Mövzu 7. Kulturologiya və modelləşdirmə
Öyrənməliyik:
Kulturologiya və modelləşdirmə;
Model anlayışı;
Modelləşdirmənin metodları.
Model latın sözü olub, mənası ölçü, nümunə, hədd kimi qəbul
olunurdu. Hər hansı bir əşyanı düzəltmək üçün ona oxşayan digər bir əşya
nümunə kimi götürülürdü. Həmin nümunə model rolunu oynayırdı. İbtidai
insan ağır təbii şəraitdə qaya üzərində ov səhnəsini təsvir edirdisə sözsüz
ki, bunu incəsənət xatirinə etmirdi. Sanki, o səbəbdən edirdi ki, özünə
məlum olan təcrübəni gələcək nəsillərlə bölüşsün. Modelləşdirmə
metodunun tətbiq olunmağa başlaması XIX əsrin 50-60-cı illərinə təsadüf
edir. Bu sahədə əsaslı tədqiqat əsərləri yazan Nyuton, Bertran olmuşdular.
Mode
l anlayışına iki tərəfdən yanaşırlar. Birincisi, model deyəndə tədqiqat
obyektinin bu və ya digər tərəfləri nəzərdə tutulur. İkincisi, bəzən yaxşı
öyrənilmiş hadisə, yaxud obyekt model olaraq istifadə olunur. Tədqiqatın
məqsədlərindən asılı olaraq müxtəlif modellər istifadə oluna bilər. Modelin
qurulmasından ötrü fizikanın ümumi qanunlarından, kütlənin saxlanması
qanunundan istifadə etmək lazımdır. Adi bir təhsil müəssisəsini idarə
etməyi modelləşdirən direktor, müəllimlərin onun haqqında necə
düşünməsindən,
həm
də
tələbələrin
müəllimlər
haqqında
nə
düşünməsindən asılı olur. Modelləşdirmənin qurulması iki cür - maddi və
mənəvi olur. Maddi modelləşdirmə insanın real əməyinin nəticəsində
yaradılır və obyektiv həyatda mövcud olur. Mənəvi modelləşdirmə isə,
ins
anın ideyalarında baş verir və maddiyyata çevrilmənin modeli kimi çıxış
edir. Adi bir tikintinin layihəsi əvvəlcə arxitektorun ideyalarında formalaşır,
sonra ideyalar rəsmə köçürülərək maketi qurulur, maketi isə digərlərindən
fərqli olaraq hər tərəfdən görmək mümkündür.
Modelləşdirmənin müxtəlif metodlarında motivasiyadan istifadə olunur.
Əgər metodların işlənməsində müxtəliflik müəyyən nəticə verməyə qadir
deyilsə, deməli yeni daxil olunmuş keyfiyyətlər lazımsızdır və onlar ləğv
olunur. Əsl motivasia fransızların dediyi kimi əgər “gənclik bilsəydi, qocalıq
isə bacarsaydı onda motivasiyaya ehtiyac qalmazdı”. Çünki insan yaşa
dolduqca yaradıcılıq imkanları azalır. Adətən obrazı yaradan zaman o
ideallaşdırılır, bu isə öz növbəsində obyektin özünün itirilməsi ilə nəticələnə
bilir. O səbəbdən modelləşdirmənin həyata keçirilməsi üçün müəyyən bir
nəzəri biliklərə malik olmaq lazımdır ki, inkar və təsdiq təcrübəsi səhvlərdən
qorusun.
26
Model özünəməxsus bir idrak vasitəsidir. Tədqiqatçı onu
maraqlandıran obyekti məhz idrakın köməyi ilə öyrənir. “Model” termini
insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunur. Hətta o
dərəcədə çox istifadə olunur ki, modellər “dünyasının” harada qurtardığını
müəyyənləşdirmək o qədər də asan olmur. Model və modelləşdirmə
an
layışlarının geniş yayılmasına baxmayaraq elmi ədəbiyyatda onların
birmənalı izahı yoxdur. Yuxarıda da izah etdiyimiz kimi model sözü (lat.-
modulus
– ölçü,nümunə) geniş mənada hər hansı obyektin, prosesin,
hadisənin əvəzləyicisi kimi istifadə olunan obrazdır. Təsvir, sxem, çertyoj,
qrafik, plan, riyazi ifadə və s.başqa sözlə model- real obyektin
sadələşdirilmiş oxşarıdır.
Dostları ilə paylaş: |