AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ naxcivan dovlet universiteti


İntuisiya – çisimlərin bilavasitə dərki deməkdir. İntuisiya həyatı olduğu



Yüklə 75,7 Kb.
səhifə4/5
tarix11.03.2020
ölçüsü75,7 Kb.
#30643
1   2   3   4   5
BERQSONUN HEYAT FELSEFESI


İntuisiya – çisimlərin bilavasitə dərki deməkdir. İntuisiya həyatı olduğu kimi dərk edir. Berqsonun intuisiyası – Feyerbaxın hisslərlə sıx bağlı olan intuisiyası, XVII əsr rasionalistləri Dekart və Leybnisin intellektual intuisiya deyildir. Berq- sonun intuisiyası –romantizmin nümayəndələri, Şellinq və Şopenhauerin aloqik intuisiyasıdır.(10, 255).

III. A.BERQSONUN ETİK TƏLİMİ

3.1. CƏMİYYƏT VƏ ƏXLAQ

Adətən açıq cəmiyyətdən danışarkən, onun iki şərhini fərqləndirirlər - Anri Berqsonun (1859-1941) elitar və Karl Popperin (1902-1994) eqalitar konsepsiyalarını. Birincisi - əsasında antaqonizmlərdən azad, beynəlxalq insani birlik, ümumbəşəri, antiutilitar əxlaqa dayanan, şəxsiyyət azadlığı və yaradıcılığının, həmrəylik və humanizmin vüsət tapdığı ideal cəmiyyət quruluşunu nəzərdə tutur. Bu konsepsiyanın mühüm müddəaları A.Berqsonun "Əxlaq və dinin iki mənbəyi" əsərində verilib. Həmin əsər onun son əsəridir və 1932-ci ildə nəşr edilib.

Ümumilikdə götürüldükdə, Anri Berqsonun iki əsəri - "Metafizikaya giriş" (1903) və "Yaradıcı təkamül" (1907) - onun yaradıcılığının zirvəsi sayılır. Bu əsərlərdə filosofun evolyusionist (təkamül) spiritualizmi tam orijinallığı ilə üzə çıxır. Spiritializm (latınca "spiritualis" - ruhi olan deməkdir) elə bir fəlsəfi baxışdır ki, burada ruh gerçəkliyin ilkin əsası qismində götürülür. Fəlsəfi termin kimi "spiritualizm" XIX əsrdə V. Kuzen tərəfindən elmə daxil edilib. Sonralar bir sıra məktəb və istiqamətlər, əsasən XIX-XX əsr fransız və italyan fəlsəfəsində bu ad altında fəaliyyət göstərmişlər.

Bu kitablarında və onlardan əvvəl yazdığı "Şüurun bilavasitə məlumatları" (1889), "Materiya və yaddaş" (1896), "Gülüş. Komik olanın əhəmiyyəti haqqında oçerklər" (1900) əsərlərində A.Berqson özünün açıq cəmiyyət konsepsiyasına doğru olduqca məhsuldar iş aparmış və zəmin hazırlamışdır. Əlbəttə ki, adları çəkilən həmin əsərlərin əhəmiyyəti yalnız açıq cəmiyyət konsepsiyasına hazırlıqla məhdudlaşmır. Onların hər biri ayrılıqda müstəsna dəyərə malikdir və fəlsəfə elmi, ümumdünya mədəniyyəti üçün əvəzsiz töhfədir. Qeyd etmək vacibdir ki, bu əsərlərdə A.Berqson,həmçinin, yeni zaman məkan konsepsiyasının əsaslarına dair də xeyli orijinal fikirlər söyləmişdir ki,hazırda xüsusi maraq və aktuallıq kəsb edir. "Əxlaq və dinin iki mənbəyi"ndə filosof insanın əxlaqi (mənəvi) və dini fəaliyyəti üzərində dayanır, şüur nəzəriyyəsindən universum və dəyərlər nəzəriyyəsinə keçir.

Əxlaqi normaların iki mənbəyi göstərilir: sosial təzyiq və sevgi coşğunluğu. Birinci halda normalar tarixən müəyyənləşmiş müxtəlif qrupların sosial tələblərini ifadə edirlər. İndivid özünü sosiumda hüceyrənin orqanizmdə və yaxud qarışqanın qarışqa ailəsində özlərini tapdıqları kimi tapır. Belə cəmiyyətin əsasında "özünü vərdişlərlə bağlamaq vərdişi" durur və bu, əxlaqi öhdəliyin əsasını təşkil edir. Vərdişlər sistemi az və ya çox dərəcədə cəmiyyətin tələbatlarına cavab verir. Lakin vərdişi öhdəliklərin əxlaqı - qapalı cəmiyyət əxlaqıdır, çünki individ tamın hissəsi, mexanizmin elementi kimi hərəkət edir.

A.Berqsona görə, sosial pressinq, hər halda, yeganə əxlaq mənbəyi deyil. Əxlaq cəmiyyət tipi ilə nisbətdədir. Mütləq əxlaq da mövcuddur - açıq cəmiyyət əxlaqı. Bu, onun fikrincə, xristian əxlaqıdır, yunan müdriklərinin əxlaqıdır. Universal dəyərlərlə səciyyələnən əxlaq qəhrəmanları Sokrat və İsa peyğəmbərdir. Onlar qrup, bir icma dəyərlərilə qane olmurlar, insanda bütün bəşəriyyəti görürlər. Məhz bütövlük təşkil edən bəşəriyyət açıq cəmiyyətdir. Qapalı cəmiyyət əxlaqı statikdir. Açıq cəmiyyət isə, əksinə, maksimal dərəcədə dinamikdir. Simasız konformizmə və qapalı cəmiyyətin hər cür tabularına qarşı anadangəlmə təkrarsızlığı ilə şərtlənən şəxsi başlanğıca söykənən əxlaq dayanır.

Filosofun fikrincə, bütün mövcud olmuş cəmiyyətlər - qapalı cəmiyyətlərdir.

Həqiqi açıq cəmiyyətə yetişmək üçün böyük distansiya var - ən böyük millətlə

bəşəriyyət arasındakı, sonlu olanla sonsuzluq arasındakı məsafə qədər. Açıq əxlaqın və deməli, açıq cəmiyyətin fundamenti - yaradıcı şəxsiyyətdir və onun məqsədi insanilikdir. Bu şəxsiyyətin və onun əxlaqının məzmunu - bütün insanlara məhəbbətdir. Başlıca xassə isə novatorluq ruhudur ki, təsbit olunmuş qapalı cəmiyyət normalarını yaxşıya doğru dəyişdirir.

1932 –cu ildə Berqsonun “Əxlaq və dinin iki mənbəyi” adlı əsəri nəşr edilmiş- dir və berqsonizm dünyəvi fəlsəfi sistem kimi qəbul edilmişdir. Bu fəlsəfi sistem tək varlıq və idrak problemlərinin izahi ilə deyil, cəmiyyətin inkişaf problemlərinə ilk növbədə bəşəriyyətin mənəvi baxımdan inkişafına xüsusi diqqət yetirir. Bu əsə- rin özəlliyi ondadır ki, ictimai həyat, əxlaq və din biri biri ilə sıx əlaqədə təhlil edilir.

Berqson iki növ fərqli cəmiyyət və əxlaq tezisini irəli sürür: qapalı və aciq.

Birinci növ real mövcüddur, ikinci isə onun idealıdır. Berqsonun təsvirinə görə qa- palı cəmiyyət tarixdə təbii baxımdan yaranan insan birlikləridir – tayfa, xalq, döv- lət onun konkret formalarıdır. “Qapalılıq” ilk növbədə onda özünü büruzə verir ki, bu birliklər məhdud insan sayını əhatə edir; ikinci tərəfdən, bu birliyin qanunları yalnız onun öz üzvlərinə aiddir, onlar arasında yayılır və məqsədi birliyin qoru- nub saxlanılması və möhkəmlənməsidir; ücüncü tərəfdən bu birlik analoji birliklərə

qarşı çıxış edir, onlarla konflikt yaranır, bəzən isə müharibə baş verir. ( 26, 70). Berqson hesab edir ki, qapalı cəmiyyətlərdə daxili konfliktlər xarakterikdir. Sosial ziddiyyətlərin mənbəyini müəyyən dərəcədə şəxsi mülkiyyətdə görür. Lakin şəxsi mülkiyyəti insan varlığının mütləq şərti kimi qiymətləndirir. Təbiət insana yaradıcı idrak vermişdir və o, müstəqil müxtəlif alətlər yaratmışdır, bu isə şəxsi mülkiyyəti qacılmaz edir.

Beynəlxalq konfliktləri də Berqson mövcud mülkiyyət münasibətləri ilə uzlaşdıraraq dərk etməyə can atır. O, hesab edir ki, müharibələrin əsas səbəblə- rindən biri satış bazarlarının yanacaq və xammal mənbəylərinin itirilməsi və catış- mamazlığıdır; əhali artıqlığınına bu məsələ ilə bağlayır. Hərbi konfliktlərin vacib səbəblərindən biri də onun fikrincə bütün insanlara xas olan komfort və təmtaraq

istəyidir. Bunu da o, mülkiyyət institutu ilə əlaqələndirir. Mülkiyyətin hər bir forması, o cümlədən ictimai mülkiyyət onun fikrincə müharibəyə səbəb ola bilər. Berqson hesab edirdi ki, müharibəyə səbəb şəxsi və kollektiv mülkiyyət olduğu ücün müharibə təbii xarakter daşıyır.

Berqson ictimai həyatın problemlərinə gec müraciət etmişdir, lakin bu müra- ciət təsadüfi deyildir. Müharibə və inqilablarla silkələnən dünyanın sosial situasi- yanı anlamaq cəhdi ilə bağlı idi.

Berqsona görə, cəmiyyət həyatı cırpıntının təzahürüdür. İnsan təbiəti instinktlər- lə bağlıdır, onların sırasında ən əsası müharibə instinktidir. Müharibələrin əbədi, qacılmaz olduğu kimi pessimist doktrina irəli sürülür. Lakin, umüd etmək olar ki, “qapalı” cəmiyyətdə hökm sürən bioloji qanunlar yalnız qismən ictimai həyatı mü- əyyən edir. Onun fikrinə görə, insan tarixi təbiətin imperativlərinə qarşı əbədi mü- barizədir. Tərəqqi təbii iyrənc olanın müsbət süni ilə əvəz edilməsindədir.

Berqson qeyd edirdi ki, insan hisslərin ciliovlanmasının qarşısını almalıdır. Mü- əyyən norma və qaydalara tabe olaraq yaşamalıdır.

Berqson müharibələrin təbii hall olduğunu qeyd etməyinə bahmayaraq onlara haqq qazandırmirdı. Onun fikrincə tarix boyu insanlar bəzi mənfi təbii hallara qarşı mübarizə aparır və onları nəiləsə əvəz etməyə calışır. Bütovlükdə Berqsonu sülh problemi daha cox narahat edirdi. Sülhun qorunub saxlanılması ücün beynəl- xalq qurumların yaradılmasını vacib məqam hesab edirdi. Bu qurumların aqressiv hərəkətlərin neytrallaşdırılmasında önəmli rol oynaya biləcəyinə inanırdı. Sülhün qorunub saxlanılmasında millətlər Liqasına cox ümid bəsləyirdi. Berqson hesab edirdi ki,müharibələrin mənəvi səbəbi olan komfort və təmtəraq istəyi ilə də müba- rizə aparmaq mümkündür, buna əks asketizmi vacib sayır. İnsanlar necə ki kom- forta, təmtəraqa can atır öz yaşayışının sadələşdirməyə də can atmalıdır.

Berqson düşünürdü ki, bunlar cəmiyyətdə həm daxili, həm də xarıcı konfliktlə- rin aradan qaldıra bilər və acıq cəmiyyətin yaradılmasına səbəb ola bilər. Onun anlamında aciq cəmiyyət – birləşmiş bəşəriyyətdir. Konfliktlərdən azaq bir cəmi- yyətdə aciq əxlaq hökm sürür, onun tələbləri hamı tərəfindən mütləq şəkildə yerinə yetirilməlidir, “özünkü” və “özqə” bölgüsü olmamalıdır.

Əxlaq və dinin iki mənbəyi” əsərində Berqson təkamülün dini-mistik izahi mövqeyindən çıxış edir. “Həyatı cirpıntı” anlayışı həyat fəaliyyətinin sirrlı olduğu- nu qeyd edir. Cəmiyyət “həyatı cırpıntının” təzəhürüdür. İnsan iki formada həyat sürür: xarici həyat yəni özün üçün deyil, başqaları üçün; yalnız“dərindən düşünərək” bizim həqiqi və azad “mənliyimizin” təzahürü ola bilər. Birincini o, qapalı ruh adlandırır, ikincisini isə - acıq. “Fərd və cəmiyyət eynilik



təşkil edəndə - ruh dairədə qapanır. O qapalıdır “ ( 19, 236). Acıq ruh isə təmiz və azaddır. O həqiqi “sürəklilikdir”, “həyatı cırpıntının” tam təcəəssümüdür.

Cəmiyyət təliminin seciyyəvi xüsusiyyəti onun bioloqizmidir, mistikaya cev- rilən spiritualizmlə əlavə olunur. Berqsonun fikrinə görə insanlar arasında real mü- nasibət bioloji səbəblərlə müəyyən edilir. Cəmiyyət və qarışqa yuvası arasında Berqson prinsipial fərqi inkar edir. Hər iki halda instinkt birgə həyatın və onun təş- kilatının əsasıdır. Lakin insan tək bioloji varlıq deyil, o həm də kainatda yayilan ilahi enerji və iradə ilə mistik yaxınlığı olan mənəvi varlıqdır. İlahi qüvvə ilə insan ünsiyyəti sərhədi bilmir. Ideal vəziyyətdə, aciq cəmiyyət – bütün bəşəriyyəti birləş- dirir.

Qapalı cəmiyyətdə sosial instinkt hökm sürür və bu buradasosial qrupun möhkəmlənməsinə yönələn qapalı əxlaq hökm sürür; bu əxlaq məcburi xarakter daşıyır. O, individin maraqlarını qapalı cəmiyyətin maraqlarına tabe edir.

Qapalı əxlaq kimi statik dində qapalı cəmiyyətin qorunub saxlanılmasına köməklik edir.

Cəmiyyətin ierarxik quruluşu ictimai həyatın vacib şərti kimi qiymətləndirilir. Acıq əxlaq qapalı əxlaqdan fərqli olaraq, acıq cəmiyyətə xas olan milli və dövlət sərhədlərini aşır –individin müqəddəsliyi,şəxsi azadlıq,bərabərlik prinsiplərini irə- li sürür. Bu prinsiplər ayrı-ayrı dahilər tərəfindən irəli sürülür. Acıq əxlaq – dinamik dinlə yaxındır. Bu din bütün insanlara qarşı mistik məhəbbəti nəsihət edir. Cəmiyyətin inkişafı dahi insanların iradəsi ilə müəyyən edilir.

Qapalı cəmiyyətin əsas xüsusiyyətləri: statik din; əxlaqın mənbəyi-instinktlər; verdişlər sistemi; sosial tələblərə tabe olan möhkəmlənmiş davranış stereotipi.

Əxlaqın əsas funksiyaları: ictimai birliyin həmrəyliyini, intizamı, başcının absolyut hakimiyyətinə tabeliyi təmin etməkdir.

Qapalı cəmiyyətdə hakim təşkilat formaları: avtoritarizm, sərt subordinasiya və elementlərin koordinasiyasıdır. Cəmiyyətin birləşdirən prinsip – millətcilikdir. Əxlaq və dinin məqsədi – qapalı cəmiyyətin qorunub saxlanılmasıdır.

Acıq cəmiyyətin əsas xüsusiyyətləri: dinamik din; əxlaqın mənbəyi – intuisiya- dır; rasionalllıqdan üstün olan mistik duyğu qabiliyyətinə malik olduğu ücün dahi şəxsiyyətlərin cağrışına cavab verməyin vacibliyidir.

Aciq cəmiyyətdə əxlaqın funksiyası: insanlığa və tanrıya sevgi; dinin mənbəyi- mistik görüntülərdir; demokratiya acıq cəmiyyətin əsas xüssusiyyətidir. Əxlaq və dinin məqsədi: bəşəriyyətin qorunub saxlanılması və inkişafıdır.

Etik məsələdə Bergsona görə əxlaqın iki növü vardır. Biri içədönük (qapalı) əxlaq, o biri isə xaricədönük (açıq) əxlaqdır . Qapalı əxlaqın qaynağı toplumla əlaqədardır . Açıq əxlaq isə üstün insanların əxlaqıdır Bu əxlaqın qaynağı yaradıcı, irəliyə aparan qüvvədir. .

3. 2 .ƏXLAQNAN DİNİN BAĞLILIĞI


Berqsonun ” Əxlaq və dinin iki mənbəyi “adlı əsərində işlədiyi əxlaq problemi dinlə birlikdə təhlil edilir.



Bergson əxlaq problemini incələdiyi zaman dinə geniş yer vermiş, onunla baglı görüşlərini ayrı olaraq acıqlamışdır.Ona görə dinin də əxlaqın iki növü, iki ayrı qaynağı vardır. Statik və dinamik din .Statik din insanın içində yaşadığı topluma baglayan dindir. .

Berqsona görə, insanın təbiətə görünməmiş təsiri ondan xəbər verir ki, cismanilik bütün hədləri keçərək böyüyür, patoloji olaraq şişir. Bu cismaniliyə müvafiq böyük qəlb, ruh, sevgi çatışmır. Mexanistik cismanilik mistikaya, yəni öz mifləri, əfsanələri və mövhumatları ilə sosial əlaqələri möhkəmlədən, onların dağılmasının qarşısını alan dinə ehtiyaclıdır. Din, həmçinin, əbədiliyə inam, mühafizə olunmaq mümkünlüyü hissini yaradır, baş verənlərə insanın özünün təsir

etmək gücünə və imkanlarına ümid aşılayır. Din, filosofun fikrincə, insan və cəmiyyəti intellektin yaratdığı təhdidlərdən müdafiə edir. Müasir cəmiyyət daha çox mistik genlərə ehtiyaclıdır. Bu ehtiyac ödənilmədikcə, insan ağlının hadisələrin gedişini həyata qarşı çevirməsi ehtimalı daha da artır. Biz durmadan onun şahidi oluruq ki, düşünən varlıq eqoizmə yuvarlanır və sosial əlaqələri qırır. O, öz sonsuzluğunu, gələcəyin məchulluğunu və bütün insani təşəbbüslərin faniliyini dərk edir. Onun ilkin yeganə çıxış yolu dinamik dində - mistikadadır. Başqa sözlə desək, əsl elitar intellektə nail olmaqdadır.

Berqson əxlaqnan dinin sıx bağli olduğunu sübut etməyə calışır, din olmadan heç bir cəmiyyətin mövcüdluğu mümkün deyil. Dinin iki növünü qeyd edir: təbii və dinamik. İnsan tarixinin ilkin dövrlərində təbii din yaranır, cəmiyyət inkişaf etdikcə dinamik din əmələ gəlir.

Berqsonun təbii və yaxud statik din təliminin əsasında həyat və zəka arasında konflkit tezisidir. Cəmiyyətdə proqress zəkanın inkişafı olmadan mümkün deyil, eyni zamanda Berqson hesab edirki, zəka həm fərdin həyatı ücün, həm də üzvü olduğu sosial qrup üçün müəyyən təhlükə yaradır. Düşünmə qabiliyyətinə malik olan hər bir adam özünü şəxsiyyət hesab edir, bu isə Berqsonun fikrincə onların ilk növbədə öz maraqlarını güdmək istəyini daha güclü edir, nəyinki başqalarının.

Eqoizmə qarşı din çıxış edir – sosial borclar müqəddəs hesab edilir. İndividual zəkasının inkişafı, Berqsona görə başqa bir təhlükədə yaradır: insan heyvandan fərqli olaraq ölümə məhkum olduğunu anlayır. Rasional düşünmə qabiliyyətinə görə, insan başa düşür ki onun bütün əməlləri müvəffəqiyyətlə bitmir. Ilahi qüvvəyə inam qorxunu dəf etməyə köməklik edir, müəyyən optimizm əmələ qətirdir.

İbtidai cəmiyyətlərdə insan şüurunun miflər yaratmaq bacarığı nəticəsində sta- tik din yaranmışdır. Dinamik dinin yaradıcısı isə “dahi mistiklərdir”. Dinamik din bütün bəşəriyyətə müraciət edir, milli məhdudyyət bilmir, acıq əxlaq və cəmiyyətə uyğundur. Onun fikrincə, bütün dünyəvi dinlər, dinamikdir. Dini qurumlar yaran-

dıqda bu dinamizm məhdudlaşır və dinin statik xüsusiyyətləri əmələ qəlir. Ona görə də sözün əsl mənasında dinamik din yaradılmalıdır və bu din özündə bütün dünyəvi dinlərin vacib məqamlarını birləşdirməlidir. Berqson dini sintez proqramı- nı irəli sürür.

Dinamik din acıq cəmiyyətə və əxlaqa uyğundur, həm də onların yaranması üçün əsas şərtidir. Sosial ziddiyyətlərin aradan qaldırılması, dini “ yenilənmə” ilə mümkündür. Berqsona görə bu dini zəmində şəxsiyyətin kultu mühüm əhəmiyyət kəsb edir. Berqson “mistik dahiyə” inanır.

Berqson öz fəlsəfi fəaliyyətini dinin nəzəri baxımdan əsaslandırılması kimi qiymətləndirir. Berqson tomist Tonkedəkə yazdığı məktubda geyd edirki (20fevral 1912), mənim şüurun vasitəsiz gösstəriciləri haqqında əsərində azadlıq faktı işıq- landırılır; “Materiya və yaddaş” əsərində isə ümüd varam ruhun real olduğu bila- vasitə hiss edilir; “Yaradıcı təkamüldə” isə yaradılış faktdır; ümumilikdə isə materiya və həyatı yaradan azad Tanrı ideyası aydınlaşır. Onun yaradıcı

qüvvəsi təkamül prosesində və insanların bir şəxsiyyət kimi yaranmasında özünü göstərir ( 26, 74). “Yaradıcılıq təkamülündə” Allah yaradıcı qüvvədir. Berqson hesab edir ki, ruh əbədidr. 30-ci illərin əvvəllərində Berqson özünün fəlsə-

fi sisteminin tamamı kimi demək olar ki, müəyyən bir teologiya yaradır. Bu teolo- giya mistik intuisiya təlimi ilə sıx əlaqədədir.

Yaradicılıq təliminin nəticələrini faktların düzgün kondensasiyası kimi qiy- mətləndırən Berqson geyd edirdi ki, bu təlimdə “həyatı cırpıntının” mənbəyi nədir sualına tam şəkildə cavab yoxdur. “Əxlaqın və dinin iki mənbəyi” əsərində Berqsonun fikrincə elmə söykənən intuisiya yalnız mistik intuisiyada davam edilir Mistisizm həyatı prinsipinin dərk edilməsində önəmli formulada özünü güstərir: “Allah sevqi obyektidir” ( 26, 74). Bu formula ilə mistiklər filosofa “həyatın hardan hara getdiyini göstərmışdir”.

Berqsonun fikrinə görə, bütün maddi kainat, canlı və cansız varlıqlar ilahi sevgidən yaranıb. İlahinın əsas məqsədi allaha sitayış etməyi bacaran insanın yara- dılmasıdır, maddi həyat isə insanın yaşaması üçün müəyyən şəraitin olması səbə- bindən yaradılmışdır. Həyatı cirpıntı və yaradan – Tanrı eyni anlamda başa düşü-

lür. Berqsonizm dini fəlsəfi təlimdir. Mistik ekstazı o, vacib hesab edir, onu ilahi nurlandırma, aydınlatma kimi başa düşür. Berqson fəlsəfəsi irrasional fəlsəfədir. İntuitivizmə görə fəlsəfə dinə tabedir. Ortodoksal xristianlıqdan fərqli olaraq



Berqson konsepsiyasının xarakterik xüsusiyyəti panteizmdir. Berqson fəlsəfəsi dini fəlsəfədir.

Avropada insanlığın hissiyat ve imanın xilaskarı olaraq ortaya çıxan ünlü filosof, “Əxlaq ve dinin iki mənbəyi” adlı əsərində belə yazırdı ki, qapalı bir cəmiyyət, zəkanın pozucu aksiyasına qarşı ancaq bir din sayəsində müqavimət göstərə bilər ve yaşaya bilər. Onun dəlili, daxili təcrübə delilidir. Yəni hissiyat, intuisiya, mistik yolla Allaha bağlanma qənaəti daşıyır. Eynı əsərindən bir başqa fikir. Bir şeyin varolabiləcəyini təsəvvür etməklə, onun varolduğundan əmin olmaq arasında fərq vardır. Birinciyi əldə etmək ücün ağılın, Allaha iman qarşısındaki başarısızlığı ortadadır.Allahın varlığı ve mahiyyəti ilə bağlı problemi, mistik yol çözəbilər.

Qapalı cəmiyyətdə dinin mənbəyi: mif yaratmaq qabiliyyətidir.

Dinin funksiyaları: insanı ölüm qorxusundan və intellektin dərk etmə bacarığının qeniş olduğu fikrindən daşındırmaqdır. Dini təlimlərin əksəriyyəti "qapalı cəmiyyət" modеlinə can atdıqlarından böyük yaradıcıların həyatın təsdiqinə yönəlmiş fikirlərini inkar etməyə çalışırlar. Həyati qüvvəyə inananlar, həm ayrı- ayrı şəхslər, həm də хalqlar arasında manеələrin aradan qalхmasına çalışanlar isə ilk növbədə, dini baхışlarının fəallığı ilə sеçilirlər.

NƏTİCƏ



XX əsrdə irrasionalizm qərb mənəvi həyatına böyük təsir göstərmişdir. İrrasio- nalizmin əsas nümayəndələrindən biri fransız alimi Anri Berqson hesab edilir. İrra- sionalizmə görə fəlsəfənin əsas məqsədi “idrakın nöqteyi nəzərinə” üstün gəlmək- dir. Berqsonun fikrincə həyat – kainatın mahiyyətidir, həyat irrasional xarakter daşıyır, onun dərki də irrasional yolla mümkündür.

Berqson fəlsəfəsində, ümumilikdə “həyat fəlsəfəsində” həyat – həyacandır.

Aramsız dəyişən emosiyalar, hisslər, istəklərdə təzahür olunan “həyacanlar axını” yeganə həqiqi reallıqdır və fəlsəfənin predmetini təşkil edir.

Öz fəlsəfəsinin vacib anlayışlarını mənəvi həyatın psixoloji analizinə əsaslana- raq formalaşdırır. Berqson şüurun iki qabiliyyətini qeyd edir: intuisiya və intellekt. Berqson güman edir ki, intellekt dəyişilməni, reallığı və həyatı deyil, yalnız müəyyən vəziyyətləri dərk edə bilir. İntuisiya ücün əsas şərt hər hansı bir maraqdan kənar durmaqdır. O, intuisiyanıniki nnövünü qeyd etmişdir: fəlsəfi – həyatın ümumi axarını dərk edən və bədii, individual.

Berqson materiyanı ruhun aşağı səviyyəsi, onun yaradıcı quvvəsinin zəiflənmə- sinin nəticəsi kimi qiymətləndirir. Həyat aktiv mənəvi həyat başlanğıcının mate-

riyaya yeridilməsinin nəticəsidir. “Həyatı cırpıntı”, yaradıcı qüvvə - ilahi qüvvə ilə bağlıdır.

Berqson fəlsəfəsində tədqiq edilmiş zaman konsepsiyası xüsusi yer tutur. Bu konsepsiya Kant fəlsəfəfinin təsiri nəticəsində formalaşmışdır. Berqson, Kant fəlsəfəsində geyd edilən subyekt tərəfindən duyulan subyektiv zamanı tədqiq edir. Lakin əgər Kant fəlsəfəsində zaman şüurun aprior formasıdırsa, Berqsonda isə zaman – daxili təcrübə ilə dərk edilən bilavasitə şüuür faktıdır ( 21, 509).

Zaman Berqsonun fikrinə görə sürəklilikdir. Sürəklilik insanın yaddaşında həkk olan keçmişin insanın hazırki həyatına təsiridir. Zaman məkandan daha mühümdür. Zaman həyatın, bəlkə də bütün reallığın mahiyyətində özünə yer alır Bizim başa düşməli olduğumuz şey ondan ibarətdir ki, zaman bir yığln, bir artim, sürəklilikdir. Sürəklilik keçmişin davamlı tərəqqəsidir və bu tərəqqi gələcəyi həzm edir, irəli getdikcə isə şişir. Bu o deməkdir ki, keçmiş özünün bütövlüyündə

indiyə qədər uzadılmışdır və burada öz aktuallığını və fəallığını qoruyub saxlaya bilir. Sürəklik o deməkdir ki, keçmiş bu vaxta qədər duruş gətirə bilmiş və heç nəyini itirməmişdir. Biz şübhəsiz ki, öz keçmişimizin yalnız kiçik bir parçası ilə düşünürük, amma bu bizim bütün keçmişimizlədir... Biz bu qaydada xəyala dalırıq arzu edirik və fəaliyyət göstəririk. Zaman elə bu səbəbdən də yığındır, gələcək heç bir zaman keçmişdəki kimi ola bilməz, çünki yeni yığım hər bir addımda yük- səlir. Hər bir an yalnız yeni olan bir şeydir... dəyişiklik bizim güman etdiyimizdən daha radikaldır. Hər şeyin qabaqcadan xəbər verilə bilməsi yalnız mexaniki elmin məqsədidir və eyni zamanda, qeyd olunmalıdır ki, bu bir intellektual yalandır. Ən azı”şüurlu varlıqlar üçün mövcud olmaq – dəyişilmək, dəyişilmək – yetkinləşmək- isə özünü sonsuz olaraq yaratmaq deməkdir. Əgər bu hər şey üçün doğrudursa, bəlkə də bütün reallıq – zaman və sürəklilikdir, təşəkkül və dəyişilmədir Berqsona görə mütləq bir real həqiqət var - sürrəklilik.Həyat əslində aramsız sürəklilikdir.

Yaradıcı təkamülündə” Berqson hesab edir ki, sürəklilik bütün kainatın onto- loji xarakteristikasıdır. Yaradıcı təkamülü təlimində, kainat canlı, inkiışaf edən orqanizmidir.

Berqsonun yaradıcı təkamül fəlsəfəsi həyat fəlsəfəsinin digər nümayəndələrin-

dən fərqli olaraq, təbiətşünaslığa əsaslanırdı.O, “həyat” konsepsiyası əsasında dünyanın elə bir mənzərəsini yaratmaq istəyirdi ki, onun vasitəsilə təbiətin təka- mülü və insanın inkişafının yeni şəkildə izahını versin, onların vəhdətini əsaslan- dırsın. A.Berqsonun fəlsəfi təliminin mərkəzi anlayışı – həyatı çırpıntıdır. Onun nöqteyi-nəzərincə, həyat – aramsız yaradıcı təşəkküldür. Varlığın ətaləti mənşəyi olan materiya müqavimət göstərsə də, həyata tabe olur. Bunun sayəsində, təbiət dünyasının təkamülü yaradıcı takamülə çevrilir. Nəticədə, Berqsonun fəlsəfəsində dünya vahid, aramsız və qarşısialınmaz şəkildə inkişaf edən, öz-özünə əmələ gələn və gözlənilməz şəkildə olan bir varlıq kimi təqdim olunur. Berqson belə hesab edirdi ki, bu dünya aramsız şəkildə təşəkkül tapır və daim yeni formalar yaradır.

Onun fikrincə, insan əqli, zəkası vasitəsilə materiya dünyasına kifayət qədər uyğunlaşıb .

Bu yeni istiqamət nöqteyi-nəzərindən təkamül daha bizə Darvinin və Spense- rin təklif etdikləri kimi mübarizənin və dağılmanın körtəbii və tutqun mexanizmi kimi deyil, tamamilə, başqa bir baxış bucağı altında təqdim olunur. Biz təkamüldə sürəkliliyi, qüvvələrin toplanmasını, həyatın və zəkanın ixtiraçılıq qabiliyyətini, “mütləq olaraq yeni olanın ardıcılıqla, dəqiqliklə işlənib hazırlanmasını” hiss



Həyatı cırpıntı” ilahi qüvvə ilə müəyyən edilir. Təkamül prosesi “həyatı cırpıntı” və cansız materiyanın əbədi mübarizəsidir.

Yüklə 75,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin