AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
AZƏRBAYCANŞÜNASLIQ
TƏDRİS - MƏDƏNİYYƏT MƏRKƏZİ
SADİR MƏMMƏDOV
ERMƏNİLƏR TƏRƏFİNDƏN
AZƏRBAYCANLILARA QARŞI
TÖRƏDİLMİŞ SOYQIRIM
BSU Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsi Elmi
Şurasının 02 aprel 2010-cu il tarixli
qərarı ilə çapa tövsiyə olunmuşdur
(protokol №36 )
BAKI-2010
2
Tərtib edən:
hüquq elmləri namizədi, böyük elmi işçi
Sadir Surxay oğlu Məmmədov
Redaktor:
filologiya elmləri namizədi, dosent
Elşən Əlisa oğlu Şükürlü
Rəyçilər:
tarix elmləri namizədi, dosent
Şirinbəy Hacıəli oğlu Əliyev
fəlsəfə elmləri namizədi, dosent
Qalib Nəcmi oğlu Barxalov
S.Məmmədov. Mart soyqırımı. Bakı, “Kitab aləmi”, 2010. – 16 s .
«Ermənilər
ss
tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım» adlı bu
kitabça gənclərin, dünya ictimaiyyətinin və xarici qonaqların bu sahədə
məlumatlandırılması məqsədilə tərtib olunmuşdur. Kitabçada ermənilərin zaman-
zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımlar rəsmi dövlət arxiv
sənədlərinə, problemlə ilgili elmi mənbələrə istinadən oxucuların nəzərinə
çatdırılır.
4702060000
M
АБ 003035
022-10
© Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè "Êèòàá àëÿìè" Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè — 2010
3
ERMƏNİLƏR TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA
QARŞI TÖRƏDİLMİŞ SOYQIRIM
«Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzaların-
da, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azər-
baycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçiril-
mişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş,
kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv
edilmişdir».
Heydər Əliyev
Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün
bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının
həyatında isə elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ də
gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlu-
matı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə
baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq
üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada
ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri cinayət-
ləri, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətini
araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm
vəzifələrdəndir.
Hər il 31 mart ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıla-
rın soyqırımı günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan
tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı
izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırıl-
masını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixi-
nin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın
31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi
qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş
vəhşiliklər törətmişlər.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət
müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci
4
ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər
Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində verilən fərman erməni
təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli
hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və
gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir
növ, proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı
aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu
tarixi sənəddə martın 31-nin azərbaycanlıların Soyqırımı Günü kimi
qeyd olunması təsbitlənmişdir. Fərmanda deyilirdi: «Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi
keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər
açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri
öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış
səhifələrindən biridir».
Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri,
xalqın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin
dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində
xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı
təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş
soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Tarix boyu
azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-
erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla
Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın hava-
darlığına arxalanaraq, tarixi Azərbaycan torpaqlarını ələ keçirmək,
bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdmüşlər.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı
soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır. Azər-
baycan, Türkiyə və Gürcüstan ərazisində «Böyük Ermənistan»
dövləti qurmağa niyyətlənən ermənilər «Daşnakstyun» (1880, Tif-
lis), «Erməni vətənpərvərləri ittifaqı» (1885, Nyu-York), «Qncaq»
(1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə
yönəltmişdirlər. Sözügedən təşkilatların fəaliyyət proqramında
5
azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata
keçirmək məramı əsas yer tuturdu. 1905–1907-ci illərin Rusiya
inqilabı bu təşkilatların fəaliyyəti üçün «geniş imkanlar» açdı.
Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur
qəzalarında, Qarabağda kütləvi qırğınlar törətmiş, 75 azərbaycanlı
kəndini talan etmişlər.
1905–1907-ci il inqilabından sonra azərbaycanlıların deporta-
siyası və soyqırımı prosesi davam etdirilmişdir. Bunu Rusiya
imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı
ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi
1830–1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil
etmişdir. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin
sayı cəmisi 4,6 dəfə artmışdır. Hətta bu qədər sıxışdırılma və depor-
tasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45
faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olmuşdur.
1914-cü ildə başlanan Birinci dünya müharibəsi və onun
gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin
«Böyük Ermənistan» iddiası üçün əlverişli şərait yaratmışdır. 1915-
ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi
Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi
qırğınlara başlamışdı. Bunun cavabında Osmanlı dövləti erməni
əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr ver-
mişdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə
İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çoxlu sayda erməni
əhalisi də köçüb gəlmişdi. (Bu barədə rəsmi sənədlərə əsaslanan
dəqiq məlumatlar növbəti monoqrafiyada ətraflı şəkildə şərh
olunacaq – S.M.) Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə
Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın
digər bölgələrində azərbaycanlılara divan tutmuşlar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin
Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına
uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən
erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək
yerli müsəlman əhalisinə zülm etmişlər. Nəticədə hələ 1918-ci ilin
6
martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tama-
milə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min Azər-
baycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş,
qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa
məcbur olmuşlar.
Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komis-
sarları Soveti tərəfindən Qafqaz ilşəri üzrə fövqəladə komissar təyin
edilmiş Stepan Şaumyan başçılıq edirdi. Belə bir vəziyyət S.Şaum-
yana cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək üçün
real imkanlar verirdi. Böyük qırğınlara başlamağa yalnız bəhanə
lazım idi: nəhayət, müsəlman əsgərlərin Lənkəranda olan könül-
lülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O,
Lənkərana silah göndərilməsinin qarşısını almaq əmrini verdi. Baş-
lanan atışmalarda ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni
bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı misli
görünməmiş qırğınlar törətməyə sövq etdi.
Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri
gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnak-
lar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər.
Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi xarakter aldı.
Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirildi. Şaumyanın
erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq
əmlakını talan etmiş, müsəlmanların bir çox ziyarətgahlarını
dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa
tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan
«İsmailiyyə»nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-
dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində
ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın,
1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd dar-
madağın edilmiş, 16 mindən çox insan həyatına son qoyulmuşdu.
Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermə-
nilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıt-
mış, Şuşada görünməmiş qırğınlar törətmişdirlər. 1918-ci ilin mart-
aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 100
7
min azərbaycanlı qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqla-
rından qovmuşdular. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı
xüsusi qəddarlıqla öldürülmüşdü. Quba ərazisində 122, Qarabağın
dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211,
Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində heç
nəyə məhəl qoymadan qətliam həyata keçirilmişdi. İrəvan azər-
baycanlılarının çoxsaylı müraciətlərinin birində («Əməkçi» qəzeti
№ 231, 2 noyabr 1919-cu il) bildirilir: «Biz erməni təcavüzkar-
larına qarşı mübarizəyə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar
üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə
bilərdi».
Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı
həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı
özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər
bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və
yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqa-
mətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı olmuş minlərlə
soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzə-
rində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar.
Bu mənada, ümummilli lider Heydər Əliyevin 9 il bundan əvvəl
imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı
çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi
dəyərlərinə, tarixi köklərinə, torpağına və vətənə bağlılığı baxımın-
dan da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsr
ərzində baş vermiş hadisələrə, xalqın faciələrinə obyektiv qiymət
vermək mümkün olmamışdır. Bunun nəticəsində ermənilər ötən
illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, «erməni
soyqırımı» adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə
çalışmışlar. Lakin tarixi faktlar onu göstərir ki, öz havadarlarına
arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr
də, tarix bu faktları çağdaş zəmanəmizə qədər qoruyub saxlamışdır.
Bu mənada azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən
bəzi məqamları oxucuların diqqətinə çatdırmağı zəruri hesab edirik.
8
Odur ki arxiv sənədlərinə əsaslanan bəzi mənbələrə istinadən bir
neçə faktik hadisələrə nəzər yetirək.
Müvafiq məxəzlərlə tanışlıq zamanı ermənilərin
azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumatları oxu-
duqca, insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli həmin əməl sahib-
lərinə qarşı nifrət birə-min artır. Məsələn, Naxçıvanın Əmovu
kəndində törədilən dəhşətli faciələr bu mənfur kütlə tərəfindən
xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım siyasəti idi. Andra-
nikin quldur dəstəsi Azərbaycanın müxtəlif bölgələrində soydaşla-
rımıza qarşı edilən vəhşilikləri Naxçıvanda da törətmişdir. Əmovu
kəndinin başına açılan müsibətlərin yalnız müəyyən qismini qələ-
mə alan G.Məmmədova yazır: «Daşnaklar kəndin altında nəhəng
tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirir-
dilər. Dəstələrə bölünmüş daşnaklar kəndin ətrafında, dağlara üz
tutan qadınları haqlayır, saçlarından tutaraq sürüyə-sürüyə tonqala
gətirir, gücləri çatmayanları elə oradaca baltalayır, doğrayırdılar...».
Ürək ağrısıyla qeydə alınan digər bir məqamda isə deyilir: «Saqqallı
əsgər yapoya (erməni cəlladına verilmiş təxəllüsdür–H.H.) sözünü
qurtarmağa aman vermədi. İti baltanı gəlinin sinəsindən aşağı çəkdi
və körpə isti ana bətnindən yumrulanıb yerə düşdü. Saqqallı süngü
ilə uşağa diqqətlə baxdı, ucadan hırıldadı:
– Mən düz tapmışam. Yapo, bu, əsgər olacaqdı, oğlan
uşağıdır.
Saqqallı əti çimçəşmədən yumurunu süngünün ucu ilə götürüb
tonqala atdı...»
Yuxarıda göstərilən və bundan da dəhşətli hadisələr
minlərlədir. Sual yarana bilər ki, erməniləri türklərin soyqırımına
təhrik edən düşüncə tərzi yaxın illərdənmi formalaşıb? Birmənalı
şəkildə demək lazımdır ki, əlbəttə, yox! Ermənilərin soyqırım
siyasəti əsrlərdən bəri formalaşmış, onun ideya daşıyıcıları isə
ardıcıl şəkildə təbliğatlarını aparmış və onlar üçün əlverişli məqam
yetişdikdə həmin andaca soyqırım hadisələri törətmişlər. Bu ide-
yanın daşıyıcılarından və yeri gəldikdə onu real şəkildə həyata
keçirənlərdən biri əvvəldə qeyd olunduğu kimi məhz S.Şaumyan
9
olmuşdur. Ümumilikdə götürdükdə, məskunlaşma dinamikası haq-
qında tarixi ədəbiyyatlarda kifayət qədər elmi cəhətdən əsaslandırıl-
mış məlumatlar olduğundan, bunun geniş təhlilinə ehtiyac
duyulmur. Lakin erməni-daşnak ideologiyasının uydurma fikirlərinə
cavab olaraq, təkcə onu göstərmək kifayətdir ki, Türkmənçay
müqaviləsinə qədər bu şəhərlərdə ermənilər son dərəcə az olmuşlar
və onları barmaqla saymaq olardı.
Təbii olaraq, türklərin soyqırımını qarşılarına məqsəd kimi
qoyan bu cür ideoloqların sayıqlamaları həmin siyasətin həyata
keçirilməsində çox zaman ermənilərə vasitə olmuşdur. Hesab edi-
rəm ki, rəsmi sənədlərə əsasən bir məqamı da oxucuların nəzərinə
çatdırmaq zəruridir. Məsələn, əlverişli məqamlardan məharətlə
istifadə edən erməni şovinistlərinin 1918-ci ilin mart qırğınlarından
bəhs edən mənbələrin birində (H.Baykara, «Azərbaycan istiqlal
mübarizəsi tarixi») yazılır: «Türklərin mağazaları talan edildi, evlər
yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk
qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif
şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi.
Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı,
Salyan, Kürdəmir, Quba və Lənkərana da hücum etdilər, bu yer-
lərdə də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görün-
məyən cinayətlər törədildi». Bax həmin soyqırımın təşkilatçıları və
onu real şəkildə həyata keçirənlər hadisələr başlamazdan əvvəl,
martın 15-də tapşırıq almışdılar. Çünki 1918-ci il martın 15-də
etdiyi çıxışında S.Şaumyan, guya, ölkədəki vəziyyətdən
narahatlığını bildirərək demişdi: «Bakı Soveti vətəndaş
müharibəsinin Zaqafqaziyada başlıca dayağı və mərkəzi
olmalıdır». Çıxışdakı motivlər onu göstərirdi ki, artıq
azərbaycanlıların soyqırımına başlamağın vaxtı çatıb. Buna
ermənilər tam hazırlıq da görmüşdülər. Planlı şəkildə yerinə
yetirilən proses Bakıdan əvvəl Şamaxıda keçirilmişdir. Tarixi
qaynaqlara və arxiv sənədlərinə əsasən demək olar ki, Novruz
bayramı ərəfəsində Şamaxı əhalisinə dəhşətli divan tutulmuşdur.
1918-ci ilin ilk aylarından başlayaraq hazırlanan soyqırım planını
10
yerinə yetirməyi S.Lalayana tapşırmışdılar. Erməni daşnaklarının
yekdil fikri bu idi ki, Şamaxının müsəlman əhalisi tamamilə məhv
edilməlidir. Şamaxı şəhərində bu qanlı aksiyanı yerinə yetirən
Lalayanın terrorçu quldur dəstəsi eyni vəziyyəti kəndlərdə də
davam etdirdi və şəhərin 58 kəndi xarabazara çevrildi. Hadisələrlə
bağlı 21 oktyabr 1918-ci il tarixli «Azərbaycan» qəzetində ürək
ağrısıyla yazılırdı: «... Biz, Şamaxı əksinqilabçılarının başına nə
gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist «Əmirov və
Lalayev» olmaqla qırmızı sosialist dəstəsi Şamaxıdakı bütün müsəl-
man əhalisini kəsib doğramış, kəndləri dağıtmışdılar. Lalayevin
Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzin-
də gördüklərimiz bütün dəhşətləri kölgədə qoydu».
Gətirdiyimiz iqtibasdan görünür ki, Şamaxıya göndərilən
erməni silahlı dəstələri, guya, əksinqilabçıları cəzalandırmağa gəl-
mişdilər. Lakin onlar, əslində, bu ad altında bütün müsəlman əha-
lisinə divan tutmuşdular. Ermənilərin belə bir siyasət yeridərək
soyqırım niyyətlərini reallaşdırdıqları barədə sonralar N.Nərimanov
yazırdı: «Müsəlman bolşevik olsaydı belə, ona aman vermirdilər.
Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə elə
müsəlman olmağın kifayətdir.». Onlar kefləri istəyən adamı öldü-
rür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında
daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər.
Nəinki kişilərə, hətta hamilə qadınlara belə rəhm etmirdilər».
Statistik rəqəmlər də Şamaxı qırğınlarının hansı qəddarlıqla
törədildiyini əks etdirir. Şamaxı kəndlərində azərbaycanlılara qarşı
törədilən qırğınların göstəricilərinə bir daha diqqətimizi yönəldək.
Cəyirlidə 75, Ərəbqədim kəndində 378, Cəmcəmlidə 26, Qara-
vəllidə 120, Kürdəmirdə 25, Ovçuluda 27, Bağırlıda 370, Təklədə
922, Dilmanda 585, Sulutda 44, Nuranda 117, Sündüdə 250,
Ağsuda 200, Bəklədə 316 nəfər və s. adını çəkmədiyimiz Şamaxı-
nın digər kəndlərində minlərlə günahsız insan vəhşicəsinə qətlə
yetirilmişdir.
Tarixi sənədlərin araşdırılması göstərir ki, S.Lalayan Şama-
xıda törətdiyi qırğınlarla kifayətlənməmiş, ətraf ərazilərdə, o
11
cümlədən Göyçay və Kürdəmir rayonlarında da soyqırım əməllərini
davam etdirmişdir. Kürdəmirdə aparılan istintaq sənədlərində gös-
tərilir ki, Kürdəmiri yandıran və əhalinin əmlakını talan edib
dağıdan ermənilər Şamaxı qəzası tərəfindən gəlmişlər. Ermənilər
«Daşnakstyun» partiyasının rəhbərliyi altında bolşevizm bayrağı
adı ilə milli siyasətlərini həyata keçirirdilər. Erməniləri Kürdəmirə
Stepan Lalayan gətirmişdi. O, müsəlmanlara qarşı törətdiyi
yanğınların, qətllərin və talanların təşəbbüskarı və təşkilatçısıdır.
Kürdəmirdə yaşayan Mövsüm bəy Sadıqbəyov istintaq zamanı
ermənilərin vəhşilikləri barədə belə ifadə vermişdir: «Mən bir neçə
ildir ki, Kürdəmirdə yaşayıram. Əslən Şamaxıdanam, Şamaxı hadi-
sələrindən üç həftə əvvəl mən bura köçmüşdüm. Hələ Kürdəmirdə
yaşadığım vaxt eşitmişdim ki, ermənilər Bakıdan çoxlu silah
daşıyıb gətirmişlər. Müsəlmanlar öz etirazlarını bildirdikdə ermə-
nilər deyirdilər ki, biz özümüzü qorumaq məqsədilə silah toplayı-
rıq... 1918-ci il martın 15-də Meysəri kəndində ermənilərlə müsəl-
manlar arasında ilk toqquşma baş verdi. Ertəsi gün ermənilər və
müsəlmanlar arasında sülh müqaviləsi bağlandı. Əhalidə belə arxa-
yınçılıq yarandı ki, artıq təhlükə sovuşmuşdur. Lakin martın 18-də
Mədrəsə kəndindən Şamaxıya top atəşi açıldı. Tezliklə malakanlar
da müsəlmanlara qarşı çıxış etdilər... Şəhər bütünlüklə dağıdılmışdı.
Bütün bu qırğınların başlıca təşkilatçısı və təşəbbüskarı Stepan
Lalayan, Mixail Arzumanov, Qaraoğlanov olmuşlar».
Son illərdə respublikamız bu sahədə fəaliyyətini gücləndirmiş,
rəsmi sənədlərə əsasən ermənilərə qarşı ədalətli effektiv fəaliyyətə
başlanmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli
fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan
yaratmşdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qada-
ğalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qal-
dırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və
qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də
qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı
12
xalqa miraciətində vurğuladığı kimi: «Biz yalnız tarixi ədalətin və
həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini
yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını
istəyirik. Əminəm ki, Xalqımızın vətənpərvərliyi, milli birliyi və
məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı
törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması
prosesində önəmli rol oynayacaqdır”.
Tövsiyə olunmuş müraciətin nəticəsidir ki, Heydər Əliyev
Fondu soyqırım ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil
etmişdir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və
işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı
ingilis dilində nəşr olunmuş kitab və bukletlər xaricdə yayım-
lanmışdır.
Eyni zamanda, 2009-cu ilin fevralında İslam Konfransı
Təşkilatının Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş
əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə
başlamış “Xocalıya ədalət” kampaniyası ötən bir il ərzində uğurla
davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər
qoşulmuşdur.
Göründüyü kimi, ermənilər tərəfindən azərbaycanlılara qarşı
törədilən soyqırım düşünülmüş plan əsasında mərhələlərlə həyata
keçirilmiş, xalqların dinc-yanaşı yaşamaq prinsipinə daim sadiq
qalan soydaşlarımız isə bu cür faciələrin heç vaxt baş
verməyəcəyinə inanaraq bəşər tarixində görünməyən fəlakətlərə
düçar olmuşlar. Bu gün dünya ictimaiyyətinin hər bir üzvü, xüsusilə
hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu
faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi
bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə veriləcək
qiymət isə bu problemi tarixi faktlara əsasən dünya ictimaiyyətinə
çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.
16
SADİR MƏMMƏDOV
ERMƏNİLƏR TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA
QARŞI TÖRƏDİLMİŞ SOYQIRIM
×àïà èìçàëàíûá: 16.06.10
Ôîðìàò: 60õ84 1/16, Ñèôàðèø 022. Òèðàæ 100.
Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè
Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè
«Êèòàá àëÿìè» Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè
Öíâàí: Áàêû, Ñ.Ðöñòÿì 25.
Dostları ilə paylaş: |