27
Mövzu 8. Mədəniyyətin etnik-milli xüsusiyyətləri
Öyrənməliyik:
M
ədəniyyətin etnik-milli xüsusiyyətləri;
M
ədəniyyətdə etnos anlayışı;
M
ədəniyyətdə mentalitet anlayışı.
M
ədəniyyətin etnik-milli xüsusiyyətləri – Milli azlıq başqa böyük
xalqların ərazisində məskunlaşan etnosun bir hissəsinə deyilir. Çox vaxt
milli azlığı etnik azlıq da adlandırırlar. Lakin elə xalqlar da vardır ki, sayca
ölkədə az olmasına baxmayaraq titullu etnos kimi dövlət və ölkə onların adı
il
ə adlandırılır. Məsələn, Qazağıstanda ruslar qazaxlardan çox olmasına
baxmayaraq dövlət Qazax dövləti adlanır. Etnik mədəniyyət etnosların
yaratdığı mədəniyyətdir. Yerli məhdudluq, sərt lokallaşma, nisbətən
m
əhdud sosial məkanda (qəbilə, icma, etnik qrup) formalaşma – həmin
m
ədəniyyətin əsas cizgiləridir. Orada adət, ənənə, nəsildən-nəslə
ötürülmüş vərdişlər hökm sürür. Əgər etnos adamların sosial-mədəni
birliyini göstərirsə, millət isə adamların ərazi, iqtisadi və linqvistik birliyidir.
Onlar sosial struktura v
ə siyasi təşkilata malikdirlər. Milli mədəniyyətin
strukturu etnik m
ədəniyyətdən daha mürəkkəbdir. Etnik mədəniyyətdən
f
ərqli olaraq milli mədəniyyət böyük məkanlarda yaşayan insanları
birl
əşdirir. Burada qan qohumluğu o qədər də vacib deyildir. Milli
m
ədəniyyətin yaranması şəraitində yeni tipli sosial kommunikasiyalar,
yazının meydana gəlməsi, ədəbi dil və milli ədəbiyyatın yaranması ilə
əlaqədardır. Beləliklə, milli mədəniyyət yazılı mədəniyyətin fundamenti
əsasında yaranır. Etnik mədəniyyət yazısız ola bilər. Buna hələ də yazısı
olmayan bir sıra etnosların mədəniyyəti dediklərimizə sübutdur. Adətən milli
m
ədəniyyət əsasən yazı abidələri ilə işləyən filologiya tərəfindən öyrənilir.
Etnik m
ədəniyyət ilə yazıya qədər ədəbiyyatı öyrənən etnoqrafiya və
antropologiya m
əşğul olur.
Dostları ilə paylaş: