3. Milli iqtisadiyyatın növləri və təşkilati formalar Müxtəlif ölkələrin qanunvericiliyində müəssisələrin dəqiq təşkilatı - hüquqi formaları nəzərdə tutulmuşdur. Bu formaların çox tərəfli olmasına baxmayaraq onları, müəssisə mülkiyyətinə sahib olmaq və sərəncam vermək, gəlirin bölgüsünü həyata keçirmək baxmından müəyyən sayda məhdud kateqoriyalarda təsnifləşdirmək olar.
Belə kateqoriyalara aiddir:
fərdi xüsusi müəssisə - sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən, kapitala malik olan və ona sərəncam verən, gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisədir;
xüsusi kooperativ (pay) müəssisə - bir qrup sahibkar kapitalın mülkiyyətçisidir. Onlar müxtəlif formada sərəncamverici və bölüşdürücü funksiyaları həyata keçirirlər;
müxtəlif formalı səhmdar kompaniyaları - kapitala sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalaşır;
dövlət müəssisəsi - mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir.
qarışıq müəssisə - kapital, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalaşır. Sərəncamverici və bölüşdürücü funksiyalar uyğun razılaşma (nizamnamə) və xüsusi qanunlarla reqlamentləşdirilir;
transmilli kompaniyalar - kapitalın formalaşdırılmasmı, sərəncamverici və bölüşdürücü funksiyaları dövlətlərin siyasi birliyi və ya iqtisadi orqanların tərtib etdikləri hüquqi-normativ aktlar əsasında həyata keçirir.
Müəssisələrin dəqiq iqtisadi-təşkilati formaları RF-nın Mülki məcəllələrində təsbit olunmuş və «Müəssisənin iqtisadiyyatı» kursunda öyrənilir.
Müəssisənin bu və ya digər təşkilati-hüquqi formaya mənsubluğu ilə yanaşı, müəssisələrin fəaliyyət prosesinin xüsusiyyətlərinə görə də differensiallaşdırılması da nəzərə alınmalıdır. Çünki, belə differensiallaşma müəssisənin sahə mənsubluğunu müəyyən edir. İlk növbədəhazır məhsulun yaradılmasında istehsal tsiklinin tamlılıq dərəcəsindən asılılığı xüsusiyyətinə diqqət yetirək.
İstehsalın ixtisaslaşması ictimai əmək bölgüsünün istifadə olunmaqla bir müəssisə çərçivəsində oxşar məhsulların istehsalının təmərküzləşməsidir. İstehsal prosesinin ixtisaslaşma mərhələsindən asılıdır: məhsulun istehsal-texnoloji ümumiliyi və məhsula tələbatdan asılı olaraq onun istehsalı miqyası. İstehsal-texnoloji ümumilik məhsulun təsnifatlaşdırılması vasitəsilə aşkar edilir və nəticədə məhsulun cinsi, sinfi, növü, müxtəlifliyi, tipi, ölçüləri müəyyənləşdirilir. İstehsal ümumiliyi dərəcəsi, məhsulun cinsindən tipik ölçülərin seçilməsi imkanlarından asılı olaraq artır.
Beləliklə, məhsul sinfi üzrə ixtisaslaşmış müəssisəyə nisbətən, tipik məhsul üzrə ixtisaslaşmış müəssisələrdə mütərəqqi texnikanın istifadəsi üçün daha əlverişli şərait mövcud olur. Təbiidir ki, bu zaman istehsal miqyasının iqtisadi effektliyi və yeri nəzərə alınmalıdır.
Milli iqtisadiyyatın müxtəlif sahələrinin istehsal prosesinin müəyyən özünə məxsusluğu mövcuddur. Elə sahələr vardır ki, istehsal prosesi fasiləsizdir və onu ayrı-ayrı elementlər üzrə differensiallaşdırmaq qeyri-mümkündür (məs. kimya və metallurgiya sənayesi). Bununla yanaşı elə diskret istehsal prosesləri də vardır ki, məhsul istehsalı prosesinin ayrı-ayrı elementləri müxtəlif müəssisələrdə həyata keçirilir (məsələn, maşınqayırma sənayesi). Belə sahələr arasında kooperasiya əlaqələri geniş tətbiq olunur. Bu əlaqələrin obyekti ayrı-ayrı hissələr, yarımfabrikatlar ola bilər ki, bu halda müəssisənin bir hissəsi bu elementlərin istehsalı, digər hissəsi quraşdırma üzrə ixtisaslaşmış olur. Bununla yanaşı kompleks müəssisələrdə mövcuddur ki, elementlərin istehsalı və quraşdırılmasmı vahid tsikldə həyata keçirilir.
Son məhsul istehsalında iştirak edən müəssisə ilə yanaşı ona xidmət edən infrastruktur sahələri də vardır. Bunlar, təmir, alət, nəqliyyat və enerji müəssisələridir ki, informasiya təminatını və müxtəlif yoxlama funksiyalarını yerinə yetirirlər.
Beləliklə, milli iqtisadiyyatda ixtisaslaşma səviyyəsi və formasına görə müxtəlif müəssisələr fəaliyyət göstərirlər. Müəssisələrin ixtisaslaşması dərinləşdikcə, kooperasiya əlaqələri mürəkkəbləşir və genişlənir, bununla bahəm müəssisələrin qarşılıqlı əlaqələrinin dərəcəsi də yüksəlir. Bu qarşılıqlı əlaqələr məhsulun istehsalı və bazara çıxarılması xərclərinə müxtəlif təsir göstərir. Bir tərəfdən ixtisaslaşmış müəssisələrə də kooperasiya yolu ilə hazır məhsulun elementlərinin istehsal xərcləri azalırsa, digər tərəfdən, son məhsul istehsal edən və onun bazara çıxarılmasını təşkil edən müəssisənin xərcləri artır. Deməli, kooperasiya əlaqələrinə daxil olan iqtisadi subyektlərin idarə edici qərarlarının qəbul edilməsi satışarası xərclərin və dəyişilmələrin (transformasiya) dinamikasının dəqiq təhlili ilə müşayiət olunmalıdır, bunlardan birincisi (satışarası xərclər) bazardakı işlə, məhsul alıcısının axtarılması, müqavilələrin bağlanması və s. funksiyaların yerinə yetirilməsi ilə əlaqədardırsa, ikincisi, birbaşa məhsul istehsalı ilə əlaqədardır. Bu problemin geniş müzakirəsi “İnstitutsional iqtisadiyyat” kursunda aparılmışdır.
Nəhayət, müəssisələrin mühüm fərqlərə malik qruplar üzrə təsnifatı üçün son dərəcə zəruri olan bir əsas da vardır, bu müəssisələrin innovasiyalı inkişaf strategiyasına meylli olmasıdır. Bu əsasa görə müəssisə yenilikçi (novator) və təqlidçi (imitator) kimi qiymətləndirilə bilər. Birinci kateqoriyaya yenilikləri ilk reallaşdıran müəssisələr, ikinciyə isə bu yeniliyi təqlid edən müəssisələr aiddir. Belə bölgü müəssisələrin həyatiliyini, dəyanətliliyini, xarici mühitin şəraitinə uyğunlaşmasını, proqnozlaşdırmağa, daha müfəssəl desək, onun rəqabət qabiliyyətli potensiala malik olmasını müəyyən etməyə imkan verir.
R.Nelson və S. Uinter yenilikçi firmaların digərlərinə nisbətən daha üstün inkişaf etməsinNəhayəti aşkarlamış E. Mensfildin əldə etdiyi nəticələri misal gətirirlər. Onlar qeyd edirlər ki, yenilikçi (novator) müəssisələr (firmalar) müəyyən dövrlərdə öz üstünlüklərini saxlaya bilirlər, lakin zaman ötdükcə bu üstünlük yoxa çıxır. Görünür bu onunla əlaqədardır ki, təqlidçi (imitator) müəssisələrin (firmaların) yenilikləri üstələyə bilən geniş təqlid imkanları vardır.
Bu qayda ilə digər tədqiqatların nəticələri uyğunlaşdırılır. Çünki, yeniliklər baha olduğu halda onu kiçik müəssisələrə nisbətən iri müəssisələr yeni texnologiyaları daha tez tətbiq edə bilirlər.
Bununla əlaqədar “Şumpeter hipotezası” aktual səslənir: əhəmiyyətli bazar hökmranlığına malik olan iri firmaları əhatə edən bazar strukturu, elmi-texniki tərəqqinin tezləşdirilməsi üçün cəmiyyətin ödədiyi dəyərə malikdir (Şumpeter, 1995).
Milli iqtisadiyyatda ayrı-ayrı müəssisələrlə yanaşı müxtəlif formada müəssisələr birliyi də (ittifaqı) fəaliyyət göstərir: inteqrallaşmış biznes-qruplar (İBQ). İBQ dedikdə müəssisə və təşkilatlar məcmuu nəzərdə tutulur. Bu birliyin fəaliyyətinin xətləndirilməsi sələm kapitalı və əmtəə bazarının adi kontraktları çərçivəsindən kənara çıxsa da ayrı-ayrı iqtisadi subyektlər və qrupdakı müəssisələr üzrə tərəf müqabillik statusu saxlanılır (hüquqi və ya sərbəst müəssisə və təşkilatlar). Bu qrupların meydana çıxmasında məqsəd, ona daxil olan müəssisələrin beynəlxalq və daxili bazarda rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.
İBQ-nin əsas təşkilati-təsərrüfatçılıq formasına bir tipli struktura malik olan iri kompaniyalar aiddir: xoldinq kompaniyaları, onların nəzarətində olan müəssisələr: maliyyə sənaye qrupları (MTC); industrial təşkilatlar şəbəkəsi (İTŞ). Bu formaların hər biri müxtəlif dərəcəli inteqrasiyanı nəzərdə tutur. Buna görə də müəssisənin bu və ya digər qrupa daxil olması zamanı risk və xeyri dəqiq təhlil edilməlidir. İBQ də müntəzəm əsasda fəaliyyət göstərən xətləndirici mərkəz yaradılır. Qruppanın ayrı-ayrı iştirakçıları da bu mərkəzin rolunu ifadə edə bilər; İBQ kompaniyasına daxil olan prezidentlər klubu (top menecerlər). İBQ-nin fəaliyyəti müxtəlif üsullarla tənzimlənə bilər: əmlak əlaqələri əsasında; xidmət və resurslar üzərində nəzarətin təkmilləşdirilməsi əsasında; qrup üzvlərinin səlahiyyət hüquqlarının mərkəzləşdirilməsi konsulu əsasında.
Bu və ya digər birliyə daxil olan, həmçinin sərbəst fəaliyyət göstərən müəssisələr ölkənin müxtəlif regionlarında yerləşə bilər ki, bu da öz vəzifəsini həyata keçirməsi prosesinin digər müəssisələrlə qarşılıqlı əlaqədə olması zərurəti ilə şərtlənən kooperasiya xərclərinə təsir göstərə bilər. Beləliklə, belə qənaətə gəlmək olar ki, milli iqtisadiyyat çoxtərəfli sistemə malikdir. Bu sistemdə qiymət mexanizminin fəaliyyəti ilə bağlı satışlararası xərclərin mövcudluğu eyni zamanda fəaliyyət göstərir. Bu müəssisələrin (firmaların) formaları aşağıdakılarla fərqləndirilir:
təşkilati-hüquqi formalarla;
istehsal profilini müəyyənləşdirən sahə mənsubluğu, müəssisənin ölçüsü, istehsalın ölçüsü və istehsal-texnoloji xüsusiyyəti ilə;
əmtəə və xidmətlər istehsalının ixtisaslaşma forması və onunla şərtlənən məhsulun hazırlıq dərəcəsi ilə;
müəssisənin təşkilati-istehsal strukturu ilə;
müəssisənin müəyyən innovasiyalı strategiyasına meylliyi ilə;
bu və ya digər birliyə mənsubluğu ilə;
ölkə ərazisində yerləşməsinə görə;
Nəticə İqtisadi, siyasi və sosial inkişafın strateji məqsədlərini həll etmək, milli, o cümlədən, iqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkənin iqtisadi qüdrətinin başlıca meyarı milli sərvətdən istifadə dərəcəsi hesab olunur.
Bu strateji məqsədlərə çatmağın başlıca vasitəsi dövlətin investisiya siyasətinin həyata keçirilməsidir. Bu siyasətin əsasında təhsilin, elmin, bütün sosial sfera sahələrinin prioritet inkişafı, milli iqtisadiyyatın, onun sahələr və müəssisələrində daxili və xarici əmtəə bazarlarında istehsal amillərinin yüksək rəqabət qabiliyyətinin daima təmin etmək vəzifəsi durur. Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası ölkənin iqtisadi qüdrətinin mühüm stimulu olmaqla onun beynəlxalq miqyasda rəqabət mövqelərini, bazarlarda əlavə dəyərin yüksək səviyyəsi ilə xarakterizə olunan elmtutumlu məhsullarla iştirakını təmin edir. Ölkə daxilində və xaricində mövcud vəziyyətin daimi monitorinqinin aparılması və mümkün ola bilən potensial təhlükənin və nəticələrinin kompleks təhlili bu təhlükələrin aradan qaldırılması və məhdudlaşdırılması probleminin effektiv həllinə sistemli yanaşmanın zəruri şərtidir. İqtisadi təhlükəsizliklə bağlı təhdidlərinin qarşısını almağın əsas prinsipi bu problemin həlli ilə məşğul olan bütün strukturların fəaliyyətinin koordinasiya edilməsidir. Bu cür koordinasiya məhdud intellektual resurslardan əlavə sinergetik effektin alınmasının mühüm mənbəyidir. Stimullaşdırıcı institusional sistemin formalaşdırılması vasitəsilə milli iqtisadiyyata dövlətin təsiri iqtisadi agentlərin təbii cəhdlərinin ictimai nemətlərdən mənfəət əldə olunmasına istiqamətlənməlidir.
Strateji məqsədlərin federal, regional və ayrı-ayrı iqtisadi agentlər səviyyəsində uzlaşdırılması dövlətin iqtisadi fəaliyyətdə daha səmərəli iştirakının mühüm vasitəsidir.