birinci tip strukturların təhlili Rusiya milli iqtisadiyyatının inkişaf sürətinə təsir göstərən mənfı amillərdən biri ölkənin əsas istehsal fondlarının fıziki və mənəvi cəhətdən sürətlə köhnəlməsidir. 2002-ci ildə Rusiya sənayesində əsas fondların köhnəlmə dərəcəsi 53%, o cümlədən maşınqayırmada - 55%, neftçıxarmada - 55%, kimya və neft-kimya sənayesində -57% təşkil etmişdir. 1990-cı ildə sənayenin əsas fondlarının yeniləşmə əmsalı 6,9%- dən 1,8%-ə, maşınqayırmada - 6,6%-dən 0,8%-dək enmişdir.
Əsas fondların köhnəlmə dərəcəsi barədə bu məlumatları yaranmış vəziyyətin dəyişməsinin potensial imkanlarını səciyyələndirən göstəricilərlə tamamlamaq lazımdır.
2000-ci ildə sənaye istehsalı 1990-cı ildəkinə nisbətən 37% aşağı düşmüşdür. Bu zaman yanacaq sənayesi məhsulu - yalnız 20%, əlvan metallurgiya - 24%, qara metallurgiya məhsulu isə 26% olmuşdur. Eyni zamanda maşınqayırma məhsulu 43%, yüngül sənaye məhsulu 6 dəfə azalmışdır. 1990-cı ildəkinə nisbətən 2001-ci ildə metalkəsən dəzgahlar istehsalı 11 dəfədən çox, dəmirçi-press maşınları istehsalı - 23 dəfə, turbin istehsalı - 3 dəfədən çox, traktor istehsalı -23 dəfə, toxuculuq dəzgahı istehsalı 60 dəfə azalmışdır.
Bu məlumatları struktur təhlil mövqelərindən şərh edək. Əgər struktur -proporsiyalar və münasibətlər deməkdirsə, aşağıdakı nəticələri çıxarmaq olar:
Proporsiyalar:
Rüsiya sənayesinin baza sahələrinin əsas istehsal fondlarının yarısından çoxu istehsal vasitələrinin keyfıyyəti barədə müasir anlayışlara uyğun deyildir;
milli iqtisadiyyatın yanacaq-xammal (o cümlədən ixracat) yönümlü olması davam edir;
milli iqtisadiyyatın baza sahələrinin təchizatı üçün nəzərdə tutulmuş maşınların və texnoloji avadanlığın buraxılışı xeyli azalmışdır.
Münasibətlər:
sənayenin əsas fondlara ölkənin və ya xarici ölkələrin mühüm investisiyaları olmadan milli iqtisadiyyatın rəqabət qabiliyyətini təmin etmək əslində qeyri-mümkündür;
milli iqtisadiyyatın çox mühüm sahəsində - maşınqayırmada əsas fondlar praktik olaraq yeniləşmədiyinə görə, həmçinin 10 il ərzində maşınqayırma və avadanlıq istehsalının həcmi xeyli azaldığına görə milli iqtisadiyyatın bütün qalan baza sahələrində avadanlıq parkının sürətlə təzələnməsini (prioritet investisiyalar olmadan, yaxud texnoloji avadanlığın idxalı intensivləşdirilmədən) gözləmək olmaz;
Rusiya iqtisadiyyatının istehsal aparatının müasir vəziyyətində ölkədə istehsalın rəqabət qabiliyyətini artırmaq yəzifəsi həyata keçirilə bilməz.
Beləliklə, biz köhnəlmiş əsas fondların payı, sənayedə və xüsusən maşınqayırmada istehsalın sürətinin aşağı düşməsi kimi proporsiyaların, habelə milli iqtisadiyyatın baza sahələrinin vəziyyəti ilə onun istehsal aparatının sürətlə inkişaf etməsi məsələsi arasında meydana çıxan münasibətləri müəyyənləşdirərək belə qənaətə gəlmişik ki, xarici və daxili investisiya siyasətini, yəni Rusiya milli iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi probleminin həllinə münasibəti dəyişmək lazımdır.