Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti


Milli iqtisadiyyat anlayışı və onun məzmunu



Yüklə 198 Kb.
səhifə2/9
tarix27.01.2023
ölçüsü198 Kb.
#81126
1   2   3   4   5   6   7   8   9
kurs işi makro

Milli iqtisadiyyat anlayışı və onun məzmunu

Milli iqtisadiyyat institusional sistemlə tənzimlənən, bu ölkədə təşəkkül tapmış iqtisadi, siyasi (dövlət) və ideoloji (ictimai) qaydalara cavab verən, sahə və regional mühitlərdə strukturlaşdırılmış ölkə miqyaslı iqtisadi fəaliyyətdir.
Dünya iqtisadi sistemində vəziyyətini müəyyən edən milli iqtisadiyyatın inkişaf səviyyəsi əhalinin həyat keyfiyyətinin yüksək səviyyəsini təmin etmək, ölkənin milli təhlükəsizliyinin və beynəlxalq əmtəə, xidmət və kapitallar bazarlarında rəqabətə davamlığını təmin etmək məqsədilə milli sərvətdən istifadə dərəcəsi ilə qiymətləndirilir.
Milli iqtisadiyyatın belə müəyyən edilməsi bir sıra spektr sualları üzə çıxarır;

  1. «Milli» termin adı altında nəyi başa düşmək lazımdır?

  2. Bu kurs kontekstində «iqtisadiyyat» termini altında nə başa düşülür?

  3. Sahə və regional məkanında iqtisadi fəaliyyətin strukturlaş- dırılması nəyi göstərir?

  4. İnstitusional sistem altında nə başa düşülür?

  5. «Qayda» kateqoriyası, xüsusilə iqtisadi, siyasi, ideoloji qayda nəyi göstərir?

  6. Milli sərvət altında nə başa düşülür?

  7. Həyatın keyfəiyyəti dedikdə nə başa düşülür və onun səviyyəsini necə müəyyən etmək olar?

  8. Milli və xüsusilə də iqtisadi təhlükəsizliyə nə daxildir?

  9. Ölkənin rəqabətə davamlılıq səviyyəsi nə ilə müəyyən edilir?

Bu və başqa suallara cavablar əsasən bizim fənnimizin məzmununu təşkil edir. Bu fəsildə biz indiki dövrə qədər «milli iqtisadiyyat» anlayışına müxtəlif yanaşmalarla son qoyaraq ümumi, konseptual əsaslarla bu anlayışla bağlı məsələlərin üzərində dayanacayıq. Qalan məsələlər isə sonrakı fəsillərdə müzakirə predmeti olacaqdır.
«Milli» terminin şərhi.
Milliyyətin təyin edilməsinin iki yanaşması mövcuddur (latın dilində natio-əhali); 1) tarixən yaranmış insanların birlik forması; 2) ölkə, dövlət.
İqtisadi fikirlər tarixi belə bir qənaətə gəlməyə əsas verir ki, iqtisadçıların «millət» anlayışa münasibəti daim dəyişilmişdir. Belə ki, D. Rikardo milləti iqtisadi fəaliyyətin xarakterini müəyyən edən təbii amillərə, qeyri-bərabər məhsuldarlığa malik torpaqlara aid coğrafi mühit kimi müəyyən edirsə (Portuqaliya şərab istehsal edir, Böyük Birtaniya-parçalar) S. Millisə milləti daxilində sürətli istehsal amilləri olan, lakin onun sürəti dövlət sərhəddi daxilində məhdudlaşan region kimi şərh edir. F. Perrunun tərifinə görə millət dövlətə tabe olan, təkbaşına idarəetmənin dövlət məcburiyyətinə malik fərd və ya qrupların məcmuudur.
R. Barr bizim kursun kontekstinə daha çox uyğun gələn, daha yüksək səviyyədə - «millət» iqtisadi kateqoriya kimi, yəni millətin iqtisadi konsepsiyası kimi daha mürəkkəb tərif verir. (Barr R. 1994);

  1. millət-öz təbiətinə (kənd təsərrüfatı, sənaye və s.), öz mənşəyinə (fərdi, dövlət və başqa müəssisələr), öz xarakterinə (kapitalist, qeyrikaptalist və b.), fəaliyyət sərvətinə görə (rəqabət, inhisar və s.) fərqlənən iqtisadi fəaliyyət mərkəzidir;

  2. millət-əhəmiyyəti və təsiri coğrafi və siyasi mühitdən kənara çıxan qüvvələr mərkəzidir;

  3. millət-iqtisadi, siyasi və mənəvi amillərə görə imtiyazlı birləşmiş mərkəzdir.

Millətin iqtisadi konsepsiyasına dair R. Barrın qeyd etdiyi bu xarakterik əlamətlər böyük rus tarixçisi V.O. Klyuçeviskinin irəli sürdüyü millətin tarixi konsepsiyasına daha çox yaxındır.
Rus tarixinə dair mülahizələrin tam kursunda V.O.
Klyuçeviski millətlərin formalaşması prosesini təhlil edərək yazır: «Mən məlum antropoloji irqlərdən- ağ, qara-qəhvəyi, qəhvəyi və sair» hansı ki, onların mənşəyi hər halda yalnız yerli fiziki təsirlərlə əlaqələndirmək olmayan demirəm; fikirləşirəm ki, xalq temperamenti adlandırdığımız amillərin məcmuundan ibarət və məlum ətraf mühitin təsiri altında insan kütləsində təkmilləşən, əsasən məişət şəraiti və mənəvi xüsusiyyətlərdir. Xarici təbiət ölkənin təbiəti kimi tarixi həyatda özünü göstərir, hansı ki, burada məşhur insan cəmiyyətləri yaşayır və o insanların məişət və mənəvi anbara təsir edən güc kimi görünür (V.O. Klyuçeviski 2002, I cild, səh.16.). Daha sonra; tayfa törənərək qəbiləyə çevrilir, hansı ki, onun genetik əlaqəsi dilin vahidliyi ilə ifadə olunur, ümumi adətlərə və rəvayətlərə görə bölgü, birləşmə və assimilyasiyası ilə əlaqədar, habelə bu etnoqrafik əlaqələrə əxlaqi, vahid mənəvi idrak, ümumi həyat tərbiyəsi, məcmu fəaliyyət, tarixi talelərin və mənafelərin birliyi nəticəsində qəbilədən xalq əmələ gəldi. Nəhayət, milli vahidlik hissiyyatı siyasi əlaqələrdə, yuxarı hakimiyyətin və qanunun vəhdəti və başqa əlaqələrdə əldə edilir, onda xalq dövlətə çevrilir. Dövlətdə xalq yalnız siyasi yox, həm də az-çox milli xarakterli və öz dünya baxışlarına malik tarixi şəxsiyyətə çevrilir.
Beləliklə, millət (dövlət) spesifik iqtisadi, geopolitik və mənəvi keyfiyyətlərə malik, onu başqa millətlərdən fərqlənən, onlarla qarşılıqlı fəlaiyyətini zəruriliyinə aparan, həm tarixi, həm də iqtisadi kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir.


«İqtisadiyyat» termininin şərhi.
Müasir dünyada iqtisadiyyat anlayışının üç şərhi (yunan dilində oikonamike-ev təsərrüfatının idarə edilməsi incəsənəti) varıdır;

  1. istehsal münasibətlərinin məcmuu;

  2. rayonun, ölkənin, ölkə qruplarının və ya bütün dünyanın və ya onun müəyyən hissəsinin - istehsal sahələri və növləri təsərrüfatı;

  3. funksional və ya sahə iqtisadi münasibətlərinin istiqamətlərini öyrənən elm sahəsidir.

Öyrəndiyimiz kursda iqtisadiyyat sözü altında ölkənin təsərrüfatı, onun tərkibi, strukturu, bu təsərrüfatın yarı-ayrı elemenlərinin qarşılıqlı əlaqələrini başa düşəyəcəyik. Burada milli iqtisadiyyat ölkənin xalq təsərrüfatıdır. Burada bəzi də- qiqləşdirmələr aparmaq lazımdır.
İş ondadır ki, əgər ölkənin xalq təsərrüfatına iqtisadiyyatı idarə edən mərkəzi orqanlardan tutmuş ayrılıqda götürülmüş müəssisəyə qədər idarəetmə ierarxiyasiyasmm bütün idarəetmə səviyyələrində iqtisadi fəaliyyətə dair strateji, xüsusilə də taktiki qərarlar qəbul edən, vahid mərkəzdən idarə olunan iqtisadi agentlər kopleksi kimi baxsaq, onda, yalnız ölkə səviyyəsində yox, həm də ayrı-ayrı agentlər səviyyəsində sərfəli qərarların seçiminə necə deyərlər, xalq təsərrüfatı yanaşılması təbii hal alır. Həm strateji, həm də taktiki qərarları qəbul etmək üçün xalq təsərrüfatı xərclərinin minumumlaşdırılması meyarından istifadə etmək zəruriyyətinə dair ideya, bu yanaşmanın əsasında dayanır. Bütün qərarların mərkəzdən qəbul edildiyi şəraitdə redistributiv iqtisadiyyat üçün bu cür yanaşma təbiidir.
Ancaq bazar iqtisadiyyatı şəraitində hər bir agentin başqa meyarlara (qəbul olunan mənfəət səviyyəsinə nail olmağa çalışmaq, xüsusi müəssisənin yaşamasını təmin etmək, müəssisənin rəqabət üstünlüklərini qoruyub saxlamaq və s.) istinad edirsə xalq təsərrüfatı yanaşma meylini, xüsusilə də taktiki xarakterili meyillərin tətbiq edilməsi qeyri-realdır.

Yüklə 198 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin