Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi



Yüklə 419,87 Kb.
səhifə26/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

Rəqabət amilinin formalaşması – azad ticarət modelinin təməl məqsədində məhz bu amil dayanır. Xarici ticarət yerli istehsalçıları xarici istehsalçılarla rəqabət aparmağa stimullaşdırır. Bunun halda istehsal prosesində tətbiq edilən innovasiyalar məhsulun keyfiyyətinin yüksəldilməsinə və məhsulun istehsalına çəkilən maya dəyərinin azaldılmasına şərait yaradır.

  • Büdcə gəlirlərinin artması – ixraca yönəlmiş iqtisadi model sayəsində dövlətin büdcə gəlirlərində əhəmiyyətli artım formalaşır.

  • İqtisadi artımın sürətlənməsi – xarici ticarətin genişlənməsi ən son olaraq keyfiyyətli mal və xidmətlərə olan tələbin artmasına, bir sözlə istehlakçıların davranışlarının müsbət istiqamətdə dəyişməsinə, mövcud resursların daha da səmərəli istifadə edilməsinə, əhalinin rifah səviyyəsinə təsir edir.

    Qeyri-neft ixrac potensialının tənzimlənməsi üçün dövlət dünya bazarlarında rəqabətin durumunu nəzərə alaraq istehsal etdiyi milli məhsulun və istehsalın təşkilinin keyfiyyətinin səviyyəsini, regionların inkişafının sürətləndirilməsini təmin etməlidir. Lakin qeyri neft ixrac potensialının tənzimlənməsi təkcə olaraq dövlətin tənzimləmə mexanizmləri ilə yekunlaşmır. Bunun üçün qeyri-neft emal sahələrinin potensialı ayrı ayrılıqda dəyərləndirilməli, xüsusilə sənayenin prioritet sahələrinin inkişaf istiqamətləri müəyyən edilməlidir. İxrac potensialından istifadənin daha effektiv istiqamətlərinin müəyyənləşdirilməsi ilk növbədə ixrac potensialının düzgün qiymətləndirmə metodunun seçilməsini zəruri edir. İxrac potensialının kəmiyyətcə qiymətləndirilməsi metodu ən geniş istifadə edilən metoddur. Bu metoddan istifadə etməkdə əsas məqsəd ixrac potensialından istifadənin səmərəliliyini ortaya çıxarmaq və ixracda əsas yer tutan ölkələrin əmtəə-pul münasibətini müəyyənləşdirməkdən ibarətdir. Bu səbəbdən ixrac potensialının qiymətləndirilməsi təcrübəsində əsas meyar kimi ümumi məqsəd və parametrlər qəbul olunur. [31, s.30]

    Yüklə 419,87 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   55




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin