Mövzu 9. Kulturologiya və insan kapitalının inkişafı
Öyrənməliyik:
Kulturologiya v
ə insan kapitalının inkişafı;
İnsan kapitalı anlayışının mahiyyəti.
Qloballaşma şəraitində inkişafın vacib amili olan insan kapitalının
keyfiyy
əti və potensialı cəmiyyətin və dövlətin rifahı üçün başlıca əhəmiyyət
k
əsb edir. İnsan kapitalının inkişafına Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev böyük əhəmiyyət verir. Ölkə rəhbərliyi dünyanın ən
yaxşı ali məktəblərində istedadlı Azərbaycan gənclərinin təhsili hesabına,
h
əmçinin Azərbaycanın milli təhsil sisteminin keyfiyyətini yüksəltmək
vasit
əsilə yüksək ixtisaslı mütəxəssislərin ciddi hazırlıq proqramını həyata
keçirir. XX əsrin ikinci yarısından bu fenomenin əhəmiyyəti dərk edilir.
Aliml
ər və siyasətçilər tərəfindən ona diqqət güclənir. Keçən əsrin ikinci
yarısında işlənib hazırlanmış və inkişaf etdirilmiş “insan kapitalı” termini bu
gün geniş şərhə və çoxsaylı ölçülərə malikdir. Bu da onu kulturoloji
anlayışa çevirir. Məlumdur ki, bu gün dünya insan kapitalının əsas hissəsi
inkişaf etmiş ölkələrdə cəmlənmişdir. Bu ölkələrin təcrübəsi göstərir ki,
insan kapitalının formalaşması və inkişafı əhalinin mənəvi mədəniyyət və
h
əyat keyfiyyəti səviyyəsinə qoyulan investisiyalardan birbaşa asılıdır.
S
əmərəli insan kapitalına malik sivil ölkələr üçün fundamental və tətbiqi
elml
ərin yüksək səviyyəsi, insanın yüksək inkişaf indeksi xarakterikdir.
Dostları ilə paylaş: |