İkinci tip strukturların təhlili Müasir Rusiyanın ən kəskin problemi əhalinin əksəriyyətinin həyat səviyyəsinin aşağı olaraq qalmasıdır. 2003-cü ildə Rusiya vətəndaşlarının 32 milyon nəfərinin, yaxud bütün əhalinin 22,5%- nin adambaşına gəliri yaşayış minimumundan aşağı olmuşdur. Özü də federasiyanın İvanovo vilayəti, İnquşetiya və bəzi digər əyalətləri kimi subyektlərində adambaşına düşən orta gəlir bu region üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olmuşdur.
Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində əhalinin yoxsulluq səviyyəsi Rusiyadakından bir neçə dəfə aşağıdır. Rusiyada əhalinin 23%-nin yoxsulluq səviyyəsindən aşağı səviyyədə yaşadığı halda, ABŞ-da bu səviyyə - 11,3%, İtaliyada - 11,2%, Almaniyada - 9,1% , İsveçdə - 6,7%, Yaponiyada - 4%-dir.
Rusiyada əhalinin yoxsulluğunu doğuran mühüm amillərdən biri ÜDM strukturunda muzdlu işçilərin əməyinin ödənişi payının aşağı olmasıdır. Əgər 1998-ci ildə bu göstərici təqribən 50% təşkil etmişdisə, 2000-ci ildə bu pay azalıb 40%-ə enmişdir. Bu, dünyanın inkişaf etmiş ölkələrindən xeyli aşağıdır. 2000-ci ildə ABŞ-da və İsveçdə muzdlu işçilərin əməyinin ödənişi 58%, Almaniyada - 54%, Fransada, Avstriyada, Danimarkada, Kanadada - 52% təşkil etmişdir.
Rusiya əhalisinin yoxsulluğu həmçinin gəlirlər strukturunda sosial ödənişlərin -pensiyaların, müavinətlərin və s. payının xeyli aşağı olması ilə əlaqədardır. Rusiyada bu ödənişlər gəlirlərin 12%-ni təşkil etdiyi halda, Almaniyada onların payı 23%, İsveçdə və Belçikada - 26%, Fransada və Hollandiyada - 28% olmuşdur.
Rusiya əhalisinin əksəriyyətinin yoxsul olmasının ən mühüm səbəbi gəlirlərin ölkə vətəndaşları arasında son dərəcə qeyri-bərabər bölüşdürülməsidir. Bütün gəlirlərin, demək olar ki, yarısı əhalinin 20%- riin əlində cəmləşmişdir. İstirahət, mədəniyyət və təhsil xərclərinin payı aşağıdır (ABŞ-da 17% olduğu halda, Rusiyada -10%-dir). Rusiyada səhiyyəyə yönəldilən dövlət xərcləri ÜMD-nin 2%-ni təşkil edir, halbuki bu göstərici ABŞ-da, Böyük Britaniyada və Hollandiyada - 6%, Almaniyada və İsveçrədə isə - 8%-dir. Bizim hesablamalarımıza görə, 2000-ci ildə ürək-damar sistemi, mədə-bağırsaq traktı, yuxarı tənəffüs yolları və onkologiya xəstəliklərindən itkilər ÜDM-nin təqribən 2%-ni təşkil etmişdirt (A.P.Qradov, 2002).
İkinci tip struktur təhlilin - iqtisadi fəaliyyətin "çərçivə" strukturunun bəzi cəhətlərindən hansı nəticələri çıxarmaq olar:
Proporsiyalar:
əhalinin yoxsulluq səviyyəsi Avropa, Asiya və Amerikanın inkişaf etmiş ölkələri ilə müqayisədə 2 dəfədən də yüksəkdir;
yoxsulluğun yüksək səviyyədə olmasının əsas səbəbləri muzdlu işçilərin əməyinin ödənişi və əmək qabiliyyəti olmayan əhaliyə sosial ödənişlərin aşağı səviyyədə olmasıdır;
səhiyyəyə yönəldilən dövlət xərcləri inkişaf etmiş Avropa ölkələrindəkindən və ABŞ-dakından 3-4 dəfə azdır ki, bu da xəstəliklər nəticəsində xeyli ÜDM itkilərinə və Rusiya əhalisinin təbii azalmasına gətirib çıxarır.
2. Münasibətlər:
yoxsulluğun yüksək səviyyədə olması və əhalinin yüksək və aşağı gəlirli qrupları arasında gəlirlərin qeyri-bərabər bölüşdürülməsi ictimai münasibətlərin kriminallaşmasının və ölkədə sosial gərginlik təhlükəsinin artmasının ən mühüm səbəblərindən birinə çevrilir;
sosial sahəyə, xüsusən səhiyyəyə yönəldilən dövlət xərclərinin aşağı səviyyədə olması nəinki həyat keyfiyyətinin azalmasma, həmçinin əhalinin təbii azalmasına, o cümlədən miqrasiyanın artmasına gətirib çıxarır ki, bu da ölkədə irqi və etnik dözülməzlik münasibətlərinin güclənməsinə, ekstremist qrupların fəaliyyətinin intensivləşməsinə səbəb olur.