Cədvəl 2.3 2015-ci il üçün əsas mal qrupları üzrə ixracdan əldə olunan gəlir (min ABŞ dolları ilə) və bu mal qrupları gəlirlərin ölkənin toplam ixrac gəlirlərində pay bölgüsü (faizlə)
Mal qrupları
|
İxracdan əldə olunan gəlir
(min ABŞ dolları ilə)
|
Ümumi ixracda pay (%-lə)
|
Ümumi ixrac
|
11424477,3
|
100%
|
Tərəvəzlər, meyvəköklülər və kök yumruları
|
91681,2
|
0,80%
|
Yeməli meyvələr və qoz-findıq, sitrus bitkiləri
|
220247,8
|
1,93%
|
Heyvan və ya bitki mənşəli piylər və yağlar
|
153335,3
|
1,34%
|
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
|
212207,5
|
1,86%
|
Spirtli və spirtsiz içkilər, sirkə
|
25829,5
|
0,23%
|
Mineral yanacaq, neft və neft emalı məhsulları
|
9881866,8
|
86,50%
|
Kimyəvi üzvi birləşmələr
|
59931,7
|
0,52%
|
Plastik kütlələr (plastmass) və onlardan hazırlanan məmulatlar
|
112451,5
|
0,98%
|
Mirvari, qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr
|
83224,7
|
0,73%
|
Alüminium və ondan hazırlanan məmulatlar
|
86148,0
|
0,75%
|
Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri
|
36392,2
|
0,32%
|
Elektrik maşınları və avadanlıqları, aparatura, onların hissələri
|
23103,6
|
0,20%
|
Pambıq
|
19504,9
|
0,17%
|
Emal olunmamış gön (xəzdən başqa) və aşılanmış dəri
|
12179,0
|
0,11%
|
Digər hazır toxuculuq məmulatları, işlənmiş geyimlər
|
10633,4
|
0,09%
|
Qara metallar
|
18303,4
|
0,16%
|
Qara metallardan hazırlanan məmulatlar
|
16612,9
|
0,15%
|
Optik, fotoqrafik, ölçü, nəzarət, tibbi və ya cərrahiyyə alətləri və aparatları
|
17437,4
|
0,15%
|
Qəhvə, çay, mate (paraqvay çayı) və ədviyyatlar
|
19505,5
|
0,17%
|
Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Azərbaycanın 2015-ci il üçün əsas mal qrupları ilə ixrac rəqəmlərinə diqqət yetirərkən neft və neft məhsullarının dominant olması ciddi fərqlə üzə çıxır. Cədvəl 2.3-dən göründüyü kimi neft-qaz sektoru üzrə ixrac ümumi ixracın 86,5%-ni əhatə etdiyi halda, qeyri-neft ixracı üzrə ən yaxşı göstərici belə heç 2%-lik ixrac gəliriləri payını əhatə etmir. Nəzərə alsaq ki, 2015-ci ildə neft gəlirlərində baş verən mənfi tendensiyalar ümumi ixrac gəlirliyini azaldıb, qeyri-neft ixrac rəqəmləri üzrə göstərici 2008-2014-cü illərin analoji göstəricisindən yaxşı sayılmalıdır. Nəzərə alsaq ki, qeyri-neft ixracı 2008-ci ildə ixracda 3%-lik paya sahib idisə, indi 13,5%-lik paya sahibdir. Bu isə real artım səviyyəsi kimi yox, neft gəlirlərinin azalması ilə süni artım kimi qeyd edilməlidir. 2015-ci il üçün qeyri neft ixrac məhsullarının pay bölgüsünü aşağıdakı cədvəl vasitəsilə daha aydın şəkildə müşahidə etmək mümkündür:
Dostları ilə paylaş: |