TƏLƏBƏ __________ İmanov Emil Rasim oğlu (imza) soyadı, adı, atasının adı
ELMİ RƏHBƏR __________ b/m Rəhimova Məlahət Firqət qızı (imza) soyadı, adı, atasının adı MİNGƏÇEVİR 2019 Mündəricat Giriş.................................................................................................................3
Milli iqtisadiyyat anlayışı və onun məzmunu.................................................4
Milli iqtisadiyyatın struktur təhlilinin bəzi cəhətləri.....................................11
Milli iqtisadiyyatın növləri və təşkilati formaları.........................................19
Nəticə........................................................................................................
İstifadə olunmuş ədəbiyyat.......................................................................
Giriş Hər hansı bir ölkə daxilində iqtisadi fəaliyyətin özünəməxsusluğu çoxlu amillərlə şərtlənir: təbii resursların mövcudluğu və müəyyən iqlim şəraiti ilə Milli sərvətin kəmiyyəti və cəmiyyətin demoqrafik quruluşu ilə, Milli mentalitetin xüsusiyyətləri ilə, dövlət, siyasi və ictimai quruluşun xüsusiyyətləri ilə.
Bununla yanaşı hər bir ölkənin iqtisadiyyatı, başqa sözlə, onun Milli iqtisadiyyatı bütün dünya iqtisadiyyatı üçün xas olan çoxlu ümumi cəhətlərə malik olmaqla, əsasən ümumi iqtisadi qanunlar əsasında inkişaf edir. Bunları heç bir hökmran elitanın «siyasi idarəsi» təxirəsalmaq iqtidarında deyil. Hər hansı qısa bir müddətdə bu qanunlara qarşı durmaq cəhdi iqtisadi proseslərin gedişini səhv yola apara bilər. Çoxəsrlik tarixi təcrübə göstərir ki, uzunmüddətli perspektivdə iqtisadi qanunlar özünü büruzə verir və iqtisadi fəaliyyət həmin qanunların tələbinə uyğun onları istiqamətləndirməklə həmin hüdudlarda və həmin qaydalarda fəaliyyət göstərir. Rusiyanın iqtisadiyyatı bu qaydalardan müstəsnalıq təşkil etmir.
İqtisadi tarix kursunda Amerika, Asiya və Avropa ölkələrinin iqtisadiyyatının inkişaf problemləri ətraflı tədqiq olunmuşdur. Bu kursda Rusiyanın milli iqtisadiyyatının formalaşması və inkişafının tarixi meyllərinin tədqiqinə diqqət yetirilir.
Ölkə üçün hakim elitanın fikrinə uyğun olaraq ölkədə həyata keçirilən iqtisadi qaydanın hansının daha münasib olması sualına cavab verməzdən əvvəl ən azı iqtisadi dəyişikliklərin müxtəlif istiqamətlərinin mümkün ola bilən nəticələrini proqnozlaşdırmaq lazımdır.
Kurs işi mündəricat, giriş, üç plan, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Kurs işinin birinci planında milli iqtisadiyyat anlayışı və onun məzmunu açıqlanmışdır.
Kurs işinin ikinci planında milli iqtisadiyyatın struktur təhlili və onun bəzi cəhətləri haqqında bəhs edilir.
Kurs işinin üçüncü planında milli iqtisadiyyatın növləri və onun təşkilati formalarından bəhs edilmişdir.