  Babilistanda,  Misirdə,  Hindistanda  və  Çində  axtarmışlar. 



Avropanın  Taro  ilə  tanışlığını  ərəblərə  və  ya  qaraçılara  aid  edirlər.  Onlar 

Avstriyaya  12-ci 

əsrdə,  Ruminiya,  Fransa,  İtaliya  və  İngiltərəyə  15-ci 

əsrlədə gəlib çıxmışlar. 

100-150  min  il 

əvvəl  Şərqi  Avropanın  ekvatorial  ərazisində  Homo 

Sapiens  növü  təşəkkül  tapdı.  İlk  ailələr,  uruqlar,  boylar,  etnoslar  yaranır, 

yaşamaq  uğrunda  gedən  bu  mübarizə  insanları  yeni  yaşayış  yerləri 

axtarmağa məcbur edirdi. Yer üzündə insanın böyük yerdəyişmə mərhələsi 

ona görə maraqlı idi ki, bu köçlərdə dil yarandı, ondan minlərlə ləhcələr və 

dialektl

ər şaxələndi, mənəvi və maddi mədəniyyət yarandı. Düşünən insan 

D

ərrakəli  insana  çevrildi.  Biz  indi  tarixdən  əvvəlki  keçmişin  əsas  sübutu 



sayılan  işarələrə  və  sözə  xüsusi  diqqət  yetiririk.  Ən  qədim  heroqliflərin 

(q

ədim Şumer, Çin, Misir) yaranmasının təhlili göstərir ki, işarənin forması 



d

əyişən  kimi  dərhal  onun  adı  da  öz  görkəmini  dəyişdi.  Etnos  tarixin 

s

əhnəsindən  çıxa  bilər,  məhv  ola  bilər,  lakin  onun  sözləri  başqa  dillərdə 



qorunub saxlanılır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin