2.2. Azərbaycannın qeyri-neft ixracında diversifikasiyalaşma səviyyəsinin müxtəlif metodlarla ölçülməsi
İxrac diversifikasiyası ölkənin ixrac təyinatlı mal qruplarının çoxçeşidliliyi və başqa sözlə ixrac təyinatlı qarışıq mal qruplarının çox olması ilə (Ali, Alwang and Siegel, 1991) yaxud istehsalın və ixracın bir yox, bir neçə sektorlar üzrə səpələnməsi kimi (Berthelemy and Chauvin, 2000) izah olunur. Bir sıra İEOÖ üçün ixraca yönəlik iqtisadi artımın əsas komponenti kimi ixrac diversifikasiyası əsas iki cür: ölkə ixracında ənənəvi və qeyri-ənənəvi məhsulların diversifikasiyası kimi başa düşülür. Ümumilikdə ölkənin ixrac bazasının genişliyinin, diversifikasiyanın yüksək səviyyədə təmin olunması ixracdan əldə olunan gəlirlilik səviyyəsinin qeyri-stabilliyini aradan qaldırır, müxtəlik kanallarla iqtisadi artıma nail olmağa imkan verir, həmçinin elmi-texnoloji yeniliklərin təkmilləşdirilməsinə, müxtəlif sahələr üzrə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılmasına, bəzi məhsullar qlobal səviyyədə qiymətlərində baş verən mənfi tendensiyalara qarşı rəqabət aparmağa müsbət təsir edir. [28, s.4]
1-ci fəsildə ixrac diversifikasiyasını qiymətləndirmək üçün istifadə edilən metodlar barədə məlumat verilmişdir. Bu metodlardan istifadə edərək 1995-2015-ci illər aralığında Azərbaycanın qeyri-neft ixrac səbətində əsas pay sahibi olan 16 mal qrupları seçilərək qiymətlədirmələr aparılacaq. Qeyri-neft ixracında diversifikasiya səviyyəsi və mal qrupları ixracında struktural dəyişiklikləri qiymətləndirmək üçün aşağıdakı ölçü metodlarından istifadə ediləcək:
Məcmu spesifik-məhsul ixracı üzrə ixtisaslaşma funksiyası (CSCEF)
Spesifik-məhsul üzrə ənənəvilik indeksi (CSTİ)
CSTİ-nin dispersiyası
Konsentrasiya nisbətləri (CR)
Ümumi ixtisaslaşma indeksi (ASİ)
Dostları ilə paylaş: |