Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti


Milli iqtisadiyyatın struktur təhlilinin bəzi cəhətləri



Yüklə 198 Kb.
səhifə4/9
tarix27.01.2023
ölçüsü198 Kb.
#81126
1   2   3   4   5   6   7   8   9
kurs işi makro

2. Milli iqtisadiyyatın struktur təhlilinin bəzi cəhətləri
Struktur öz təbiətinə görə bir çox müxtəlif elementar hissələrdən ibarət olan mütəşəkkil vahidlərin qaydaya salınması üsuludur (R.Barr, 1994).
İqtisadi vahidin strukturu müəyyən şəraitdə və müəyyən məqamda bu vahidin vəziyyətini əks etdirən kateqoriyaların məcmuyudur. Belə kateqoriyalara aşağıdakılar aiddir:

  • proporsiyalar, yəni nəzərdən keçirilən iqtisadi vahidi təşkil edən elementlərin nisbi kəmiyyəti və əhəmiyyəti;

  • bir tərəfdən, vahidi təşkil edən elementlər arasında, digər tərəfdən isə bu vahidlə digər iqtisadi vahidlər arasında qurulan münasibətlər.

İqtisadi təhlilə məruz qalan strukturların iki tipi fərqləndirilir:

    1. sözün xüsusi mənasında iqtisadi strukturlar: onlar sadə və kompleks iqtisadi vahidlərin fəaliyyətini səciyyələndirir;

    2. "çərçivə" strukturları: onlar iqqtisadi fəaliyyətin ətraf mühitini təşkil edir.

Strukturların birinci tipi çərçivəsində aşağıdakılar öyrənilir:

  • ailə təsərrüfatları - təsərrüfatda məhsuldar qüvvələrin

bölüşdürülməsi, ailə gəlirinin tərkibi və s.

  • firmalar - texniki və ya məhsuldar kapitalın (əsas və dövriyyə) tərkibi; işçi qüvvəsi heyəti (ixtisaslı fəhlələr, ustalar, menecerlər, mühəndis-texnik işçiləri və s.); pul kapitalının tərkibi (səhmlər, istiqraz vərəqələri və s. qiymətli kağızlar); firmanın müəssisələri arasında istehsalın bölüşdürülməsi; istehsalın yerli, milli və ya beynəlxalq bazarlara yönəldilməsi;

  • kompleks vahidlər - qruplar, sektorlar, fəaliyyət sahələri, ölkələr, fövqəlmilli birliklər.

İkinci tip strukturlar çərçivəsində aşağıdakılar təhlil olunur:

  • demoqrafik strukturlar -yaş piramidaları, aktiv və qeyri-aktiv əhali arasında nisbət; doğumla ölüm arasında nisbət;

  • sosial strukturlar - həyat səviyyəsinə (təhsilin, gəlirin və alıcılıq qabiliyyətinin, məşğulluğun, mənzillə təminatın və s. səviyyəsinə) görə ölkələr arasında nisbət;

  • institusional strukturlar - müxtəlif səviyyəli (federal, regional, bələdiyyə) hakimiyyət orqanlarının müvafıq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş - siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;

  • mental strukturlar - ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti.

İqtisadi struktur müxtəlif parametrlərin köməyi ilə təhlil olunur. Bu parametrlərin məcmuyu təhlil obyektindən asılıdır. Bununla birlikdə struktur iqtisadi təhlil prinsipləri bütün obyektlər üçün bir olmalıdır. Belə prinsiplərə aşağıdakıları aid etmək olar:

  • komplekslilik - istər sadə, istərsə də kompleks struktur bölmələr və bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsi;

  • müqayisəlilik - milli iqtisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;

  • dinamiklik-ayrı-ayrı bölmələr və bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi.


Yüklə 198 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin